AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ
İctimai və humanitar elmlar seriyası, 2018, Же 1
ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
Серия общественных и гуманитарных наук, 2018, Же 1
PROCEEDINGS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHIVAN BRANCH OFFICE
The series o f social sciences and humanities, 2018, Же 1
ÇİNARƏ RZAYEVA
AMEA Naxçıvan Bölməsi
E-mail: cinarerzayeva@ yahoo.com.tr
AZƏRBAYCAN VƏ DİGƏR TÜRK XALQLARI BAYATILARINDA
VARİANTLILIQ MƏSƏLƏLƏRİ
Məqalədə əsas məqsədimiz Azərbaycanda toplanan bayatıların türk dünyasında varianthlıq məsə
lələrini araşdırmaqdan ibarətdir. Həcmcə kiçik, lakin zəngin məzmun çalarına malik olan bayanlar özü
nəməxsus xüsusiyyətləri ilə seçilir. Bir çox bayatılar vardır ki, onlar bu gün həm Türkiyə, Ahıska, Qa
qauz, Kərkük, həm də digər türk xalqlarının folklorunda işlənir. Həmçinin o da qeyd olunub ki, bəzi baya
tılar türk xalqlarının folklorunda məzmunca saxlanılmış, forma baxımından müəyyən dəyişikliyə uğramış
dır. Məqalədə türk xalqlarında işlənən bayatılara aid nümunələr verərək fikrimizi təsdiqləmiş oluruq.
Açar sözlər: Azərbaycan, türk, bayatı, ortaq, müqayisə.
İnsan ruhunu oxşayaraq dildən-dilə, nəsildən-nəslə, əsrdən-əsrə, ağızdan-ağıza ke
çib gələn folklor nümunələrindən janr etibarı ilə ən çox yayılanı bayatılardır. Həcmcə
kiçik, lakin dərin mənası olan “bayatılar insan həyatının canlı poetik salnaməsidir. Onun
varlığını, mənəvi aləmini dünyaya göz açdığı çağdan ömrünün son anlarına kimi müşa
yiət edir, duyum və hisslərinə estetik, bədii zövq aşılayır” [1, s. 4]. El ədəbiyyatının ən
geniş yayılmış qollarından biri olan bayatılar öz mövzu müxtəlifliyi ilə seçilir, Belə ki,
bayatıların mövzu dairəsi genişdir. Bayatıların əhatə etdiyi mövzular bunlardır: Vətən,
qürbət, mərdlik-namərdlik, eşq-məhəbbət, sevgi, xoşbəxtlik, bolluq-bərəkət, ayrılıq, in
tizar, istək-arzu, qəm-qüssə, üzüntü, öyüd-nəsihət, hörmət-ehtiram, xeyir-dua, qarğış,
ağ1, şənlik, toy-düyün və s. Bayatılarda insana məxsus müsbət və gözəl xüsusiyyətlər,
saf məhəbbət, həyat eşqi, qəm, kədər, ayrılıq, vətən sevgisi və sairlə yanaşı “dostluq, sə
daqət, humanizm meyilləri canlı, şairanə bir dillə, az sözlə, böyük və dolğun fəlsəfi mə
na ilə ifadə olunmuşdur” [1, s. 4].
Bayatıların mövzu əhatəsi geniş olması ilə bərabər söylənmə yeri də müxtəlifdir.
Toy və xına mərasimlərində, hər hansı sevincli gündə söylənilən bayatılar və s.
Bayatılar həmçinin türk xalqlarının regionlarında da geniş şəkildə kök salmış və
yayılmışdır. Belə ki, bizim bayatılarla bərabər “pərvəriş tapan özbək, türkmən, qaqauz,
türk, kərkük qoşuq-mani xoyratları da həmin poetik aləmin özülünü təşkil edib yüzil
liklər boyu yaşamış, zəngin, tükənməz bir xəzinəyə çevrilmişdir” [1, s. 5]. Tanınmış türk
yazar, publisist və dramaturq Ə.Nesinin təbirincə desək, “hər bir millətin böyüklüyü
onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir
xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyən
ləşdirilir” [2, s. 219]. Bu qədimlik və zənginlik folklorda da öz əksini tapır. Biz də bu
qədim və zəngin folklor janrı olan bayatıları tədqiqata cəlb etmişik.
Azərbaycanda toplanan bayatıları digər türk xalqlarında toplanan bayatılarla qar
şılıqlı şəkildə müqayisə etdikdə bunların həm eyni olanı, həm də bir az dəyişik formada
olanları ilə rastlaşırıq. Deyilən fikirlərə aid aşağıda bir neçə nümunəyə diqqət yetirək:
173
Azərbaycan:
Bulaq başı toz olar,
Üstü dolu qız olar.
Mən sənə gül demərəm,
Gülün ömrü az olar [1, s. 145].
Qaqauz.
Kala böyür saz olur,
Saz açılıb yaz olur.
Mən yarıma gül deməm,
Gülün ömrü az olur [10].
Türkiyə:
Bağçalarda saz olur
Gül açılır yaz olur
Mən yarimə gül deməm
Gülün ömrü az olur [5, s. 283]
Kərkük:
Bağçalarda saz olur
Gül açılır yaz olur
Mən yarıma gül deməm
Gülün ömrü az olur [7, s. 108].
Krım tatarları:
Dərya dibi saz olar,
Gül açılsa, yaz olar.
Mən sənə gül demərəm,
Gülün ömrü az olar [9, s. 15].
Qeyd edək ki, verilən bayatılarda Azərbaycan dili ilə İraq türkmənlərinin dilinin
çox yaxın olduğunu görürük. “Kərkük xoyrat və manilərinin tanış olduğum nümunələri
göstərir ki, istər düşüncə yolu, istər obrazlar silsiləsi, istər iztirab, həsrət, ümid, sevinc və
kədərlərinin ifadə forması etibarı ilə İraqın türkdilli sakinləri azərbaycanlılara çox yaxın
dırlar” [4, s. 236-241].
Yuxarıda verdiyimiz nümunələrdə demək olar ki, bəzi dəyişikliklərin olmasına
baxmayaraq hər bir nümunə eyni mənanı verir. Türkiyə və Kərkük variantında verilən
bayatılar eynidir. Sonra daha yaxın olanı qaqauz variantıdır. Azərbaycan variantında isə
bayatının başlıq hissəsi fərqli formada verilmişdir. Amma əvvəlki misraların fərqli ve
rilməsinə baxmayaraq hər beş bayatının son iki misrası və ümumi mənası eynidir. Veri
lən hər beş nümunədə gülün gözəl və ömrünün az olması deyilir. Bunun üçün də yarla
rım gülə bənzətmirlər.
Digər bayatılara nəzər salaq:
Azərbaycan:
Bu bağlar olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı [1, s. 169].
Türkiyə:
Bu dağlar olmasaydı
Çiçəyi solmasaydı
Olüm Allahın əmri
Ayrılıq olmasaydı [5, s. 283].
174
Krım tatarları:
Dəryalar dolmayaydı,
Çiçəklər solmayaydı,
Ölüm Allahdan gəlir,
Ayrılıq olmayaydı [9, s. 62].
Axıska türklərinin bayatıları da öz xüsusiyyətləri ilə seçilir. Belə ki, onların çək
diyi vətən həsrəti, yurd dərdi, özləm hissləri, eləcə də gələcəyə ümid də bayatılarının
əsas mövzu dairəsini təşkil edir. Yuxarıda verdiyimiz bayatıya Axıska türklərinin folk
lorunda da rast gəlirik:
Bu bağlar olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı [3, s. 112].
Verilən bu bayatıya qaqauzların folklorunda da rast gəlirik:
Bu dağlar olmayaydı
Çiçəklər solmayaydı
Ölüm Allahtan gəlir
Ayrılıq olmayaydı [13].
Verdiyimiz nümunədə fərqlilik çox azdır. Hətta Azərbaycan və Axıska bayatı nü
munələri tamamilə eynidir. Hər beş bayatıda güllərin, bağların saralıb solmaması, ayrılı
ğın olmaması arzu edilir.
Nümunələrə diqqət etdikdə görürük ki, türk xalqlarının düşüncə və təfəkkürü ox
şardır. Bayatılar (manilər) türk düşüncəsinin, türk təfəkkürünün təsiri nəticəsində mey
dana gəlmiş və bu gün də öz dəyərini qoruyur. Ta qədim zamanlardan bu günə qədər
Türk xalqlarının birliyi, həmrəyliyi daim müşahidə olunmuşdur. Bundan sonra daha çox
olacağına şübhəmiz yoxdur.
Vətən mövzusunda Azərbaycanda toplanan bir nümunəyə diqqət yetirək:
Qəribəm bu vətəndə,
Gözüm yoldan ötəndə.
Qəriblik yaman olur,
Baş yastığa yetəndə [1, s. 16].
Axıska:
Qəribəm bu vətəndə,
Qərib quşlar ötəndə.
Gövlüm göyərçin oldi,
Durmiyer yad vətəndə [3, s. 89].
Yuxarıda qeyd etdiyimiz kimi, bayatıların mövzu dairəsi genişdir. Onların içəri
sində önəmli yerlərdən birini tutan Vətən mövzusunda olanlardır. Məhz yuxarıda qeyd
etdiyimiz nümunələrdə Vətən həsrəti, vətən sevgisi öz əksini tapmışdır. Belə ki, bayatı
larda insanın harda olmağından asılı olmayaraq Vətən üçün darıxmağını, vətən həsrəti
ni, vətən sevgisini görürük. Bu bayatılardan aydın görürük ki, “xalq öz ana yurdunu,
onun təbii gözəlliklərini həmişə sevmiş və poetikləşdirməyə çalışmışdır” [6, s. 148].
Bayatıları zənginləşdirən digər bir xüsusiyyət də onlarda atalar sözlərinin, öyüd-
nəsihətin, hikmətli sözlərin və alqışların yer almasıdır. Bu xüsusiyyətlər öz zənginliyi ilə
bayatılara da xüsusi məna çaları qatmışdır.
Bayatılarda olan ortaq xüsusiyyətlərdən biri də yuxarıda qeyd etdiyimiz sözlərin
əks olunmasıdır. Təhlillər apardığımız zaman öyüd-nəsihətin, hikmətli sözlərin və alqış
ların əks olduğu bayatılara da xeyli sayda rast gəldik. Belə bayatılar Azərbaycan, Tür
175
kiyə, Axıska və digər türk xalqlarının folklorunda çoxluq təşkil edir. Dediyimiz fikirləri
aşağıda verdiyimiz nümunələrlə təsdiqləyə bilərik.
Məsələn:
Əzizim il yarası,
Ağrıdır il yarası
Xəncər kəssə sağalar,
Sağalmaz dil yarası [1, s. 223].
Əzizim aman gündə,
Sözün de aman gündə.
Dost kimdi, düşmən kimdi,
Tanırsan yaman gündə [1, s. 218].
Azərbaycan bayatıları kitabından verdiyimiz bu nümunələrdə “Qılınc yarası sağa
lar, söz yarası sağalmaz”, “Dost dar gündə tanınar”, “Dost yaman gündə tanmar” və ya
“Yaxşı dostu yaman gündə sına” atalar sözlərinin məna mahiyyəti özünə yer tapmışdır.
Belə bayatılar həm də nəsihət xarakterlidir. Bu nümunələrdə atalar sözləri olduğu kimi
verilməsə də eyni mənada verildiyi açıq-aydın görülməkdədir.
Yuxarıda “Qılınc yarası sağalar, söz yarası sağalmaz” atalar sözünün işləndiyi bi
rinci bayatıya Kərkük folklorunda da rast gəlinir. Məsələn:
Gül yarası;
Bülbüldə gül yarası.
Xəncər yeri sağalar,
Sağalmaz dil yarası [7, s. 253].
Türkiyə:
Altın dişim qanamaz
Sevda mənə yaramaz
Ver ana sevdiyimə
Özü düşən ağlamaz [11].
Lokman dünya heç demiş
Əkdiyini biç demiş
Dərdli zoru görüncə
Keç igidim keç demiş [12].
Birinci nümunədə axırıncı misra “Özü düşən ağlamaz” atalar sözü ilə tamamlan
mışdır. İkinci nümunədə isə “Nə əkərsən onu da biçərsən” atalar sözü işlənmişdir. Onu
da qeyd edək ki, atalar sözləri bayatılarda bəzən olduğu kimi verilir, bəzən bayatıya, yə
ni qafiyəyə, heca sayma uyğun gəlsin deyə dəyişik formada işlənmişdir. Elə yuxarıda
verdiyimiz iki nümunədə deyilən fikir öz əksini tapmışdır. Belə ki, birinci nümunədə
atalar sözü olduğu kimi, ikinci nümunədə isə bir az yığcam formada verilmişdir. “Lok
man dünya hiç demiş, Əkdiyini biç demiş” misralarının mənası yuxarıda verdiyimiz “Nə
əkərsən onu da biçərsən” atalar sözü ilə eyni mənanı ifadə edir. Hər iki atalar sözünün
nəinki Türkiyə folklorunda həmçinin Azərbaycan folklorunda da işlənmə tezliyi yük
səkdir.
Axıska türklərinin folklorunda atalar sözləri ifadə olunan bayatılara xeyli sayda
rast gəlinir. Məsələn:
Əzizinəm Vətəndə
İgid gərək Vətəndə
Elin sözü bir olsa
Yağı qoymaz Vətəndə [3, s. 96]
176
Axıska folklorundan verdiyimiz bu nümunədə “Elin gücü bir olsa, düşməni dara
çəkər”, “El bir olsa zərbi kərən sındırar”, “El bir olsa, dağ oynadar yerindən” mənalarını
ifadə edən atalar sözü işlənmişdir. Bu atalar sözləri də işlənmə tezliyi yüksək olanlar sı
rasındadır.
Kərkük:
A yağa;
Düşmən baxar ayağa
Sən məclisə gedərkən
Hər kəs qalxar ayağa [7, s. 59]
Yuxarıda verilən bayatıda “Dost başa baxar düşmən ayağa” atalar sözünü ifadə
edən “Düşmən baxar ayağa” misrasını görürük. Lap əvvəldə qeyd etdiyimiz kimi, ba
yatılarda atalar sözlərinin ya bir hissəsi, ya da müəyyən dəyişilmiş forması verilir. Məhz
bu bayatıda da atalar sözünün tamamı yox, bir hissəsi ifadə olunmuşdur.
Yazılanlardan belə nəticəyə gəlinir ki, Azərbaycan folklor nümunələri ümum türk
folklorunun inkişafında böyük rol oynamışdır. Azərbaycanda toplanan bayatılara digər
türk xalqlarının folklorunda bəzi hallarda olduğu kimi, bəzi hallarda isə məzmunu sax
lanılmaqla forma baxımından dəyişik formalarda işlənib. Hər bir xalqın özünün təfək
kürü, düşüncəsi, məntiqi bayatılarda öz əksini tapmışdır.
Təhlillər zamanı həm Azərbaycanda toplanan bayatılarda, həm də digər türk xalq
larının folklorunda atalar sözləri ilə ifadə olunmuş bayatılara da xeyli sayda rast gəldik.
İşlənmə tezliyi yüksək olan bu atalar sözləri bir çox bayatıların əsasən də son misrala
rını təşkil edir. Bu da bayatıların nə qədər dərin mənaya malik olmasını bir daha sübut
edir. Bayatılar həcmcə kiçik olmasına baxmayaraq həm mövzu dairəsi, həm də məna ça-
larları baxımından müxtəlif və genişdir. Demək olar ki, nənələrimizdən, babalarımızdan
gələn bu folklor nümunəsi hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məhz biz
lər də bunu gələcək nəsillərə ötürərək daim yaddaşlarda yaşatmalıyıq.
ƏDƏBİYYAT
1. Azərbaycan bayatıları. Bakı: XXI Yeni Nəşrlər Evi, 2004, 304 s.
2. Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri. Respublika elmi-
praktik konfransı, 18-19 May. Bakı, 2017, 250 s.
3. Əhmədli A. Qubadlı Q. Axıska türk folkloru. Bakı: Nurlan, 2008, 269 s.
4. Məmmədov E. Naxçıvan və Kərkük bayatılarında variantlılıq məsələləri. AMEA
Naxçıvan Bölməsinin Xəbərləri. Naxçıvan: Tusi, 2007, № 3, s. 236-241.
5. Şükrü E. Halk edebiyatma giriş. Ankara: Başer, 2004, 785 s.
6. Əfəndiyev P. Şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 404 s.
7. Paşayev Q. İraq-Kərkük bayatıları. Bakı: Yazıçı, 1983, 348 s.
8. Naxçıvan folklor antologiyası: 3 cilddə, III c. Naxçıvan: Əcəmi, 2012, 560 s.
9. Türk xalqları folkloru. I kitab, Krım-tatar xalq şeirindən seçmələr. Bakı: Nurlan, 2013,
180 s.
10. http://www.anl.az/down/meqale/xalqcebhesi/2015/dekabr/466641.htm
11. http://www.usakkulturturizm.gov.tr/TR,75320/siirler-
destanlarturkulermanilertekerlemelerninnileragi-.html
12. https://tr.wikisource.org/wiki/Maniler_(L)
13. http://ekitap.kulturturizm.gov.tr/TR,78522/gagavuz-sozlu-turk-edebiyati.html
177
Чинара Рзаева
ПРОБЛЕМА ВАРИАТИВНОСТИ В БАЙТАХ АЗЕРБАЙДЖАНА
И ДРУГИХ ТЮРКСКИХ НАРОДОВ
Оновная цель статьи состоит в исследовании частоты использования в тюрк
ском мире баят, собранных в Азербайжане. Небольшие по форме, но обладающие
богатоством оттенков содержания, баяты отличаются уникальными особеннос
тями. Есть много баят, которые используются сегодня и в фольклоре турецкого
народа, а так же в месхетинском, гагаузском, киркукском и фольклорах других
тюркских народов. Кроме того, было отмечено, что некоторые баяты с точки зре
ния сохранения формы подверглись некоторым изменениям. Используемые в ста
тье примеры баят, взятые из фольклора тюркских народов, подтверждают наше
мнение.
Ключевые слова: Азербайджан, тюркский, баяты, общий, сравнение.
Chinara Rzayeva
THE PROBLEM OF VARIABILITY IN BAYATS OF AZERBAIJAN
AND OTHER TURKIC PEOPLES
The main purpose of the article is to investigate the frequency of use in the Turkic
world of the bayat collected in Azerbaijan. Small in form, but rich in the content shades,
bayats have unique features. There are many bajat that are used today in the folklore of
the Turkish people, as well as in the Meskhetian, Gagauz, Kirkuk and folklore of the
other Turkic peoples. In addition, it was noted that some bayat from the point of view of
preserving the form underwent some changes. The examples of bayats used in the ar
ticle, taken from the folklore of the Turkic peoples, confirm our opinion.
Keywords: Azerbaijan, Turkic, bayats, general, comparison.
(Filologiya iizrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)
178
Dostları ilə paylaş: |