Jurnal indd



Yüklə 74,15 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü74,15 Kb.
#8459


12

MAY 2013


Əziz oxucularımız!

Böyük məmuniyyətlə Sizə 

Azərbaycanın gorkəmli ali-

mi, Milli Məclisin İqtisadi 

Siyasət Komitəsinin sədri, 

Beynəlxalq İqtisadçılar İtt 

ifaqının vitse-preziden-

ti, Azərbaycan İqtisadçılar 

İtt ifaqının sədri, APFM 

Məsləhət Şurasının 

üzvü, akademik Ziyad 

Səmədzadənin jurnalımıza 

verdiyi müsahibəsini təqdim 

edirik.


Ziyad 

Səmədzadə

ZİYALI BAXIŞI:


13

MAY 2013


Ziyalı baxışı

     


Finansist


14

MAY 2013


Finansist 

    


Ziyalı baxışı

Hörmətli Ziyad müəllim, icazə ve-

rin APFM və jurnalımızım redak-

siya heyəti adından Sizi “Böyük 

İqtisadi Ensiklopediy"-anın uğurlu təqdimat 

mərasimi münasibəti ilə ürəkdən təbrik edək 

və Sizə bu vəsaitə görə öz minnətdarlığımızı 

bildirək! Əminik ki, ensiklopediya üzərində 

çəkdiyiniz əziyyət hələ bir neçə onillik bizim 

mütəxəssislərimizə, gənclərimizə, Azərbaycan 

iqtisadi elminin və ümumiyyətlə, ölkəmizin iqti-

sadi inkişafına öz bəhrəsini verəcək.

Çox sağolun və mən də öz növbəmdə jurnalı-

nızın işıq üzü görməsi münasibətilə bütün ya-

radıcı heyəti bir daha təbrik edirəm. Jurnalın 

təqdimatı da çox yüksək səviyyədə keçdi. Mən 

jurnalın ilk nəşrləri ilə də tanış oldum, deyim 

ki, ilk addımlarınız üçün uğurlu nəticədir. 

Bəli, bildiyiniz kimi bu yaxınlarda 5 cild-

lik “Böyük İqtisadi Ensiklopediya”nın (BİE) 

təqdimat mərasimi keçirildi. Təqdimat sizin 

jurnalınızda da işıqlandırılıb. 

Əlbətt ə, “BİE”da öz əksini tapan material-

larla tanışlıq onun təkcə peşəkar iqtisadçılar 

üçün deyil, həm də geniş oxucu kütləsi üçün 

maraqlı mənbə olacağını deməyə əsas verir. 

Ensiklopediyada elmi əsaslandırmalar forma-

sında verilmiş məqalələr inanıram ki, elmi-

tədqiqat işi ilə məşğul olan dissertantlar, aspi-

rantlar ümumilikdə, tədqiqatçılar üçün də əsl 

mənbədir.

Ümumiyyətlə, nəzərə alsaq ki, biliklərimizi 

gələcək nəsil üçün qoruyub saxlamaq indi-

ki nəslin də bir vətəndaşlıq və insani borcu-

dur, deməli, "Böyük İqtisadi Ensiklopediya" bu 

sahədə qazanılan uğurlardandır.

Bildiyiniz kimi, jurnalımız maliyyə 

məlumat xarakterli olduğu ilə bərabər, 

həm də tədris vəsaiti rolunu oynayır. 

Ona görə də, rəhbərlik etdiyiniz komitənin işi 

ilə bağlı, aktual problemlərin müzakirəsi və 

qərarların qəbul edilməsi prosedurası haqqın-

da məlumat verməyiniz oxucularımız üçün çox 

maraqlı olardı?

Milli Məclisin Əsasnaməsində hər bir komitənin, 

o cümlədən İqtisadi Siyasət Komitəsinin funk-

siyaları açıqlanmışdır. Qısaca olaraq qeyd etmək 

istərdim ki, İqtisadi Siyasət Komitəsi dövlətin 

maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin 

formalaşdırılması və həyata keçirilməsinə dair, 

həmçinin dövlət büdcəsinin təsdiq edilməsi və 

icrası ilə bağlı qanun və qərar layihələri üzrə apa-

rıcı komitədir.

İqtisadi Siyasət Komitəsi dövlət büdcəsi, büdcə 

prosesi və quruluşu, pul emissiyası, qiymət 

siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, 

mühasibat, sığorta, valyuta, kredit, gömrük 

tənzimlənməsi, vergi siyasəti, rüsum və ödənişlər 

sahələri, daxili və xarici iqtisadi münasibətlər, 

mülkiyyət, əmlak münasibətləri, təsərrüfat 

fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, bir-

ja, sahibkarlıq fəaliyyəti, antiinhisar siyasəti 

sahələri üzrə, ümumiyyətlə, iqtisadi fəaliyyətlə 

bağlı qanun layihələrini hazırlayır və ya təqdim 

olunmuş qanun layihələrinə dair rəy verir.

İş qrafikimiz çox gərgindir. Ən ağır və 

məsuliyyətli dövr Dövlət Büdcəsinin müzakirəsi, 

qəbulu ilə bağlıdır. Ümumiyyətlə, sadaladı-

ğım məsələlərlə bağlı görüləsi işlərimiz çox-

dur. İlk növbədə mən Milli Məclisin üzvü kimi 

bildirmək istəyirəm ki, Komitənin iş planında 

çox ciddi qanun layihələrinin müzakirəsi nəzərdə 

tutulub. Bilirsiniz ki, Milli Məclisdə hər bir qa-

nun layihəsi 3 oxunuşdan sonra qəbul edilir. 

Etiraf edim ki, qanun layihəsini hazırlamaq çox 

çətin və məsuliyyətli işdir. Ona görə də qanunla-

rın müzakirəsinə professional mütəxəssisləri, iq-

tisadçı alimləri dəvət edirik. 

Həmçinin, seminarlar, konfranslar, dəyirmi 

masalar təşkil edirik ki, qəbul ediləcək hər bir 

qanun daha təkmil olsun, ölkənin mili maraq-

larına cavab versin. Çünki keyfiyyətli qanun 




15

MAY 2013


Ziyalı baxışı

     


Finansist


16

MAY 2013


keyfiyyətli inkişafın şərtidir. Ona görə də mən 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri 

kimi məsuliyyəti dərk edir və bu sahədə çalışma-

ğımı həyatımın ən şərəfl i və məsuliyyətli anları 

kimi qiymətləndirirəm.

Ötən ilin dekabr ayında Milli Məclisin 

iclasında Vergi Məcəlləsinin bir neçə 

maddəsində dəyişiklik aparılıb. Aparılmış 

dəyişikliklərin səbəbi nədir və Siz bu dəyişiklərin 

Azərbaycanın iqtisadiyyatına və biznes mühitinə 

təsiri haqqında nə düşünürsüz?

Qeyd etdiyiniz kimi ötən il Milli Məclisin icla-

sında bir sıra məsələlərin elmi-metodoloji baza-

sının yaxşılaşdırılması istiqamətində və eyni za-

manda vergi Məcəlləsinin bir neçə maddəsində 

dəyişiklik aparılmışdır. Şübhəsiz ki, vergidən 

azad olma hallarına daha əsaslı şəkildə yana-

şılma büdcə gəlirlərinin xeyli artmasına imkan 

verəcəkdir. Söhbət ƏDV-dən azad olmaların 

azalmasından gedir. Təbii ki, bu kimi halların ob-

yektiv səbəbləri də var. Amma subyektiv səbəblər 

daha çoxdur. Ölkə iqtisadiyyatı yeni inkişaf 

mərhələsinə qədəm qoymuşdur. Bizim kifayət 

qədər maliyyə resurslarımız var, daxili investi-

siyaların həcmi xeyli çoxalıb. Rəqabətə davamlı 

milli iqtisadiyyat qurmaq ilə bağlı dövlət başçısı 

çox mühüm işlər görür. Belə bir şəraitdə ƏDV-

dən azad olmaqla bağlı hər bir müraciət milli ma-

raqlar baxımından qiymətləndirilməlidir. Biz da-

xili bazarı sivil yollarla qorumalıyıq. Avropa, ABŞ 

dünya böhranından təzyiqləri azaltmaq üçün 

ÜTT


  -nin tələblərinə riayət etməyərək qərarlar 

qəbul etdilər. Müvafiq nazirliklər bu məsələni 

gərək yenidən nəzərdən keçirsin. ƏDV-dən haq-

sız azad olmalar aradan götürülsün. Məsələn, biz 

ölkədə müvafiq avadanlıq istehsalı ola-ola biz 

xaricdən gətirilən müvafiq avadanlıqları ƏDV-

dən azad edirik. Büdcəyə daxil olacaq gəlirlər va-

cib sosial, elm və s. məsələlərə yönəldilə bilər, yer-

li müəssisələr rəqabətə davamlı olar. 

Ziyad müəllim, Siz bir çox hallarda çıxışla-

rınızda iqtisadi təhlükəsizlik məsələlərinə 

toxunursunuz. Əlbəttə bu çox böyük problemdir. 

Bununla bağlı bir məsələyə toxunmaq istərdim: 

Azərbaycan üçün Qədim İpək Yolunun bərpası 

məsələsinə.

 İlk öncə qeyd edim ki, iqtisadi təhlükəsizlik 

probleminin daima diqqətdə saxlanılmasıl 

fundamental məsələlərdəndir. O cümlədən, 

Qədim İpək Yolunun bərpası məsələsi. Tarixin 

bütün mərhələlərində nəqliyyat dövlətlərin 

tərəqqisində və xalqların inkişafında mü-

hüm rol oynamışdır. Qədim zamanlardan bəri 

nəqliyyatın inkişafı nəticəsində nəinki dünya 

ölkələri, hətt a qitələr arasında əlaqələr yaranmış, 

davamlı və dayanıqlı ticarət münasibətləri forma-

laşmışdır. Zaman keçdikcə nəqliyyat vasitələri 

təkmilləşmiş, yollar çəkilmiş, körpülər salınmış, 

limanlar tikilmiş, dövlətlər arasında məsafələrin 

qısaldılması, təhlükəsizliyin təmin edilməsi 

məsələləri diqqət mərkəzində olmuşdur. Qədim 

İpək yolunun bəşər cəmiyyətinin inkişafın-

da, Şərq ilə Qərb arasında siyasi, ticarət-iqtisadi 

əlaqələrinin formalaşmasındakı rolu çox böyük 

olmuşdur. Bu haqda çoxlu təkzibedilməz tarixi 

faktlar və sənədlər mövcuddur.

Avropa - Qafqaz - Asiya dəhlizi, qədim İpək yolu-

nun bərpası bir neçə min km-lə məsafəyə, aylarla 

vaxta, milyard dollarlarla vəsaitə qənaət edir, iq-

tisadi həyatın ahəngdarlığını, fəaliyyətini can-

landırır. Təkcə onu göstərmək kifayətdir ki, Çin 

kimi böyük bir dövlət öz yüklərini bu dəhlizlə 

daşıdığı halda Avropanın ən böyük limanların-

dan olan Rott erdama yolu 8000 km qısalır.

Hər bir xalqın tarixində  elə hadisələr olur ki, 

onların düzgün qiymətləndirilməsi və həlli 

əbədi inkişafın güclü amilinə çevrilir. Avropa - 

Qafqaz - Asiya nəqliyyat dəhlizinin reallaşma-

sı Azərbaycan xalqı üçün belə hadisələrdəndir. 

Çünki Azərbaycan bu nəqliyyat dəhlizinin 

mərkəzində yerləşərək iki qitəni birləşdirən bir 

Finansist 

    


Ziyalı baxışı


17

MAY 2013


ölkədir. Bu nəqliyyat dəhlizinin iqtisadi-siyasi 

potensialı çox güclü və miqyaslıdır.

1998-ci ilin sentyabrında Bakıda keçirilən 

Beynəlxalq  Sammiti dünyanın ən nüfuzlu 

liderləri, siyasi xadimləri  sözün əsl mənasında 

Azərbaycan diplomatiyasının, Azərbaycan xa-

rici siyasətinin mühüm uğurlarından biri kimi 

qiymətləndirildi. Konfransın uğurla keçirilməsi 

hər şeydən əvvəl, Ümummilli lider Heydər 

Əliyevin böyük xidmətidir.

Azərbaycan Respublikasının Ümummilli li-

deri Heydər Əliyev dünyanın ən nüfuzlu 

təşkilatlarını, güclü dövlətlərini inandırdı ki, 

TRA


  SESA proqramında Azərbaycan xüsusi rola 

malikdir, onun reallaşması üçün milli dövlət 

mənafelərini rəhbər tutmaqla bütün şəraiti 

yaradacaqdır.

Qədim İpək Yolunun bərpası (TRA

 CECA) 


proqramı üzrə ilk rəsmi sənəd 1993-cü ilin ma-

yın 3-dən 7-nə kimi Avropa Birliyinin Brüsseldə 

keçirilmiş iclasında qəbul edilmişdir. Lakin 

müşavirəyə hazırlıq işləri bir qədər əvvəl - 1991-

1992-ci illərdə görülmüşdür. 1992-ci ildə Dövlət 

Plan Komitəsinin sədri, həmçinin TACİS 

proqramının respublikada milli koordinatoru, 

Beynəlxalq İqtisadçılar Birliyinin üzvü olaraq, 

mən iqtisadi islahatlar, energetika və nəqliyyat 

məsələləri üzrə Avropa Komissiyasının çoxsay-

lı ekpertləri ilə tez-tez görüşürdüm. Gizli deyil 

ki, bu görüşlər, danışıqlar bəzən heç də xeyir-

xahlıq ruhunda keçmirdi. İlk dövrlərdə xarici 

ekspertlər Azərbaycanın iqtisadi və əqli poten-

sialına yuxarıdan aşağı baxırdılar. Lakin artıq 

bir neçə görüşdən sonra onların münasibətində 

bizim imkanlarımızın real qiymətləndirilməsi 

getdikcə daha çox yer tutmağa başladı. Bizim fəal 

iştirakımızla Avropa Komissiyasının ekspertləri 

energetika və nəqliyyat sistemlərində bir sıra çox 

mühüm məsələlər müəyyən etdilər. Qeyd edim 

ki, MDB ölkələri üzrə Avropa Komissiyasının 

hazırladığı ilk arayışda Azərbaycan haqqında xa-

rakteristika birtərəfl i səciyyə daşıyır, milli ma-

raqların ziddinə gedirdi. O zaman biz bu sənəd 

barədə ciddi etiraz hazırladıq və mənim imzam-

la bəyanat Avropa Komissiyasının rəhbərliyinə 

təqdim edildi. Nəticəsi bu oldu ki, sonrakı infor-

masiyalarda əvvəlki səhvlər yox idi.

Mənim plenar iclasda etdiyim məruzə 

Azərbaycanın Avropa - Qafqaz - Asiya dəhlizində 

rolu probleminə həsr edilmişdi. Çox gərgin dis-

kussiyalardan sonra bəyannamə imzalandı və 

Brussel bəyannaməsi kimi tanınan bu sənədi 

Azərbaycan nümayəndə heyəti adından mən 

imzaladım. 

Nəqliyyat sahəsi çoxsahəli təsərrüfata malik-

dir ki, onların da bazar iqtisadiyyatı qanunla-

rı əsasında işləməsi heç də çətin məsələ deyil-

dir. Elə götürək sərnişin nəqliyyatını - istər 

şəhər, istər şəhərlərarası, istərsə də dövlətlərarası 

nəqliyyatda xidmət göstərənlər arasında özəl sek-

torun nüfuzu çox böyükdür. 

TRA


  SESA proqramını respublikamızın sosi-

al-iqtisadi inkişafına təsir edəcək güclü bir fak-

tor kimi qiymətləndirmək lazımdır. Əvvəla, 

çoxsahəli nəqliyyat sektoru köklü surətdə 

yenidən qurulur, onun dünya strandartlarına uy-

ğunlaşması  təmin olunur. Azərbaycan Avropa - 

Qafqaz - Asiya nəqliyyat dəhlizinin  mərkəzində 

olduğu üçün onun ərazisindən çox böyük tran-

zit yükləri daşınacaqdır. Bu isə hər il ölkəyə yüz 

milyon dollarla gəlir gətirəcəkdir. Bizim hesab-

lamalara görə Avropa - Qafqaz - Asiya nəqliyyat 

dəhlizindən istifadə edən ölkələrin yüklərinin 10 

faizi belə Azərbaycandan keçsə, respublika çox 

böyük miqdarda qazanc əldə edə bilər.

Bu layihənin həyata keçirilməsində 

Azərbaycanın fəal iştirakı respublikanın dün-

yada baş verən qlobal inteqrasiya proseslərinə 

daha fəal qoşulması deməkdir. Bu isə, öz 

növbəsində milli iqtisadiyyatımızın struktu-

runun təkmilləşdirilməsi, dünya bazarında 

rəqabətədavamlı malların istehsalı üçün şərait 

yaradacaq. Nəhayət, TRA

  CECA proqramının 

həyata keçirilməsində Azərbaycanın aparıcı rolu 

milli dövlətçiliyimizin möhkəmləndirilməsi, 

dünya siyasətinin formalaşdırılmasına təsir 

Ziyalı baxışı

     


Finansist


18

MAY 2013


etmək imkanları qazanmaq deməkdir. Əminliklə 

demək olar ki, bu proqram Bakı nəqliyyat qov-

şağının kommunikasiyalarını genişləndirmək 

üçün mühüm amildir. 

Azərbaycan Rusiyanın cənub qonşusudur. 

Respublikamızın Rusiya ilə iqtisadi əlaqələri 

gələcəkdə də olacaqdır. Azərbaycan nəqliyyat 

sisteminin yenidən qurulması nəinki iki qonşu 

dövlət, eləcə də Azərbaycan ərazisindən Rusiyaya 

gedən tranzit yüklərin daşınması üçün də 

əlverişli şərait yaratmışdır. Biz yaddan çıxarma-

malıyıq ki, tarix boyu əlverişli marşrut yollarına 

malik olmaq hər bir dövlətin qarşısında duran ən 

ümdə məsələ olub. Bu gün də belədir, gələcəkdə 

də belə olacaqdır.

Cənab Prezident İlham Əliyevin səyi 

nəticəsində Davos Forumu ilk dəfə ola-

raq Cənubi Qafqaz regionunda keçi-

rildi. Forumla bağlı təəssürratlarınızı, onun 

ölkəmiz üçün yaratdığı inkişaf imkanları barədə 

fikirlərinizi oxucularımızla bölüşməyinizi Sizdən 

xahiş edirik.

Mən müstəqilliyimizin ilk illərinə təsadüf edən 

xoş bir hadisəni xatırlamaq istərdim. Belə ki, 1992-

ci ilin aprel ayında mən Dövlət Plan Komitəsinin 

sədri, Baş Nazirin birinci müavini vəzifələrində 

çalışarkən parlament nümayəndə heyətinin baş-

çısı kimi Türkiyədə oldum, dövlət xadimləri 

və ictimai xadimlər, iş adamları ilə görüşdüm, 

Ankarada keçirilən Davos Ümumdünya İqtisadi 

Forumunda çıxış etdim. Həmin forumdan sonra 

Davos Ümumdünya İqtisadi Forumunun prezi-

denti Klaus Şvabın mənə ünvanladığı məktubun 

məzmunu ilə oxucuları tanış etmək istərdim:



Akademik Ziyad Səmədzadəyə

Forumun üzvləri adından Sizə 1992-ci il 

Türkiyə forumunda iştirak etdiyinizə görə 

təşəkkürümüzü bildirmək istərdik. Bu forum 

göstərdi ki, beynəlxalq biznesin liderləri Sizin 

ölkədə hansı yolla islahatlar keçirə bilər və iqtisa-

diyyatda dönüş edə bilər.

Biz Sizinlə görüşmək və regionun gələcəyi ilə bağ-

lı fikirlərinizlə tanış olmaq istəyən forum iştirak-

çılarından çoxlu xahişlər almışıq. Ümid edirik ki, 

Sizin İstanbulda qurduğunuz bu yüksək səviyyəli 

əlaqələr ölkənizin maraqlarına uyğun əlverişli və 

çiçəklənən əməkdaşlığa kömək edəcək.

Bizim təşkilat gələcəkdə də beynəlxalq 

Finansist 

    

Ziyalı baxışı




19

MAY 2013


işgüzar birliklə və Sizin kimi məsul xadimlərlə 

əməkdaşlığın inkişafı üçün var qüvvəsini sərf 

edəcək və biz inanırıq ki, yaxın gələcəkdə 

Siz bir daha bizimlə və forumun üzvləri ilə 

birləşəcəksiniz.

Səmimiyyətlə, Sizin Klaus Şvab

Davos Ümumdünya iqtisadi forumunun 

prezidenti. 

Cenevrə, 7 iyul 1992-ci il. 

Sevindirici haldır ki, müstəqil Azərbaycan 

ildən-ilə beynəlxalq qurumlarda iştirakını 

genişləndirir, o cümlədən Davos Forumunda 

ölkənin milli maraqlarına cavab verən strateji 

məsələlər barədə fikirlərini dünyaya çatdırır. Bu 

il isə Azərbaycan Davos Forumuna ev sahibli-

yi etmişdi. Əlbətt ə, Davos İqtisadi Forumunun 

Bakıda keçirilməsi ilə Azərbaycan regionda 

aparıcı ölkədə olduğunu bir daha təsdiqlədi. 

Ziyalı baxışı

     


Finansist


20

MAY 2013


Bu forumu təşkil etməklə ölkəmiz sadəcə regi-

onun iqtisadi cəhətdən aparıcı ölkə olduğunu 

beynəlxalq arenada təsdiq etdirmədi, eyni zaman-

da, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiya in-

teqrasiyasında həlledici ölkə olduğunu göstərdi.

 Məhz bu inteqrasiyanın əhəmiyyətini yüksək 

qiymətləndirən ölkə Prezidenti cənab İlham 

Əliyev Forumun açılış mərasimində çıxışı zama-

nı bildirmişdir: “Mərkəzi Asiya, Xəzər dənizi və 

Qara dəniz regionlarının, Cənubi Qafqazın bö-

yük potensialı vardır. Ola bilsin, bu gün həmin 

potensialın yalnız bir hissəsini 

təqdim edə bildik. Lakin 

əminəm ki, gələn illər ərzində 

biz bu müzakirələrə daha çox 

diqqət ayıracağıq və onlar, eyni 

zamanda, ideyaları formalaş-

dırır, rəyləri və gözləntiləri, o 

cümlədən narahatlıq doğuran, 

bəzən məyus edən məsələləri 

söyləmək üçün mühit yaradır. 

Lakin regionda müşahidə olu-

nan əsas meyil inteqrasiya və 

əməkdaşlıqdır”.

Eyni zamanda, bu forum 

Azərbaycana ölkənin inves-

tisiya mühitini, yeni biznes 

layihələrinə olan şəraiti və son 

zamanlarda ölkənin iqtisadi 

və siyasi həyatında baş verən 

irəliləyişləri təqdim etmə im-

kanı verdı. Forumda dünya-

nın aparıcı şirkətlərinin iştirak 

etməsi yeni və daha irihəcmli 

investisiyaların cəlb edilməsinə, 

ölkə iqtisadiyyatının daha 

da canlandırılmasına, yeni iş 

yerlərinin açılmasına, potensial 

istehsal imkanlarından səmərəli 

istifadənin təmin edilməsinə, 

İKT-nin son imkanlarından ya-

rarlanaraq daha keyfiyyətli və 

rəqabət tutumlu məhzulların 

istehsalına, yeni və daha qlobal 

markaların yaradılmasına, dəyişən dünyanın son 

iqtisadi inkişaf çağırışlarına cavab verə bilən biz-

nes mühitinin formalaşmasına ciddi imkanlar ya-

radır. Digər bir tərəfdən, bu forumun Azərbaycan 

üçün başqa üstünlüyü ölkəmizin qeyri-neft  sekto-

runda investisiya imkanlarının təqdim edilməsinə 

yaranacaq şəraitdir. Bir sözlə, Davos yaxın zaman-

larda Azərbaycan iqtisadiyyatına böyük həcmdə 

vəsaitlərin daxil olmasına geniş imkanlar yarada 

bilər.


Finansist 

    


Ziyalı baxışı


21

MAY 2013


Söhbətimizi maliyyə-iqtisad elmi barədə 

davam etdirmək istərdim. Ziyad müəllim, 

Azərbaycanda maliyyə-iqtisad sahəsində 

aparılan elmi araşdırmaları necə qiymətləndirisiniz 

və bu sahənin stimullaşdırılması istiqamətində 

bir iqtisadçı alim kimi hansı işlərin görülməsini 

tövsiyə edərdiniz?

Çox mühüm və vacib sualdır. Bu gün iqtisad el-

minin inkişafına sistemli yanaşmanın, iqtisa-

di nəzəriyyə və iqtisadi fikir nəzəriyyələrinin 

tədrisinin yaxşılaşdırılmasının, iqtisad elminin 

real həyatla əlaqəsinin möhkəmləndirilməsinin, 

iqtisadçı alimlərin innovasiyalı iqtisadiyyatın 

strukturunun diversifikasiya edilməsi, iqtisadi 

təhlükəsizlik problemlərinin dərindən araşdırıl-

ması obyektiv zərurətdir. 

Məlumdur ki, bizim kifayət qədər elmi potensi-

alımız vardır. Amma bu gün söhbət ilk növbədə 

iqtisad elminin nüfuzunun artırılması, onun 

Azərbaycan iqtisadiyyatının gələcəyə hədəfl ənmiş 

inkişaf strategiyasının  hazırlanması və reallaşma-

sında rolunun artırılmasından gedir. Etriraf edək 

ki, son illərdə bu istiqamətdə xeyli işlər görülür. 

Heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının da-

vamlı inkişafını təmin etmək üçün iqtisad elmi 

də öz fəaliyyətini canlandırmalı, nailiyyətlərin 

təhlilini verməli, elmin prioritet istiqamətlərini 

müəyyənləşdirməlidir ki, bütün bunlar da, iq-

tisadçı elmi kadrların hazırlanması işinə daha 

məsuliyyətlə yanaşma tələb edir.  

Bildiyiniz kimi, APFM İCFM 

(Sertifikatlaşmış Maliyyə Menecerləri 

Assosiasiyanın) Azərbaycanda 

nümayəndəsidir və eyni zamanda bir sıra 

digər maliyyə assosiasiyaları (İAB, Link və s.) 

ilə mühasibat, audit və menecmentin tədrisi 

üzrə əməkdaşlıq edir . Bu əməkdaşlığı necə 

qiymətləndirirsiniz və onu (bilik mübadiləsini) han-

sı maliyyə-iqtisad sahələri üzrə genişləndirmək 

olar?


Ümumiyyətlə mən APFM İCFM-in fəaliyyətini 

məqsədəuyğun hesab edirəm və dəstəkləyirəm. 

Dediyiniz kimi audit, mühasibat, menecmentin 

tədrisi üzrə maliyyə assosiasiyaları ilə əməkdaşlıq 

edirsiniz. Bu sahələr müasir dövrdə iqtisadiyya-

tın çox aktual sahələridir. Nəzərə alsaq ki, ölkəmiz 

dünyaya inteqrasiya edir, əlbətt ə bu təqdirdə biz 

müasir tələblərə cavab verən kadr potensialının 

yetişməsini ön plana çəkməliyik. Bu baxımdan 

bank sektoru, sığorta sahəsində də əməkdaşlıq 

məqsədəuyğun olardı.   

Sonda jurnalımız barədə soruşmaq 

istərdik. İlk addımı atdıq – jurnalın birinci 

nömrəsini dərc etdik və təqdimatımızı ke-

çirdik. İndi isə Sizi kimi ziyalılarımızın tövsiyələrinə 

ehtiyacımız var. Jurnalın müsbət və mənfi tərəfləri 

barədə fikirlərinizi öyrənmək istərdik? Jurnalda 

hansı rubrikanın olmasını tövsiyə edərdiniz?

Mən sizin kollektivinizə bir daha öz səmimi 

təbriklərimi çatdırıram. Arzu edərdim ki, jurna-

lınızda daha qlobal məsələlər, dünya iqtisadiy-

yatında baş verən hadisələr, dəyişikliklər, inkişaf 

meyilləri və onu yaradan səbəblər və s. bu kimi 

məsələlər ətrafında fikir mübadiləsi, müsahibələr 

işıqlandırılsın. Milli iqtisadiyyatımızın perspek-

tiv imkanları və ümumiyyətlə, milli marağ özündə 

əks etdirən məqalələr öz əksini tapsın. 

Onu da qeyd edim ki, suallar, həqiqətən, çox ma-

raqlı və aktual idi. Sizinlə əməkdaşlıq etmək, fikir 

mübadiləsi aparmaqdan məmnunam. İnanıram 

ki, jurnalınız geniş oxucu kütləsinin rəğbətini qa-

zanacaq və uzun ömürlü olacaq. Bu şərəfl i yolda 

Sizə uğurlar arzu edirəm.  

Bir daha jurnalımızın təqdimat mərasimində 

iştirakınıza və bizim yeni addımlarımı-

za dəstək verdiyinizə görə öz minnətdarlığımızı 

bildiririk.

Ramil Bağırov

Ziyalı baxışı



     

Finansist



Yüklə 74,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə