Жц илляр цчцн Азярбайжан Республикасынын ващид идман тяснифаты



Yüklə 2,69 Mb.
səhifə7/20
tarix14.01.2018
ölçüsü2,69 Mb.
#20590
1   2   3   4   5   6   7   8   9   10   ...   20

I.Ümumi müddəalar


1.1 “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı əsasnamədə qeyd olunmuş tələb normalarını yerinə yetirmiş məşqçi-müəllimlərə verilir.


1.2 “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı yetirməsi bu Əsasnamənin tələblərinə uyğun nəticələr əldə etrmiş və azı 5 il fasiləsiz əmək stajına malik olan məşqçilərə verilir.
1.3 “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı tələb normalarına uyğun, yüksək nəticə göstərmiş komanda və idmançılarla işləyən məşqçi və müəllimlərə verilir.
1.4 Fərdi idman növlərində tələb normalarına uyğun nəticə göstərmiş idmançıya görə yalnız iki məşqçi:

-ilk məşqçisi və idmançının nəticə göstərdiyi zaman onunla işləyən yığma komandanın bir məşqçisi “Əməkdar məşqçi” fəxri adına təqdim oluna bilər.




    1. Komandalı oyun idman növlərində “Əməkdar məşqçi” fəxri adı aşağıdakı göstərici və nəticələrə görə verilir:

  • Tələb normalarına uyğun nəticə göstərmiş ən azı iki idmançını yığma, yaxud digər klub komandasına vermiş məşqçilər;

  • Həmən komandalarla nəticə göstərilən zaman işləyən Baş (köməkçi) məşqçilər.



Qeyd: İdmançı digər klub komandasına verildikdən sonra o, 2 il ərzində müvafiq nəticəni göstərərsə, bu zaman onun əvvəlki məşqçisinə fəxri ad təqdim olunur:


  • Sonrakı məşqçilər nəticə göstərmiş idmançılarla ən azı 1 il işlədiyi halda fəxri ada təqdim olunur.




    1. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına təqdimat aşağıdakı qaydada həyata keçirilir:

  • Məşqçinin təmsil etdiyi idman yönümlü təşkilatın bədən tərbiyəsi və idmanın yerli idarəetmə dövlət orqanı və müvafiq idman növləri üzrə respublika federasiyaları ilə razılaşdırılmış təqdimatı əsasında;

  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı əsasında.


Qeyd:Təqdimat sənədləri Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, məşqçinin təmsil etdiyi idman təşkilatı tərəfindən hazırlanır. Məşqçinin əldə etdiyi göstəricilərin düzgünlüyünə idman təşkilatı və müvafiq respublika federasiyası məsuliyyət daşıyırlar.



    1. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adının verilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunan sənədlər:

1. 3x4 sm. ölçüdə 2 fotoşəkil;

2. şəxsiyyət vəsiqəsinin surəti;

3. İlk idman təşkilatının şəhər (rayon) Gənclər və İdman (Baş) idarəsinin və müvafiq

idman növü üzrə respublika federasiyasının razılığı və qərarları qeyd edilmiş təqdimatı və müraciəti;

4. Məşqçi-müəllimin əmək kitabçasının surəti;

5. Məşqçi-müəllimin şəxsi vərəqəsi;

6. Təhsil haqqında sənədin surəti;

7. Yarışların tam tərkibdə protokolu.


    1. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı verilən məşqçi-müəllimlərə vəsiqə və döş nişanı təqdim edilir.




    1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüş məşqçi-müəllimlərin siyahısı KİV -də dərc olunur.




    1. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adının geri alınması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə həyata keçirilir.



II.Olimpiya Oyunları proqramına daxil olan idman növləri üzrə:

2.1. Fərdi idman növləri üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı aşağıdakı nəticələri əldə etmiş idmançıların məşqçi-müəllimlərinə verilir:



  • Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanan idmançıların məşqçi-müəllimlərinə;

  • Dünya və qitə çempionatları və kubok yarışlarının final mərhələsində 1-3-cü yerləri tutmuş idmançıların məşqçi-müəllimlərinə;,

  • Gənclər arasında dünya birinciliyi yarışlarında 1-2-ci yerləri tutmuş idmançıların məşqçi-müəllimlərinə;

  • Gənclər arasında qitə birinciliyi yarışlarında 1-ci yeri tutmuş idmançıların məşqçi-müəllimlərinə;

  • Yeniyetmələr arasında dünya birinciliyində 2 nəfər mükafata layiq yer tutmuş idmançıların məşqçi- müəllimlərinə.




    1. Komanda idman növləri üzrə yarışlarda Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı aşağıdakı nəticələri əldə etmiş idmançıların məşqçi-müəllimlərinə verilir:

  • Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış komandanın tərkibində çıxış edən idmançının məşqçi-müəllimlərinə;

  • Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış komandanın tərkibində çıxış edən idmançının məşqçi-müəllimlərinə;

  • Qitə çempionatlarının final mərhələsinə vəsiqə qazanmış komandanın tərkibində çıxış edən idmançının məşqçi-müəllimlərinə;

  • Gənclər arasında dünya birinciliyində 1-8-ci yerləri və qitə birinciliyində isə 1-6-cı yerləri tutmuş komandanın tərkibində çıxış edən idmançının məşqçi-müəllimlərinə;

  • Dünya kuboku yarışlarına vəsiqə və Avropa kubokunun final mərhələsinə vəsiqə qazanmış komandanın tərkibində çıxış edən idmançının məşqçi-müəllimlərinə.


Qeyd: Keçirilən yarışlarda təqvim oyunlarının 50%-də iştirak etmək.


  1. Olimpiya Oyunları proqramına daxil olmayan

idman növləri üzrə


    1. Dünya çempionatında 1-ci yeri tutmuş 2 idmançını; qitə çempionatında 1-ci yeri tutmuş 3 idmançını; şahmat üzrə isə 8, 10, 12 yaş qruplarında 3 dəfə dünya və yaxud qitə birinciliklərinin mükafatçılarını, 16 və 18 yaş qruplarında 1 dəfə dünya və yaxud qitə birinciliyinin qalibi və yaxud 2 dəfə dünya və yaxud qitə birinciliklərinin mükafatçılarını, 20 yaş qruplarında 1 dəfə dünya və yaxud qitə birinciliyinin qalibini hazırlamış məşqçi-müəllimlərə; idmançının ilk məşqçi-müəlliminə isə bu normativlər 2 dəfə yerinə yetirilməsi təqdirdə şamil olunur.

    2. Şahmat və ya dama üzrə beynəlxalq qrossmeyster və ya iki beynəlxalq usta hazırlamış məşqçi-müəllimlərə.


Qeyd: Məşqçinin fəxri ada layiq görülməsi üçün Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə yarışlarda azı 20 ölkənin iştirakı və idmançının azı 12 ölkəni təmsil edən rəqibinin iştirakı vacibdir.


    1. Hərbi-tətbiqi və əlillər arasında keçirilən idman növləri üzrə məşqçi-müəllimlərin fəxri ada layiq görülməsi, Olimpiya Oyunlarının proqramına daxil olmayan idman növlərinə aid olan normalarla müəyyənləşdirilir.

    2. İdmançının keçiddən sonrakı 2 il ərzindəki nailiyyətləri birinci məşqçiyə şamil edilir. Bu zaman birinci məşqçinin Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını alması üçün onun idmançı ilə məşğulluq dövrü ən azı 3 il olmalıdır.

    3. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı Olimpiya Oyunları proqramına daxil olan idman növləri üzrə 1 idmançıya görə 2 məşqçi-müəllimə, Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə isə 1 idmançıya görə 1 məşqçi-müəllimə təqdim edilir.


Azərbaycan Respublikasının əməkdar məşqçisi

adının verilməsi üçün

Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə