Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   26

 
25 
Didaktivlik:  oyun  praktiklərin  bacarığı;  Kollektiv  mülahizə 
nəticələrinin  əyaniliyi;  təlimat  və  sxemlərin  həcmində  konkretlik; 
oyunçuların intellektual şəraiti. 
 
MƏZMUN 
 
I  mərhələ.  Oyunun  keçirilməsi  qaydaları  və  məqsədi  haqqında 
informasiyanın  verilməsi  (oyunun  mövzusu,  növü,  qayda,  reqlament 
haqqında  məlumat  verilir.  Oyunun  niyyətinin  tezislərini  və  rolların 
bölüşdürülməsini yerinə yetirmək). 
Mərhələnin  nəticələri:  komandaların  təşkilat  strukturlarının 
formalaşdırılmasının yekunlaşdırıl-ması. 
II mərhələ. İştirakçıların psixoloji hazırlığı (onları oyun rejiminə 
giriş etmək üçün) 
Mərhələnin  nəticələri:  iştirakçıları  «beyin  həmləsinə»  cəlb 
etmək. 
III mərhələ. Kollektiv axtarış. Pedaqoji texnologiyada strukturları 
modelləşdirmək və praktikada tətbiq etmək. 
1.  Oyun  medançası:  əsas  pedaqoji  terminlərin  lüğəti;  qruplarda 
işləmək  üçün  suallar;  müəllimlərin  və  şagirdlərin  testləşdirilməsinin 
yekunu;  qruplarda  işləmək  üçün  hazırlıq  işləri  (qələm,  vərəq,  market, 
lövhə). 
2.  Qruplarda  işləmək  üçün  suallar;  pedaqoji  texnologiyada 
münasibətinizi bildirin və onları xarakterizə edin.  
Mərhələnin  nəticələri:  pedaqoji  texnologiya  modelinin 
yaradılması, tətbiqi formaları, komandalar arası diskusiyaya hazırlıq. 
IV  mərhələ  (III  mərhələ  ilə  paralel  olaraq).  Mikrotədqiqat 
«Seminar iştirakçıları – pedaqoji texnologiyalar haqqında « (test). 


 
26 
Mərhələnin nəticələri: seminar və onun iştirakçılarının pedaqoji 
texnologiya haqqında müqayisəli fikirləri. Mikrotədqiqat işlərinə yekun 
vurmaq. 
V mərhələ. Komandalar arası diskussiya (hər bir komandanın öz 
fikri,  münasibəti,  strukturu).  Konservatorlar  fikir  söyləyirlər:  digər 
komandaların  iştirakçıları  –  apponertlik  edir:  suallar  verir,  fikirlər 
söyləyir (arzular, diləklər). 
Seçim  yaradıcılıq  tədbirləri:  1.  Müzakirə  olunan  problem 
(texnologiya) haqqında hekayə söyləyin, məzmunu ona yaxın olsun. 2. 
Emblem çəkin. 3. Epiqramma tərtib edin. 
 
NƏTĠCƏ 
 
VI mərhələ. Yekun təəssüratını təhliletmə. 

 
Qruplarda ümumiləşdirmə; 

 
Ekspeprt qrupunun fikirləri

 
Təklif edilmiş metodun yekunu. 
Mərhələlərin  yekunu:  Məktəbin  elmi-metodiki  şurasına  yeni 
təkliflərlə müraciət etmək. 
 
OYUN QAYDALARI 
 
I mərhələ. Oyunun konkret məqsədi aydınlaşdırılır. Hər birində 6 
nəfər  olmaqla  5  komanda  iştirak  edir. Komandaların formalaşdırılması 
prinsipləri  –  məktəbdə  aktiv  tətbiq  edilən  pedaqoji  texnologiyalardan 
istifadə etməklə. Bu texnologiyalara aiddir: 

 
Differensial texnologiya; 

 
Modul təhsil 

 
Özünüidarəetmənin inkişafı; 


 
27 

 
Oyun texnologiyaları; 

 
Problemli təhsil 
  Oyunların gedişi zamanı – hər bir qrup müəyyənləşdirir: 
-qruplarda işləri təşkil edir, vəzifə bölgüsü aparır, qrup üzvlərinin 
birgə  hərəkətini  koordinasiya  edir,  ümumiləşdirir,  hər  etapda  işləri 
yekunlaşdırır. 
-oyunların  gedişi  zamanı  «öz»  texnolo-giyalarının  müsbət  və 
mənfi tərəflərini müəllim və şagirdlər üçün müəyyən edir və sairə. 
-kompleks funksiya yerinə yetirilir: praktik və analitik. 
Stol  arxasında  olan  oyunçular.  Reqlamenti  razılaşırlar. 
Komandalara rolların müəyyənləş-dirilməsi üçün 1 dəqiqə vaxt verilir. 
 
II MƏRHƏLƏ. ĠġTĠRAKÇILARIN ONUN REJĠMĠNƏ 
DAXĠL EDĠLMƏSĠ ÜÇÜN PSĠXOLOJĠ HAZIRLIQ 
 
Şagirdlərin  diqqəti  müəllim  əməyinə  yönəldilir.  Onun  arxasında 
nə dürür? Bu haqda nə bilirik. O necə ola bilər? Bu haqda düşünmək və 
müzakirələr aparmaq. 
 
III MƏRHƏLƏ. «BEYĠN HƏMLƏSĠ» - QRUPLARDA Ġġ 
Oyun  meydançasında  –  qruplarda  iş  üçün  lazım  olan  avadanlıq. 
Hər  bir  komanda  analiz  edir,  pedaqoji  texnologiya  üzrə  işlənmiş 
məsələni ümumiləşdirir. Onlarda iş üçün 20 dəqiqə vaxt ayrılır. 
 
SUALLAR: 
1. Pedaqoji texnologiyaya münasibətinizi bildirin. Onlardan hansı 
(hansılar) sizin fikrinizcə məktəbdə tətbiq oluna bilər? 
a) Sizlər tərəfindən seçilmiş pedaqoji texnologiyanın strukturunu 
modelləşdirin (müəyyənləşdirmək, xarakterizə etmək). 


 
28 
b)  müəyyən  edilmiş  texnologiyaların  praktikada  tətbiq  edilməsi 
alqoritini tərtib edin. 
2. Pedaqoji texnologiyanın tətbiq edilməsi müəllim və şagird üçün 
nə verir? 
 3.  Pedaqoji  texnologiyanın  məktəbdə  tətbiq  edilməsi  üçün  hansı 
maneələr görürsünüz? 
 
IV MƏRHƏLƏ (PARALEL OLARAQ) 
Qruplar  işləyərkən,  mikrotədqiqat  keçirilir:  müzakirə  problem 
haqqında fikirlər söylənilir. 
Aşağıdakı suallara cavab verilməsi təklif olunur (15 dəqiqə). 
1. Pedaqoji texnologiyalara öz münasi-bətinizi bildirin. Onlardan 
hansı (hansılar) sizin fikrinizcə məktəbdə tətbiq oluna bilər? 
2. Pedaqoji texnologiyanın tətbiq edilməsi müəllim və şagird üçün 
nə verir? 
3.  Pedaqoji  texnologiyanın  məktəbdə  tətbiq  edilməsi  üçün  hansı 
maneələr görürsünüz? 
Mikrotədqiqatın  müzakirəsi  və  təkmilləşdiril-məsi  –  10  dəqiqə 
(ekspertlər şurası) 
Bu zaman aparıcılar qruplara məsləhətlər verirlər. 
Müzakirədən  sonra  qruplarda  III  mərhələnin  sualları  üzrə  işlər 
başlanır. 
 
V MƏRHƏLƏ. KOMANDALAR ARASI DĠSKUSSĠYA 
Birinci  növbədə  diskussiyaya  konservatorlar  dəvət  olunur. 
Müzakirə  üçün  1  dəqiqə  vaxt  verilir.  Qruplara  suallar  verilir, 
məsləhətlər edilir, arzular çatdırılır. Bir komanda digər komandaya 1-2 
sual verə bilər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə