Изащат вярягяси


VI MƏRHƏLƏ. YARADICILIQ ġƏRAĠTĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 
29 
VI MƏRHƏLƏ. YARADICILIQ ġƏRAĠTĠ. 
Bir  qədər  yorğunluq  olduğu  zaman  istirahətə  ehtiyac  duyulur. 
İstirahət  məlum  olduğu  kimi  həm  də  fəaliyyətin  digəri  ilə  əvəz 
edilməsidir. Komandalara seçim üçün yaradıcılıq tapşırıqları verilir: 
1.  Müzakirə  olunan  problem  (texnologiya)  haqqında  hekayə 
söyləyin,  məzmunu  ona  yaxın  olsun.  2.  Emblem  çəkin.  3.  Epiqramma 
tərtib edin və sairə. 
Tapşırığın  hazırlanması  –  5  dəqiqə.  Sonra  hər  bir  komanda  öz 
yekunlarını nümayiş etdirir. (2 dəqiqə). 
Mikrotədqiqat yekunlaşdırılır – ekspertlər şurası rəy verir. 
 
VII MƏRHƏLƏ. OYUNLARIN YEKUNLAġDIRILMASI. 
a)  Liderlərin  qruplarda  görülən  işlər  barəsində  ümumiləşdirilmiş 
fikirləri; 
b) Ekspertlər şurasının yekun rəyi
c) Aparıcıların fəaliyyətinin ümumiləşdiril-məsi. 
Oyunların  yekununda  kollektiv  halda  yeni  texnologiyaların  daha 
da səmərəli, effektiv tətbiqi barədə tövsiyələr hazırlanır; 

 
Müəllimlərdən yaradıcı qrupların təşkil edilməsi; 

 
Metodik 
birləşmələrə 
cari 
tədris 
ilində 
pedaqoji 
texnologiyalara aid toplanmış təcrübələrin ümumiləşdirilməsinin tövsiyə 
olunması; 

 
Məktəbin  elmi-metodiki  şurasının  toplanmış  texnologiya 
təcrübəsinin öyrənilməsi və müəllimlərin yaradıcı qruplarını səlahiyyətli 
mütəxəssislərlə, I dərəcəli və ali kateqoriyalı müəllimlərlə təmin etməsi.  


 
30 
MÜASĠR MƏRHƏLƏDƏ TƏLĠM 
TEXNOLOGĠYALARININ TƏDRĠS PROSESĠNDƏ TƏTBĠQĠ 
 
Mənimsənilməsi  zəruri  olan  məlumatların  durmadan  artdığı 
hazırki dövrdə təlim fəaliyyətində texniki vasitələrdən istifadə olunması 
ən səmərəli tədbirlərdən biri kimi nəzərdə tutulur. Bu hər şeydən əvvəl, 
təlimdə  istifadə  olunan  texniki  vasitələrin  informasiya  mübadiləsi 
vasitəsilə çevrilir və mənimsəmənin səmərəliliyini artırır. 
Müasir  dövrü  nəzərdən  keçirdikdə  kütləvi  kommunikasiya 
vasitələrinin  nə  dərəcədə  geniş  inkişaf  etdiyinin  şahidi  oluruq.  Bu  cür 
kütləvi kommunikasiya vasitələrinə müxtəlif çap məhsulları, kinonu, səs 
yazılarını, radionu, televizov verilişlərini aid edə bilərik. Həmin kütləvi 
kommunikasiya  vasitələri  istər-istəməz  şagirdlərin  bu  və  ya  digər 
məlumatlarla  tanış  olmalarına,  onları  mənimsəmələrinə  əsaslı  təsir 
göstərir.  Şübhəsiz  həmin  vasitələri  məqsədəuyğun  şəkildə  şagirdlərin 
təlim  fəaliyyətinə  daxil  etdikdə  mənimsəmənin  səmərəliyiyinə  qat-qat 
artıq təsir göstərəcəkdir. Başqa sözlə, kino, səs yazıları, radio, televizov 
kimi  kütləvi  kommunikasiya  vasitələri  təlimin  texniki  vasitələrin 
zənginləşdirmək sahəsində mühüm rol oynayır.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  müasir  pedaqoji  proses  üçün 
texniki  vasitələrdən  istifadənin  genişlənməsi  qanunauyğun  haldır.  Əks 
təqdirdə  yalnız  köhnə  ənənəvi  şifahi  şərh  yolu ilə lazımi  məlumatların 
hamısını şagirdlərin malı edə bilməzdik. 
Təlimdə  texniki  vasitələrdən  istifadə  olunması  şagirdlərə 
çatdırılacaq  məlumatların  həcmini  artırmağa,  şagirdlərin  idrak 
fəaliyyətini fəallaşdırmağa, materialı çatdıma formasını dəyişdirməyə və 
s.  imkan  verir.  Təlim  prosesində  texniki  vasitələrdən  istifadə  zamanı 
məlumatların  qavranılması  və  işlənilməsi  daha  yüksək  psixi  fəallıq 


 
31 
şəraitində həyata keçir ki, bu da materialın dərindən mənimsənilməsini 
təmin edir. 
Psixoloji  tədqiqatlar  göstərmişdir  ki,  təlim  fəaliyyətində  texniki 
vasitələrdən  istifadə  olunması  aşağıdakı  dəyişikliklərə  səbəb  olur.  1) 
Təlimin fəallığı artır, mövzuya qarşı idrak istifadə başa çatdıqdan sonra 
şagirdlər  həmin  məsələnin  müzakirəsinə  girişirlər.  2)  İnformasiyaların 
qavranılması  prosesi  əsaslı  şəkildə  dəyişir.  Qavranılan  materialın 
anlaşılması  üçün  geniş  imkanlar  yaranır.  Əldə  edilən  yeni  biliklərlə 
keçmiş  biliklər arasında əlaqərəp zənginləşir. İdrak fəaliyyəti emosional 
fəaliyyətlə  üzvü  şəkildə  bağlanır.  Zəruri  surətlərin  yaranması 
mexanizmlərinin  idarə  olunması  imkanı  meydana  gəlir.  3) 
İnformasiyaların  işlənməsi  mərhələsində  əsaslı  dəyişiklik  baş  verir. 
Təsəvvür ehtiyatları genişlənir. 
Müasir  məktəbdə  pedaqoji  prosesdə  əyani  vasitələrin  tətbiqi  2 
mühüm  funksiyanı  həyata  keçirmək  imkanı  verir,  tədris  prosesində 
cisim  və  hadisələri  təmsil  etmək  və  gerçəkliyin  obrazlı  modelini 
yaratmaş. Bu yunksiyalır həyata keçirməklə təlimin texniki vasitələrdən 
istifadə şagirdlərin fikri fəaliyyətini daha canlı, daha məhsuldar edir. 
Müasir  dövrdə  təlim  prosesində  audiovizual  istifadə  olunması 
ayrı-ayrı  dərslərdə  müəllimin  məlumatvermə  funksiyasını  həyata 
keçirmək  imkanı  yaradır.  Bu  cür  audiovizual  vasitələrdən  xüsusi  ilə 
televiziyadan  istifadənin  rolunu  qeyd  etmək  lazımdır.  Təlimin  texniki 
vasitəsi kimi televizor verilişlərindən istifadə olunması şagirdlərin psixi 
inkişafına  əsaslı  təsir  göstərir.  Burada  1  növbədə  hissi  idrakın  inkişafı 
üçün geniş şərait yaranmış olur. Şagirdlərin daha dəqiq və aydın duyub 
qavramalır  üçün  bu  cür  audiovizual  vasitədən  istifadə  əvəzolunmaz 
əhəmiyyət  kəsb  edir.  Təlimdə  bu  cür  vasitələrdən  istifadə  təfəkküo  və 
təxəyyülün  inkişafına  geniş  imkan  yaradır.  Bu  zaman  obrazlarla  bağlı 
olan kifayət qədər anlayış və ideyalar obrazlı və əyani-əməli təfəkkürün 


 
32 
inkişafına  təsir  göstərir.  Şagirdlərin  obrazlar  aləminə  daxil  olmaları 
onların  təxəyyülünü  inkişaf  etdirir.  Ona  görə  də  şagirdlərin  xüsusilə 
bərbaedici  təxəyyüldən  istifadə  etmə  imkanları  genişlənir.  Televiziya 
verilişlərindən  audiovizual  vasitə  kimi  istifadə  olunması  şagirdlərin 
hafizələrinə  də  əsaslı  təsir  göstərir.  Ekranın  köməyi  ilə  şagirdlərə 
çatdırılan  material  tez  yadda  saxlanılır.  Uzun  müddət  unudulmur.  Adi 
təlim  şəraitində  öyrənilən  metariala  nisbətən  daha  dəqiq  yada  salına 
bilir. 
Təlimin texniki vasitələri sistemində televiziya verilişlərinin üstün 
mövqeyi rndan ibarətdir ki, o özünün məlumat vermə imkanı və eləcə də 
informasiyanı  qəbul  edənin  psixikasına  təsir  etmə  gücünə  görə  başqa 
kütləvi  kommunikasiya  vasitələrinə  nisbətən  daha  səmərəli  xarakter 
daşıyır. 
Tədris  kinolarında  istifadə  əhəmiyyətini  xüsusilə  qeyd  etmək 
lazımdır. Tədris kinosu hadisələrin cərəyan surətini istənilən kimi, tədris 
vəzifələrinə  uyğun  şəkildə  dəyişdirməyə  imkan    verir.  Tədris 
kinosundan istifadə edən müəllim dərsin gedişində müxtəlif yerlərdə və 
müxtəlif  şəraitlərdə  baş  verən  hadisə  və  prosesləri  bir-birinə  qarşı 
qoymaq  və  müqayisə  etmək  imkanı  əldə  edir. Tədris  kinosu  müşahidə 
obyekti haqqında tam və dəqiq anlayışlar yaratmaqla, bərabər, möhkəm 
əqidə və maraq tərbiyə edir. 
Adətən, televiziya verilişlərindən təkcə tədris filmlərinin nümayiş 
etdirildiyi  zaman  istifadə  olunmamışdır.  Bu  cür  verilişlərin  imkanları 
çox  genişdir.  Müəllim  şagirdlərlə  bədii-siyasi,  publisist,  elmi-kütləvi 
verilişləri  müzakirə  etməli,  onlardan  şagirdlərin  dünyagörüşünün,  əqli 
və  əxlaqi  baxışların,  bir  şəxsiyyət  kimi  formalaşmasının  gedişində 
istifadə  etməlidir.  Bu  cür  verilişlərə  təkcə  baxmaqla  kifayətlənmək 
olmaz.  Müəllim  həmin  verilişlərin  hər  birini  şagirdlərlə  birlikdə  geniq 
müzakirə etməlidir. Bu cür  müzakirələr həmin verilişlərin məzmununu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə