Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   2   3   4   5   6   7   8   9   ...   44

Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin əsas prioritetləri ...
13
4. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mənəvi irsi, Azərbaycan Pre-
zidenti  İlham  Əliyevin siyasət fəlsəfəsi və strategiyası bu məqsədlərə çatmaq üçün 
zəruri zəmin yaradır.
5. Azərbaycan Prezidenti İlham Əliyevin modernləşmə xətti, Azərbaycanda post-sə-
naye cəmiyyətinin və güclü dövlətin qurulması strategiyası ümummilli liderin ideyala-
rının ardıcıl transformasiyası və həyata keçirilməsidir. Bu transformasiya post-sənaye 
cəmiyyətinə doğru hərəkət, güclü sosial siyasətə, innovasiya və informasiya texno-
logiyalarının inkişafına əsaslanan milli vətəndaş cəmiyyətinin inkişafı və tərəqqisinə 
səmtləşmiş iqtisadiyyata və bilik cəmiyyətinə keçid strategiyası vasitəsilə təmin olu-
nur. Burada habelə siyasi, iqtisadi transformasiyalar və ictimai biliklərin, elmin, təhsi-
lin və mədəniyyətin (mənəviyyatın) inkişafı arasında ayrılmaz əlaqə vurğulanır.
Bizim fi krimizcə, həmin məqsədlərə nail olmaq üçün bu plan müəyyən imkanlar 
yaradır. Nəzərə alınmalıdır ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz 
Mehdiyevin  əsərləri bu prioritetlərin inkişafı üçün mühüm konseptual zəmin təşkil 
edir. Vurğulamaq vacibdir ki, bizdə bu prioritetlərin ön plana çıxması üçün müəy-
yən hazırlıq işləri görülmüşdür. Fənlərarası tədqiqatlar fəlsəfəsinin problemlərinə həsr 
olunmuş toplular nəşr edilmiş, beynəlxalq konfranslar sayəsində müəyyən təcrübə 
toplanmışdır. Tarix fəlsəfəsi və azərbaycançılıq ideologiyası sahəsində dərin tədqiqat-
lar aparmaq planları tərtib edilib. «Azərbaycançılıq ideologiyası: tarix fəlsəfəsindən 
bu günə və gələcəyə» kitabının layihəsi hazırdır, bu kitabda aşağıdakı məqamlar əksini 
tapacaqdır:
1. Müasir dövrün əsas çağırışları sırasında dünya və regionun böyük dövlətlərinin 
(ABŞ, Rusiya, İran, Türkiyə) mənafeyinin üstünlüyü, transmilli korporasiyaların ma-
raqlarının təsiri, neft-qaz bazarının qeyri-sabitliyi, dövlət suverenliyinə, iqtisadiyyata 
və  mədəniyyətə (dil, milli dəyərlər, ailə institutu və s.) mənfi   təsir təhlükələri kimi 
də təzahür edən qloballaşma. Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlər tərəfi ndən 
Azərbaycana qarşı istifadə olunduğundan təhdid və təhlükələrdən biri kimi çıxış edir.
Bu çağırışların cavabları ümummilli liderin xəttinin mahiyyətinin açıqlanmasını, 
Azərbaycan Prezidentinin modernləşmə, regional və dünya siyasətində (Azərbay-
can və Qafqaz, Azərbaycan və Türkiyə, Azərbaycan və Rusiya, Azərbaycan və İran) 
güclü dövlətin inkişafı strategiyasının dərkini, millətin ideya birliyinin əhəmiyyəti-
ni (R.Mehdiyev. «Azərbaycan: qloballaşma dövrünün tələbləri keçmişin dərsləri, bu 
günün reallıqları və gələcək perspektivlər», «Azərbaycanı dəyişdirən on il», «Dünya 
ikili standartlar düzəni və müasir Azərbaycan»), bilik, innovasiyalar iqtisadiyyatına, 
informasiya texnologiyalarının prioritetinə və cəmiyyətdə kreativ təbəqələrin üstünlü-
yünə, demokratiyaya və milli hüquq dövlətinə keçidi nəzərdə tutur (4). Qloballaşma-
nın alternativinin olmadığını nəzərə alaraq, tarazlaşdırılmış siyasət yeritməklə böyük 
dövlətlərlə münasibətlərdə paritetə can atılmalıdır (R.Mehdiyev. «Dünya ikili stan-
dartlar düzəni və müasir Azərbaycan»), bu da milli mənafelərin müdafi əsini, məna və 
əhəmiyyətinin müasir anlamında milli identikliyin inkişafını, fəal diaspor siyasətini 


İlham Məmmədzadə
14
nəzərdə tutur. Öz növbəsində, bu, informasiya texnologiyalarının inkişafı, dünya in-
formasiya məkanına qoşulma və milli dəyərlərin inkişafı arasında qarşılıqlı əlaqənin 
əldə olunmasını tələb edir, bu zaman milli dəyərlər arxaik, statik və qeyri-konstruktiv 
şəkildə yox, bu günün keçmişlə, millinin beynəlmiləl ilə dialoqu kimi dərk olunmalıdır 
(R.Mehdiyev. “XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstin-
də”) (5).
2. Hər bir cəmiyyət tarixən özündə daxili birliyə qabiliyyət formalaşdırır ki, xarici 
çağırışlara cavab verə bilsin. Azərbaycanda müasir milli identikliklə yanaşı, tarixən 
digər – dini, etnik identikliklər – islamçılıq (şiə və sünni variantlarında), türkçülük və 
s. formalaşmışdır. Hazırda bu identikliklərin hər biri milli identikliyin tərkib hissəsidir 
(kökləridir) və bundan sonra da olmalıdır, lakin bu və ya digər dəyişən şəraitdə təh-
didə də çevrilə bilər. Müasir şəraitdə bizim üçün əsas dəyər dövlət, onun suverenliyi, 
ərazi bütövlüyüdür, məhz onlar milli identikliyin digər identikliklər üzərində priorite-
tini, müəyyən ideal və dəyərlərin başqalarına nisbətən üstünlüyünü müəyyən edir (6) 
(R.Mehdiyev. «Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti», «Zaman haqqın-
da düşüncələr və elitanı transformasiya edərkən»).
Nəzərə alınmalıdır ki, müxtəlif tarixi dövrlərdə başqa dəyərlər prioritet təşkil etmiş-
dir (məsələn, uzaq keçmişdə dini dəyərlər, sovet dövründə ənənələr və dil). Buna görə 
də fərqləri vurğulamağa deyil, ümumi məqamlara səmtləşərək identikliyin dərkində 
bu dəyişkənliyi fəlsəfi -tarixi  cəhətdən dərk etmək vacibdir. Başqa sözlə, bu proses 
millətin təbii tarixi-mədəni təkamülü kimi başa düşülməlidir. Ona görə də burada bir-
liyi qoruyub saxlamağa çalışan tarixi şəxsiyyətlərin əhəmiyyətini vurğulamaq vacibdir 
(R.Mehdiyevin Şah İsmayıl Səfəvi, Ümummilli Lider, indiki Azərbaycan Prezidenti 
və ADR liderləri haqqında əsərlər silsiləsi). Din, ənənələr, dil bizə xas olan tolerant-
lıq kontekstində milli dəyərlərimizin ayrılmaz tərkib hissələri kimi dərk olunacaqdır. 
Hal-hazırda Maarifçilik dövrü xadimlərinin həm tarixi şəxsiyyət kimi, həm də müxtə-
lif dövrlər və  şəraitlərdə  cəmiyyətə xas olan, şanlı keçmişi bu günlə birləşdirən və 
gələcəyin vektorunu müəyyən edən dəyərlər olan təhsil və biliyə səy göstərmə kimi 
iştirakını, bilik iqtisadiyyatına, bilik cəmiyyətinə, post-sənaye cəmiyyətinə Maarifçi-
lik fəlsəfəsi və onun idealları vasitəsilə can atmanı, Azərbaycan Prezidenti İlham Əli-
yevin strategiyası  və onun modernləşmə  xəttinin həyata keçirilməsini qüvvətləndir-
mək nəzərdə tutulur. (R.Mehdiyev. «İctimai və humanitar elmlər: zaman kontekstində 
baxış»).
3. Daha sonra Azərbaycan xarakteri və arxetipləri haqqında. Nəzərə alınmalıdır ki, 
milli xarakter və arxetiplər cəmiyyətin çətin tarixi şəraitdə yaşamasına, sağ qalması-
na imkan yaratmışdır. Eyni zamanda, müəyyən səbəblərdən, imperiyaların tərkibində 
olmaqla əlaqədar onlar çox zaman ictimai şüurda mənfi  konnotasiya (davamlı assosi-
asiyalar) yaradır. Çox zaman qloballaşma şəraitində də bu neqativizm xarici ictimai 
təşkilatların təbliğat fəaliyyəti nəticəsində möhkəmlənir. Ona görə  də bu günün və 
gələcəyin çağırışlarına cavabda xarakterin əhəmiyyəti, onun cəmiyyətin mədəniyyəti 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə