İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 153:  Nəcis bir şey, nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə, kürr və axar



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   5   6   7   8   9   10   11   12   ...   168

Məsələ 153:
 Nəcis bir şey, nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə, kürr və axar 
suya bir dəfə salınarsa, pak olar. Xalça, libas və buna bənzər şeyləri sıxmaq, tapdalamaq 
lazım deyil. Amma bədən və ya libas bövl ilə nəcis olmuşdursa, kürr suda iki dəfə yumaq 
lazımdır. Amma cari (axar) suda bir dəfə yumaqla pak olur. 
 
Məsələ 154:
 Bövl ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su 
tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə bövl qalmazsa, pak olur. Amma libas və 
xalçanın pak olmaları üçün onların üzərinə iki dəfə su tökülməsi lazımdır. Ancaq libas
xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün 
sıxılması lazımdır (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-
özünə və ya sıxılmaq nəticəsində, normal olaraq ayrılan suya deyilir). 
 
Məsələ 155:
 Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan 
bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd 
su az da olsa, pak olar. Amma ikinci dəfə üzərinə su tökmək müstəhəbb-ehtiyatdır. Libas 
və xalça kimi şeyləri sıxmaq da lazım deyil. 
 
Məsələ 156:
 Bövldən başqa bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan 
sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma libas və 
buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır. 
 
Məsələ 157:
 Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis 
aradan aparıldıqdan sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, mümkün olan 
bir yolla, tapdalamaqla olsa belə, sıxılaraq ğüsaləsi çıxarılmalıdır. 
 
Məsələ 158:
 Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar 
suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olsa, kürr və 
ya axar su onların içinə dəysə, pak olar. 
 
Məsələ 159:
 Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma əgər onun içi 
(batini) nəcis olsa, onu paklamaq mümkün deyil. Əgər insan, nəcis suyun içinə işləyib-
işləmədiyində şəkk edərsə, onun içi pakdır. 
 
Məsələ 160:
 Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba 
qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olur. Amma nəcis bir qaba qoyarlarsa
bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər 
sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər 
dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsi tökülməlidir. 
 
Məsələ 161:
 Sinka və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar 
suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə 
yetişərsə, o libas pak olur. Əgər az su ilə yuyurlarsa, sıxılarkən ondan muzaf su 
tökülməzsə, pak olur. 
 
Məsələ 162:
 Libası kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu 
görünsə və onun, suyun libasın içinə işləməsinə mane olduğu ehtimal olunmazsa, o libas 
pakdır. 
 
Məsələ 163:
 Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun 
parçası olduğu görünsə, onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını 
verməsələr, o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə
onların zahiri pak, daxili isə nəcisdir. 


 
Məsələ 164:
 Nəcis bir şeydən eyni nəcis aradan aparılmayınca pak olmaz. Amma nəcasatın 
qoxu və ya rəngi onda qalsa, işkalı yoxdur. Buna görə qanın özü libasdan aparılsa, amma 
libas yuyulduqdan sonra rəngi onda qalsa belə, libas pak olar. 
 
Məsələ 165:
 Bədəndə olan nəcasat kürr və ya axar suda aradan aparılsa, bədən pak olur. 
Bədən bövl ilə nəcis olduqda isə bir dəfə yumaqla pak olmaz, amma sudan kənara çıxıb, 
təkrar suya girmək də lazım deyil. Əgər suyun içində əlini oraya çəkərək suyu bədəndən 
ayrılsa və ikinci dəfə suyu bədənə çatdırsa, kifayət edər. 
 
Məsələ 166:
 Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis 
yeməyin hər tərəfinə çatdırılsa, pak olar. 
 
Məsələ 167:
 Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saqqal çox artıq deyilsə, 
ğüsalənin çıxması üçün sıxılması lazım deyil. Çünki öz-özünə normal miqdarda ayrılır. 
 
Məsələ 168:
 Bədən və ya libasın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma 
zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yə’ni nəcis yerin 
ətrafını ayrıca yumaq gərək deyil. Əksinə nəcis yer və onun ətrafı birlikdə pak olurlar. 
Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də 
hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su 
tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o 
biri barmaqlar da pak olur. 
 
Məsələ 169:
 Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə işləməsinə 
mane olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır. 
 
Məsələ 170
: Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir 
şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə 
yetişməsi üçün yağın aradan aparılması lazımdır. 
 
Məsələ 171:
 Kürr suya birləşmiş olan krantdan gələn su, kürr su hökmündədir. 
 
Məsələ 172:
 Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, onun üzərindən eyni nəcisin 
aradan aparıb-aparmamasında şəkk edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi 
üçün onu yenidən yuması lazımdır. 
 
Məsələ 173:
 Üzərinə incə və qalın qumla qapalı olan yer kimi, suyun batdığı bir yer nəcis 
olursa, az su ilə də pak olur. 
 
Məsələ 174:
 Daş və ya kərpiclə döşənmiş olan və ya suyun batmadığı sərt yer nəcis olsa, az 
su ilə pak olur; amma axıncaya qədər onun üzərinə su tökülməlidir. Bu halda əgər, onun 
üzərinə tökülən su bir çökəkdən kənara çıxmazsa və bir yerdə toplanarsa, oranın da pak 
olması üçün orada toplanan suyun bir parça və ya qabla kənara atılması lazımdır. 
 
Məsələ 175:
 Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, kürrdən az su ilə də pak 
olar. 
 
Məsələ 176:
 Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak 
olmaz. 
2. Yer 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə