Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 2,54 Mb.
səhifə20/27
tarix26.09.2017
ölçüsü2,54 Mb.
#1674
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

ŞƏR VƏ YOXLUQ


Eyblərin, naqisliklərin, yoxluqların və şərlərin mövcud olması maddi aləmə hakim qanunların, nizam-intizamın nəticəsidir. Bunun səbəbi, maddi aləmin varlığın ən aşağı dərəcəsində qurar tutmasıdır. Əgər təbiətə malik olmaq istəsək bu xüsusiyyətlər onun daxilində mövcuddur. Əgər bu aləmdə yaxşılıqların olmasını, pislik və nöqsanların olmamasını istəsək buna təbiət aləmi adı vermək olmaz. Həmin aləm eynilə mələklərin yaşadığı aləmdir, bəşər cəmiyyətinin yaşadığı nizam-intizamdan uzaqdır.

Diqqət yetirmək lazımdır ki, məxluqlar öz dərəcələrində yerləşən ədədlərə bənzəyirlər. Varlıq dərəcələri ədədlərin dərcələrinə bənzəyir. Hər bir ədədin dərəcəsi onun zatının, yerinin dayaq nöqtəsidir. Yə`ni hər bir ədədin özü bir şey, dərəcəsi ona əlavədir. Məsələn, bizim hər hansı birimiz bir evdə və məkanda sakin olmuşuqsa, bu məkan bizim dayaq nöqtəmiz deyil. Yə`ni mümkündür ki, mən özüm var ikən, Qum şəhərində sakin olmayım. Belə ki, bu məkanlar və dərəcələr bizim üçün bir növ əlavə olunan halətlərdir və bizim əsl varlığımızdan ayrıdır.

Lakin ədədlərin dərəcələri özlərinin dayaq nöqtəsidir, beş ədədinin dərəcəsi dörddən sonra və altıdan öndədir. Görəsən, beş ədədinin yeri dəyişsə, beş olaraq qalarmı? Məsələn, beş ədədinin yerini dördlə altı arasında yox, on beşlə on yeddi arasında qərar versək, elə beş olaraq qalarmı? Əgər beş on beşlə on yeddi arasında qərur tutsa, həm yeri dəyişmişdir, həm də artıq özü deyil. Onu beş təsəvvür etmək olmaz. O, on altıdır. On altının on altı olması məhz on beşlə on yeddi arasında qərar tutması səbəbindəndir. Beş ədədi də eynilə belədir. Belə təsəvvür etmək olmaz ki, ədədlərin özü bir şey, dərəcələri isə başqa bir şeydir və onları biz belə adlandırmışıq. Əksinə, hər bir dərəcə, sözsüz ki, o dərəcənin zatının dayaq nöqtəsidir.

Bütün varlıq aləmlərinin və onların məxluqlarının dərəcələri onların özlərinin dayaq nöqtəsidir. Əgər metafizik aləmin maddi aləm dərəcəsinə malik olduğunu desək, bu zaman ona metafizik aləm adını vermək olmaz. Təbiət və metafizik aləmdə olan varlıqların olduğu məkan onların varlığı ilə eynidir və əgər öz yerindən ayrılmaq istəsə, əsla özü olmayacaqdır.1

Belə xüsusiyyətlərə malik varlıq – şərlər, naqisliklər, eyblər və yoxluqlarla bir olan maddi aləmin məxluqatı – öz zatının dayaq nöqtəsidir. Hərəkət, tədricilik, dəyişmə və tə`sirlənmə... maddi aləmin varlıq dərəcəsinin biridir.

Bəli, varlığın nöqsanlı olması maddi aləmə hakim qayda-qanunların, nizam-intizamın nəticəsidir və onun mənbəyi varlıq aləmində ən aşağı dərəcəyə malik olmasıdır. Bu, varlıq dərəcələri silsiləsində səbəb-nəticə qanununun bir hissəsidir. Nəticə öz səbəbindən, səbəb də öz nəticəsindən üstün və öndə olmalıdır.

Sözsüz ki, maddi aləmə sabit və dəyişməz qayda-qanunlar, nizam-intizam hakimdir. Lakin bu aləmin qayda-qanunlarından biri də təkamül qanunudur; yə`ni insan öz elmini, mə`lumatını artırmaqla, iradəsini gücləndirməklə vəziyyətini dəyişə bilər və düzgün yol seçərək işlərini sahmana salıb, ali dərəcələrə nail olar.

Yaradılışın qəribəliklərindən biri də bu maddi aləmdə insanın yaranışıdır. Doğrudur, maddi aləm nöqsanlardan, eyblərdən uzaq olma qabiliyyətinə malik deyil. Lakin insan (maddəlikdən üstün xüsusiyyətə malik) ruha malik olduğu üçün təkamül edib, öz vəziyyətini dəyişə bilər. Əgər onun təkamül qabiliyyəti olmasaydı, axirət aləmində cəzalanması yersiz və mə`nasız bir iş sayılardı.

İnsanın bu maddi aləmdə yaşayaraq, yüksək aləmlərə doğru hərəkəti mümkün olacaq təqdirdə Allah-taalanın ədalətindəndir.

***

ALLAHIN MEHRİBANLIĞI VƏ VARLIQLARDA ÇİRKİNLİKLƏRİN MÖVCUDLUĞU


SUAL 26: Nə üçün dünyada həm çirkinlik, həm də gözəlliklər mövcuddur? Nə olardı ki, Allah-taala yalnız gözəllikləri yaradaydı?!

YARADILIŞDAKI FƏRQLƏR


Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu yaxşıdır, o isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çikinliklərinə borcludur.2

***

ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ


SUAL 27: “Müsəlman öz Allahına, hindu öz bütünə, eləcə də hər şəxs öz dininə, ayininə və Allahına üz tutaraq cavab alır. Bu iş insanın əqidəsinin möhkəmlənməsinə səbəb olur. Bütün bu əqidələrdə insanlar müştərəkdir. Belə isə, insanın əqidəsindən üstün bir şey varmı?

ALLAHIN HƏQİQƏT OLMASI


E`tiqad və iman barədə söhbət üçün əlavə vaxt və başqa zəmin lazımdır. Bunu demək olar ki, insanın inandığı və e`tiqad etdiyi şeylər bir istəklərin yerinə yetməsi və təvəssüllərdən faydalanmaq isə başqa bir həqiqətdir.

Bu incəliyə diqqət yetirmək lazımdır: İnsanın e`tiqadından üstün bir şey mövcud olmadığı halda onun istəkləri yerinə yetə bilərmi? Görəsən, mövcud olmayan bir şey bizim istəklərimizə varlıq libası geyindirə bilərmi?

“Mövcud olan bu həqiqət nədir, din və məzhəblərin hansı biri tam mə`nada haqdır?” – kimi suallar haqqında söhbət bizim mövzumuzdan kənardır.

Bəs (azacıq belə, torpaq götürməklə) təvəssül, vasitəli istəklər necə yerinə yetirilir və (məsələn) xəstəyə necə şəfa verilir?

Qeyd etmək lazımdır ki, bir sıra rəvayətlərə və qüdsi hədislərə əsasən, Allah-taalanın bəndələrə olan lütf və mərhəmətlərindən biri onların yaxşı güman etmələridir. Hər kəs iki mövzuda – 1-Özünün pak və müqəddəs vücudunda; 2-hər hansı bir iş, yaxud əşya barəsində – yaxşı güman etsə, Allah-taala o gümanı həyata keçirər və insanın ümidini qırmaz. Bə`zi rəvayətlərdə bizə həm Allaha, həm də gündəlik məşğul olduğumuz və rast gəldiyimiz digər işlərə münasibətdə xoş güman olmaq göstəriş verilmişdir. Bir rəvayətdə istixarənin insanın əqidəsinə uyğun tə`siri göstərilir; yə`ni əgər insan bir hadisənin çətin olduğunu (və mütləq baş verəcəyini) güman etsə, həmin hadisə və müsibət onun üçün çətin olacaqdır. Əgər hadisəni yüngül hesab etsə, aqibətdə yüngül olar. Əgər hadisəyə e`tinasızlıqla yanaşsa, ona heç bir tə`sir göstərməz.1

Həzrət Əmirəl-mö`minin Əli (ə) buyurmuşdur: Hər kəs sənə qarşı yaxşı gümanda olsa, onun gümanını təsdiq et, sənə qarşı güman etdiyi kimi keçin!”2

Biz başqalarına xoş güman etməklə yanaşı, bu nöqtəyə də diqqət yetirməliyik ki, istəklərimizin qəbulu üçün xoşgümanlıq zəruridir. Rəvayətlərdən belə başa düşülür ki: Allah-taala (yalnız özünə münasibətdə yox) hər şeyə münasibətdə yaxşı gümanı təsdiq edir işini yaxşı gümanlara uyğun yerinə yetirir.”3

Başqalarına yaxşı güman sanki Allaha qarşı yaxşı gümanın zahiri nümunəsidir. Güman edən şəxs hindu olaraq Allaha e`tiqad etməsə belə! Əslində varlıq aləmi öz varlığını Allah-taaladan aldığı üçün hansısa bir şəxsə çatan xeyir Allahdandır. Beləliklə, hər bir yaxşı gümanın nəticəsi Allah haqqında yaxşı gümandır. Yə`ni Allah-taala bu xeyir və yaxşılığı şəxsə, yaxud şeyə əmanət olaraq əta etmişdir. Bu zaman Allah-taala da həmin gümanı həyata keçirəcəkdir.

Rəvayətdə də bu mə`naya işarə ilə buyurulur: Hər kəs bir daş barəsində xoş güman etsə, (Allah-taala) onda bir sirr qərar verər.” (Ravi təəccüb edərək) Daşdamı?!” – soruşduqda İmam (ə) buyurdu: Məgərhəcərül-əsvədi” (qara daşı) görmürsən?”4

Beləliklə, dünya xalqlarının torpağa, daşa, ağaca, şəxsə və başqa bir əşyaya təvəssül etmələrinə səbəb olan e`tiqadlarında həqiqət var. Lakin bu həqiqət e`tiqadda yox Allahın onlara lütf və mərhəmətindədir. Səbəblər və amillər onların yaxşı gümanı əsasında hazırlanmışdır.

***


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə