Жц илляр цчцн Азярбайжан Республикасынын ващид идман тяснифаты


V. Adların və dərəcələrin verilmə şərtləri



Yüklə 2,69 Mb.
səhifə2/20
tarix14.01.2018
ölçüsü2,69 Mb.
#20590
1   2   3   4   5   6   7   8   9   ...   20

V. Adların və dərəcələrin verilmə şərtləri





  1. İdman adları və dərəcələri tələb olunan normaları yerinə yetirmiş şəxslərə verilir.

  2. Azərbaycan Respublikasının idman ustası dərəcəsi idman növləri üzrə ölkə çempionatı, birincilik və beynəlxalq yarışlarda qazanılmış nəticələrə əsasən verilir;

İdman ustalığına namizəd və I idman dərəcəsi idmançılara idman növləri üzrə çempionat və birinciliklərdə göstərilmiş nəticələrə görə verilir.

Kütləvi idman dərəcələri idman cəmiyyətlərinin, idman-sağlamlıq mərkəzlərinin, klubların, tədris ocaqlarının, rayon və şəhərlərin kütləvi təsnifat yarışlarında iştirak etməklə normaları yerinə yetirdikdə verilir.



  1. Azərbaycan Respublikasının idman ustası və idman ustalığına namizəd dərəcəsini idmançının təmsil etdiyi təşkilatın və nazirliyin idman şöbəsinin müəyyən olunmuş qaydada təqdimatı əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi; Bakı şəhəri ərazisində İdman ustalığına namizəd dərəcəsini Bakı şəhər Gənclər və İdman Baş idarəsi; idman növləri üzrə birinci idman dərəcəsini bədən tərbiyəsi və idmanın yerli idarəetmə orqanları, idman cəmiyyətlərinin Respublika Şurası, idman mərkəzləri; kütləvi dərəcələri idman məktəbləri, bədən tərbiyəsi kollektivləri, idman cəmiyyətləri, idman klubları verirlər.

  2. Naxçıvan MR Gənclər və İdman Nazirliyi idman ustalığına namizəd idman dərəcəsini, strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri, I, II, III, IV idman dərəcələrini Naxçıvan Muxtar Respublika çempionatı, birincilik və turnirlərdə qazanılmış nəticələrə əsasən verir.

  3. İdman ustası dərəcəsi daimi verilir. İdman ustalığına namizəd idman dərəcəsi verildiyi gündən başlayaraq iki il müddətində etibarlıdır. Bu müddət ərzində idmançı ondan yuxarı dərəcə norma və tələblərini yerinə yetirmədikdə malik olduğu idman dərəcəsinin tələb və normalarını yenidən təsdiq etməlidir. Digər idman dərəcələri bir il müddətinə verilir.

  4. İdman növləri üzrə dərəcə tələbləri - keçirilən yarışlarda dərəcəli idmançı (komanda) üzərində qələbə qazandıqda yerinə yetirilmiş sayılır. İdmançılara idman dərəcələri onların yarışlarda göstərdikləri nəticələrə uyğun müvafiq tələb normalarını yerinə yetirdikdə verilir. Bu nəticələr müvafiq təşkilatların tədbirlər planına uyğun olaraq, müvafiq idman növünün təsdiq olunmuş qaydalarına əsasən keçirilmiş yarışlarda ödənilir. Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA), mərkəzlərin keçirdiyi birinciliklər (spartakiadalar), Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Yevlax, Lənkəran şəhərlərinin azı 10 gəlmə komandasının iştirak etdiyi reqlament, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənmiş açıq birinciliklər idman dərəcələrinin norma və tələblərinin ödənilməsində ölkə birinciliyinə bərabər tutulur, bu şərtlə ki, həmin yarışların Hakimlər Kollegiyasının tərkibində azı 5 Respublika dərəcəli hakim olsun.

  5. İdman oyunlarında tələblər o zaman yerinə yetirilmiş sayılır ki, oyunçu yarışın təqvimi üzrə oyunların 50 %-də iştirak etmiş olsun. Komandalar ustalardan ibarət komandalara, ustalığa namizəd komandalara, I, II, III dərəcəli komandalara və oynamağa təzə başlayanlara bölünürlər.


VI. İdman adları və dərəcələrinin verilməsi qaydaları


  1. İdman dərəcələri təqdim olunmuş sənədlər əsasında müvafiq təşkilatlar tərəfindən verilir.

  2. Azərbaycan Respublikasının idman ustası dərəcəsi Gənclər və İdman Nazirliyi tərəfindən verilir.

  3. İdman dərəcələrinin növlər üzrə norma və tələblərini ödəyənlərə - İdman ustalarına müvafiq döş nişanı və vəsiqə, digərlərinə isə dərəcə kitabçası verilir.


Qeyd: Azərbaycan Respublikasının idman ustası, idman ustalığına namizəd dərəcələrinin verilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunan sənədlər:


  1. 3x4 sm. ölçüdə 2 fotoşəkil;

  2. İlk idman təşkilatının şəhər (rayon) Gənclər və İdman (Baş) idarəsinin və müvafiq idman növü üzrə respublika federasiyasının razılığı və qərarları qeyd edilmiş təqdimatı və müraciəti;

  3. Şəxsiyyət vəsiqəsinin surəti;

  4. Təhsil haqqında sənədin surəti;

  5. Yarışların tam tərkibdə protokolu.

Sənədlər Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsinin (www.mys.gov.az) “elektron xidmətlər” bölməsinə daxil olmaqla elektron şəkildə təqdim oluna bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ





İdman dərəcələrinin verilməsi üçün

TƏQDİMAT

______________________________

(idman dərəcəsi)
1.Soyadı______________Adı____________Atasının adı_____________

2.Şəhər(rayon)_______________________________________________

3.Doğulduğu il, ay,gün_________________________________________

4.Milliyyəti___________________________________________________

5.İdman növü________________________________________________

6.Təhsili____________________________________________________

7.Tutduğu vəzifə və işlədiyi yer (idman təşkilatı)____________________

____________________________________________________________

8.Ünvan___________________________________________________________________

(təşkilatın, tədris ocağının şəhər (rayon) adı)

____________________________________________________________________________________________________________________________________________________

R Ə Y L Ə R

Gənclər və İdman (Baş) idarəsinin rəyi___________________________________________

____________________________________________________________________________________________________________________________________________________


M.Y. «___»__________20___il Gənclər və İdman (Baş)

İdarəsinin rəisi________________

İDMAN DƏRƏCƏSİNİN VERİLMƏSİ ÜÇÜN ƏSASLAR




İdmançının soyadı, adı, atasının adı

Təvəllüdü


İdman növü



Yarışların adı, yeri

və keçirildiyi vaxt




Tutduğu yer,

İdman nəticəsi




















































































































































Azərbaycan Respublikası Gənclər İdman növü üzrə

və İdman Nazirliyinin Məsul işçi (mütəxəssis)

İdman şöbəsi________________________ __________________________


M.Y. «_____»______________________20___il

Qeyd: Təqdimat çap edilmiş şəkildə qəbul olunur. Əmək kitabçasından çıxarış, diplom, fəxri ad və idman adları haqda sənədlərin əksi əlavə olunmalıdır. Respublika dərəcəli hakim adı ilə bağlı təqdim olunan hakimlik fəaliyyəti barədə sənədlər təqdim olunmalıdır.


VII. İdman dərəcələri almış idmançıların

vəzifə borcları və hüquqları


  1. İdmançıların vəzifə borcları:

  • Üzvü olduqları idman yönümlü təşkilatın adından müxtəlif miqyaslı və yarışlarda iştirak etmək;

  • Daim özünün mədəni, əxlaqi səviyyəsini, fiziki hazırlığını və idman ustalığını artırmaq;

  • Təhsil aldığı və işlədiyi yerdə, ictimai yerlərdə, yarışlarda özünü əxlaq normalarına, idman etikasına, Azərbaycan xalqının milli əxlaq normalarına uyğun aparmaq;

  • İdman rejiminə və gigiyena qaydalarına riayət etmək, öz sağlamlığını möhkəmləndirmək;

  • Azərbaycan Respublikasının Dövlət bayrağına və himninə hörmət etmək və onların toxunulmazlığını qorumaq;

  • Beynəlxalq yarışlarda ölkəsinin idman şərəfini yüksəklərə qaldırmaq;

- Daima vətənin müdafiəsinə hazır olmaq.

  1. İdman dərəcəsi almış idmançının hüquqları:

  • Seçdiyi idman növü ilə məşğul olmaq, üzvü olduğu idman təşkilatı, oxuduğu məktəb və yaxud işlədiyi idarə, müəssisə və təşkilat adından yarışlarda iştirak etmək;

  • Dərəcə nişanını gəzdirmək;

  • Gənclər və İdman Nazirliyinin, idman növü üzrə respublika federasiyasının qərarı və təmsil etdiyi idman yönümlü təşkilatın razılığı ilə başqa təşkilata keçmək, müqavilə bağlamaq yolu ilə xarici klublara keçmək.


Qeyd: İdmançı idman rejimi və idman etikasını pozduqda, əxlaqa zidd hərəkət etdikdə idman dərəcəsindən məhrum edilə bilər.
VIII.Təsnifat kitabçası, idmançıların təsnifatı

üzrə qeydiyyat və hesabat işləri


  1. Nazirlik, idman yönümlü təşkilatlar, təhsil müəssisələri, idarə, müəssisə, təşkilatlar, təqdim edilmiş sənədlər əsasında müvafiq dərəcə verilməsi haqqında əmr verir.

  2. İlk bədən tərbiyəsi təşkilatları əmr əsasında idmançılara dərəcə kitabçaları verir. Dərəcə verilmiş idmançıların ayrıca kitabda qeydiyyatı aparılır.

  3. Dərəcə kitabçaları ustalığa namizədlər, birinci və kütləvi dərəcəli idmançılar üçün bir forma və məzmunda hazırlanır və doldurulur. Hər dəfə yarışda iştirak etdikdən sonra idmançının nəticəsi haqqında kitabçada qeydlər aparılır.

  4. Dərəcə kitabçası başqa sənədlərlə birlikdə yarışdan qabaq Hakimlər Kollegiyasına təqdim edilir.

  5. Yarışların sənədləri, dərəcə verilməsinin cədvəli, dərəcə verilməsi haqqında əmr bədən tərbiyəsi və idman təşkilatlarında 4 il saxlanılır.

  6. Dərəcə kitabçalarının alınma xərcini bədən tərbiyəsi və idman təşkilatları çəkirlər.




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə