Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


-QUR`ANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)



Yüklə 2,54 Mb.
səhifə5/27
tarix26.09.2017
ölçüsü2,54 Mb.
#1674
1   2   3   4   5   6   7   8   9   ...   27

2-QUR`ANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)


İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”1

Ümumiyyətlə, Qur`an baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də e`tiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Qur`an ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:

1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.2

2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir.3 Bu səbəbdən də, Qur`an bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.4

3-Şirkdə elmə yol yoxdur. Yə`ni şirk mə`lum ola bilməz, çünki zatən “yoxluqdur” (mövcud deyildir). Zatən “yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala “Loğman” surəsinin 15-ci ayəsində buyurur: Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.”5

4-Qur`anın bə`zi ayələrində “şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir.6

5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yə`ni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər.7

6-Bə`zi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:

a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.

b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.

c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.8

7-Qur`ani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:



a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir.9

b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur.10

8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər.11

9-Qur`an nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tovhidi ədalət) aradan qalxır.

10-Qur`ani-kərimin bə`zi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.

11-Müşriklərin Allaha şərik qoşmasında mə`rifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd,1 günah,2 eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik3... buna misal ola bilər.

12-Qur`an ayələrinə əsasən, “tovhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, “şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tovhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: “Mö`min şəxs (heç vaxt) zina və oğurluq etməz.”4

13-Qur`an ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır.5 Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.6

14-Bir nöqteyi-nəzərdən Qur`an ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”7 – ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yə`ni bə`zi mö`minlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər.8


ŞİRKİN DƏRƏCƏLƏRİ


Allaha şərik qoşmağın dərəcələri var. Çoxallahlılıq nəzəriyyəsi zahiri şirk nümunəsidir. Ondan aşağı və gizli şirk Qur`ana və xüsusi nübüvvətə iman gətirməyən kitab əhlinin şirki, ondan da aşağı və gizli şirk Allaha, tovhidə, onun vasitə və səbəblərinə iman gətirən şəxslərin müstəqil baxışlarıdır. Bu qəbil şəxslər Allahdan başqalarına qeyri-müstəqil şəkildə diqqət yetirmək əvəzinə, onlara müstəqil şəkildə e`tiqad bəsləyib, öz işlərində onlara istinad edir.9 Diqqət yetirmək lazımdır ki, gizli şəkildə Allaha şərik qoşmaq imanla yanaşı ola bilər.10

3-QUR`ANDA NİFAQ VƏ İKİÜZLÜLÜK


Bu məsələ ilə əlaqədar Qur`ani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1-Qur`anda “ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mə`nası daşıyır. Yə`ni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər.11

2-Qur`an baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.12

3-Bə`zi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir.13

4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir.1

5-Qur`an nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.2 Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tovhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.3

6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir.4

7-Bə`zi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.”5

8-Qur`ani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi,6 münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır.7 Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar.8

9-Qur`anın bə`zi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.9

10-Ayələrdə münafiqlərin bə`zi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qur`ani-kərim müşriklər haqda belə buyurur: Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.”10 Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: Sən onların bağışlanmasını diləsən , diləməsən , fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.”11

Qur`ani-kərimin bə`zi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır.12 Ayətullah Cəvadi Amuli bu barədə deyir: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.”13



Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə