Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

39
Elm və İnnovativ Texnologiyalar jurnalı
Millı̇ şüur və mı̇llı̇ dı̇l 
qloballaşma şəraı̇tı̇ndə
Adil Qurbanov
Azərbaycan Milli Elmlər Akademiyası, 
Fəlsəfə İnstitutu
Hazırda Azərbaycanda baş verən sosial-mədəni inkişaf proseslərinin fonunda milli 
özünüdərk problemlərinə marağın artması müşahidə olunur. Milli özünüdərk ruhani 
dəyər kəsb edərək, cəmiyyət həyatına əhəmiyyətli dərəcədə təsirə malikdir. Bu məqam 
təkcə fərdlərin deyil, bütöv xalqların tarixi taleyində rol oynayan, onların təfəkkür və 
davranış tərzlərində dəyişikliklər yaradan məqamdır. Milli şüurün dərki məsələlərinin 
fəlsəfi  aspekti bu fenomenin aksioloji mənalandırmasını, onun, etnosun mənəvi mədə-
niyyətinin məzmununda obyektiv əhəmiyyətə malik bir dəyər kimi tədqiqini nəzərdə 
tutur. Mədəniyyətin ruhani fenomeni olmaq etibarı ilə milli özünüdərk etnosun icti-
mai-tarixi təcrübəsi prosesində özünü gerçəkləşdirir. Bu səbəbdən də milli şüur konk-
ret etnoruhani tamlıq kimi nəzərdən keçirilməlidir.
Məsələnin aktuallığını həm də o məqam şərtləndirir ki, insanın milli şüura daxil 
olması, onu axtarması son nəticədə etnosun tarixi prosesdə öz yeri və rolunu müəyyən-
ləşdirməsi məsələsinə gətirib çıxarır. Bu şüurun öyrənilməsindən bu və ya digər millə-
tin digər millətlərlə münasibətlərinin perspektivlərini proqnozlaşdırmaq mümkündür 
[1]. Məsələn, məlumdur ki, bu günkü beynəlxalq siyasi münasibətlər çox halda tarixi 
münasibətlərin davamı, bu günkü mцharibələrin çoxu isə mental səviyyədə mövcud 
ziddiyyətlərin aşkarlanmasıdır.
Qloballaşmanın iqtisadiyyat, siyasət, mədəniyyət sahələrindəki getdikcə sürətlənən 
prosesləri fonunda milli şüur məsələsinə maraq kifayət qədər əsaslı görünür. Azərbay-
can xalqının özünüdərk şüurunun nəzəri öyrənilməsi zərurəti yenicə dərk olunmaqda-
dır. Bu sahədə artıq xeyli işlər görülsə də, əslində hələlik məsələ “əlləşdirmə” üsulu 
ilə öyrənilir (əgər belə demək caizdirsə). Hər tədqiqatçı ona görünən tərəfi n açımını 
verməklə kifayətlənir. Bu da problemin öyrənilməsinin əslində özünün ilkin mərhələ-
sində olduğunun göstəricisidir. Milli şüurun kompleks tədqiq olunacağı və onun struk-
turunun tam nəzəri açıqlanacağı gün isə təbii ki, hələ irəlidədir. 
Milli  şüur probleminin fəlsəfi   mənalandırılması onu səciyyələndirən iki aspektin 
hərtərəfl i  öyrənilməsini həyata keçirmədən mümkün deyil. Bir tərəfdən, o özündə


Adil Qurbanov
40
məsələn, əhvallar, motivasiyalar, təlqinlər, ustanovkalar, təqlidlər, stereotiplər, mifo-
logemlər kimi spesifi k insani, psixoloji prosesləri ehtiva edir; ikinci tərəfdən, özündə 
milli “мən” barədə nəzəriləşdirilmiş təsəvvürlər daşıyır. Xalqın mənəvi-psixoloji və 
intellektual özəllikləri isə məcmu halda etnosun milli xarakterini təşkil edir. 
Milli  şüur probleminin fəlsəfi   təhlilinə ilk cəhdlər hələ R.Dekart, G.Leybnits, 
T.Hobbs, C.Lokk və başqaları tərəfi ndən atılmışdı. Bu problem özünün sonrakı inki-
şafını İ.Kant, F.Şellinq, G.Hegelin əsərlərində tapdı. F.Şellinq “Transedental idealizm 
sistemi” əsərində qeyd edirdi ki, şüurun daşıyıcısı kimi “мən” çıxış edir və o, bu fe-
nomenin təbiətini şəxsiyyətin ruhani fəallığından açmağa çalışırdı. Hegel milli şüuru 
xalqın tarixinin, dünya tarixinin təzahürü kimi anlamağa çalışır, problemin daha çox 
ruhani tərəfi ni təhlil edirdi. Milli şüur, milli özünüdərk problemi X.Q.Qadamer və L.P.
Karsavinin əsərlərində də öz əksini tapmışdır.
Azərbaycan milli şüurunun öyrənilməsi publisistik janrda başlamış, ən çox ədəbiy-
yat formasında aparılmışdır. Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin,  Ə.Hüseynzadənin, 
C.Məmmədquluzadənin, M.Ə.Sabиrin  əsərlərində azərbaycanlıların kimliyinin ay-
rы-ayrı tərəfl ərinin göstərilməsinə, dərkinə kifayət qədər ciddi cəhdlər vardır. Lakin 
sovet dönəmində Аzərbaycan “mən”inin öyrənilməsinə stimul yox idi. Sistem daha 
çox amorf “sovet xalqının” “mən”inin aşkarlanmasında maraqlı idi. Milli şüur isə keç-
mişin qalığı kimi tarixin annallarına atılacağı günü gözləyirdi. Bu səbəbdən də onun 
tədqiqi aktual deyildi. Lakin B.Vahabzadə, A.Əfəndiyev, Z.Göyüşovun  əsərlərində 
xalqın sevə-sevə oxuduğu məqamlar vardı ki, burada milli mənəviyyatın, milli şüurun 
dərki məqamları üstünlük təşkil edirdi. Nəzəri baxımdan azərbaycanlıların milli şüu-
runun öyrənilməsi problemi öz əksini H.Quliyev, A.Şükürov, S.Xəlilov, R.Mehdiyev, 
R.Aslanova və digərlərinin əsərlərində tapmağa başlamışdır. 
Azərbaycandilli fəlsəfi  ədəbiyyatda “milli şüur” və “milli özünüdərk” anlayışları 
paralel işlədilir. Lakin hesab edirik ki, “milli şüur” anlayışı “milli özünüdərk”dən daha 
konkret spesifi k məzmuna malikdir. Fiкrimizcə, əgər “milli şüur” millətin özü barədə 
biliklərini səciyyələndirirsə, “milli özünüdərk”də daha çox bu millətin özünü başqa et-
noslarla müqayisəsi nəticəsində aktuallaşan bilikləri nəzərdə tutur. Lakin hər halda bu 
anlayışlar bir-birini tamamlayan anlayışlardır. Və onların funksiyalarına aşağıdakıları 
daxıl etmək olar ki, bu təsnifat əslində “milli şüur” fenomeninin təbiətini daha aşkar 
dərk olunmasına xidmət edir: idraki, emosional-dəyərli, requlyativ, adaptiv, mühafi zə, 
dünyagörüşü, proqnostik, praqmatik, özününəzarət.
Milli şüurun mahiyyəti onun milli ekzistensiyanın ifadə formaları kimi səciyyələn-
dirilməsi ilə bağlıdır. Milli şüur etnosun həyatında məna daşıyan, nizamlayıcı, ruhi 
başlanğıcdır. 
Milli şüur həm də etnosun varlığı əksetdirmə formasıdır. Varlıq isə məlum olduğu 
kimi maddi və  mənəvi gerçəkliklərin vəhdətindən ibarətdir. Ruhani varlığı iki ele-
mentdən ibarət göstərmək olar. Birincisi, ruhaniliyin fərdiləşmiş təzahürüdür və tək bir 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə