Изащат вярягяси


ĠNTERAKTĠV DƏRSLƏRDƏ QĠYMƏTLƏNDĠRMƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   26

 
98 
ĠNTERAKTĠV DƏRSLƏRDƏ QĠYMƏTLƏNDĠRMƏ 
 
DƏRSLƏRDƏ ġAGĠRDLƏRĠN QĠYMƏT-LƏNDĠRĠLMƏSĠ 
Məktəblərimizdə  mövcud  olan  ənənəvi  qiymətləndirmə  sistemi 
fəal  təlim  metodlarının  tətbiq  edildiyi  dərslərdə  şagirdlərin  bilik  və 
bacarıqlarının  qiymətləndirilməsi  üçün  səmərəli  deyildir.  Bu  cür 
dərslərdə  yeni  qiymətləndirmə  sistemi  nəzərdə  tutulmalıdır. 
Qiymətləndirmə  tapşırıqların  yerinə  yetirilməsinə  əsaslanmalıdır. 
Qiymətləndirmənin  əsası  tapşırığın  yerinə  yetiril-əsinin  keyfiyyətidir. 
Qiymətləndirmənin  obyektləri  isə  şagirdlərin  yerinə  yetirdiyi  ev 
tapşırığı,  qrupların  işində  və  diskussiyalarda  iştirak,  suallar 
formalaşdırmaq  və  tədqiqat  aparmaq  bacarığı  ola  bilər.  Ev  tapşırığı 
müsahibə,  sosioloji  sorğu  aparılmasından,  esse  (kiçik  inşa) 
yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər 
öz biliklərini və əqil vərdişlərini şifahi, yazılı, vizual, rollu, ya da digər 
formada  təqdimat-ar  yolu  ilə  nümayiş  etdirə  bilərlər.  Yaxşı  təşkil 
edilmiş təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək 
səviyyədə olması deməkdir. 
Dərslərdə nə qiymətləndirilir? 
1.Məzmunun-əsas  faktların  və  terminlərin,  səbəb-nəticə 
əlaqələrinin, nəticə və ümumiləş-dirmələrin mənimsənilməsi. 
2.Təhliletmə  vərdişlərinin,  öyrənmə  bacarı-ının,  digər  qrupların 
baxışlarının, yaxud nöqteyii-nəzərinin başa düşülməsi və i.a. 
3.Dəyərlərin formalaşdırılması. 
Qiymətləndirmə meyarlarını necə iĢləyib hazırlamalı? 
Şagirdlərin  qiymətləndirilməsi  üçün  dəqiq  meyarlar  işlənib 
hazırlanmalıdır.  Meyarlar  bilik  və  bacarıq,  o  cümlədən,  informasiyanı 
aydın  təqdim  etmək  bacarığı  və  məntiqi  təfəkkür  qabiliyyəti  kimi 
göstəricilərin  inkişafını  əks  etdirməlidir.  Qiymətləndirmə  meyarları  nə 


 
99 
qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər şagirdin işini eyni 
qaydada  qiymətləndirəcəyinə  bir  o  qədər  çox  yəqinlik  yaranar. 
Şagirdlərin  özləri  də  qiymətləndirmə  meyarlarını  bilməlidirlər  ki, 
onlardan  nə  gözlənildiyini  təsəvvür  etsinlər.  Yerinə  yetirilmiş  ev 
tapşırığının  «əla»,  «yaxşı»,  «kafi»  qiymətləndirilməsi  meyarlarını 
şagirdlərin  özlərinin  müəyyənləşdirməsi  prinsipial  məsələdir.  Qiymət-
əndirmə «əks-əlaqə»nin yaradılmasına kömək etməli, yəni şagirdlərə və 
müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yardım göstərməlidir. 
Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qruplarda işləyib hazırlaya, 
sonra  isə  bütün  siniflə  birlikdə  müzakirə  edə  bilərlər.  Yekun  qiyməti 
şagirdin 
özünüqiymətləndirməsindən,  onun 
qruplardakı  işinin 
qiymətindən və müəllimin verdiyi qiymtədən toplanaraq yarana bilər.  
Qiymətləndirmənin müxtəlif üsul və formaları. 
Test tapĢırıqları.       
Dərslərdə  qiymətləndirmə  üçün  müəllim  tərəfindən  hazırlanmış 
işçi vərəqlərindən istifadə etmək olar. İşçi vərəqlərindəki tapşırıqlar iki 
növə ayrıla bilər.  
a) müəyyən, konkret cavabı olanlar (testlər). Məsələn: (1 və 2 test)  
b) problemlərə münasibətlərin, onların məqbul, ağlabatan şəkildə 
qiymətləndirilməsini  nəzərdə  tutanlar  (açıq  suallı  tapşırıqlar).  Bu 
axırıncı  tapşırıqlar  müəyyən  dərəcədə  şagirdlərin  bəzi  şəxsi 
xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərəfindən 
özünü dərk etmək üçün istifadə oluna bilər. Məsələn: (3 və 4 test)
1.
 
1.BMT-nin  Baş  Məclisi  Uşaq  Hüquqları  Konvensiyasını  nə  vaxt 
qəbul etmişdir: 
a) 1966-cı ildə; 
b)1982-ci ildə; 
c)1980-cu ildə. 
2.Uşaq Hüquqları Konvensiyanan əhəmiyyəti nədir? 


 
100 
a) burada uşaq hüquqları beynəlxalq hüquq norması qüvvəsi almış 
olur; 
b) o, gələcək üçün öhdəlik götürülməsi deməkdir
c) o ilk dəfə uşaq hüquqlarının təsvirini verir. 
3. «1948-ci il İnsan Hüquqları Ümumi Bəyannaməsi demokratizm 
manifestidir,  insanların  azadlıq  və  sülhə  çatmaq  yolunda  ən  yaxşı 
arzularının təcəssümüdür». 
«İnsan  Hüquqları  Ümumi  Bəyannaməsi  kifayət  qədər  köhnəlmiş 
sənəddir  və  az-çox  zəkalı  müasirimizi  ruhlandırmağa  qabil  deyildir. 
İnsan  hüquqlarının  daha  yeni  və  müasir  ruhda  formalaşdırılması 
gərəkdir». 
Bu  iki  nöqteyi-nəzərdən  hansının  həqiqətə  uyğun  olduğunu 
güman 
edirsiniz? 
Öz 
rəyinizi 
izah 
edin.__________________________________ 
4.Sizin fikrinizcə, nə daha vacibdir-insanın milliyyəti, yoxsa onun 
vətəndaşlığı  (yəni  müəyyən  dövlətə  hüquqi  mənsubiyyəti)? 
_________________ 
___________________________________________ 
Nə üçün?_______________________________ 
 
ġagirdin özünüqiymətləndirməsi 
Ola  bilsin  ki,  bəzi  dərslərdə  müəllim  tərəfindən  biliyin  yekun 
qiymətləndirilməsi nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. 
Lakin onlar məktəblilərin refleksiya, yəni suallara cavablar, müzakirələr 
vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şagirdlərin öz fəaliyyətinin 
qiymətləndirilməsinə  cəlb  edilməsi  çox  vaciödir,  çünki  bu  iş 
məktəbliləri  öz  davranışına  daha  məsuliyyətlə  yanaşmağa  sövq  edir, 
onlarda  obyektivliyin  tərbiyə  edilməsinə  yardımçı  olur,  öz 
münasibətlərini  düzlük  və  qarşılıqlı  anlaşma  prinsipləri  əsasında 
qurmağı öyrədir.  


 
101 
Lakin  bu  qiymətlər  qeyri-səmimilik  və  ya  özünüaldatma 
ucbatından  təhrif  edilə  bilər.  Ancaq  insanın  öz-özünü  necə  gördüyünü 
müəyyən etmək daha vacibdir, çünki özünüqiymətləndirmə ilə kənardan 
verilən  qiymətlərdəki  fərq  öz-özlüyündə  qrup  və  fərd  üçün  zəngin 
informasiya  mənbəyi  ola  bilər.  Dərsə  aşağıdakı  suallar  yazılmış  kiçik 
anketin köməyi ilə yekun vurmaq mümkündür.  
1.Dərsdə sizin daha xoşunuza gələn nə oldu? 
2.Daha çox xoşlamadığınız nə idi? 
3.Vəziyyətin yaxşılaşdırılması üçün nə təklif edirsiniz? 
ġagirdin qrupdakı iĢini necə qiymətləndirməli?  
Şagirdin  qrupdakı  işinin  qiymətləndirilməsini  hər  bir  şagirdin 
qrupun işinin ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsasən 
müəyyənləşdirmək  olar.  Müəllim  bütövlükdə  qrupun  aldığı  balların 
miqdarını  müəyyən  edir.  məsələn,  dörd  nəfərlən  ibarət  qrupa  20,  üç 
nəfərlik  qrupa  15  bal  verilir.  Şagirdlər  bu  balları  hər  kəsin  ümumi 
nailiyyətdəki  roluna,  verdiyi  töhfəyə  əsasən  müstəqil  olaraq 
bölüşdürürlər.  Qrupdakı  işə  görə  alınmış  ballara  sinifdə  aparılmış 
diskussiyada iştirak üçün müəllim tərəfinlən verilmiş mükafat balını da 
əlavə  etmək  zəruridir.  Balların  yekunu  xüsusi  jurnala  yazılır.  Original 
cavablara görə daha üç bal vermək olar. Rübün və ilin sonunda balların 
yekunu reytinq qiymətini təşkil edir ki, bu da şagirdlərin düşünmək və 
öz  fikirlərini  şifahi  ifadə  etmək,  diskussiyada  təşəbbüsü  öz  üzərinə 
götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, 
qrupun işinə faiz hesabı ilə nə kimi töhfə verdiklərini elan edirlər; onlar 
təsadüf  qaydada  cütlüklərlə  bir-birinin  rolunu,  töhfəsini  izah  edirlər, 
qrup ayrı-ayrı şagirdlərin öh töhfəsi ilə bağlı təəssüratını ümumilikdə ya 
təsdiq,  ya  da  təkzib  edir.  şagirdlər  bir-birinin  biliklərini 
qiymətləndirməklə  sinif  yoldaşına  öz  səhvlərini  aradan  qaldırmaqda 
kömək  edə  bilərlər.  Qrupun  özünüqiymətləndirməsi  üçün  aşağıda 
verilmiş  vərəqlərdən  istifadə  etməklə  bütövlükdə  qrupun  necə 
işlədiyinə, öz tapşırığını necə yerinə yetirdiyinə qiymət vermək olar. 


 
102 
Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri 
Dərslərin  qiymətləndirilməsi  zamanı  əsas  diqqət  təkcə 
informasiyanın  mənimsənilməsinə  deyil,  həm  jə  cəmiyyətin  həyatında 
bir  vətəndaş  kimi  iştirak  etmək  üçün  zəruri  olan  bacarıqların 
mənimsənilməsinə  yönəldilir.  Müasir  vətəndaş  cəmiyyətində  bu 
bacarıqlar fəaliyyətin dörd növündə cəmlənir: tədqiqat  (tənqidi təhlil); 
kommunikasiya (ünsiyyət, informasiyanın verilməsi və başa düşülməsi, 
əqidə);  qərar  qəbulu;  fərdi  və  kollektiv  fəaliyyətin  təşkili.  «Yanlış 
cavablar  ola  bilməz,  onlar  müxtəlif  ola  bilər»  müddəası  əsas 
prinsiplərdən biri olmalıdır. Bu prinsipin ardıcıl həyata keçirilməsi bir-
biri ilə rəqabət aparmamağa, əksinə, əməkdaşlıq etməyə, ümumi mövqe 
işləyib hazırlamağa imkan  verir. Ümumiyyətlə, fəal təlim metodlarının 
tətbiq  edildiyi  dərslərdə  müəllim  etibara,  hörmətə  əsaslanan 
əməkdaşlığa hazır olmalıdır.  
Aşağıda 
esse, 
qruplarda 
iş 
və 
təqdimatda 
iştirakın 
qiymətləndirilməsinin 
bəzi 
meyarları 
və 
şagirdlərin 
özünüqiymətləndirməsi  üçün  vərəqlər  verilmişdir  ki,  müəllimlər 
bunlardan fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə istifadə edə 
bilərlər.  Aşağıda  göstərilən  meyarlara  müəllimin  lazım  bildiyi  başqa 
qiymətləndirmə parametrlərini də əlavə etmək olar.  
Qruplarda iĢin qiymətləndirilməsi. 
Qrupun  iĢində  Ģagirdlərin  fəallığının  qiymətləndirilməsi 
meyarları. 
1.Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi? 
2.O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı? 
3.Başqalarına mane olmadan işləyirmi? 
4.O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi? 
5.Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir? 
6.Qrup  halında  işin  yaxşılaşdırılması  yollarını  tapmağa  kömək 
edirmi? 


 
103 
Qrupda  işləmək  bacarığını  aşağıdakı  cədvəl  üzrə  ranjir,  yəni  hər 
bir  qiymətləndirmə  meyarına  rəqəm  balının  (2-dən  5-dək)  verilməsi 
metodu ilə də qiymətləndirmək olar.       
 
 
H
əm
işə
  
Tez
-t
ez
 
B
əz
ən 
 
Demək 
olar,  heç 
vaxt   




1.Qrupdakı şifahi 
diskusiyada iştirak edir  
 
 
 
 
2.Başqalarının sözünü 
kəsmədən onları dinləyir 
 
 
 
 
3.Qrupun digər üzvlərinin 
danışdıqlarını yenidən nəql 
edə bilir (bu onun deyilənləri 
qavradığını göstərir) 
 
 
 
 
4.Qrupun işi üçün zəruri olan 
tapşırıqları yerinə yetirir 
 
 
 
 
5.Qrupun digər üzvlərini 
ümumi işə cəlb edir 
 
 
 
 
Ay, rüb və ya yarımillik üçün ümumi qiymət orta, yaxud reytinq 
balı  ola  bilər.  Öz  işinin  və  qrupun  işində  iştirakının  şagirdlərin  özləri 
tərəfindən qiymətləndirilməsinin nəzərdə tutulması faydalıdır.  
Dərslərdə  dəyərlərin  qiymətləndirilməsi  zamanı  istifadəsi 
mümkün olan meyarlar.  
«BaxıĢların geniĢliyinin» qiymətlən-dirilməsi
1
 
--şagird  yeni  ideyaları  və  yeni  fəaliyyət  növlərini  qavramağa 
hazırdırmı? 
-o, işdə yeni metodlardan istifadə etməyə hazırdırmı? 


 
104 
-o, diskussiyalarda faktları hisslərdən yüksək tuturmu? 
-o, yeni faktlar əsasında öz fikrini dəyişirmi? 
-o,  öz  mühakiməsini  hər  kəsə  ədalətli  münasibət  əsasında 
qururmu? 
  -o, məsələni hərtərəfli nəzərdən keçirirmi? 
-o, stereotiplərə və irəlicədən yaranmış rəylərə şərik olurmu? 
Ġnformasiyanın  toplanması  və  təhlili  kimi  bacarıqların 
qiymətləndirilməsi üçün ranjir (1-dən 5-dək) metodundan istifadə etmək 
olar.

 
__________________________________ 
1.  İlk  addımlar  insan  hüquqlarının  öyrənilməsinin  ibtidai  kursu. 
Dərs vəsaiti. Bakı, 1990-cı il . səh.41-42.  
2.  Vıborı  v  demokratiçeskom  obhestvo.  Podraəd.  Voskresenkoy 
N.M. i Polijevüa P.Q.Moskva, 1996 qod. str. 39. 
 
İnformasiyanın təqdim edilməsi 

Həmişə dəqiq - 


Əsasən dəqiq - 


Kifayət qədər dəqiq olmayan - 


Yetərli olmayan informasiya - 


İnformasiyanın yoxluğu  

 
ĠNFORMASĠYANI  HƏMÇĠNĠN  MÜXTƏLĠF  SƏVĠYYƏLƏRDƏ 
TƏHLĠL ETMƏK OLAR: 
1) empirik səviyyədə (Ģagird hadisələrin təsvirini verir, amma 
onların mahiyyətini baĢa düĢə bilmir); 
2)nəzəri səviyyədə (Ģagird hadisələrin mahiyyətini izah edə və 
nəticələr çıxara bilir). 
 


 
105 
Qrupun təqdimatının qiymətləndirilməsi meyarları. 
1  
Fəal  təlimin  üsullarından  biri  layihə  fəaliyyətidir.  Layihələr 
şagirdlərin  müxtəlif  problemləri  müstəqil  şəkildə  tədqiq  etməsidir. 
Bunlar  qrup  halında  və  fərdi  ola  bilər. Tədqiqatların nəticələri sinif  və 
ya məktəb çərçivəsində təqdim olunur (təqdimatlar).  
____________________ 
1.Qrupların 
təqdimatının 
qiymətləndirilməsi 
meyarlarının 
yazılması  zamanı  bu  vəsaitdə  verilmiş  tövsiyələrdən  istifadə 
olunmuşdur.  Bax:  «Qrajdanskoe  obrazovanie  soderjanie  i  aktivnıe 
metodı  obuçeniə.  Pod.red.  S.Şextera  i  N.Voskresenskoy.Moskva.  1997 
qod. str. 167-173. 
 
Müəllim  təqdimatın  növünü  və  onun  keçiriləcəyi  şəraiti  şagirdlərlə 
birlikdə müəyyənləşdirə bilər. Təqdimat zamanı hər bir şagird layihənin 
eyni əhəmiyyətə malik olan hissəsini təqdim etməlidir. 
Təqdimatın  hər  bir  növünün  öz  qaydaları  və  ənənələri  vardır. 
Məsələn,  şifahi  təqdimatın  qiymətləndirilməsi  zamanı  intonosiyadan, 
testlərdən,  foto  və  vidio  materiallardan  və  i.a.  yerli-yerində  istifadə 
edilməsi kimi amillər nəzərə alınır. Təqdimatın qiymətləndirilməsi üçün 
meyarların  işlənib  hazırlanması  zamanı  biliklər  (faktlar,  problemləri, 
anlayışları,  ideyaları  bilmək),  əqli  vərdişlər  (məlumatların  təhlili, 
qiymətləndirilməsi,  sintezi,  yəni  məntiqi  təfəkkür  qabiliyyəti)  və  
kommunikativ  vərdişlər  (informasiyanı  aydın  təqdim  etmək  bacarığı)  
kimi göstəriciləri nəzərə almaq vacibdir. Aşağıda şifahi təqdimatın dörd 
səviyyəsi  üçün  qiymətləndirmənin  bəzi  meyarları  təklif  olunur. 
Müəllimlərin arzusuna uyğun olaraq onlar dəyişdirilə və ya tamamlana 
bilər. 
4-cü səviyyə 
-əsas  anlayışlar,  mövzular,  problemlər,  ideyalar  diqqətlə  seçilir, 
təriflər və təsvirlər verilir; 


 
106 
-faktlar dəqiqdir; 
-şagird  problemə  aid  olan  bütün  məlumatları  seçir  və  məntiqi 
surətdə təşkil edir; 
-məlumatlara əsaslanaraq nəticələr çıxarır; 
-təqdimatda bütün ideyalar şagirdin fənn haqqında dərin biliklərə 
və  məntiqi  düşünmək  qabiliyyətinə  malik  olduğunu  aşkarlayan  bir 
tərzdə verilir; 
-təqdimat əla təşkil olunmuşdur. 
3-cü səviyyə 
-əsas  anlayışlar,  mövzular,  problemlər,  ideyalar  yerli-yataqlı 
seçilir, dürüst müəyyən edilir və təsvir olunur; 
-faktlarda kiçik dəqiqsizlik vardır; 
-problemə  aid məlumatların əksəriyyətini seçir və məntiqi şəkildə 
təşkil edir; 
-məlumatlara əsaslanaraq informativ nəticələr çıxarır; 
-təqdimatdakı ideyaların əksəriyyəti şagirdin fənn haqqında dərin 
biliklərə və məntiqi düşünmək qabiliyyətinə malik olduğunu sübut edən 
tərzdə verilmişdir; 
-təqdimat  yaxşı təşkil olunmuşdur. 
2-ci səviyyə 
-əsas anlayışlar, mövzular, problemlər, ideyalardan bəziləri seçilir, 
tərif və təsvirləri verilir; 
-bəzi informasiyalar düzgün, bəziləri səhvdir
-problemə aid az məlumat tapır; 
-məlumatlar əsasınla natamam nəticələr çıxarır; 
-təqdimat  yalnız  bəzi  ideyalar  şagirdlərin  fənn  haqqında  biliklərə 
və  məntiqi  düşünmək  qabiliyyətinə  malik  olduğunu  aşkarlayan  bir 
tərzdə verilmişdir; 
-təqdimat yetərincə yaxşı təşkil edilməmişdir. 


 
107 
1-ci səviyyə 
-əsas  anlayışlar,  mövzular,  problemlər,  ideyalar  seçilmir,  tərif  və 
təsvirləri verilmir; 
-informasiya dəqiq deyildir və ya yoxdur;  
-problemə dair mühüm məlumatları tapmır; 
-nəticələr yoxdur və ya dürüst deyildir
-təqdimatdakı bütün ideyalar dürüst ifadə edilməmişdir; 
-təqdimat olduqca pis təşkil edilmişdir. 
Səviyyələr  arasındakı  fərqlər  şagirdlərin  öz  biliklərini  necə 
göstərmələri ilə, yəni materialı nə qədər diqqətlə öyrənmələri, problemi 
nə  dərəcəjə  ətraflı  nəzərdən  keçirmələri,  faktlardan  və  detallardan  nə 
dərəcədə dəqiq və yerli-yerində istifadə etmələri ilə izah olunur. 
4-cü  və  3-cü  səviyyələr  –  şagirdlər  anlayışların,  problemlərin, 
ideyaların  tərif  və  ya  izahını  verə  bilirlər,  faktlar  arasındakı  qarşılıqlı 
əlaqəni  başa  düşürlər,  məlumatların  qiymətləndirilməsi  üçün  əqli 
vərdişlərdən  (müqayisə,  qarşılaşdırma,  səbəb-nəticə  əlaqələri,  başlıca 
amilin müəyyən edilməsi və i.a.) istifadə edirlər. Təqdimatda materialın 
şərhi  dəqiq,  illüstrasiyalar  və  misallar  yerli-yerində,  çıxarılan  nəticələr 
isə düzgündür. 
2-ci  və  1-ci  səviyyələr  –  şagirdlər  əsas  anlayışları,  problemləri 
izah edə bilmirlər, faktlar arasındakı qarşılıqlı əlaqəni pis başa düşürlər, 
faktlardan yersiz istifadə edirlər, çox vaxt isə onlardan istifadə etməkdən 
çəkinirlər.  Problemin  mahiyyəti  haqqında  danışa  və  nəticələri  yerli-
yerində  formalaşdıra  bilmirlər,  təqdimatın  keçiril-əsi  qaydalarına 
lazımınca diqqət yetirmirlər. 
Essenin qiymətləndirilməsi meyarları 
-esse  mövzusunun  mahiyyətinin  başa  düşülməsi  və  onun 
açılmasının tamlığı;   
-öz fikrinin faktlara, mənbələrin «şəhadəti» ilə, nəzəri sübutlar və 
mühakimələrlə əsaslandırıl-asının inandırıcılığı; 


 
108 
-terminlərdən, faktlardan düzgün istifadə olunması; 
-mühakimələrin aydınlığı və ziddiyyətin olmaması; 
-fikirlərin ardıcıllığı. 
Esseni ənənəvi metodlarla da qiymətlən-dirmək olar. 
Qiymətləndirmənin  göstərilmiş  meyar-larından  və  şagirdlərin 
özünüqiymətləndirmə 
vərəqlərindən 
qiymətləndirmə 
sisteminin 
yaradılması  üçün  tövsiyələr  kimi  istifadə  etmək  olar.  Hər  bir  sinfin, 
məktəbin,  təlim  fənninin  spesifik  xüsusiyyətlərini  nəzərə  almaqla  bu 
myearları  müxtəlif  variantlarda  tətbiq  etmək,  şəraitə  uyğun  olaraq 
bunları tamamlamaq və dəyişmək olar. 


 
109 
ƏDƏBĠYYAT 
 
1.  Fəal  təlim  metodlarına  gitriş  üçün  tövsiyyələr  (məktəb 
müəllimləri üçün) AR. Təhsil Nazirliyi 
2.  Fəal  təlim  metodlarına  giriş  kursu.  Məşqçilər  üçün  metodik 
tövsiyə. Azərbaycan Reəpublikası Təhsil Nazirliyi. Bakı –2000 
3.  Fəal    təlim  və  məktəb  rəhbərliyi.  Azərbaycan  Reəpublikası 
Təhsil nazirliyi. Bakı – 2001. 
4. Məşqçilər üçün Parlament debatı üzrə metodiki rəhbərlik. Bakı 
– 2001. 
5. Çto v arsenale metodiki? L.Shasov, H.Solovğev. 
6. 
İnternet 
 
«Rambler.Ru», 
«google.Ru», 
«Livejonrhal.com/users/mahcuniah/», 
«Mosoblonline. 
Ru 
/control/second? Partito… 
7.  «Məktəbdə  vətəndaş  təhsili»  «Nur»  YTM.  «Yeni  nəsl»  AJB 
nəşriyyatı Mərkəzi, Bakı 2002. 
8. R.Məlikov, Q.Nəcəfli: « Tarixin interaktiv təlimi». Müəllimlər 
üçün metodik vəsait. Bakı.çaşıoğlu 2002. 
 
 
  

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə