Jurnal indd



Yüklə 47,52 Kb.
Pdf görüntüsü
tarix08.04.2018
ölçüsü47,52 Kb.
#36723


20

APREL 2013

Finansist 

    


Maraqlı həyat

M

illi Azərbaycan burjuaziyasının və neft  

sənayesinin görkəmli nümayəndəsi, iri neft  sa-

hibkarı, mesenat Murtuza Muxtarov 1857-ci ildə 

Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub, 

Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft  maqnatı 

səviyyəsinə yüksəlmişdir. O, uzun müddət malakeşlik etmiş, 

araba ilə neft  daşımış, xırda podratçılıqla məşğul olmuşdur. 

1880-ci ildə gənc Murtuza qardaşı ilə birlikdə arabalarını sa-

taraq, Balaxanı kəndi yaxınlığındakı mədəndə fəhləliyə baş-

lamışdır. Bir müddət o zamanki ibtidai quyulardan əl ilə neft  

yığan fəhlə işləmişdir. Amma çox keçməmişdir ki, bu cavan 

oğlan zirəkliyi ilə mədən sahibinin diqqətini cəlb etmiş, usta 

vəzifəsinə təyin edilmişdir. 

Az sonra isə Muxtarov Zabratda qazma avadanlığı emalatxa-

Murtuza Muxtarov

“DİPLOMSUZ MÜHƏNDİS”



Təqdimat

     


Finansist

21

APREL 2013




22

APREL 2013

nasını almış, onun ixtiraçılıq məharəti də elə burada 

üzə çıxmışdır. Kanada istehsalı olan qazma alətinə et-

diyi dəyişiklik həm avadanlığın istehsal qabiliyyətini 

artırmış, həm də istifadə müddətini uzatmışdır. 

Muxtarov quyulardakı nasazlıqların təmiri və aradan 

qaldırılması üzrə əvəzolunmaz usta  kimi müxtəlif 

mədənlərə dəvət edilmişdir. Gənc Murtuza fit-

ri çevikliyini nəzəri biliklərlə də zənginləşdirmış 

– mühəndislər arasından özünə müəllimlər tu-

taraq, onların köməyilə sanballı texniki hazırlığa 

yiyələnmişdir.

1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma 

kontorunu açmış, ən mürəkkəb və dərin quyula-

rın qazılması üzrə sifarişlər almağa başlamışdır. Bir 

müddət sonra qara qızıl fontanları, nəhayət, onun da 

üzünə gülərək, əlini milyonlara çatdırmışdır. 

M.Muxtarov diplomsuz neft  mühəndisi kimi şöhrət 

tapmış, Azərbaycan neft  sənayesi tarixinə özünün ix-

tirası ilə daxil olmuşdur. O, 1895-ci ildə dünyada ilk 

dəfə metal ştanqlarla zərbə qazma dəzgahını 

quraşdırır və bunun üçün dövlət patenti alır. 

O, bu ixtirasına “Bakı qazma sistemi” adını ve-

rir. Ali texniki təhsili olmasa da, neft  maqnatla-

rı içərisində neft  yataqlarının sirrini və qazma 

işlərini M.Muxtarov kimi dərindən bilən ikinci 

bir sahibkar çətin ki tapılardı. 

Onun başqa bir ixtirası 1890-cı ildə yaratdığı 

“Podrat qazma” kontoru idi. Bu “Podrat qaz-

ma” kontoru Bakının Balaxanı, Suraxanı, Ra-

mana və Sabunçu neft  rayonlarında neft  quyu-

larının qazılmasında mühüm rol oynamışdır. 

XIX əsrin sonlarında Murtuza Muxtarov 

Bibiheybətdə iri qazma avadanlığı zavodu tik-

dirmişdir. Bu zavod Rusiyada neft  avadanlığı 

istehsal edən ilk sənaye müəssisəsi idi. O, za-

vodun yaxınlığında fəhlə və qulluqçular üçün 

üçmərtəbəli gözəl bir bina da tikdirmişdi. Yara-

dılan şərait Bakının ən yaxşı işçi qüvvəsini bura 

cəlb edirdi. Muxtarovun zavodunda buraxılan 

avadanlıq və dəzgahlar Rusiya bazarında satılır, 

xaricə ixrac edilirdi. Muxtarov artıq varlı adam 

idi. 


Murtuza Muxtarov tez-tez Rusiyanın müxtəlif qu-

berniyalarına səfər edir, işgüzar müqavilələr bağlayır-

dı. Xüsusilə, Şimali Qafqaz, Maykop və Qroznı neft  

sənayeçiləri ilə isti münasibətlər saxlayırdı. O, bir 

dəfə Vladivastoka səfəri zamanı general Tuqanov-

la tanış olur. O, Murtuza Muxtarovu Vladiqafqazda-

kı evinə qonaq çağırır. Murtuza burada öz gələcək 

həyat yoldaşı – generalın ortancıl qızı Lizanı görür və 

ilk baxışdan ona aşiq olur. Qız da ona vurulur. 

Murtuza Muxtarovun elçilik mərasimləri çox 

dəbdəbəli və təmtəraqlı keçmiş, toy mərasimləri 7 

gün, 7 gecə davam etmişdir. Daha sonra onlar Avro-

paya toy səyahətinə çıxmışlar. 

Cütlük Venesiyada gəzərkən olduqca yaraşıqlı və 

əzəmətli bir bina görürlər. “Belə bir binada yaşayan-

lar necə xoşbəxtdirlər!” - deyərək Liza heyranlığını əri 

ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza 

bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyon-

çu Venesiyaya adam göndərib həmin binanın dəqiq 

Həyat yoldaşı Liza xanım ilə

Finansist 

    


Maraqlı həyat


23

APREL 2013

surətini əks etdirən çertiyojları gətizdirir. 1912-ci ildə 

binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxta-

rov gəzinti adı ilə Liza xanımı faytona mindirib bi-

nanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini 

bilməyən qadın, binanın qarşısında qulluqçılarının 

onları qarşıladığını görüncə və sarayın ona bağış-

landığını eşidincə, sevincinin həddi-hüdudu olmur. 

Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə 

qədər yaşayır. Sarayın hər sütunu, tağları, buta və 

gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı 

təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Sarayı 

arxitektor Ploşko fransız qo-

tik üslubunda layihələşdirib. 

Onun iç interyeri də çox 

gözəldir. İndi bu binanı 

“Səadət” sarayı adlandırırlar. 



Murtuza Muxtar məscidi. 

1901-ci ildə yerli əhali 

məscidin tikintisinə başlasa 

da, sonradan tikintini başa 

çatdırmaq üçün maliyyə 

vəsaiti tükənir. Əhali yardım 

üçün neft  milyonçusu Mur-

tuza Muxtarova müraciət 

edir. Milyonçu məscidin 

tikilməsi ilə maraqlanır və 

onun layihəsi üçün memar-

ları dəvət edir. O, bir neçə 

memarla məsləhətləşdikdən 

sonra tikintinin başa çat-

dırılmasının xərcini öz 

üzərinə götürür. 1908-ci 

ildə məscid məşhur memar 

Zivərbəy Əhmədbəyovun 

layihəsi əsasında inşa edi-

lir. Muxtarovun tikdirdiyi 

əzəmətli məscid nadir me-

marlıq üslubuna malik tarixi 

tikililərdəndir. Məscidin 47 

metr hündürlüyündə olan 

2 minarəsi o dövrdə digər 

məscid minarələrindən 

fərqlənirdi. Hər iki 

minarənin birinci şərəfəsinin aşağısında ərəbcə 

"Kəlmeyi-teyyibə" yazılıb. Minarələrə qalxan 

pilləkənlərin sayı 140-a çatır. Məscidin 2 qülləsindən 

müəzzinlər azan vermək üçün istifadə edirdi. İstər 

qüllənin aşağı, istərsə də yuxarı hissəsində azan 

verilə bilər. Məscidin 2-ci mərtəbəsində qadınla-

rın namaz qılması üçün də xüsusi otaq vardı. Kişilər 

şöbəsinin sahəsi 14x14 metr, qadınlar şöbəsinin 

sahəsi 84 m2-dir. Murtuza Muxtar məscidinin giriş 

qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", 

"Səadət" sarayı

Maraqlı həyat

     


Finansist


24

APREL 2013

sağ tərəfində isə həmin sözlər ərəb əlifb ası ilə yazı-

lıb. Mehrabının hündürlüyü 9 metrdir. Məscid dörd 

nəhəng tağ üzərində tikilib. Divarlarının qalınlığı 

1 metrdir. Bu tağlar sanki sütun rolunu oynayır və 

günbəz həmin tağların üzərində yerləşib. Günbəzin 

dairəvi hissəsinədək hündürlüyü 16 metr, yuxarı 

hissəsinədək isə 19 metrdir. Məscidin giriş qapısı-

nın hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarı-

da mərmər üzərində iki kitabə həkk olunub. Orada 

belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin 

əvvəli) Məscidin həyətində Muxtarov Murtuza Mux-

tar oğlunun (1855-1920) qəbri yerləşib. Məscidin 

sağ və sol tərəfl ərində peyğəmbərlərə salam, yeganə 

olaraq burada ərəb dilində həkk olunub. Mehrabın 

yuxarısındakı dairə isə Allahın varlığına, 4 tağ əsas 

peyğəmbərlərə, 4 na-

zik sütun müqəddəs 

kitablara, onların altın-

dakı nazik xətlər isə 12 

imama işarədir. 1908-ci 

ildə məscidin açılışında 

əmircanlı axund Əbu 

Turab minbərə qalxa-

raq ilk xütbəni oxuyub. 

Məscid 2 giriş qapısı ilə 

əhatələnib. Qapı və pəncərələrin üzərindəki şəbəkə 

göz oxşayır. Qapı üzərində 4 təsvir - 4 müqəddəs 

kitabı, 4 ünsürü göstərir. Məscidin 1 günbəzi, 16 

pəncərəsi var. Bir çox məscidlər kimi Murtuza Mux-

tar məscidi də sovet dövründə bağlanmış və ya öz 

fəaliyyətini dayandırmışdır. Məsciddən toxuculuq 

emalatxanası, 1985-1988-ci illərdə Azərbaycanın 

məşhur rəssamı S.Bəhlulzadənin sərgi salonu kimi 

istifadə olunub. 1989-cu ildən məscid yerli sakinlərin 

ixtiyarına verilib. Deyilənə görə, Murtuza Muxta-

rov bu məscidi neft dən qazandığı halal pulu ilə tik-

dirib. O illərdə daima məscidə gələn milyonçunun 

özü namaz qılar, dualar edərdi. Əmircan məscidinə 

M.Muxtarov məxsusi olaraq müqəddəs "Qurani-

Kərimi" hədiyyə etmişdi. Hələ məscidin inşası za-

manı həmin "Quran" kitabı Türkiyənin İstanbul 

şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, 

həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan 

məscidində bu müqəddəs kitab əmanət kimi saxlanı-

lır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə 

həkk olunub.



Murtuza Muxtarovun bağı. 

Bağın ümumi sahəsi 24 

hektardır. M.Muxtarov bağın ərazisini aldığı vaxt 

bura qayalıqlardan ibarət olub. O, bağın tonlarla tor-

pağını Lənkərandan gətirdib. Bağın mərkəzində isə 

əsrarəngiz bina tikdirib. Binanın tikilməsini o, fran-

sız memarı Plaşkoya tapşırır. Bağın içində yerləşən 

kənardan gəmiyə bənzəyən bina italyan qotika üs-

lubunda tikilib. Bağın içində 29 m dərinliyində 

quyu var. Quyunun içində 4 yol var. Bu yollardan 

biri Xəzər dənizinə, biri neft  milyonçusu Şəmsi 

Əsədullayevin bağına, digəri isə binanın özünə çıxır-

dı. Hazırda quyunun 19 m-dən su başlayır. Əvvəllər 

Xəzər dənizi bağın yaxınlığnda olduğundan Muxta-

rov burada liman tikdirmək istəyirmiş. 

“Dendrari” (yunan dilindən tərcümədə “nadir 

ağaclar məskəni” deməkdir) kimi tanıdığımız bu 

məkanda 1800 növədək ağac, kol və sairə bitki kol-

leksiyaları mövcuddur. Bundan başqa burada, inşa-

sı hansı əsrə aid olduğu məlum olmayan, mağara və 

keçidlərlə zəngin yeraltı su kəhrizləri mövcuddur. 

Sovet rejimi qurulandan sonra dəfələrlə dağılmaq 

təhlükəsi ilə qarşılaşmasına baxmayaraq, bağ “Ar-

şın mal alan”, “Qorxma, mən səninləyəm”, “Başsız 

atlı”, “Vəziri-xani Lənkəran” kimi bir çox filmlərin 

çəkiliş meydançasına çevrilmişdir. Dendrari sonra-

dan  Azərbaycan Milli Elmlər Akademiyasının ba-

lansına verilmişdir, landşaft  memarlığı kimi milli 

sərvətimiz hesab olunur. Dendrari növlərin miqdarı-

Bütün xeyriyyəçi Bakı milyonçularının aqibəti kimi, Murtuza bəyin də sonu faciəvi 

olub. Murtuza bəy şəhərin rus qubernatoruna hər cür maddi yardım göstərməyə 

söz verməsinə, əvəzində isə rus əsgərlərinin onun evinə gəlməməsini istəməsinə 

baxmayaraq, bir səhər səs-küyə oyanır. Otaqdan çıxanda görür ki, iki rus 

əsgəri evə daxil olub. Muxtarov bu biabırçılığa dözməyərək, yanında gəzdirdiyi 

mauzerlə, əvvəlcə bu çağırılmamış qonaqları, sonra isə özünü vurur. 

Finansist 

    

Maraqlı həyat




25

APREL 2013

na və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları 

səviyyəsindədir. Bura həm də xarici turistlərin böyük 

maraq göstərdiyi məkandır.

Xeyriyyəçi fəaliyyəti.

 Bakıda və şəhər kənarında, 

Rusiya və Avropa şəhərlərində M.Muxtarovun 

vəsaiti hesabına tikilən bir çox binalar bu gün də 

Muxtarovun adını yaşadır. Abşerondakı mayak, 

Kislovodsk və Florensiya şəhərlərində bir sıra bi-

nalar da Muxtarovun vəsaiti hesabına tikilib. Mux-

tarov xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak 

edir, yoxsullara maddi yardım göstərməyə xəsislik 

etmir. Həyat yoldaşı da Murtuza Muxtarovun xe-

yirxah əməllərində ərinə kömək edir. 1914-cü 

ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə 

Liza xanım Muxtarova başçılıq edirdi. O, eyni za-

manda vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyəti 

Bakı şöbəsinin idarə heyətinin üzvü idi. 1913-

cü ildə təşkil edilmiş "Uşaq xəstəxanası" xeyriyyə 

cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım 

Bakıda məxsusi uşaq müalicəxanasının yaradılma-

sına da yardım göstərmişdi. Onun maarifçilik və 

tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı ol-

mayan Liza xanım dəbdəbəli sarayında pansion 

yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qız-

lar burada təlim-tərbiyə alırdılar. "Murtuza Mux-

tarov" Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü 

olan Liza xanım "Nicat" Bakı Müsəlman Xeyriyyə 

Cəmiyyətinə də dəstək verirdi.Murtuza Muxtarov 

Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri 

üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri 

üçün 40 təqaüdün təsisçisi olmuşdur. O, Qərbi Av-

ropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə 

xürafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakı-

da "Tərəqqi" qəzeti nəşr etdirirdi, məktəblər tikdirir-

di. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar 

kimi tanınırdı.

Deyilənlərə görə, M.Muxtarov sənədlərə imza 

atarkən nadir hallarda soyadını bütöv şəkildə yazar-

dı, adətən üç hərfdən ibarət Mux... cızardı. Təbiətcə 

çox məğrur olan bu şəxs Bakının yeganə milyon-

çusu olub ki, yanında heç bir qoçu (cangüdən) 

saxlamayıb. Manaf Süleymanovun “Eşitdiklərim, 

oxuduqlarım,gördüklərim” kitabında yazılır ki, bir 

dəfə Murtuza Muxtarov Beslanda restoranda otu-

raraq nahar edib qatarı gözləyirmiş. Birdən qaça-

qaç düşür ki, bəs Zəlim xan gəlir. Zəlim xan Bes-

landa tanınmış qoçu idi. Muxtarovdan başqa hamı 

qaçıb gizlənir. Neft xudanın yanındakı adam deyir 

ki, ağa atlar və kareta hazırdır, dur qaçaq. Muxtarov 

deyir ki, heç yerə getməyəcəyik, sən də otur burda, 

durma. Çox keçmir ki, Zəlim xan içəri daxil olur və 

Muxtarovgili görüb təəccüblənir. O, Muxtarovu öz 

masasına dəvət edir, amma Murtuza bu dəvəti rədd 

edir. Bu zaman Zəlim xanın adamları istəyirlər ki, ge-

dib Muxtarovgili öldürsünlər, Zəlim xan buna icazə 

vermir. Özü durub Muxtarovun oturduğu masaya 

yaxınlaşır. Muxtarovun cəsarəti onun çox xoşuna 

gəlir və sonradan onlar dostlaşırlar. Zəlim xanı çar 

höküməti öldürdükdən sonra onun iki uşağına M. 

Muxtarov himayədarlıq edir. 

Bütün xeyriyyəçi Bakı milyonçularının aqibəti 

kimi, Murtuza bəyin də sonu faciəvi olub. Murtu-

za bəy şəhərin rus qubernatoruna hər cür maddi 

yardım göstərməyə söz verməsinə, əvəzində isə rus 

əsgərlərinin onun evinə gəlməməsini istəməsinə 

baxmayaraq, bir səhər səs-küyə oyanır. Otaqdan çı-

xanda görür ki, iki rus əsgəri evə daxil olub. Muxta-

rov bu biabırçılığa dözməyərək, yanında gəzdirdiyi 

mauzerlə əvvəlcə, bu çağırılmamış qonaqları, sonra 

isə özünü vurur. 

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza 

xanım bir müddət ərinin onun üçün tikdirdiyi sa-

rayın  qonşuluğunda yerləşən evlərdən birinin 

zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədilə sax-

ta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə ge-

dir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu 

aldadaraq son varidatını da əlindən alır və aradan çı-

xır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-

ci illərdə Parisdə vəfat edib, amma onun məzarının 

yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki 

Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə 

saxlamayıb, hətt a məktub da yazmayıb.



Ülkər Mirzəyeva

Maraqlı həyat



     

Finansist



Yüklə 47,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə