Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 
52 
siniflərdə  isə  böyük  həcmdə  olur.  Hazırlanmış  mətnlər  kartona 
yapışdırsa yaxşı olar. Bu işi həm müəllim, həm də şagirdlər görə bilər.                    
2.Şagirdlərin dərsdə işi
Hər bir şagird imla mətni olan bir kartoçkanı götürür və onu səssiz 
oxuyur.  
-müəllim bütün şagirdləri cütlərə ayırır; 
-hər  bir  cütdə  şagirdlərdən  biri  öz  mətninin  birinci  cümləsini 
hündürdən oxuyur, ikinci şagird onu axıra qədər dinləyir; 
-dinləyən  şagirdə  cümlə  diktə  olunur  və  o,  cümləni  dəftərinə 
yazır. Yazan şagirdə mətnə baxmaq olmaz. Beləliklə. İkinci, üçüncü və 
digər cümlələr mətnin axırına qədər oxunur
-sonrakı mərhələdə rollar dəyişir. Əvvəl yazan şagird öz mətnini o 
biri şagirdə diktə edir, o isə yazır;  
-İmlalar  qurtarandan  sonra  şagirdlər  öz  dəftərlərini  bir-birinə 
verirlər  və  kartoçkasız  yazıları  yoxlayırlar.  Səhvlər  yaşıl  pasta  ilə 
düzəldilir; 
-sonrakı mərhələdə şagirdlər müstəqil surətdə kartoçkalar üzrə öz 
yoldaşlarının  imlalarını  yoxlayırlar.  İndi  isə  səhvlər  qırmızı  pasta  ilə 
düzəldilir; 
-Sonra şagirdlər imlaları birgə yoxlayırlar. Səhv buraxan şagird o 
biri  şagirdin  nəzarəti  altında  şifahi  təhlil  aparır,  ikinci  şagird  isə  ona 
kömək edir;  
-Hər bir şagird dəftərində səhvlərinin təhlilini yazır; 
-Şagirdlər bir-birinin dəftərini götürür, imlalara bir daha baxır və 
öz qolunu çəkirlər.  
Bəzi  stiuasiyalarda  şagirdlərə  qiymət  yazmağı  da  təklif  etmək 
olar.  Lakin  bu  prosesin  müsbət  və  mənfi  cəhətləri  vardır;  bir  tərəfdən 
şagird  qiymət  yazanda  onda  məsuliyyət  hissi  yaranır,  digər  tərəfdən 
aşağı  qiymət  yazılanda  şagirdlərdə  həm  yoldaşına,  həm  də 
texnologiyaya  neqativ  münasibət  yarana  bilər.  Bununla  da  cüt-cüt 
işləmək  üzrə  iş  başa  çatır.  Onun  iştirakçıları  mətnləri  bir-birinə 
qaytarırlar.  Hər  bir  şagird  özünə  işdə  yeni  yoldaşlar  tapır.  Bəzən 
müəllimin özü yeni cütlər təşkil edir. Bunu ancaq zəruri hallarda etmək 
lazımdır. Sonrakı mərhələlərdə qoşa işlər davam edir.  
Bu  texnologiyadan  istifadə  etmə  nəticəsində  şagirdlər  mətn 
üzərində iki dəfə işləməli olurlar. Bir dəfə mətni diktə ilə yazan zaman, 
ikinci dəfə onu özü diktə edən zaman müəllim sıralar arasında gəzərək 
qoşa-qoşa  işləyən,  şagirdləri  müşahidə  edir,  onlara  necə  diktə  etmək, 


 
53 
səhvləri  neçə  təshih  etmək  barəsində  məsləhətlər  verir,  geridə  qalan 
şagirdlərə diqqət yetirir.  
Tərəfdaşı  seçmək  maraqlı  psixoloji  andır.  Bu  vaxt  qarşılıqlı 
anlaşma yaranır, statuslar və s. müəyyənləşdirilir.  
İmlalar  mübadiləsi  və  qarşılıqlı  öyrədən  zaman  şagirdlər  bir-
birinin iş üsulunu, biliklərini əxz edirlər. 
Bu  texnologiyanı  düzgün  tətbiq  edəndə  onu riyaziyyat,  fizika  və 
digər  fənlər  üzrə  aparmaq  olar.  Bu  imlanın  bir  növü  də  onun  şifahi 
formasıdır.  Suallar  şifahi  formada  müəyyənləşdirilir,  yazılması  izah 
edilir. Bu forma qısa vaxtda böyük həxmdə materiaı yoxlamağa imkan 
verir.  Bu  formanın  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  burada  öyrənilən 
materialın  görmə  və  hələki  yadda  saxlanması  baş  verir.  Bu  mənada 
şifahi qarşılıqlı yazılı imlanı əvəz edə bilməz.  
Qarşılıqlı imlanı qabaqcıl müəllimlər təşkil edir, hələlik bu geniş 
yayılmamışdır.  Ən  yeni  elmi-pedaqoji  ədəbiyyatda  çoxlu  pedaqoji 
texnologiyanın təhlili verilir. Lakin bu texnologiyalar heç də fəal təlim 
metodları «İnteraktiv metodlar» deyil.  Göstərilən texnologiyanın təlim 
prosesində  tətbiqi  onun  fəallaşdırıcı  və  öyrənmə  məqsədlərinin 
səmərəliliyini artırır.       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
54 
 
 
TƏLİM  VƏ  MƏKTƏB  YAŞLI  UŞAQLARIN  TƏLİMİNDƏ 
İNTERAKTİV TƏLİM METODU HAQQINDA  
 
Hər  bir  proses  özü-özlüyündə  hansısa  nəticəyə  nail  olmaq  üçün 
yönəldilmiş  hərəkətlərin  məcmusunu  özündə  əks  etdirir.  Təlim  prosesi 
də  şagirdin  gerçəkliyi  dərketmə  yolundakı  hərəkəti  ilə  bağlıdır.  Bu 
zaman uşaqda idrakı və praktik bacarıq və vərdişlər yaranır. O, inkişaf 
edir, formalaşır. 
Təlim prosesi müəllimin fəaliyyəti ilə şagirdin fəaliyyətini özünlə 
birləşdirir. Müəllimin fəaliyyəti öyrətmə, şagirdin fəaliyyəti isə öyrənmə 
adlanır. Məhz bu iki fəaliyyətin qarşılıqlı əlaqəsi nəticəsində gerçəkliyin 
dərk  olunması  prosesi  həyata  keçir,  şagird  bilik,  bacarıq  və  vərdişlər 
sisteminə yiyələnir, onda mənəvi-əxlaqi keyfiyyətlər formalaşır.  
Təlim  prosesində  gerçəkliyin  şagird  tərəfindən  dərk  olunması 
subyektiv  xarakter  daşıyır.  Belə  ki,  hər  bir  uşaq  yeni  biliyi  özünün 
inkişaf və bilik səviyyəsinə, idrak imkanlarına uyğun şəkildə dərk edir. 
Təlim prosesi çox qədim bir prosesdir. Hələ quldarlıq dövründən təlim 
var  idi.  Bu  gün  də  təlim  prosesi  davam  edir.  Təbiidir  ki,  hər  bir 
cəmiyyətdə  təlim  özünəməxsusluğu  var  və  təlim  prosesi  inkişaf  edir, 
yeni  forma  və  məzmun  daşıyır.  Bu  gün  təlimə  verilən  tələblər 
cəmiyyətin  inkişafına  uyğun  olaraq  mürəkkəbləşmiş, günün  tələblərinə 
uyğun olmuşdur.  
Yeni islahat proqramının qarşıya qoyduğu mühüm vəzifələr təhsil 
işçilərində yeni pedaqoji təfəkkürün formalaşdırılmasına, təhsilin forma 
və  məzmunca  yeniləşməsini,  təlimin  mütərəqqi  prinsip  və 
metodlarından  istifadə  olunmasını  tələb  edir.  Hazırda  təlim-tərbiyə 
prosesi,  təlim-tərbiyə  prosesi,  təlim  metodları  kiçik  yaşlı  uşaqların 
müstəqil  fəaliyyətin  tərbiyəçi  və  uşaqların  biri-biri  ilə  əməkdaşlığını 
uşaqlarda  təhlil  etmək,  düşünmək,  sərbəst  rəy  söyləmək,  yoldaşlarını 
qiymətləndirmək, əməkdaşlıq etmək, başqalarını dinləmək, öz fikirlərini 
dəqiq  izah  etmək  bacarığını,  danışıq  qabiliyyətini  tənqid  təfəkkürünü 
inkişaf  dinamikası  birbaşa  təhsilin  vəziyyətindən  və  səviyyəsindən 
qazanılmış biliklərə tətbiqindən asılıdır. Bu gün dünya təcrübəsində yeni 
pedaqoji  texnologiyalardan,  interaktiv-təlim  metodlarından  geniş 
istifadə olunur. «İnteraktiv» termini «dialoq» qarşılıqlı əlaqədə fəaliyyət 
göstərmək  kimi  başa  düşülür  və  düşünülməlidir.  «Rollu  oyunlar», 
«Cütlər  və  qruplar»,  «Əqli  hücum»,  «Layihələrin  hazırlanması», 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə