Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 2,54 Mb.
səhifə23/27
tarix26.09.2017
ölçüsü2,54 Mb.
#1674
1   ...   19   20   21   22   23   24   25   26   27
1-Elmi (insani) təcrübi üsul: Burada insani və təcrübi (təbii) elmlərə əsaslanaraq ruhun və maddi bədənin həqiqəti, onların bir-birilə münasibəti xüsusiyyətləri, fəaliyyətləri, qüdrətləri aydınlaşır. Bizim nəzərimizcə, bu elmlərin əsaslarına – xüsusi və məhdud üsullarına əsasən, insanşünaslıq məsələsilə əlaqədar onların baxışları və nəzəriyyələri yetərli deyildir.

2-Əqli üsul: Burada əqli əsaslara, ruhun həqiqət və mahiyyətinə, nəfsin müccərəd olmasına, onun əsaslarına, dərəcələrinə və maddi bədənlə münasibətinə əsaslanaraq isbat olunur.

3-Nəqli üsul: Bu üsulda ayələrə və rəvayətlərə əsaslanaraq nəfsin və ruhun həqiqəti, onun xüsusiyyətləri və dərəcələri açıqlanır. Nəfsə mə`rifət, özünüdərketmə barəsində öncə qeyd olunan suallara cavab verilir. Bizim nəzərimizcə, bu üsulda varlığın və ruhun Xaliqi, Onun sözlərinin təfsirçiləri, yə`ni Əhli-beyt (ə) nəfsin həqiqətlərinə agah olduqları üçün, onu (nəfsi) elmi araşdırmalarla tanımaq dəqiq, düzgün və dərin mə`nalıdır. Bir sözlə, ikinci qisim nəfsi tanımaq Allahı tanımaq üçün bir körpü, şər`i və dini göstərişlərə əməl etməklə gerçəkləşən əməli və şəri seyrdir. Həqiqətdə, insanın Allaha həqiqi mə`nada mə`rifətinin səbəbi onun öz həqiqətini tanıması və öz əsl mə`nasına doğru hərəkət etməsidir. Təqva kəsb etmədən bu məqama malik olmaq mümkün deyildir.2

***


SUAL 6: Fitri mə`rifətə diqqətsizlik amilləri nədir?

Əgər fitri olaraq Allahı tanımaq məsələsi ilə əlaqəli ayələrə diqqət yetirsək, bə`zilərinin həmişə Allah haqqında fikirləşməmələrinin, bə`zilərinin də tamamilə Allahı inkar etmələrinin dəlilini asanlıqla görəcəyik. Qur`an ayələrinə əsasən, fitri mə`rifətə diqqətsizliyin maneələri aşağıdakılardan ibarətdir:



1-Unutqanlıq:

--------------Səh. 24.

Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin.”3 Bu və buna bənzər digər ayələrdən başa düşülür ki, kafirlərin ilk baxışda Allaha qarşı mə`rifəti olmuşdur. Lakin küfr halında Allahı unutmuşlar. Bu unutqanlıq da Allahı danmağa, yaxud Ona e`tinasızlığa səbəb olmuşdur.

2-Maddi səbəblərə diqqət yetirmək:

--------------

Müşriklər gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) ixlasla Allahı çığararlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə (Ona) şərik qoşarlar.”4 Həqiqətdə digər səbəblərdən üz çevirib, onlara ümid bəsləməmək insanın səbəblərin səbəbkarına – Allaha doğru üz tutmasına və insanın daxilində qoyulan fitri mə`rifətin oyanmasına səbəb olur. Bu və buna bənzər digər ayələrdən açıq-aşkar başa düşülür ki, insanı əhatə edib, onu özünə məşğul edənlərə diqqət yetirmək Allaha olan fitri mə`rifətə diqqətsizliyin ən əsas amilidir.

3-Rahatlıq və rifah:

------------------

(Müşriklərə) De: “Mənə deyə bilərsinizmi ki, sizə Allahın əzabı gəlsə ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək!)”5

Bu ayədə göstərilir ki, insanın fitrəti ölüm vaxtı, qiyamət kimi çətin hadisələrdə oyanar. Demək olar ki, rahatlıq və rifah içərisində yaşamaq fitrətin yatması üçün zəmin yaradır.



4-Şeytanla dostluq:

--------------------

(Şeytan dedi:) Onları hökmən (doğru yoldan) sapdıracaq, uzun-uhadı arzulara, qəm-qüssələrə salacaq, heyvanlarının qulaqlarını kəsməyi Allahın yaratdıqlarını dəyişməyi əmr edəcəyəm!” Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”1

Allahın yaratdıqlarında dəyişiklik etmək fitri hökmdən və fitri olaraq Allahı tanımaqdan uzaqlıq deməkdir.2 Bu da Şeytanla dostluğun nəticəsidir. Əgər bir kəs Şeytanla dostluq etsə, Allahın yaratdığı fitrət dəyişilər, Ona qarşı diqqətsizlik etməsinə, yaxud Onu inkar etməsinə gətirib çıxarar. Diqqət yetirmək lazımdır ki, biz öz əməl və rəftarlarımızla Allah-taalanı uzaq və əlçatmaz yerlərdə axtarırıq. Halbuki O, bizə çox (insanın özünə şah damarından da) yaxındır.

***

SUAL 7: Tovhid və məadı dərk etmək yolları nədir?

Tovhid və məadı bəşər cəmiyyətinin idrakı həddə qavrayıb başa düşməyin ən yaxşı yolu insanın özü haqqında düşünməsidir. Bu məsələ ilə əlaqədar ustad Məhəmməd Şücainin “Məqalat” adlı kitabının 3-cü cildindəki gözəl və cəzbedici, eyni zamanda dərinmə`nalı və tə`siredici bəyanlarınının bir hissəsini müxtəsər şəkildə diqqətinizə çatdırıram:



İnsanın özü haqqında düşünməsi: Allah-taala Qur`ani-kərimdə buyurur:

------------- SƏh-25.

Qur`anın haqq olduğu müşriklərə bəlli olsun deyə, Biz Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərin yerin ətrafında), həm onların öz daxilində mütləq göstərəcəyik...”3

Qur`ani-kərimin əmr və tə`kid etdiyi məsələlərdən biri də insanın özü haqqında düşünüb təfəkkür etməsidir. İnsanın özü barəsində düşünməsinin müxtəlif yolları, şərtləri var. Əgər onların hamısı düzgün yerinə yetirilsə, faydalı olar.

Ümumi baxışla, insanın özü haqqında düşünməsini iki qismə bölmək olar: 1-İnsanın “özü haqqında düşünməsi” özündə olan sifətlər və xüsusiyyətlər barəsində fikirləşməsidir. Belə ki, öz vücudunda olan tə`sirlərin dərin mənalı olmasını anlayaraq, onun vasitəsilə tovhid və varlığın yüksək həqiqətlərinin dərin sirlərini dərk etsin. 2-İnsanın “özü haqqında düşünməsi” hər şeyi unudaraq öz həqiqətinə qayıtması, “özü”nə səfər etməsidir. Belə olan təqdirdə, insanın həqiqətində bir nur yaranar, mə`rifət və müşahidə qapıları onun üzünə açılar. Belə bir düşüncə insana çoxlu fayda verər. Bu ariflik məqamına nail olmaq üçün ən əhəmiyyətli məsələlərdən biridir.

İnsanın öz vücudunda olan xüsusiyyətlər haqqında düşünməsi: İnsanın “özü haqqında düşünməsi”nin birinci qismində qeyd etdik ki, bu qisim insanın öz vücudundakı sifətlər və xüsusiyyətlər barəsində fikirləşməsidir. Bu düşüncə öz mahiyyətimizin sirlərini anlatmaqla yanaşı, bizim Allah-taala, Onun sifətləri və fe`lləri barəsində mə`rifət və bəsirətimizin çoxalmasına, başqa sözlə, tovhid və onun dərəcələri, varlıq və onun həqiqətləri barəsində agahlığa səbəb olur.

İmam Əmirəl-mö`minin Əlidən (ə) belə nəql olunmuşdur:

------------SƏH.26

Hər kəs özünü tanısa, şübhəsiz ki, hər bir `rifət elmin sonuna çatar.”4

Mə`lum olduğu kimi, insan özü haqqında nə qədər çox fikirləşib şəxsiyyətini mükəmməl dərəcədə tanısa, həqiqətləri də bir o qədər kamil şəkildə tanıyar. Demək, həqiqətləri tanımaq üçün insan mütləq özü haqqında düşünməlidir. Əgər biz öz haqqımızda nə qədər çox fikirləşsək və özümüzü yaxşı tanısaq, varlığın hiqiqətlərinə də mə`rifətimiz artar və onları yaxşı tanıyarıq. Yox əgər özümüz barədə fikirləşməsək və ondan xəbərsiz olsaq, varlığın həqiqətlərindən də uzaq və xəbərsiz qalarıq.

Belə bir mə`na imam Əlidən (ə) də nəql olunmuşdur:

----------------SƏH.27.

Hər kəs özünü tanısa, özündən başqasını da yaxşı tanıyar ( özündən başqasına agahlığı çox olar), hər kəs özünü tanımasa, özündən başqasına münasibətdə nadan olar.”1



Bizim həqiqətimiz kimdir nədir? İlk dəfə bəyən olunan bu suala aydın və tutarlı cavab vermək asan iş deyil. “Biz yalnız zahiri bədəndən ibarət deyilik və onunla tamamlanmırıq!” – müddəasının dəlilə, sübuta və geniş izahata ehtiyacı var. Tədqiqatçılar bu mövzuda aydın, möhkəm və tutarlı dəlillər qeyd etmişlər. Mən də bu məsələ ilə əlaqədar “Məad, ya bazgəşt be suye Xuda” (Məad, yaxud Allaha doğru qayıdış) adlı bir kitab tərtib etmişəm. Orada araşdırmalar aparmış, dəlillər göstərmişəm. Hər kəs bu barədə məlumat əldə etmək istəsə, həmin kitabın 1-ci cildinə müraciət edə bilər.

Əlbəttə, bu müraciətlərə elə də ehtiyac duyulmur. Çünki qərəz və təqliddən uzaqlaşıb, bu barədə yaxşı fikirləşsək, açıq-aşkar görəcəyik ki, biz yalnız xarici bədəndən ibarət deyilik. Əksinə, bizim həqiqətimiz bədənlə sıx əlaqəli və onunla birgə olan başqa bir şeydir.

Hər halda, “bizim həqiqətimiz kimdir və nədir?” – sualının cavabında hamının dərk etdiklərinə diqqət yetirməliyik. Müəyyənləşdirməliyik ki, bu barədə özümüz nə dərk edirik.

Birinci mərhələdə açıq-aşkar görəcəyik ki, bizim həqiqətimiz “Mən” sözü ilə işarə etdiyimizdən ibarətdir. Biz hamılıqla “Mən” deyə öz həqiqətimizə işarə edirik. Bu, hamıya bəllidir və onda heç bir qaranlıq, şübhəli nöqtə yoxdur. Əsas məsələ budur ki, bu sözdə məqsəd nədir? “Mən” sözü nəyə işarədir?

Bə`zilərinin nəzərincə, bu söz ruha işarədir və bizim həqiqətimiz ruhdan ibarətdir. Bə`zilərinin də nəzəriyyəsinə görə, bu söz “ruh” və “bədən”dən üstün bir həqiqətə işarədir. Elə bir həqiqət ki, “ruh” və “bədən” müxtəlif mərtəbələrdə onun təzahürü olur. Belə ki, bədən onun ən aşağı, ruh isə ən mükəmməl, ən yüksək və əhatəli təzahürüdür. Onun əsas təzahürü ruhdur. Bədən onun varlıq dərəcəsi və təzahürü olsa da, çox aşağı səviyyədədir, ruh üçün yalnız əməli bir alətdir. Başqa sözlə, onun ən kamil, ən əhatəli zühuru və tam cilvəsi həmin ruhdur. Bu yüksək həqiqəti onun tam cilvəsində, camalını elə həmin aynada görmək lazımdır. Bununla da, ruh, yə`ni onun əsas və ilkin təcəllası yüksək həqiqətdir.

Bu nəzəriyyəyə əsasən, bizim mahiyyətimiz bədən yox, ruhdan ibarətdir. Baxmayaraq ki, ruh öz yerində o əsl həqiqətin yüksək zühurudur və ona çox yaxındır.

Bu nəzəriyyənin tərəfdarları deyirlər: “Mənim ruhum”, “mənim cismim” deyərək, ruhu və cismi “mənə” aid etməyin özü də aydın və mükəmməl bir dəlildir ki, “mən” ilə işarə edilən həqiqət nə ruh, nə də cisimdir. O bu iki şeydən üstün bir həqiqətdir.

Bu nəzəriyyədə göstərilənlər öz növbəsində mürəkkəb məsələlərdir. Bu barədə söhbət etmək və təhqiqat aparmaq əzmində deyilik. Biz burada “mən” sözü ilə işarə etdiyimiz həqiqəti “əql” vasitəsilə araşdırırıq. İstər məqsəd “bizim ruhumuz”, istərsə də “bizim ruhumuz”dan üstünü olsun. Belə ki, onun kamil və tam cilvəsi, ilkin və əhatəli zühuru elə “bizim ruhumuz”dur. Çünki “özümüz” haqqında fikirləşmək istəyirik və bizim özümüz də hər hansı birimizin “mən” sözü ilə işarə etdiyi həqiqətdən ibarədir. Bu sözdə məqsəd həmin iki mə`nanın hər hansı biri olsa da, heç bir fərqi yoxdur. Ona görə ki, bu iki mə`na arasında olan fərq “mütəcəlla” (cilvə olunan yer) ilə “cilvə”, yaxud “zahir” ilə “məzhər” (zühur olunan yer) arasında olan fərqdən ibarətdir.

İndi isə özümüz haqqında fikirləşək. Öncə bu incəliyi qeyd etmək lazımdır ki, bu “fikir” həqiqətdə “seyr” etməkdir. O ən çox “vicdan”la, yə`ni “tapmaq”la həyata keçir. Həqiqətlərə nail olmaq üçün ən yaxşı yol budur. Başqa sözlə, hüsuli elmlə yox, müşahidə elmi ilə irəli gedirik.

Müxtəlif təzahürlərdə vahid həqiqət: Öz barəmizdə fikirləşdikdə, açıq-aşkar “Mən” sözü ilə işarə etdiyimiz “özümüz”ü çox deyil, bir həqiqət kimi görürük. Bununla belə, bu bir həqiqəti, yə`ni özümüzü müxtəlif tə`sirlərlə müxtəlif təzahürlərdə görürük.

Təzahürlərin hər hansı birinə müraciət etsək, özümüzü aydın şəkildə görəcəyik və ya onu özümüz, özümüzü isə hesab edəcəyik. Özü də onu özümüzün bir hissəmiz yox, əksinə onu özümüzün hamısı və özümüzü də onun hamısı qələmə verəcəyik. “Öz” həqiqətimizin və “mən”in hamısını təzahürlərin hər hansı birində xüsusi varlıq tə`siri ilə tapacağıq. Yə`ni mücərrəd bir həqiqət olan “özümüzü” mücərrəd olan təzahürlərin hər birində görəcəyik.

Bu zaman “özünə” qaydıb, yalnız bir olduğunu görəcəksən. Sonra özünün xarici və daxili qüvvələrinin hər birinə qayıdıb, onlara bir-bir bax. Öz “eşitmə” duyğuna qaydıb, gör ki, eşidən kimdir? Bu libas halına düşən nədir? Onun işi nədir? Bax gör ki, “eşidən” və “eşidən” adını özünə götürən həqiqət kimdir?

Bu zaman görəcəksən ki, bu libası geyən, “eşidən” adı daşıyan və belə bir təzahürdə zühur edən sən özünsən. “Mən” sözü ilə ifadə etdiyin özünü “eşidən”, “eşitmək” işini yerinə yetirən cilvədə təcəlli edən, “eşidəni” özün və özünü “eşidən” görəcəksən. Həm də onun bir hissəsini yox, hamısını!

“Görmə” duyğusuna qayıdıb, görənin kim olduğuna diqqət yetir! Bax gör ki, zahiri görkəm halına düşən kimdir? Bu görkəmdə onun işi nədir? “Görmə” duyğusuna malik olan və “görən” adını özünə götürən hansı həqiqətdir?

Yenə də özünü görəcəksən. O bu təzahürdə zühur etmişdir və “görmə” işini yerinə yetirir. Bununla da, siz “mən” adı daşıyan özünüzü bütün bu daxili və xarici – “eşitmə”, “görmə”, “dadbilmə”, “iybilmə”, “yadda saxlama”, duyğularında, “toxunmaqla dadma” hissində, “əql”, “xəyal” və s. qüvvələrində tapıb görəcək, eləcə də hər hansı bir duyğunun və qüvvənin özünəməxsus varlıq tə`sirini müşahidə edəcəksən.

Başqa sözlə, məsələn, başqa bir şəxsin söhbətinə qulaq asdığınız zaman öz “eşitmə” duyğunuza diqqət yetirin. Bu zaman açıq-aşkar “mən” həqiqətini daşıyan özünüzü başqa şeylərlə, hətta təkcə qulaqlarla deyil, tam vücudunuzla eşitdiyinizi görəcəksiniz.

Sanki “qulaq” “eşitmə” duyğusu üçün yalnız bir addır. “Eşidən” və “dinləyən” şəxs “mən”dən başqa bir şey deyil və onun təzahürlərindəndir. Eləcə də, həm daxili, həm də digər idrak qüvvələrindən hər hansı birinə müraciət edib, ona diqqət etsəniz, onu da eyni şəkildə görəcəksiniz. Məsələn, “görmə” duyğusunda “mən” həqiqətini gördüyünə “dadbilmə” duyğusunda “mən” həqiqətinin daddığına şahid olacaqsınız.

Bu zaman açıq-aşkar görəcəksiniz ki, bir qüvvə nə qədər işlər yerinə yetirir. Bir həqiqət cilvələrə çevrilir və hər cilvədə digər varlıq tə`siri mövcuddur. Belə olan təqdirdə, nə qədər çox düşünsəniz, bir o qədər heyran qalıb, həmin yolla “tovhid” barəsində çoxlu həqiqətlərə nail olacaq, Allahı hər nöqsandan pak biləcək, Onun oxşarı, tayı-bərabəri və bənzəri olduğunu inkar edcəksiniz.

Bu yolla Allahın hər bir çərçivədən nöqsandan, eyb pak olduğunu, Onun zatının, sifətlərinin və fe`llərinin heç bir oxşarı olmadığını qəbul edərək, aşağıdakı həqiqətləri müəyyən həddə başa düşmək olar:

a) Allahın qeybi zatı təcəlla məqamında adlarda və sifətlərdə zühur edir. Bu məqamda hər bir adın öz hökmü və hər bir sifətin öz tə`siri vardır.

b) Allahın və Onun zatının mütləq vəhdəti adların təzahürlərində qorunub-saxlanılır. Adların çoxluğu Onun zatının çoxluğuna səbəb olmur.

v) Bütün adların və sifətlərin həqiqi olan xarici nümunəsi birdir, o da Allahın qeybi zatıdır.

q) Allah-taalanın təcəlla və təzahürlərinin hər birinin öz məqamı vardır.

d) Saliklər və ariflər üçün seyr məqamında bir çox həqiqətlər ardıcıl şəkildə qarşıya çıxır.

Cilvələrin faniliyi: Özümüz haqqında düşünməkdə davam etsək, özümüzdə və onun cilvələrində nəyə nail olacağıq? Bütün idark qüvvələrimizdə nə görəcəyik? Hər vaxt daxili və xarici idrak qüvvələrinin hər hansı birinə müraciət etdikdə, özümüzü onda, onu da özümüzdə müşahidə edirik. “Özümüzün eşitmə” duyğusunda eşitmək, “görmə” duyğusunda görmək, “dadbilmə” duyğusunda dadbilmək, “əql” qüvvəsində ağıl, “xəyal” qüvvəsində təxəyyül sifətlərilə birgə görcəyik. Özü də dəlil və əqli hərəkət vasitəsilə yox, canlı şəkildə.

Bütün bu idrak qüvvələrində, yə`ni bütün bu cilvələrdə, bu cilvələrin özünü və varlıq tə`sirlərini yox, yalnız özümüzü görürük. Hər bir cilvənin zatını təzahür zatında fani müşahidə edirik və onun sifətini, yaxud fe`lini təzahürün sifət, yaxud fe`lində əsla görmürük. Sanki meydanda təzahürdən başqa heç bir şey mövcud deyil və qalanları sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir!”1 Doğurdan da, görəsən, bu qüvvələrin hamısı fanidir, yoxsa, hamı bir növ özünün xususi mə`nasında mövcuddur.

Əgər bu mə`nanı yaxşı başa düşsən, müəyyən həddə zatda tovhidi, sifətlərdə tovhidi, fe`llərdə tovhidi, başqa sözlə, Allahın zatında, sifətlərində və fe`llərində əşyanın, onların sifət və fe`llərinin faniliyini dərk edib, bu həqiqətlərə çatacaqsan. Əlbəttə, bu həqiqətlər oxşarlıq vasitəsilə dərk edilmir; çünki Allah-taala istər zatda, istər sifətlərdə, istərsə də fe`llərdə məxluqata oxşarlıqdan pak və münəzzəhdir. Əksinə, məxluqlarda bu nümunələri görməklə müəyyən qədər tovhid həqiqətini və əşyanın faniliyini düzgün şəkildə başa düşmək olar. Allahdan başqa hər bir şey həlak olacaqdır.”2

Əgər Allah-taalanı zatda, sifətlərdə və fe`llərdə hansısa bir şeyə bənzətsək, nəinki azğınlığa düşəcəyik, həm də səhvə yol verərək Ona qarşı mə`rifətimiz olmaz. İmam Rzanın (ə) həzrət Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə buyurulur:

------------SƏh. 33.

Allahı yaratdığına oxşadan şəxs Onu tanımamışdır.”3

Bu məsələ ilə əlaqədar özümüzlə Allah arasında olan fərq, yaradanla yaradılan arasındakı fərqə bənzəyir. Bax gör ki, bunların arasında fərq nə qədərdir!

Əgər bu incəliyi yaxşıca qavrayıb, Allah-taalanın hansısa bir şeyə bənzərlikdən uzaq olmasını başa düşmək istəyirsənsə, bu həqiqətə diqqət yetir ki, biz özümüz, yə`ni “mən” sözü ilə ifadə olunan və qüvvələrdə təzahür edən həqiqət də öz növbəsində üstün bir qüvvədir. Həqiqətin özündən daha üstün bir həqiqət qüvvəsi var. Bu minvalla o həqiqət Allaha çatır: Əvvəl, axır, zahir, batin, əbədi, əzəli diri məhz Odur! Göylərdə yerdə olanlar Ona məxsusdur! Bütün işlər Ona qayıdır.”

Varlıq bəxş edən yalnız birdir və o Allahdır. Məxluqlar Ona mənsubdur. Hər bir şey fani, O isə əbədidir. Belə olan təqdirdə, hansısa bir şeyi, istər zatda, istər sifətlərdə, istərsə də fe`llərdə Ona bənzətmək olarmı? Aydındır ki, cavab “xeyr!” – olacaqdır. “Leysə kəmislihi şəyun!” – Onun misli, tayı-bərabəri bənzəri yaxdur!”

Bütün bu çətinliklər və sözlər Allaha münasibətdə mə`rifətə nail olmaq üçündür və məqsəd Onu hansısa bir şeyə oxşatmaq deyil; çünki Onun heç bir oxşarı və bənzəri yoxdur!

Ümumiyyətlə, belə bir mə`rifət vasitəsilə müəyyən qədər Allahın zatında, sifətlərində və fe`llərində olan tovhidin mə`nasını dərk etmək olar. Başqa sözlə, insan özündə mövcud olan cilvələri və qüvvələri yaxşı dərk etsə, müəyyən qədər Allah-taalanın zatında əşyanın faniliyini də başa düşər. Tovhidə mə`rifətlə, bir çox ayələrin, nişanələrin həqiqətləri və onların incəlikləri aydın olar.

Müxtəlif məqamlar: “Özümüz” haqqında başqa cür fikirləşsək, “Mən” sözünü ifadə edən özümüzü belə görəcəyik: “Eşitmə” duyğusuna malik olub eşidir, “görmə” duyğusuna malik olub görür. Elə həmin halda, “əql” qüvvəsilə düşündüyünü, “təxəyyül” qüvvəsilə xəyallara daldığını və başqa qüvvələrlə digər işlər gördüyünü hiss edir. Biz eyni bir zamanda müxtəlif məqamlara malik olduğumuzu və müxtəlif işlər yerinə yetirdiyimizi görəcəyik. Müəyyən bir iş və ya məqam onu başqa işlər yerinə yetirməkdən və ya başqa bir məqama nail olmaqdan saxlamayacıqdır.

“Özün” haqqında düşünüb, “özünü” belə gördükdə, aləmlərin Rəbbi barəsinddə “La yəşğəluhu şə`nun ən şə`n” – məsələsini başa düşüb, onu nisbətən düzgün şəkildə təsəvvür edə bilərsən.

Bu, Allahın hər hansı bir məxluqunun xüsusiyyətidir ki, aciz, fəqir, məhdud və zəif olduğu zaman başqa bir məqama nail ola bilməsin. Yə`ni Allah-taalanın istəyi və bəxşişi ilə belə bir kamala və xüsusiyyətə malik olsun.

Bu zaman, diqqət yetirsin ki, öz xaliqi və yaradanı olan Allah kimdir və Xaliqin varlıq kamalı nədir? Sonsuz kamal və camala malik Allah barəsindəki “La yəşğuluhu şə`nun ən şə`nin!” – məsələsi hansı şəkildədir?

“Özümüz”də gördüyümüz bu mə`na Allahın hədiyyəsidir və bizim eyblərlə, naqisliklərlə bir olan məhdud varlığımıza uyğundur. Bu mə`nadan azacıq və Allahın əta etdiyi miqdarda bəhrələnmişik. Allah-taalanın bu mə`naya malik olması Onun Özündəndir və Özünün sonsuz, hər bir hədd-hüduddan, nöqsanlardan və eyblərdən pak varlığını münasibdir.

Eyni zamanda, müxtəlif məqamlara malik olmaq, bir məqamın başqa bir məqama maneə yaratmaması varlıq kamallarındandır. Onun mütləq və sonsuz olması, əsli və zatı Allaha məxsusdur. Allah-taala ondan çox məhdud və az miqdarda bizə də əta etmişdir. Bu, bizim vücudumuzda gözə görünür.




Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə