Жц илляр цчцн Азярбайжан Республикасынын ващид идман тяснифаты



Yüklə 2,69 Mb.
səhifə6/20
tarix14.01.2018
ölçüsü2,69 Mb.
#20590
1   2   3   4   5   6   7   8   9   ...   20

Ümumi qaydalar

Müvafiq hazırlığa malik olan, yarışların hakimliyində könüllü olaraq iştirak etmək həvəsində olan Azərbaycan vətəndaşları idman hakimi ola bilərlər. İdman hakiminə etibar edilən yarışın miqyası onun hazırlıq səviyyəsindən və təcrübəsindən asılıdır.

İdman hakimi yarışları idarə edən zaman obyektiv olmalı, yarış qaydalarını gözləməli, yarış zamanı idmançıların əxlaqi və etika qaydalarına riayət etmələrinə nəzarət etməli, hər cür intizamsızlıq hallarına, kobudluğa, qeyri-etik idman hərəkətlərinə qarşı barışmaz mövqedə durmalıdır.

İdman hakimlərinin təsnifatı
İdman hakimləri üçün aşağıdakı dərəcələr müəyyən edilir:




Hakimlik dərəcəsinin verilməsi qaydaları
Hakimlik dərəcəsinin verilməsi aşağıdakı təşkilatlar tərəfindən həyata keçirilir:

İdman hakimi –UGİM-lər, idman yönümlü təşkilatlar və tədris müəssisələri tərəfindən;

I dərəcəli hakim – Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman (Baş) idarələri, respublika miqyaslı idman cəmiyyətləri tərəfindən;

Respublika dərəcəli hakim adı – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.

Hakimlik dərəcəsinə təqdim olunmuş şəxsin namizədliyinə idman növləri üzrə federasiyaların hakimlərin kollegiyaları tərəfindən baxılır və onların təqdimatı əsasında bədən tərbiyəsi və idman təşkilatları tərəfindən təsdiq edilir. İdman hakimi və I hakimlik dərəcəsinin verilməsi aşağıdakı qaydada sənədləşdirilir.

Hakimlik dərəcələrinin verilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

İdman hakimi və I dərəcəli idman hakimi dərəcələrinin verilməsi üçün müvafiq növ üzrə idman hakimləri kollegiyası yığıncağının protokolu, 3x4 sm. ölçüdə iki fotoşəkil, hakimlik etdiyi yarışların arayışı;

Respublika dərəcəli hakim adının verilməsi üçün müəyyən olunmuş qaydada təqdimat, idman hakiminin qeydiyyat kitabçası, 3x4 sm ölçüdə iki fotoşəkil və sənədləri təqdim edən təşkilatın müraciəti;



Hakimlik dərəcələrinin verilməsi tələbləri
Hakimlik dərəcələri aşağıdakı tələbləri yerinə yetirdikdə verilir:
İdman hakimi – hakimlik seminarlarında iştirak etmiş və imtahan vermiş, ən azı üç il hakimlik stajı olan və müvafiq idman növü üzrə bədən tərbiyəsi kollektivlərində, idman klublarında, rayon, şəhər birinciliklərində hakim simasında ən azı 5 yarışda hakimlik etmiş şəxslərə verilir;
I dərəcəli idman hakimi – idman hakimi dərəcəsi olan və həmin dərəcəni aldıqdan sonra ən azı iki il hakimlik stajı qazanan, rayon və ya şəhər miqyaslı ən azı 5 yarışda Baş hakim və ya Baş katib vəzifəsində olmuş, eləcə də idman hakimlərinin hazırlanması seminarlarının keçirilməsində iştirak etmiş şəxslərə verilir;
Respublika dərəcəli idman hakimi – birinci dərəcəsi olan və həmin dərəcəni aldıqdan sonra ən azı 2 il hakimlik stajına yiyələnən, respublika miqyaslı 4 yarışda Baş hakim və ya Baş katib kimi, kompleks yarışlarda Baş hakimlər kollegiyasına daxil edilmiş mütəxəssislərin idman oyunlarında isə ən azı il ərzində 15 görüşdə hakimlik etmiş şəxslərə verilir.
Qeyd: 1. Hakimlik dərəcələri verilərkən müvafiq idman təşkilatları tərəfindən hakimlərə adlarına yazılmış vəsiqə təqdim olunur.
2. Hakimlərin idman geyimi müvafiq idman növünün yarış qaydalarına əsasən müəyyən edilir.
3. Respublika dərəcəli hakim adını almış şəxslərə vəsiqə və döş nişanı verilir.

Respublika dərəcəli hakim adının verilməsi üçün

Təqdimat



__________________________________

(fəxri ad)

Soyadı________________ Adı_______ Atasının adı ______________________

Şəhər,(rayon) ________________ ________________ _____________________

Doğulduğu il,ay,gün ______________ 4. Milliyyəti ______________ __________

İdman növü ________________________ _ ________________

Təhsili ___ __ _________ ___________________________________________

Tutduğu vəzifə,işlədiyi yer (idman təşkilatı) ___________________________ _____________________________ ___________

Ünvan,telefon _________________________________________________________

(təşkilatın, tədris ocağının şəhər (rayon) adı)


8. Təqdim olunanın ictimai – idman fəaliyyəti haqqında məlumat

______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_______M.Y. “____”__________201- il Təşkilatın rəhbəri______________________

RƏYLƏR
Federasiyanın rəyi ________________________________________________________

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________
____M.Y. “_____”_______201- il Federasiyanın prezidenti__________________
Gənclər və İdman (Baş) İdarəsinin rəyi ________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

М.Y. ''____'' _______ 201- il Gənclər və İdman (Baş)

İdarəsinin rəisi_______________________

FƏXRİ ADIN VERİLMƏSİ ÜÇÜN ƏSASLAR




İdmançının soyadı, adı, atasının adı

Təvəllüdü

İdman növü

Yarışların adı, yeri və keçirildiyi vaxt

Tutduğu yer, idman nəticəsi

1.

































































































Azərbaycan Respublikası Gənclər

və İdman Nazirliyinin

İdman şöbəsi________________________


İdman növü üzrə

Məsul işçi (mütəxəssis) ______________________________________



Komissiyasının sədri__________________________________________


Məsul katib__________________________________________________________

М.Y. ''______''_____________________201- il

Qeyd: Təqdimat çap edilmiş şəkildə qəbul olunur. Əmək kitabçasından çıxarış, diplom, fəxri ad və idman adları haqda sənədlərin əksi əlavə olunmalıdır. Respublika dərəcəli hakim adı ilə bağlı təqdim olunan hakimlik fəaliyyəti barədə sənədlər təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi”

fəxri adının verilməsi haqqında
Ə S A S N A M Ə


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə