Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 2,54 Mb.
səhifə1/27
tarix26.09.2017
ölçüsü2,54 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

TÖVHİD VƏ İLAHİ ƏDALƏT MÖVZUSUNDA SUALLAR VƏ CAVABLAR
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Kitabın adı: “Suallar və cavablar”

Müəllif: Məhəmmədrza Kaşifi

Tərcümə edən: R. Şükürbəyli

Naşir:


Çapa hazırlayan: Beynəlxalq əl-Mustəfa (s) Akademiyası tədqiqat şöbəsi

Çap tarixi: 2008-ci il

Çap növbəsi: Birinci

Tiraj: 3000



SUAL 1: Məşhur psixoloq Freyd deyir: “İnsan özündən böyük və qüdrətli bir şəxsin ona dayaq olduğunu hiss etməyə möhtacdır. Beləcə o “Tanrı” adlı varlığa itaət etməyə ehtiyac duyur. Əslində Tanrı yoxdur və o, sığınacaq axtaranların, “Tanrı” adlı varlığa pərəstiş edənlərin təsəvvürüdür.” Bu, Freydin sözləridir. Ona necə cavab verə bilərsiniz?

FREYDİN NƏZƏRİYYƏSİ


Avstriyalı məşhur nevropatoloq və psixoloq Ziqmund Freyd (1856-1939) öz nəzəriyyələrini bəyan edərkən insandakı qorxu hissini Allaha inam və dindarlığın əsas amili hesab edir. Əlbəttə, bu nəzəriyyə ondan öncə də irəli sürülmüşdür. Çox ehtimal ki, həmin nəzəriyyəni açıq şəkildə bəyan edən ilk şəxs (b.e.ə təqr. 99-55) romalı şair Tit Lukertsi Kardır. O, öz şe’rlərinin birində belə deyir: “Tanrıları yaradan ilk şey qorxudur.” Bir sözlə, bu nəzəriyyəyə əsasən, sel, zəlzələ, xəstəlik, ölüm və bu kimi təbii hadisələrdən yaranan qorxu bütün təbii hadisələr üçün müştərək amilin yaranmasına və onu Allah adlandırılmasına səbəb olmuşdur. Z. Freydin nəzərincə, insanı Allah yox, əksinə Allahı insan yaratmışdır. Həqiqətdə, insanların zehnində dini inancların yaranış səbəbi təbii hadislərindən qorxu, onların özlərini qoruyub saxlamaq istəyidir. Qədim insanlar özlərini zərərli hadisələr müqabilində həyəcan və qorxudan qorumaq üçün tədricən qüdrətli, dərrakəli və təbiətə hakim varlıqlara inanmağa başladılar ki, xahiş, dua, ibadət etmək, qurban kəsmək və bu kimi əməllər vasitəsilə həmin varlıqların məhəbbətini cəlb etmək, təhlükəni özlərindən uzaqlaşdırmaq istəyirdilər. Onun fikrincə, insanın Allaha üz tutmasının səbəbi qədimdə də, müasir dövrdə də qorxu hissi olmuşdur və bu baxış öz gücündə qalmaqdadır. Çünki insan tarixi bir varlıqdır və keçmişdəki varlığın xüsusiyyətləri saysız-hesabsız nəsillər vasitəsilə müasir insana verilir.1

“QORXU” AMİLİNƏ İRADLAR


1-Bu nəzəriyyə yalnız bir fərziyyə və ehtimaldır, onun isbatı üçün heç bir dəlil də yoxdur.

2-Ümumiyyətlə, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və mə’lumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır. Məsələn, xəstəliyə düçar olan və onun səbəbini bilməyən bir insan təsəvvür edək. Onun həmişə qəm-qüssə, iztirab içində olduğunu görəcəksiniz. Çünki o, əlacsız xəstəliklərə tutulduğunu ehtimal verir. Lakin həkimə müraciə edib, xəstəliyinin səbəbini öyrəndikdə, onun elə də təhlükəli olmadığını başa düşür, qorxu və həyəcanı aradan qalxır.

Fiziki və ruhi çatışmazlıq da insanda qorxu yaranmasına səbəb olur. İnsan bə`zi ruhi və psixi xəstəliklərə yoluxduqda, həmişə qorxu və iztirab halında olacaqdır. Ruhi və psixi baxımdan sağlam olanlar isə bir çox təhlükələr müqabilində əsla qorxu hissi keçirmirlər.

Beləliklə, əgər insanın mə`lumatı artarsa, bir çox psixi sıxıntı və ruhi xəstəliklərdən amanda qalar, heç vaxt qorxu hissi keçirməz. Bu nöqtəni nəzərə almaqla, Z. Freydin Allaha inamın səbəbi qorxudur!” – nəzəriyyəsinə diqqət yetirək. Bu nəzəriyyəyə görə, insanın mə`lumatı artarsa və ruhi sağlamlığa malik olarsa, onun qorxusu aradan qalxar və Allaha inanmaz olar.

Başqa sözlə, heç bir hadisədən qorxmayan insan Allaha da inanmamalıdır. Eləcə də, bir hadisədən qorxan insanın mə`lumatının artması və ruhunun sağlamlığı nəticəsində qorxusu aradan qalxarsa, deməli, həmin şəxs Allaha inanmamalıdır. Halbuki həyatda həmişə bunun əksi müşahidə olunur.

3-Fərz edək ki, insanların hamısı və ya bir qrupu qorxu nəticəsində “Allah” adlı bir varlığa inanıb, Ona itaət edir. Məntiə əsasən yenə də “Allah yoxdur, bütün dinlər puç və batildir!” – nəticəsini ala bilmərik. Freydin nəzəriyyəsinin düzgün olduğunu fərz etsək, bunu isbat etmiş olarıq ki, insanların dinə və Allaha inamında rol oynayan səbəb düzgün deyil.2 Bu da, “Allahın varlığını və hər hansı bir dinin haqq olmasını” inkar etməkdən tamamilə fərqlənir.

Bu misala diqqət yetirin: Tarix boyu bəşər cəmiyyətinin elmi ixtiralar və kəşflər etməkdə əsas məqsədi məşhurlaşmaq, ictimai mövqe qazanmaq və sərvət toplamaq olmuşdur. Bunu əxlaqi və düzgün məqsəd hesab etmək olmaz. Lakin insanın elmi ixtira etməkdə məqsədinin düzgün olmaması elmi ixtiranın puç və yersiz olduğunu göstərmir.

Bir sözlə, bu nəzəriyyədə səbəblə (insanı hansısa bir şeyə sövq edənlə) nəticə (insanın nail olduğu şey) arasında uyğunsuzluq yaranmış, birinin batil sayılması digərinin batil sayılması ilə nəticələnmişdir.

4-Bu nəzəriyyənin batil olmasını isbat edən amillər:

a) Tarix özü şəhadət verir ki, dini gətirənlər və camaatı Allaha doğru də`vət edənlər ən şücaətli, dözümlü şəxslər olmuşlar.

b) Dünyada Allaha əsla e`tiqad bəsləməyən qorxaq insanlar çox olmuşdur və hal-hazırda da mövcuddur.

Bizim əqidəmizə əsasən, Allahın varlığına inam tarix boyu bütün insanların fitrətində və daxilində olmuşdur; yə`ni (məsələn) məhəbbət bəsləməyin yaxşı iş olması, həqiqəti tapmaq hissinin bütün insanların fitrətində mövcudluğu səbəbə ehtiyaclı olmadığı kimi, Allahı tanımaq və Ona itaət etmək hissi də fitridir. İlahi fitrət onları Allaha inanmağa sövq edir.3

***

ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİN BATİL OLMASI


SUAL 2: Mən Allahın varlığınaşübhə etmirəm, lakin sizdən Onun yeganəliyini isbat etməyi xahiş edirəm.

ALLAHIN YEGANƏLİYİNİN İSBATI


Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:

1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və iste`dadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri arasında əlaqə və bağlılıq yaranmaz.

2. Varlıq aləminə vahid nizam hakim kəsilmişdir. Onda uyğun gələn və uyğun gəlməyən fenomenlərin bir-birlərilə əlaqələri var. Uyğun gələn fenomenlər arasındakı əlaqələr müxtəlif səbəb-nəticə qanununun tə`sirindədir. Bu qanunlar dəyişikliklərin baş verməsinə səbəb olur və onları heç vəchlə inkar etmək olmaz. Lakin keçmiş, indiki və gələcək fenomenlər arasındakı əlaqələr belədir: Keçmiş fenomenlər indiki fenomenlərin vücuda gəlməsinə zəmin yaradır. İndiki fenomenlər da öz növbəsində gələcək fenomenlərin yaranmasına zəmin hazırlayır. Əgər səbəb-nəticə əlaqələri dünya fenomenlərin arasından götürülsə, dünyadan əsər-əlamət qalmaz və digər bir fenomen də vücuda gəlməz. Necə ki, insanın hava, su, işıq və qida məhsulları ilə əlaqəsi qırılsa, artıq öz yaşayışını davam etdirib, başqa bir insanın dünyaya gəlişinə, yaxud digər bir əşyanın düzəlməsinə zəmin yarada bilməz.

Bu iki müqəddimə əsasənda belə bir nəticə çıxarmaq olar ki, saysız-hesabsız keçmiş, indiki və gələcək fenomenlərin, varlıq toplumuna aid bu dünya və onun nizamının bir xaliqi və yaradanı var. (Dünya və ona hakim nizam) Allahın nəzarəti, hikmətli tədbiri və müdrikliyi ilə idarə olunur. Əgər Ondan başqa, tanrı olsaydı, onlar arasında əlaqə və bağlılıq yaranmaz, dünyaya vahid nizam hakim kəsilməzdi. Eləcə də, hər bir xaliq öz xaliqi tərəfindən yaranar və onun xaliqi başqa xaliqlərin köməyilə vücuda gələrdi. Nəticədə müxtəlif və müstəqil nizamlar, varlıqlar yaranardı və onlar arasında heç bir bağlılıq olmazdı. Halbuki dünyada mövcud nizamlar bir-birlərinə bağlı vahid nizamdandır. Və onların fenomenləri arasında da bağlılıq müşahidə olunur.1

***




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə