6
Maqsad Gojamanov, Gunay Hasanli
The hydrological mapping and methods in Azerbaijan . . . . . . . . . . . . . . . . . . . . 89
P.B.Zamanov, A.Ə.Əliyeva, R.Ə.Paşayev
Üzvi gübrələrin torpaqda parçalanmasından alınan karbon qazının bitkilərin
böyüməsinə və inkişafına təsiri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .99
Mahir Dadaşov
Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri:
Beynəlxalq təcrübə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .105
Elmi Müsahibə
Müsahibə götürən: Xəyalə Məmmədova, Andrzej Klimczuk
Dünya şöhrətli alim, Professor Christine Sleeter:
“ Çox sevinirəm ki, Azərbaycanın multikulturalizm sahəsində
çox yaxşı təcrübəsi var...” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .131
Dahi alimləri tanıyaq
Nəsirəddin Tusi
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .136
7
Elm və İnnovativ Texnologiyalar jurnalı
Müasir dünya fəlsəfəsi kontekstində
Azərbaycan fəlsəfəsinin əsas prioritetləri haqqında
İlham Məmmədzadə
Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə İnstitutu
Müasir Azərbaycan fəlsəfəsinin əsas prioritetləri üzərində dayanmazdan əvvəl qeyd
etmək istərdik ki, müasir Qərb fəlsəfəsində əsas bir istiqamət, məktəb deyil, istiqamət
və cərəyanların plüralizmi üstünlük təşkil edir. Fəqət bəzi məsələlər vardır ki, onlara
olan maraq fi losofl arda müzakirə etmək, iştibahları bildirmək, öz nəticələrini əsas-
landırmaq və sübuta yetirmək arzusu doğurur: birincisi, fəlsəfi həqiqət nədir, o, elmi
həqiqətlərdən fərqlənirmi və elm üçün zəruriliyi nədən ibarətdir; ikincisi, siyasət, bey-
nəlxalq münasibətlər əxlaqi (əxlaq qaydalarına uyğun) ola bilərmi və əxlaqda, dəyər-
lər sistemində və s. siyasətdən nə dərəcədə istifadə etmək olar; üçüncüsü, fəlsəfə tarixi
ciddi, sübutedici, inandırıcı ola bilərmi? Bu suallarla, hər halda, milli və universal
fəlsəfə arasında qarşılıqlı münasibətlər məsələsi bağlıdır.
Amerika analitik, Avropa kontinental və Rusiya fəlsəfələrinin mülahizələri və də-
lilləri arasında fərqləri qeyd edək.
Amerika analitik fəlsəfəsi, ilk növbədə, yuxarıda
göstərilən məsələlərin məntiqi-linqvistik təhlilidir. Məntiq, dilin fəlsəfəsi həqiqətitap-
ma vasitəsidir.
Avropa fəlsəfəsi üçün postmodernizmin nə olduğunun qavranılması və
ya dərk olunması, habelə multikulturalizm, mədəniyyətlərin dialoqu, kommunikasiya-
lar problemlərinin təhlili aktualdır. Burada elmilik çox vaxt multidissiplinar (çoxfənli)
araşdırmaların köməyi ilə əldə olunur. Beləliklə, fəlsəfə ictimai elmlər üçün müxtəlif
elmi bilikləri birləşdirməyə qadir elmə çevrilir.
Rusiya fəlsəfəsi analitik və Avropa
fəlsəfəsinin elementlərini birləşdirməyə çalışır. Ən azı, vurğulanır ki, dilin fəlsəfəsi ilə
yanaşı, şüur, mədəniyyət və təcrübə fəlsəfəsi inkişaf etdirilməlidir. Məsələn, analitik
fəlsəfə fəlsəfə tarixi ilə maraqlanmır, Rusiya fəlsəfəsi isə həm
universal Qərb fəlsəfə-
sinə, həm də müxtəlif dünya xalqlarının fəlsəfəsinə ciddi diqqət yetirir. Son vaxtlar
Rusiya fəlsəfəsində elm fəlsəfəsi məsələlərinə, həqiqət problemlərinə də fi kir verilir.
Onu da qeyd edək ki, Amerika fi losofl arı arasında Avropa yönümlü ciddi fi losofl ara
rast gəlmək olar (T.Rokmor).
Bu qeydlər bizə müasir fəlsəfəmizin əsas prioritetlərini ifadə etməyə imkan ve-
rir. Fikrimizcə, birincisi, bu yalnız fəlsəfəyə, fəlsəfə tarixinə deyil, həm də bütöv-
lükdə ictimai elmlərə inandırıcılıq, sübutedicilik verəcək multidissiplinar (çoxfən-
İlham Məmmədzadə
8
li) tədqiqatlardır.
Bundan başqa, həmin tədqiqatlar bu elmləri fəlsəfənin özündə
sübutedici və əsaslandırılmış edərək onları birləşdirmək imkanı yaradır. İkincisi,
milli tarix fəlsəfəsinin inkişafına və onun fəlsəfə tarixi ilə əlaqələrinin dərkinə xü-
susi əhəmiyyət vermək lazımdır. Üçüncüsü, azərbaycançılıq ideologiyası, mənəvi
və vətəndaşlıq tərbiyəsi, maarifçilik fəlsəfəsi və s. sahəsində tədqiqatlara diqqət
artırılmalıdır.
Fənlərarası tədqiqatlar haqqında
Fənlərarası tədqiqatlar son illər elmdə aktuallıq kəsb etmişdir. «Kəşfl ər elmlərin
qovuşuğunda baş verir» ifadəsi adiləşmişdir. Hətta demək olar ki, onlar üstünlük təş-
kil edən istiqamət (trend) kimi məcburi, vacib yanaşma statusu qazanmışdır. Fəqət
bu
hələ o demək deyildir ki, bu cür araşdırmalar ciddi fəlsəfi tədqiqat obyekti olub.
Təbii ki, onlar praktik mənada daha çox fundamental elmlərdə istifadə edilir. Faktiki
olaraq, yeni fənlər, yeri həmhüdud, bir-birinə çox yaxın tədqiqat obyektləri meydana
çıxmışdır. Bu xüsusda qeyd edək ki, fənlərarası qarşılıqlı əlaqələrin elmi tədqiqi onla-
rın fəlsəfi dərkindən fərqlənir.
Bizim fi krimizcə, müxtəlif sahələrə aid və əvvəlki bölgü, o cümlədən ictimai elm-
lərin bölgüsü çərçivəsində təhlili mümkün olmayan informasiyadan getdikcə daha çox
istifadə etmək lazım gəlir. Bundan başqa, fəlsəfə, sosiologiya, biologiya və görünür ki,
bütün fundamental elmlər arasında münasibətlərin mənalandırılması zərurəti hiss olu-
nur. Beləliklə, fənlərarası problemlərin dərki fəlsəfəsi, onların keyfi yyəti və dərinliyi,
bir
tərəfdən, müəyyən anlayış, məna, obrazlar, məntiq və kommunikasiyalarla təmin
olunmalıdır. Digər tərəfdən, elmin özünün də onlara tələbatı vardır. Elə həmin fi zika,
biologiya, kimya daha çox metafi zikanın, fəlsəfənin onlara lazım olduğu həmsərhəd
sahələrlə (məsələn, həyat və ölüm) qarşılaşır.
Fəlsəfə fənlərarası tədqiqatlardan çox şey qazana bilər. Lakin bunun üçün o özünü,
keçmişini (fəlsəfə tarixini) yenidən, yeni dövrün ruhunda dərk etməlidir ki, indinin
(məsələn, cəmiyyətin konsolidasiyası) və gələcəyin (proqnozlaşdırma) təmayüllərini
əvvəlcədən görə bilsin. Aydındır ki, fənlərarası tədqiqatların spesifi k xüsusiyyətlərinin
fəlsəfi dərkinə bu problemin fəlsəfədə təşəkkülü tarixinə müraciətdən başlamaq, daha
sonra isə onun hazırkı vəziyyətinin bəzi cəhətlərini, tədqiqat prioritetlərini nəzərdən
keçirmək səmərəli olardı.
Fikrimizcə, fəlsəfə tarixinə müraciət dissiplinar və fənlərarası qarşılıqlı təsir və
əlaqələrin inkişafı arasında bağlılıqları görməyə imkan verəcəkdir.
Bu gün artıq aydındır ki, fənlərarası araşdırmalar zəruridir, lakin fənlərarası tə-
dqiqatların fəlsəfi təhlilinin əhəmiyyətini anlamaq, onların əhəmiyyətinin ayrı-ay-
rı fənlərin inkişafını inkar etmədiyini, əksinə, nəzərdə tutduğunu
görmək və mütləq
(hökmən) əsaslandırmaq lazımdır. Bir tərəfdən, fənlərarası tədqiqatlarla əlaqədar olan
qeyri-klassik yanaşmaların, digər tərəfdən, fənn bölgüsünü ehtiva edən klassik elmin
bir-birilə bağlı olduğu meydana çıxır. Lakin onların fundamental və ictimai elmlər-