Jurnal 17. indd



Yüklə 51,84 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü51,84 Kb.
#51006


60

MAY 2014


Finansist |

 

Təqdimat



EY: 

“Şirkətin 

ən dəyərli 

sərvəti 


onun

əməkdaşlarıdır”



Ramil

 Ba


ğı

rov



61

MAY 2014


Təqdimat

 |

 



Finansist

Ə

ziz oxucularımız, müsahibimiz Ernst &Yo-



unq Holdinqs (SiAyEs) Bi. Vi. şirkətinin 

Azərbaycan Respublikasındakı filialının 

rəhbər müavini cənab Rişad Dadaşevdir.

"FİNANSİST": Hörmətli Rişad müəllim, 

EY şirkətindən öncə audit sahəsində əmək 

fəaliyyətiniz haqqında qısa məlumat verməyinizi 

istərdik.



R.DADAŞEV: 

EY şirkətindən əvvəl 1999-2002-ci 

illər ərzində Azərbaycan Respublikasının Audi-

torlar Palatasında auditin təşkili və tənzimlənməsi 

sahəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə 

Azərbaycan Respublikası Hesablama Palatasın-

da audit sahəsində peşəkar təcrübə qazanmışdım. 

Mütaliə ilə çox məşğul olurdum.  

2003-cü ildən EY şirkətində auditor kimi 

fəaliyyətimi davam etdirirəm. O zaman ölkəmiz 

Ölkənin iqtisadiyyatını inkişafa doğru aparan “Əsrin müqaviləsi”nin im-

zalanması nəticəsində EY şirkəti bir sıra xarici investorlarla yanaşı 

Azərbaycanda öz fəaliyyətinə başladı. 

EY Azərbaycanda 20 il bundan əvvəl ofi s açaraq, respublikada və regionlarda 

peşəkar xidmətlər göstərən ilk beynəlxalq şirkət olmuşdur. Bu gün EY yerli 

və beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisa-

di məsələlərlə bağlı müxtəlif peşəkar xidmətlər göstərir. Hazırda şirkətin 

Bakı ofi sində Azərbaycan Respublikasındakı müştərilərə xidmət göstərən 

160-dan çox əməkdaşı var. EY şirkətinin həm də Gürcüstan, Qazaxıstan, 

Özbəkistan və Rusiyadakı müştərilərə xidmət göstərir. EY şirkətinin 

ümumən 150-dən çox ölkədə 700 ofi si  fəaliyyətdədir.  Əməkdaşlarının 

ümumi sayı hazırda 175 min nəfərdir.  Şirkətin  ən dəyərli sərvəti onun 

əməkdaşlarıdır. Heyətin təlimləndirilməsi Rusiya, Böyük Britaniya və ABŞ 

ilə mübadilə proqramları əsasında həyata keçirilir və yerlərdə davam et-

dirilir. EY şirkətinin təcrübəli mütəxəsissləri yerli və beynəlxalq mühasi-

bat uçotu, xüsusilə CPA (ABŞ-ın Diplomlu İctimai Mühasibləri) və ACCA 

(Yüksək İxtisaslı Lisenziyalı Mühasiblər Assosiasiyası) lisenziyalarına sahib-

dir. CPA və ACCA proqramlarında iştirak edən işçilərin sayı ildən-ilə ar-

tır. EY şirkətinin Bakı ofi si müxtəlif peşəkar xidmətlər, o cümlədən auditor 

xidmətləri, vergi və hüquq xidmətləri, əməliyyatların müşayiət olunması 

xidmətləri, biznes məsləhət xidmətləri, Azərbaycanın və dünyanın aparıcı 

şirkətləri üçün yüksək səviyyəli təlim seminarları təklif edir.

2012-ci ildə ABŞ-ın “Great Place to Work” institutu EY şirkətini “Dünyanın 

ən yaxşı işəgötürəni” (World’s Best Multinational Workplaces) beynəlxalq 

şirkətlər siyahısına daxil etmişdir. Bu siyahı şirkətlərdə hər il aparılan əmək 

şəraitinin öyrənilməsi üzrə beynəlxalq tədqiqat əsasında dünyanın 25 li-

der  şirkətini müəyyən edir. “Universum”un 2013-cü il üzrə “Dünyanın 

Ən Cəlbedici İşəgötürəni” sorğusuna uyğun olaraq EY dünyada peşəkar 

xidmətlər göstərən  şirkətlər arasında  ən cəlbedici işəgötürən olmuş və 

bütün işəgötürənlər arasında ikinci yer tutmuşdur.




62

MAY 2014


Finansist |

 

Təqdimat



iqtisadi inkişafl a yanaşı, maliyyə uçotunun 

beynəlxalq standartlara sürətlə uyğunlaşdırılması 

mərhələsinin ilk addımlarını atırdı. Auditin inki-

şafı və təkmilləşdirilməsi istiqamətində görüləcək 

işlər çox idi. Bildiyiniz kimi, müstəqilliyimizin ilk 

illərində Azərbaycanda keçmiş Sovet mühasibat 

uçotu prinsipləri əsasında yaradılmış sistem tətbiq 

olunurdu.  İnkişafa doğru irəliləyiş və yeniliklərin 

tətbiqi zəruri idi. Ölkəmizin yüksək sürətli iqtisadi 

inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, digər 

sahələrdə olduğu kimi, mühasibat uçotu sahəsində 

də Maliyyə Hesabatlarında Beynəlxalq Standart-

ların (MHBS) tətbiqini zəruri etmişdir. 2004-cü 

ildə yeni  "Mühasibat uçotu haqqında" Azərbaycan 

Respublikası Qanununun qəbulu isə həmin stan-

dartlara keçidin hüquqi əsasını qoymuşdur. Milli 

uçot prinsiplərinin müasir qlobal uçot standartla-

rı səviyyəsinə yüksəldilməsi və uyğunlaşdırılması 

prosesində peşəkar əməkdaşlarımızla birgə iştirak 

etmişik.


Hazırda Azərbaycanda ictimai əhəmiyyətli qu-

rumlar Beynəlxalq Maliyyə Hesabatları Standart-

larının qaydalarını tətbiq edirlər. Qeyd etdiyim 

mexanizmlərin hazırlanması və tətbiqi mühasibat-

lığın, audit fəaliyyətinin təkmilləşdirilməsi baxı-

mından mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq 

əminliklə deyə bilərik ki, ölkənin davamlı inkişaf 

strategiyasının işlənib hazırlanmasında birbaşa 

iştirak etməklə biz dövlət qurumlarına dəstək ol-

muşuq, onların müasirləşməsi və təkmilləşməsinə 

köməklik göstərmişik.

Bu gün qarşıma qoyduğum məqsədlər 

Şirkət tərəfindən yüksək keyfiyyətli peşəkar 

xidmətlərinin göstərilməsini təmin etmək, 

onun daimi inkişafı üçün bilik və bacarıqlarımı 

əsirgəməmək və nəticəyə yönəlmiş addımlar at-

maqdır. 

Biz Azərbaycanda biznes mühitinin yaxşılaşdırıl-

ması, çətinlikərin dəf edilməsi üçün yeniliklər təklif 

edir, iqtisadiyyatın inkişaf etdirilməsində insan 

amilinə, müasirlik prinsipinə xüsusi önəm veririk. 

Bütün bunlar həyata keçirdiyimiz layihələrdə öz 

əksini tapmışdır.

"FİNANSİST": EY dövlət qurumları, yerli və xarici 

icmalarla hansı birgə layihələrdə iştirak edir?



R.DADAŞEV: 

Dövlət tərəfindən hazırla-

nan maliyyə hesabatlarına dair tələblərin 

təkmilləşdirilməsi, nəzarət qurumlarının 

fəaliyyətinin iqtisadi mexanizmlərinin müəyyən 

edilməsi və beynəlxalq standartların tətbiqi 

layihələrində EY şirkətinin mühüm yer tutdu-

ğunu xüsusi qeyd etmək istərdim. Belə ki, EY 

Azərbaycanda fəaliyyət göstərməyə başladı-

ğı vaxtdan Azərbaycan Respublikası Auditorlar 

Palatasının keçirdiyi dövlət əhəmiyyətli strate-

ji layihələrdə iştirak edir, öz tövsiyələrini verir və 

hazırda bu əməkdaşlığı davam etdirməkdədir. 

Qeyd etdiyim kimi, şirkətimiz beynəlxalq hesa-

bat standartlarına keçid, hüquqi dəstək, risklərin 

azaldılması üzrə maliyyə  vasitələri və üsullarının 

səmərəliyinə  nəzarət prosesləri ilə bağlı, bir sıra 

konsaltinq layihələrini həyata keçirmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palata-

sının cari işlərinin aparılması və əməli xidməti 

funksiyaların yerinə yetirilməsi üçün Şura yara-

dılmışdır. Şuranın tərkibinə dövlət nümayəndləri 

ilə yanaşı EY şirkətinin də daxil olduğu audit 

və konsaltinq xidmətlərini təqdim edən "Bö-

yük Dördlüy"ün (“Big Four”) nümayəndələri 

də daxildir. Həmin Şurada qlobal məsələlər, 

aktual problemlər, normativ sənədlər, auditin 

keyfiyyətinə nəzarət üzrə aparılmış yoxlamaların 

nəticələri və digər məsələlər müzakirə edilərək 

müvafiq qərarlar qəbul edilir.

Azərbaycanda 20 il ərzində fəaliyyət göstərən 

şirkət olaraq biz maliyyə hesabatlarının forma-

laşmasında və təkmilləşdirilməsində, korporativ 

idarəetmə və kapital bazarında ümumi etibarlılı-

ğın artırılmasında fəal iştirak edirik. Misal üçün, 

Azərbaycanda biz Azərbaycan Respublikasının 

Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının 

Vergilər Nazirliyi, eləcə də Dünya Bankı kimi 

tənzimləyici orqanlar və siyasəti formalaşdıran 

qurumlarla daimi əlaqə saxlayaraq korporativ 

idarəetmə, maliyyə hesabatlarının hazırlanması, 

audit və nəzarətlə bağlı məsələlərə, eləcə də ka-




63

MAY 2014


Təqdimat

 |

 



Finansist

pital bazarları ilə bağlı daha geniş məsələlərə aid 

normativ-hüquqi bazada dəyişiklikləri proqnoz-

laşdırmağa, bu dəyişiklikləri təhlil etməyə, onlara 

təsir göstərməyə və onları idarə etməyə çalışı-

rıq. 2012 – 2013-cü illər ərzində EY Azərbaycan 

ictimaiyyətinin maraq dairəsinə daxil olan korpo-

rativ idarəetmə, maliyyə hesabatlarının hazırlan-

ması, audit, maliyyə xidmətləri, iqlim dəyişməsi, 

korrupsiya ilə mübarizə, daha yaxşı idarəçilik və 

sair geniş səpkili məsələləri əhatə etməklə qayda-

ları və siyasətləri inkişaf etdirmək üçün müxtəlif 

təşəbbüslərin əlaqələndirilməsi və həyata 

keçirilməsinə əhəmiyyətli töhfə vermişdir.

EY-ın müxtəlif forum və tədbirləri vasitəsilə biz 

korporativ idarəetmə, nizamlama və maliyyə he-

sabatlarının hazırlanması məsələləri üzrə ən yaxşı 

təcrübəni paylaşmağa çalışırıq.

Müştərilərimizin siyahısına müxtəlif biznes 

sahələrinin nümayəndələri daxildir. Qlobal stan-

dartlara uyğunlaşmaq məqsədilə Azərbaycanın 

şirkətləri MHBS çərçivəsində də fəaliyyət 

göstərməlidirlər. Bununla yanaşı, xarici şirkətlərlə 

də inkişafyönlü layihələr həyata keçiririk. Eyni 

zamanda, EY şirkətinin əsas məqsədlərindən 

biri müxtəlif seminar, treninqlər və tədbirlər 

vasitəsilə ölkəmizdə auditin inkişafı, şəff afl ığın 

yüksəldilməsi və maliyyə hesabatlarının 

tənzimlənməsi istiqamətində bilik mübadiləsini 

həyata keçirməkdir. Şirkətimiz dövlət qurumla-

rı ilə əməkdaşlığa həmişə xüsusi önəm vermişdir 

və hazırda da bu təşəbbüsü davam etdirməkdədir. 

Bu əməkdaşlıq, ilk növbədə, dəyərli təcrübənin 

əldə edilməsi və onun tətbiqinə geniş imkanlar 

yaradır. 

EY şirkəti Azərbaycanda fəaliyyət göstərən iri 

beynəlxalq və yerli şirkətlərin nümayəndələri 

üçün hər il MHBS-də son dəyişikliklərlə bağlı 

seminar təşkil edir. Təqdim olunan materiallarda 

MHBS-da son dövrlərdə qəbul edilmiş, düzəliş 

və yeniliklər haqqında məlumat və dəyişikliklərin 

tətbiqinə dair məsləhətlər verir.



"FİNANSİST": İştirakçısı olduğunuz layihələrdən 

hansıları qeyd edərdiniz?



R.DADAŞEV: 

Müştərilərimizin siyahısında iri neft  

şirkətlərinin –Azərbaycan Dövlət Neft  Şirkəti 

(ARDNŞ), BiPi, LUKOYL və başqalarının adı 

vardır. Müştərilərimiz olan maliyyə qurumları-

na Azərbaycan Respublikası Dövlət Neft  Fon-

du, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank 

və başqaları daxildir. Bunlardan əlavə, yerli iri 

holdinqlərin də adlarını çəkə bilərəm. Hazırda 

xidmətlərimizdən istifadə etmək istəyən yer-

li müəssisələrin sayı daim artmaqdadır. Həmin 

qurumlar arasında ARDNŞ ilə olan layihələr 

xüsusi yer tutur. Belə ki, Beynəlxalq Standartla-

ra keçid və Avrobondların buraxılışı zamanı biz 

onlarla birgə olmuşuq. ARDNŞ-ni Azərbaycan 

iqtisadiyyatının aparıcı strateji qüvvəsi hesab 

edirik. Həyata keçirdiyimiz layihələr çoxdur və 

şirkətimizin bu istiqamətdə apardığı işlər davam 

etdirilir.

"FİNANSİST": Respublikada audit-konsaltinq 

xidmətlərinin vəziyyəti necə qiymətləndirilə 

bilər? Sizcə, EY  şirkətinin bu sahədə rolu nədən 

ibarətdir?



R.DADAŞEV: 

Hökumətin inkişaf strategiyasının 

bir hissəsi olaraq EY gənc peşəkarların hazırlan-

masına və beynəlxalq dərəcəli mütəxəssislərin 

inkişafına köməklik göstərəcək innovativ mühi-

tin yaradılmasında olduqca maraqlıdır. Xüsu-

si ilə vurğulamaq istəyirəm ki, EY hər zaman 

gənclərlə işləməyə üstünlük vermiş və daim 

onların peşəkar inkişafına maraq göstərmişdir. 

Şirkətdə işlədiyim 10 ildən çox müddət ərzində 

şirkət tərəfindən gənc mütəxəssislərin peşəkar 

inkişafına yönəldilmiş bir çox təşəbbüslərin şa-

hidi olmuşam. Bu səbəbdən biz hər il audit, ver-

gi və hüquq, əməliyyatların müşayiət edilməsi 

və məsləhət xidmətləri departamentlərinə yeni 

kadrlar cəlb edirik. 

Sualın ikinci hissəsinə gəldikdə isə, konsaltinq 

xidmətlərinin iqtisadiyyatın ayrılmaz hissəsi ol-

ması yaxşı məlumdur. İndiki vəziyyəti bir neçə 

il bundan əvvəl yaşadığımız şəraitlə müqayisə 




Finansist |

 

Təqdimat



MAY 2014

64

etsək görərik ki, son illərdə ölkəmizdə aparılan 

iqtisadi islahatlar nəticəsində biz öz imkanları-

mızı genişləndirib yeni, uğurlu zirvələrə doğ-

ru irəliləyirik. Hazırda EY şirkəti regionda au-

dit və konsaltinq sahəsində lider mövqeyi tutur. 

Bu nailiyyətlərə EY şirkəti ilk növbədə peşəkar 

mütəxəssislərin yüksək bacarıqları sayəsində 

müvəff əq olmuşdur. Qlobal təcrübənin yerli biz-

nes mühitinə uyğunlaşdırılması göstərdiyimiz 

xidmətlərin əsas amillərindən biridir. EY şirkəti 

sağlam biznes mühitində fəaliyyət göstərir və öz 

xidmət sahələrini genişləndirməkdədir.

EY şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən 

biri də ölkənin davamlı inkişafına yönəlmiş 

layihələrdir. Son 10 il ərzində biz əhəmiyyətli 

layihələrə imza atmışıq. Bu istiqamətdə 

görülən bütün işlər bir dövlət qurumu ilə de-

yil, bir neçə təşkilatla  aparılmış, auditin in-

kişaf konsepsiyasının işlənilməsi prosesində, 

audit sahəsinın genişləndirilməsi və 

təkmilləşdirilməsi məsələləri üzrə önəmli işlər 

görülmüşdür. EY şirkəti bütün peşəkarlıq me-

yarlarına istər idarəçilik baxımından, istərsə də 

lisenziyalı auditorların fəaliyyəti və inkişafı ba-

xımından cavab verərək, qanunvericilik baza-

sında mövcud olan problemlərin həllində stra-

teji əhəmiyyət kəsb edir.



"FİNANSİST": Bildiyimiz kimi, qloballaş-

ma proseslərinə baxmayaraq, hər bir ölkənin 

maliyyə sisteminin özünəməxsus xüsusiyyətləri 

mövcuddur. Yeniliklərin tətbiqi bir ölkədə 

müsbət, digərində isə mənfi nəticələnə bilər. 

Bu baxımdan beynəlxalq təcrübənin tətbiqində 

bizim maliyyə qurumları, assosiasiyaları, 

beynəlxalq tədris mərkəzlərinin “qoruyucu və 

təhliledici” roluna necə baxırsınız?

R.DADAŞEV: 

 Respublikamızda bütün 

istiqamətlərdə fəaliyyət göstərən qurum 

və müəssələr dünya iqtisadiyyatına inteq-

rasiya mərhələsini yaşayır və sözsüz ki, bu, 

beynəlxalq standartların öyrənilməsi zərurətini 

yaradır.

Ölkə iqtisadiyyatının inkişafının əsas 

amillərindən biri onun yeni peşəkarlar 

yetişdirməkdə maraqlı olmasıdır. Buna 

nümunə olaraq, dövlət orqanlarında 

kadr siyasətini, inkişaf strategiyasını mi-

sal gətirmək olar. EY şirkətinin də məqsədi 

gənc mütəxəssisləri cəlb etmək, öyrətmək, 

bütün yenilikləri vaxtında tətbiq etmək, 

müştərilərin tələblərinə cavab vermək, on-

ları anlamaqdır. Son dövrlərdə beynəlxalq 

dərəcəli mütəxəssislərə xüsusi yer ayrılır, 

onların maliyyə sahəsinə cəlb olunması və 

əlavə biliklərə sahib olması stimullaşdırılır. 

Bu amillər ölkədə bütün sahələrin inkişafına 

müsbət təsir edir. Ölkəmizdə xarici şirkətlərin 

inkişafı və təkmilləşdırılməsi üçün bütün lazı-

mi şərait yaradılmışdır.



"FİNANSİST": Mütəxəssislərinizin 

maarifl əndirilməsində “Finansist” kimi ixti-

saslaşdırılmış media məhsullarının fəaliyyətini 

necə qiymətləndirirsiniz?



R.DADAŞEV: 

Qeyd etmək istərdim ki, jurnal, 

ilk növbədə, maliyyə sahəsində maarifl əndirici 

jurnaldır. Bu, çox vacib amildir. Burada həm 

mühasib, həm auditor, həm də fərdi sahib-

kar istədiyi istiqamətdə məlumat əldə edə 

bilər. Fikrimcə, jurnal vergi işçiləri üçün də 

bir məlumatladırıcı mənbə kimi faydalı ola 

bilər. Burada həm də müxtəlif ölkələrin vergi 

sistemləri təhlil və müqayisə edilir. Məzmun 

inkişafı baxımından tövsiyə edərdim ki,  audit 

və konsaltinq sahələrində aktual məsələlərin və 

yeniliklərin işıqlandırılmasına daha geniş yer 

ayırasınız. Digər tərəfdən istərdim ki, jurnal 

elektron formatda da oxuculara çatdırılsın. Bu, 

oxucuların sayını artıracaq və əhatə dairəsini 

xeyli genişləndirəcək. Peşəkar fəaliyyətilə 

“Finansist”i maliyyəçilər üçün olduqca zəruri 

hesab edir və işinizdə uğurlar arzulayıram.

"FİNANSİST": Vaxt ayırıb jurnalımıza 

müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirik.



Yüklə 51,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə