İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


olmadığından və ya insan, yoxsa ağcaqanad qanımı olduğuna şəkk edərsə, o şey pakdır



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə7/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   10   ...   168

olmadığından və ya insan, yoxsa ağcaqanad qanımı olduğuna şəkk edərsə, o şey pakdır. 
Axtarış aparmaq və soruşmaq lazım deyil. 
 
Məsələ 117:
 İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk 
edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə 
şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, 
axtarış lazım deyildir. 
 
Məsələ 118:
 Hər ikisindən istifadə etdiyi iki qabdan və ya libasdan birinin nəcis olduğunu 
bildiyi halda, müəyyən şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, hər ikisindən 
çəkinməsi lazımdır. Amma əgər məsələn, nəcis olan libasın öz libasımı, yoxsa onun istifadə 
etmədiyi və digərinin malı olan ayrı libas olduğunu bilməzsə, öz libasından çəkinməsi lazım 
deyil. 
 
PAK ŞEYLƏR NECƏ NƏCİS OLUR? 
 
Məsələ 119:
 Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi 
rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr 
çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl bövl dəyməsi nəticəsində nəcis olarsa və təzə 
bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş 
olan bir libasa dəyərsə, o libas da nəcis olur. Amma əgər o libas ayrı bir rütubətli şeyə 
dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək 
qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz. 
 
Məsələ 120:
 Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin 
rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz. 
 
Məsələ 121:
 İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş 
olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bə’zi hallarda, 
məsələn: Hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir 
şeyə rütubətlə toxunmuş olduqda, çəkinmək lazımdır. 
 
Məsələ 122:
 Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız 
nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər 
şeylər də eyni hökmü daşıyır. 
 
Məsələ 123:
 Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq 
qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan 
bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda 
yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın füzləsi (zılı) ona düşərsə, 
sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır. 
 
Məsələ 124:
 Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan 
sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə 
nəcasat daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır. 
 
Məsələ 125:
 Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı 
hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, 
bədənin digər hissələri pakdır. 
 
Məsələ 126:
 Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri 
nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə 


dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən 
yerlər isə pakdır. 
 
Məsələ 127:
 Dib tərəfi deşik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın 
suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın 
suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz. 
 
Məsələ 128:
 Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə 
bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu 
və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə 
bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, 
bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır. 
 
 
NƏCASATIN HÖKMLƏRİ 
 
Məsələ 129:
 Qur’anın yazısını və eləcədə hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək 
haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta vacib ehtiyata əsasən 
hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir. 
 
Məsələ 130:
 Əgər Qur’anın cildi nəcis olsa və bu, Qur’ana hörmətsizlik hesab edilsə, onu 
suya çəkmək lazımdır. 
 
Məsələ 131:
 Qur’anı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa 
da ona hörmətsizlik olduğu halda, haramdır. 
 
Məsələ 132:
 Nəcis mürəkkəblə Qur’an yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək 
kimi bir şeydir. Əgər yazılmışdırsa, ya suya çəkməklə, yonmaqla, ya da buna bənzər bir 
yolla həmin yazı aradan qaldırılmalıdır. 
 
Məsələ 133:
 Əgər Qur’anın vərəqi, yaxud Allahın, Peyğəmbərin (s.ə.v.v) və imamların adı 
üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu 
çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin 
tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə 
türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin 
edilməyənə kimi oraya getmək olmaz. 
 
Məsələ 134:
 Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-
içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi zahirən caizdir. Yenə əgər uşağın 
və dəlinin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra 
yeyərsə, onun qarşısını almaq lazım deyil. 
 
Məsələ 136:
 Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə 
verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu 
deməlidir: 
 
1. Tərəfin (alıcının), şər'i təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və 
içməkdə işlədəcəyi bilinərsə, (ona bildirməlidir). Amma əgər belə olmazsa deməsi lazım 
deyil. Məsələn, tərəf (alıcı, icarəçi) onunla namaz qılmaq istəsə, ona libasının nəcis 
olduğunu bildirməsi lazım deyil. Çünki, libasın pak olması real şərt deyildir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə