Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   26

 

məqsədi kimi inkişaf və tərbiyə məqsədləri də müasir dərsin atributları 
hesab olundu. 
Məktəb  təcrübəsinin  təhlili  göstərir  ki,  müəllimlərin  böyük 
əksəriyyəti  tədris  prosesində  yalnız  təhsil  məqsədlərini  həyata 
keçirməyə  çalışır,  onun  inkişafetdirici  və  tərbiyəedici  məqsədlərinə 
əhəmiyyət vermirlər. Buna görə də bütün təhsil idarəetmə orqanlarının 
və  pedaqoq-alimlərin  fəaliyyətləri  45  dəqiqəlik  dərsin  əsas  bələdçisi 
olan  müəllimin  hazırlanmasına  və  onun  işinin  səmərəli  olmasının 
təşkilinə yönəlməlidir. 
«Ġnteraktiv»  termini      «dialoq,  qarĢılıqlı  fəaliyyət  göstərmək» 
kimi  izah  olunur.  Fəal,  interaktiv  təlim  metodları  və üsullarının tətbiqi 
tədris  prosesini  xeyli  intensivləşdirir,  onu  hər  bir  şagird  üçün  daha 
əhəmiyyətli  və  maraqlı  edir,  dərsdə  fəallığın  maksimum  artmasına 
zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərəçarpan 
dərəcədə  gücləndirir.  Təlim-tərbiyə  prosesində  interaktiv  təlim 
metodlarının  tətbiqi  şagirdlərdə  müstəqil  düşünmək,  sərbəst  rəy 
söyləmək,  başqasının  fikrinə  münasibət  bildirmək,  qərar  qəbul 
olunmasında  iştirak  etmək  və  sair  bu  kimi  xüsusiyyətlərin təşəkkülünə 
bilavasitə  kömək  etməklə  tənqidi  təfəkkürün  formalaşmasına,  
müstəqillik və çeviklik amillərinin güclənməsinə zəmin yaradır. 
Bəzi interaktiv təlim  metodları və üsullarının mahiyyətini nəzərə 
çatdırırıq:  
 


 

AKTĠV VƏ ĠNTERAKTĠV TƏDRĠS-TƏLĠM ÜSÜLLARI VƏ 
METODLARI 
 
ROLUN ĠFA EDĠLMƏSĠ  
 
Bu  texnikadan  istifadə  zamanı  iştirakçılar  özlərindən  asılı 
olmayaraq,  aparıcının  müəyyənləşdirdiyi  rolları  ifa  edirlər.  Aparıcı 
situasiya  ilə  tanış  edir,  xəbərləyir,  iştirakçılara  insanların  tipik 
davranışlarını  müəyyən  bir  situasiyada  ünsiyyətə  kömək  edən,  ya  da 
qarşılıqlı razılaşmanı kəsən mexanizmləri müşahidə etmək imkanı verir. 
Rolun  ifası  iştirakçıları  fəallaşdıran  üsullara  aiddir.  Həmçinin 
yığıncağın  aparıcısından  iştirakçıların  öz  rollarını  ciddi  şəkildə  və 
çəkinmədən  icra  etmələrinə  nail  olmaq  bacarığı  tələb  edir.  Oyunun 
iştirakçılarını  ehtiyat  və  nəzakətlə  seçmək  lazımdır.  Aparıcı  yadda 
saxlamalıdır  ki,  bəzi  hallarda  bir  tərəfin  (aparıcının)  passivliyi 
bütövlükdə  çalışmanın  icrasının  qarşısını  kəsə  bilər.  Eyni  zamanda, 
şəxslərin  səhv  seçilməsi  aressivlik  yarada  bilər  və  «aktyorlar»  incik 
düşərlər  (dəfələrlə  iştirakçılar  yaxınlaşır  və  sual  verirlər:  Niyə  mən  bu 
rolu  aldım,  mən  həqiqətənmi  beləyəm?).  Situasiyanı  hazırlayarkən 
diqqət  yetirmək  lazımdır  ki,  iştirakçılar  müxtəlif  baxışları  təmsil 
etsinlər,  amma,  eyni  zamanda  bu,  onların  qrup  daxilində  ciddi 
münaqişəsinə gətirib çıxarmasın.  
Rolu hazırlayarkən aktyorların tapıla biləcəyi situasiyanı yaratmaq 
lazımdır.  (avtobus  dayanacağında  keçmiş  DTK-çı  və  bir  vaxt  onun 
məhbusu  olmuş  hazırkı  nazirlə  təsadüfi  görüş;  iştirakçıların  hamısının 
tətil qərarı qəbul etməli olduğu həmkarlar ittifaqı yığıncağı). Situasiyanı 
təsvir  edərkən  bütün  faktları  açıqlamaq  lazımdır,  lakin  bu  zaman 
bunların sayı minimuma endirilməlidir.  


 

Hazırlığın növbəti mərhələsi – «aktyorlar» və müşahidəçilər üçün 
fərdi  tapşırıqların  müəyyənləşdirilməsidir.  Aktyorların  rolları  qısa 
olmalı, sadə dildə yazılmalıdır.  
Çalışmanın məqsədindən asılı olaraq, bir rolu diqqətlə təsvir edə 
(bax: Cehoy simnyak «İnsan hüquqları və vətəndaş azadlıqları»), yaxud 
bunu  etməyə  (bax:  «Parlament  oyunu»)  bilərik.  Bu  materiallardan  real 
qrupda istifadə etməzdən əvvəl, onları mütləq dostlar, ya da həmkarlarla 
sınaqdan  çıxarmaq  lazımdır.  Bu  çalışmanı  «mərkəzi»  (üz  üzlərə) 
adlanan  (4-8  nəfər  rol  ifa  edir,  qalanlarsa  onların  hərəkətlərini  izləyir) 
üsula  dəyişə,  ya  da  iştirakçıları  3-5  nəfərdən  ibarət,  rolları  paralel  ifa 
edən qruplara bölə bilərik. 
 
ÇALIġMANI NECƏ KEÇĠRMƏLĠ: 
1.Çalışmadan əvvəl aparıcı özü üçün zal, həmçinin aktyorlar üçün 
rollar hazırlayır. 
2.Aparıcı situasiya ilə tanış edir, aktyorları və müşahidəçiləri təyin 
edir, rollar və təlimatlar verir. 
3.Çalışma  bitdikdən  sonra,  yekunlaşdırma  zamanı  aparıcı 
iştirakçıların  diqqətini  aktyorların  dediyi  konkret  sözlərə  yox, 
çalışmanın məqsədlərinə yönətlməlidir.  


 
10 
QƏRARLAR AĞACI 
 
         «Qərarlar  ağacı»  üsulu  Con  Patrik  və  Riçard  Remi  (ABŞ) 
tərəfindən  işlənilib.  Bu  üsul  mürəkkəb  və  birmənalı  olmayan 
vəziyyətlərdə  qərar  qəbulunu  asanlaşdırır,  düşünülmüş  qərar  qəbul 
etməyə kömək edir.  
«Qərarlar  ağacı»  üsulunun  tətbiqi  üçün  suallar,  problemlər 
götürülür  ki,  onların  bir  neçə  həlli  yolu  vardır.  Bu  üsuldan  istifadə 
edərkən şagirdlər mümkün olan qərarların bütün variantlarını təhlil edir, 
hər  bir  variantın  müsbət  və  mənfi  cəhətlərini  göstərirlər.  Bütün 
variantlara baxdıqdan sonra şagirdlər müsbət və mənfi cəhətləri nəzərə 
alaraq qərar qəbul edirlər – variantların birini seçirlər. 
Tapşırığı yerinə yetirərkən şagirdlər aşağıdakı cədvəli doldururlar: 
P  R  O  B  L  E  M 
Variant 1 
Variant 2 
Variant 3 






Qərar:  
 
 
 
Tətbiq etmək qaydası: 
--Əvvəlcədən təhlil ediləcək problemi və onun həlli yollarının bir 
neçə variantını müəyyənləşdirin, qruplar üçün cədvəlləri hazırlayın.                
--Sinfi  4-6  nəfərlik  qruplara  bölün.  Qruplara  tapşırığı  izah  edin. 
Hər bir qrupa doldurmaq üçün cədvəl və marker verin. Tapşırığın yerinə 
yetirilməsi üçün vaxt təyin edin (15-20 dəqiqə). 
--Qruplar iş zamanı problemin bütün verilmiş həlli yollarını təhlil 
edir, hər variantın müsbət və mənfi cəhətlərini müəyyənləşdirirlər, sonra 
isə  problemlə  bağlı  qərar  qəbul  edirlər  –  variantlardan  birini  seçirlər. 
Qərar cədvəlin aşağı hissəsində yazılır.  
--Qrupların işinə nəzarət edin, zərurət olduqda onlara kömək edin.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə