Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə1/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
  1   2   3   4   5   6   7   8   9   10   11


Yalnız Allah həqiqi sülh bəxş edə bilər! 

Əbdürrəhim əl-Rumi 

 

Mündəricat 

 

I Fəsil. Imanlılar arasında həqiqətən Allaha sadiq qalanlar kimlərdir?



 

II Fəsil. Incildə hansı dəyişikliklər aparılmışdır?

 

III Fəsil. Allahın oğlu varmı?



 

IV Fəsil. Qurban bayramının əsl mahiyyəti nədədir?

 

V Fəsil. Yalnız Allah həqiqi sülh bəxş edə bilər!



 

 

 



 

 

 

 




I Fəsil 

Imanlılar arasında həqiqətən Allaha sadiq qalanlar kimlərdir?  

 

Qur`ani-Kərim,  heç  də  bütün  yəhudi  və  xristianların  Müqəddəs  Kitab  öyüdlərini  düzgün 



tə`lim etmədiklərini söyləyərkən haqlıdır. 

 

«Ey  mö`minlər!  Indi  onların  (yəhudilərin)  sizə  inanacaqlarına  ümidmi 

edirsiniz?  Halbuki  Musa  dövründə  onların  içərisində  elələri  vardı  ki, 

Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif 

edirdilər» (əl-Bəqərə 2:75). 

 

Elə həmin surədə yazılmışdır: 



 

«Bütpərəstlərə: “Allahın göndərdiyinə tabe olun!” - deyilən zaman, onlar: 

“Biz  yalnız  atalarımızın getdiyi yolla gedəcəyik”,  - deyirlər. Bəs ataları 

bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?» (əl-Bəqərə 2:170). 

 

Bu cür fikirlərə Qur`anın digər surələrində də rast gəlinir. 



 

«Kitab  əhlindən  bir  zümrə  də  vardır  ki,  siz  onların  oxuduqlarını 

Tövratdan  hesab  edəsiniz  deyə,  kitab  oxuyan  zaman  dillərini  o  tərəf-bu 

tərəfə  əyirlər.  Halbuki,  onların  bu  oxuduqları  Kitabdan  deyildir.  Onlar 

isə:  “Bunlar  Allah  tərəfindəndir”,  -  deyirlər.  Bunlar  heç  də  Allah 

tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. Heç bir 

kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən 

sonra  o,  insanlara:  “Allahı  buraxıb  mənə  qul  olun!”  -  desin.  Əksinə  o: 

“Öyrətdiyiniz  kitabın  və  öyrəndiyiniz  şeyin  sayəsində  rəbbani 

(mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər» (Ali-

Imran 3:78, 79). 

 

«”Biz  məsihçiyik”,  -  deyənlərdən  də  əhd  almışdıq.  Sonra  onlar  xəbərdar 



olunduqları  şeylərin  bir  hissəsini  unutdular.  Biz  də  aralarına  qiyamət 


gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri 

işlər barəsində xəbər verəcəkdir!» (əl-Maidə 5:14). 

 

Məhəmmədin  yaşadığı  dövrdəki  məsihçilik  tarixini  nəzərdən  keçirən  hər  bir  kəs  burada 



nədən söhbət getdiyini başa düşür. Məryəm oğlu Isanın səmaya ucaldıldığı vaxtdan təxminən 

300 il  sonra,  Onun  özlərini məsihçi adlandıran ardıcılları  Isanın  mücdəsini  müxtəlif  bütpərəst 

tə`limləri  ilə  qarışdırmağa  başladılar.  Onlar  Yaradana  deyil,  insan  əlinin  yaratdığı  şeylərə  - 

rəsmlərə və bütlərə səcdə etməyə başladılar. Hətta günəşə və aya da səcdə edirdilər. Onlar ilk 

məsihçilərin inandıqları təsəvvürəgəlməz dərəcədə qüdrətli və böyük Allahın təbiətini açmağa 

sə`y  göstərdilər.  Lakin  bu  sə`yləri  onları  yanlış  istiqamətdə  apardı  və  Məsihin  ardıcılları  öz 

aralarında müxtəlif qruplara ayrıldılar. 

Isanın  anası  Məryəmi  ilahi  səviyyəyə  qaldırdılar.  Bu  qadının  mö`minliyi,  həlimliyi  və 

müdrikliyi xristian və müsəlmanların müqəddəs kitablarının səhifələrində öz əksini tapmışdır. 

Lakin onların heç birində «Məryəm - allahdır» sözləri yazılmamışdır. 

Vaxt  keçdikcə,  həqiqətlə  yalan  arasındakı  sərhəd  yoxa  çıxmağa  başlamışdır.  Həqiqəti 

unutmayan  və  onun  təmizliyi  uğrunda  mübarizə  aparan  hər  bir  kəs  imansız  adlandırılaraq 

tə`qib  edilirdi.  Allahın adı  altında  qantökmənin  əsası  belə  qoyuldu.  Xaç  yürüşləri  tarixdə dini 

fanatizmin  özbaşınalıqlarının  baş  aldığı  ən  kədərli  və  biabırçı  dövrlərdən  biridir.  Bu  yürüşlər 

digər dini e`tiqadlara xor baxmağa, müstəmləkəçiliyin və irqi ayrı-seçkiliyin yaranmasına səbəb 

oldu.  Dillərində  Allah  kəlməsilə  açıq  irqi  ayrı-seçkilik,  bütpərəst  adət  və  ən`ənələri  -  orta 

əsrlərin məsihçiliyinə xas cəhətlər idi. 

Müqəddəs kitabların öyüdlərinə də seçici münasibət bəsləyirdilər, özlərinə sərfəli olanlarını 

və  böyük  zəhmət  tələb  etməyənlərini    seçir,  qalanlarını  isə  rədd  edirdilər.  Bu  yolla,  məsələn, 

natəmiz yeməklər haqqındakı göstərişlər yaddan çıxarılırdı. Tövratda qadağan edilən donuz əti 

də  daxil  olmaqla,  bütün  natəmiz  yeməkləri  qəbul  etməyə  başladılar.  Spirtli  içkilərin  hədsiz 

dərəcədə  istifadəsi,  həmçinin  müqəddəs  kitablarda  qadağan  edilmiş  bir  çox  şeylər  də 

mühakimədən kənarda qalırdı.   

 

Bəs bu gün vəziyyət necədir? 



 

Məsihçilik indi də bir çox qollara ayrılmış vəziyyətdədir. Məryəmi artıq üçlüyün bir hissəsi 

hesab  etməsələr də,  digər  məsələlərdə  yanlış  fikirlər daha da  dərin kök  atmışdır.  Beləliklə  də, 

bə`ziləri  inanırlar  ki,  Allah  dünyanı  Öz  qüdrətli  əli  ilə  yaratmışdır,  digərləri  isə  Allahın 

öldüyünü iddia edirlər. Onlar müqəddəs kitabları təmsil adlandıraraq alçaldırlar və imanlıların 

dualarını  ələ  salırlar.  Adətən,  məsihçi  adı  altında  yaşayanların  çoxu  spirtli  içkilər,  siqaret  və 

narkotik maddələrlə və digər zərərli vərdişlərlə özlərini məhv edirlər. Bu, Allahın yer üzündə 

yaratdığı ən ali məxluqun insan olması fikrinə zidd çıxır.  




Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə