Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 
33 
anlamağa, onlara qarşı münasibət və ustanovkasının yaranmasına səbəb 
olur. 
Müasir 
dövrdə 
proqlamlaşdırılmış 
təlimdən, 
xüsusilə, 
proqramlaşdırılmış  təlim  maşınlarından  istifadəyə  müəyyən  yer  verilir. 
Proqramlaşdırılmış  təlim  dedikdə  əvvəlcədən  hazırlanmış  proqrama 
müvafiq  olaraq  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə  prosesisini  idarə 
etmək  yolu  ilə  öyrətmək,  təlim  vermək  nəzərdə  tutulur.  Bu  cür 
idarəetmə  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə  prosesində  daxili  və 
xarici əlaqə əsasında şagirdlərin fikri fəaliyyətini idarə etmək deməkdir. 
Proqramlaşdırılmış  təlimdə  öyrədiləcək  materiallar  «porsiyalara» 
bölünür. Bu məlumatlar çox ciddi məntiqi ardıcıllıqla düzülür. Belə ki, 
hər  bir  sonrakı  porsiyanı  anlamaq  və  mənimsəmək  üçün  əvvəlki 
porsiyaları  möhkəm  mənimsəmək  və  anlamaq  lazımdır.  Bu  olmadan 
sonrakı porsiyaların öyrənilməsinə keçmək  heç bir səmərə verə bilmir 
ümumiyyətlə, sonrakı məlumatları öyrənməyə keçmək olmur. 
Şagirdlər hər bir növbəti porsiyanın materialları ilə tanız olduqdan 
sonra, onlara müvafiq yoxlama sualları verilir. Şagirdlər həmin suallara 
cavab verməli olurlar. Bu zaman onlar cavağlarının düzgün və ya yanlış 
olduğunu  yoxlamaq  imkanına  malik  olurlar.  Cavablar  düzgün  olduqda 
şagird  sonrakı  porsiyanı  öyrənməyə  keçir.  Yanlış  olduqda  isə  yenidən 
əvvəlki  məsələni  təkrar  etməyə,  öyrənməyə  yönəldilir.  Bu  iş  düzgün 
cavab alınana qədər davam etdirilir. 
Proqramlaşdırılmış  təlimdən  istifadədə  məqsəd  şagirdlərin 
öyrənmə  proseslərinin  səmərəli  keçməsinə  kömək  edir,  onlar  çoxlu 
məlumata malik olurlar. Bu üsuldan hər bir şagirdlə daha fərdi işləmək 
olur,  xüsusilə  təlimin  maşınlarından  istifadə  olunması  təlim  işinin 
səmərəliyinə əsaslı təsir göstərir. 
Hazırda  kompüterlərdən  istifadə  olunması  bu  baxımdan  diqqəti 
cəlb edir. 


 
34 
Təlimin  kompüterləşməsi  bütün  fənlər  üzrə  bacarıq  və  vərdişlər 
əldə  olunmasına,  şagirdlərin  idrak  və  yaradıcılıq  qabiliyyətinin  inkişaf 
etdirilməsinə, təlim və tərbiyə prosesini idarəetməyi optimallaşdırmağa, 
təlim prosesini şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun aparmağa imkan 
verir. 
Ölkəmizdə  aparılan  psixoloji  tədqiqatlar  təlimdə  kompüterlərdən 
istifadənin aşağıdakı üstün cəhətlərini aşkara çıxarmışdır. 
a)  kompüter  vasitəsilə  görülən  işin  yeniliyi  şagirdlərin  onunla 
işləməyə olan marağını daha da artırır. 
b) o, təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə 
almağa imkan verir.  
v) fərdi ünsiyyət funksiyasını yerinə yetirir. 
q) kompüter şagirdlərin təlim prosesinə fəal surətdə qoşulmasına  
diqqətlərini  öyrənilən  materialın  lazımi  cəhətlərinə  cəlb  etməyə  imkan 
verir. 
ğ)  təlimdə  müxtəlif  tapşırıqların  tətbiq  olunması  imkanları 
genişlənir,  müxtəlif  situasiyaların  modelləşdirilməsi  tapşırıqlarından 
geniş istifadə olunur. 
d) şagirdlər kompüterin köməyi ilə əvvəllər əldə edə bilmədikləri 
məlumatlardan istifadə etmək imkanı qazanırlar. 
Bütün  deyilənlərdən  aydın  olur  ki,  proqramlaşdırılmış  təlimdən 
istifadə  müasir  dövrdə  böyük  üstünlüklərə  malikdir.  Lakin  onun 
qüsurlarını da qeyd etməmək olmaz. Hər şeydən əvvəl bu üsuldan bütün 
müəllimlər  eyni  səviyyədə  istifadə  etmək  imkanına  malik  deyildir. 
Digər  tərəfdən  isə  proqramlaşdırılmış  təlim  fərdiləşdirməyə  nə  qədər 
geniş  imkan  versə  də  müəllimin  şagirdlə  canlı,  emosional  ünsiyyətini 
əvəz edə bilməz. 
Təlimdə  istifadə  olunan  texniki  vasitə  kimi,  artıq  çoxdandır  ki, 
maqnitafon  özünə  geniş  yer  etmişdir.  Lakin  bu  imkan  ən  çox  dillərin, 


 
35 
xüsusilə xarici dilin öyrənilməsi prosesində daha genişdir. Bu məqsədlə 
məktəblərdə  fəaliyyət  göstərən  linqafon  kabinələrinin  rolunu  xüsusilə 
qeyd etmək lazımdır. 
Bəs  dillərin  öyrənilməsində  maqnitafonun  mövqeyi  nədən 
ibarətdir? 
Maqnitafondan, hər şeydən əvvəl düzgün tələffüz vərdişini yardan 
çalışmalar üçün istifadə edilir. Maqnitafon olmadıqda tələffüz vərdişinin 
yaradılmasında  əsas  ağırlıq  müəllimin  üzərinə  düşür.  Bu  zaman  təlimi 
fərdiləşdirmək  çətinləşir.  Ona  görə  də  çox  vaxt  müəllimlər  bu  işin 
öhdəsindən  gələ  bilmirlər.  Müasir  dövrdə  isə  maqnitafon  müəllimlərin 
bu  işdə  ən  yaxın  köməkçisi  olmuşdur.  Maqnitafon  vasitəsilə  bu  və  ya 
digər  ifadələr  istənilən  miqdarda  təkrar  edilir  ki,  bunun  sayəsində  də 
şagirdlər düzgün tələffüzü dəfələrlə dinləmək imkanı əldə etdirir. 
Maqnitafonu dəfələrlə dinləmək nəticəsində şagirdlər özlərinin və 
yoldaşlarının lentə yazılmış nitqlərindəki səhvləri daha yaxşı başa düşür 
və asanlıqla düzəldirlər. 
Müəllimin  düzgün  tələffüzü  nəticəsində  lentə  yazılmış  səslər 
dinlənilir və şagirdlər diktorun işlətdiyi həmin sözləri təkrar edirlər. 
Müşahidə və təcrübələr göstərir ki, xarici dilləri öyrənən şagirdlər 
öz  müəllimlərinin nitqini  yaxşı  başa  düşdüyü  halda,  başqasının  məlum 
sözlər  və  qrammatik  konstruksiyalar  əsasında  qurulmuş  danışığını 
anlamaqda çətinlik çəkirlər. 
Bu  işdə  də,  yəni  şagirdlərin  eşitmə  və  anlamaqda  da  maqnitafon 
köməyə  gəlir.    Eşitmə  və  anlama  bacarığını  yaratmaq  üçün  arası 
kəsilmədən  məşqlər  aparmaq  və  bu  yolda  daha  mürəkkəb  və  zəruri 
bacarıqlar yaratmaq lazımdır. 
Maqnitafonla  aparıla  biləcək  belə  çalışmalara  aşağıdakılar  misal 
ola bilər; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə