Жц илляр цчцн Азярбайжан Республикасынын ващид идман тяснифаты



Yüklə 2,69 Mb.
səhifə11/20
tarix14.01.2018
ölçüsü2,69 Mb.
#20590
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

BOKS

Dərəcə tələbləri



İU – dünya çempionatında 1-5-ci yerləri; Avropa çempionatında 1-3-cü yerləri; gənclərin dünya birinciliyində 1-3-cü yerləri; gənclərin Avropa birinciliyində 1-2-ci yerləri; yeniyetmələrin dünya birinciliyində 1-2-ci yerləri; yeniyetmələrin Avropa birinciliyində 1-ci yeri; ölkə çempionatında 1-ci yeri və beynəlxalq turnirlərin birində 1-3-cü yerləri tutmaq;

İUN – beynəlxalq turnirlərdə 1-3-cü yerləri; ölkə çempionatında 2-3-cü yerləri; gənclərin ölkə birinciliyində 1-2-ci yerləri; yeniyetmələrin ölkə birinciliyində 1-ci yeri tutmaq;

I idman dərəcəsi – şəhər çempionatı və birinciliklərində 1-ci yeri tutmaq; İl ərzində 10 II dərəcəli idmançılar üzərində qələbə qazanmaq;

II idman dərəcəsi – İl ərzində 8 III dərəcəli idmançılar üzərində qələbə qazanmaq;

III idman dərəcəsi – İl ərzində idman dərəcəsi olmayan 4 boksçu üzərində qələbə qazanmaq;

Qeyd: yüksək dərəcəli idmançı üzərində 1 qələbə 2 aşağı dərəcəli idmançı üzərində qələbəyə bərabər tutulur. (1 – I dərəcə = 2 – II dərəcəyə)
CÜDO

Dərəcə tələbləri
İU - Yeniyetmələrin Ümumdünya oyunlarında I-III yerləri; Yeniyetmələrin Avropa çempionatında və ya Avropa Olimpiya Festivalında I-III yerləri; Yeniyetmələrin Yay Olimpiya Oyunlarında I-III yerləri; U-21 gənclərin Avropa çempionatında I-III yerləri; 21 yaşadək gənclərin dünya çempionatında I-III yerləri; U-23 Avropa çempionatında I-III yerləri; Hərbçilərin Ümumdünya Oyunlarında və ya Dünya Çempionatında I-III yerləri; Tələbələrin Dünya çempionatında və ya Universiadasında I-III yerləri; hər çəki dərəcəsində kişilər arasında 16 iştirakçı və qadınlar arasında 10 iştirakçıdan az olmamaq şərtilə keçirilən Azərbaycan çempionatında I-III yerləri; U-23 Azərbaycan birinciliyində I-II yerləri; gənclərin Azərbaycan birinciliyində I yeri; “Qran-Pri” və “Qran Şlem” beynəlxalq yarışlarında I-III yerləri tutmaq.

İUN – ölkə çempionatında III-V yerləri; gənclərin ölkə birinciliyində II-III yerləri tutmaq və 10 ölkənin iştirakı ilə Beynəlxalq Federasiyanın təqvimində olan turnirlərdə I-III yerləri tutmaq; Yeniyetmələrin ölkə birinciliyində I yeri tutmaq və 10 ölkənin iştirakı ilə Beynəlxalq Federasiyanın təqvimində olan turnirlərdə I-III yerləri tutmaq;

I idman dərəcəsi - İl ərzində şəhər və rayon miqyasından aşağı olmayan yarışlarda İUN dərəcəli idmançılar üzərində 2 qələbə və ya I dərəcəli idmançılar üzərində 8 qələbə qazanmaq;

II idman dərəcəsi - İl ərzində şəhər və rayon miqyasından aşağı olmayan yarışlarda I dərəcəli idmançılar üzərində 2 qələbə və ya II dərəcəli idmançılar üzərində 8 qələbə qazanmaq;

III idman dərəcəsi - İl ərzində idman cəmiyyəti, klub və ya rayon birinciliyində II dərəcəli idmançılar üzərində 2 qələbə və ya 6 dərəcəsiz idmançılar üzərində qələbə qazanmaq;

Qeyd: Beynəlxalq Federasiyanın təqvimində olan turnirlər nəzərdə tutulur.

Dərəcəni təsdiqetmə.
İdman ustalığına namizəd il ərzində öz dərəcəsindən olan müxtəlif idmançılar üzərində 5 qələbə qazanmalı və ya müəyyən olunmuş dərəcə tələblərini təkrar yerinə yetirməlidir. I, II, III dərəcəli idmançılar il ərzində öz dərəcələrindən olan idmançılar üzərində 5 qələbə qazanmalıdırlar.
Futbol (kişilər və qadınlar), futzal və çimərlik futbolu

Dərəcə tələbləri
İU - gənclər arasında (18 yaşa qədər) dünya və Avropa birinciliklərində I-III yerləri tutmuş Azərbaycan yığma komandasının tərkibinə daxil olmaq; yeniyetmələr arasında (16 yaşa qədər) Avropa birinciliyində I-II yerləri tutmuş Azərbaycan yığma komandasının tərkibinə daxil olmaq; böyüklər arasında dünya və Avropa çempinatının final mərhələsinə vəsiqə qazanmış yığma komandanın tərkibinə daxil olmaq; 2 il ardıcıl yüksək dəstədə ölkə çempionu və ya ölkə kubokunun qalibi olmuş komandanın tərkibinə daxil olmaq, əlavə olaraq 6 komandanın iştirakı ilə beynəlxalq turnirlərdə I-II yerləri tutmuş ölkə yığma komandasının tərkibinə daxil olmaq;

İUN - yüksək dəstədə ölkə çempionatında II-III yerləri tutmuş komandaların tərkibinə daxil olmaq və əlavə olaraq azı 6 komandanın iştirakı ilə mötəbər turnirlərdə I-II yerləri tutmuş komandaların tərkibinə daxil olmaq; yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində I-V yerləri tutmuş ölkə yığma komandalarının tərkibinə daxil olmaq.
Qeyd: Yuxarıda qeyd olunmuş yarışlarda azı 50%-də iştirak etmək.




S/n


Yarışların miqyası

Komandaların və oyunların sayı
Dərəcələr

Yaşlılar dərəcəsi

I

II

III

1

2

3

4

5

6

1.

Bədən tərbiyəsi kollektivinin yaxud müəssisə və təşkilatın idman klubunun çempionatı birinciliyi

14 oyun

-

-

1-3

2.

Rayon, şəhər çempionatları və birincilikləri, rayon kuboku – 12 komanda

14 oyun

-

1-2

3-4

3.

Şəhər kuboku yarışları, şəhər çempionatı və birinciliyi

12 komandadan az olmamaqla

1-2

3-4

-

4.

Ölkə, vilayət çempionatı və birinciliyi (I dəstə)

8 komanda (final)

1-3

4-6

-

5.

Vilayət birinciliyi

16 komandadan az olmamaqla

-

1-4

5-8

6.

Vilayət kuboku

16 komandadan az olmamaqla

1-2

-

-

7.

Naxçıvan MR-nın çempionatı və birinciliyi

8 komanda (final)

1-3

4-6

-

8.

“Sünbül” mükafatı uğrunda respublika yarışları

Final

1-4

5-8

-

9.

Respublika birinciliyi

17-18 yaş

8-12 komanda (final)


1-2

3-4

-


10.

Kar idmançılar arasında Ölkə birinciliyi

Final

1-4

5-8

-

11.

Yeniyetmələrin Respublika Oyunları

17-18 yaş final

15-16 yaş final



1-2

-


3-4

1-2


-

3-4


12.

İxtisaslaşdırılmış futbol məktəblərinin respublika yarışları

17-18 yaş

(12 komanda)



1-2


3-4


5-6


13.

İC, SİM, İK-nın respublika çempionatları və birincilikləri

8 komanda (final)

1-3

4-6

-

Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə