Jurnal indd



Yüklə 109,4 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü109,4 Kb.
#8352


30

MART 2013




31

MART 2013

Bakının 32 kəndi Bakı və Abşeronda geniş ya-

yılmış anlayış olub ənənəvi Abşeron kəndlərini 

ifadə edir. Bu anlayış adətən XIX əsrin son-

larında Abşeron yarımadasında getmiş 

sənayeləşməyə qədərki yaşayış məskənlərinə 

işarə etsə  də,  əslində Bakının sözügedən 

"ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox 

olub. Hələ 1813-cü ildə Bakıətrafı  kəndlərin 

sayı 37 idi, 1850-ci ilin dövlət sənədlərində isə 

bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə 

Göradil, Ləş,  Şüvəlan və Pirəküşkül kəndləri 

də əlavə olunub. Bu gün Bakıda 41 kənd var.




32

MART 2013



B

ALAXANI

Bakının ən qədim 

kəndlərindən biridir. 

Bakının şimal-şərqində, Ab-

şeron yarımadasının ortasın-

da yerləşir. Balaxanının şi-

mal hissəsi "Rzaqulu kəndi", 

cənub hissəsi əhali tərəfindən 

"Canhüseyn məhəlləsi" adla-

nır. 1989-cu ildən başlayaraq, 

qəsəbənin qərb hissəsində 

Yeni Balaxanı adlanan ya-

şayış massivi formalaşma-

ğa başlamışdır. Kəndin adı-

nın mənası Qılman İlkinin 

"Bakı və bakılılar" kitabında 

qeyd olunub: "bala" – yu-

xarı, hündür, "xana" – ev 

deməkdir. Balaxana qədim 

zamanlarda karvansaraların 

giriş qapısı üstündə olan ki-

çik otağa deyərdilər. Bun-

lar yarım mərtəbə şəklində 

olardı. Hazırda belə otaqlar 

Bakının 40 kilometrliyində, 

1439-1440-cı illərdə tikil-

miş Səngəçal karvansarası-

nın və Suraxanıdakı 1713-cü 

ildə inşa edilmiş Atəşgahın 

qapısı üstündə var. XIX əsrin 

70-ci illərindən başlayaraq, 

Balaxanı Bakının əsas neft  çı-

xarma mərkəzlərindən birinə 

çevrilməyə başlamışdır. 1869-

cu ildə Balaxanıda ilk dəfə 

olaraq mexaniki vurma üsullu 

quyu qazılır. Quyudan neft  

çox sürətlə çıxmış və üç gün 

ərzində həmin quyu ətrafı 

neft  gölünə döndərmişdir. 

1873-1878-ci illərdə Balaxa-

nıda 47 belə güclü neft  quyu-

su qazılıb. Bu dövrdə xarici 

Finansist 

    

Azərbaycan haqqında




33

MART 2013

şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, 

Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyon-

çular, rus kapitalistləri mədənlər salıblar. Robert 

Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft  

istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX 

əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xari-

ci neft  şirkətləri və onların mədənləri, karxanaları 

fəaliyyət göstərirdi. Balaxanıda ilk neft  quyusunun 

şərəfinə abidə qoyulub. Lakin hazırda bu abidədən 

iz qalmayıb. Balaxanıda aşağıdakı memarlıq 

abidələrinin qalıqları vardır.

Abidələr. 1385-ci ildə usta Arif tərəfindən inşa edil-

miş Hacı Şəlalə abidəsi .Bu abidə kvadrat şəkilli 

tağ-tavanlı kiçik otaqdan və onun qarşısındakı 

dərin piştağdan ibarətdir;  1427-ci ildə tikilmiş 

Şarirağa türbəsi memarlıq baxımından Balaxanı 

abidələrinin ən qiymətlisi hesab olunur . Xalq ara-

sında İmarət adlandırılan bu bina ehtimala görə 

mehmanxana olmuşdur. Abidə günbəzlə salon-

dan və fasaddakı çıxıntılı promoldan ibarətdir. Hər 

iki bina Abşeron binaları üçün xarakterik olan yo-

nulmuş daşdan tikilmişdir; 1636-cı ildə tikilmiş 

Şah Səfi karvansarayı. Karvansaray İpək Yolunun 

üstündə olduğundan o zamankı bütün tacirlərin 

yolu buradan düşüb; XVII əsrdə tikilmiş ovdan; 

Kəndin cənubundakı "Boq-boqi" adlanan yerin 

yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər 

abidə olub. Kəndin cənub hissəsindəki köhnə 

qəbiristanlıqda "Pirə Moulo" piri, kəndin ortasın-

dakı böyük tut ağacının yanında olan "Sənqıran" 

piri olub. Kənddə bir neçə hamam camaata xidmət 

edib: "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən", 

"Bala Rza", "Şirəli", "Nurbala" hamamları və s.

B

İLƏCƏRİ

Biləcəri qəsəbəsi Bakının qədim 

kəndlərindəndir. 1936-cı ildə qəsəbə statusu 

almışdır. Tarixi mənbələrin məlumatına əsaslanan 

tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnoto-

ponim olub, türkdilli xəzərlərin bələncər tayfası-

nın adını əks etdirir. Bələncərlərin Azərbaycana 

miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın 

(531-579) Azərbaycana köçürdüyü xəzərlərlə və 

VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Ab-

dullahın Xəzər ölkəsinə hücum edərək onun üç 

paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi 

Azərbaycan haqqında

     


Finansist


34

MART 2013

Finansist 

    


Azərbaycan haqqında

ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğ-

rafi mövqeyinə əsaslanan digər tədqiqatçılar 

isə bu toponimi qədim türk dillərindəki be-

len (aşırım, alçaq dağ) və cərcəri (sıldırım, yar-

ğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı 

yarğan"mənasında izah edirlər. Başqa bir etimolo-

giyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. 



B

İLGƏH

Bilgəh vaxtilə Bakının qədim kəndlərindən 

biri olub. Bilgəh sözünün mənası "Piləgah" 

sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, 

ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə bu-

rada çox əski zamanlarda barama becərirmişlər. 

Bilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə 

burada şəhər mədəniyyətinin inkişafından xəbər 

verir. Bilgəhdən keçən Avropa səyyahları da 

xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə 

aid abidələrin bu günə qədər qalan qalıqları da 

bu qədim yaşayış məskəninin şərəfl i keçmişindən 

xəbər verir. Əhalisinin sayı təqribən 11 mindən 

çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə 

vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf et-

mişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin 

geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. 

Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət 

göstərmişdir.

B

İNƏQƏDİ

Binəqədi Bakının ən qədim və böyük 

kəndlərindən biridir. Adının mənası haq-

qında konkret fikir olmasa da, arxeoloji qazıntı-

lar zamanı əldə edilən nadir tapıntılar əsasında 

bu kəndin binədən qədim olduğu sübuta yet-

mişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi 

yaxınlığında qədim kərgədanın elm aləminə 

məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim 

R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntı-

lar əsasında Azərbaycan tarixşünaslığı və arxeo-

logiyası dünyada ilk dəfə olaraq IV dövr faunası-

nı müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli 

kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ 

müxtəlifl iyinə görə Amerika Birləşmiş Ştatlarından 

sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi 

faunası" dünya təbiətşünasları arasında çox məşhur 

bir terminə çevrilib.



B

İNƏ

Şəhər tipli qəsəbədir. Mərdəkan qəsəbəsinə 

gedən yolun sağında yerləşir. Məskunlaşma 

baxımından Abşeronun ən cavan yaşayış 

məntəqəsidir. Burada XVII əsrin ortalarından 

etibarən əhali daimi olaraq məskunlaşmağa baş-

lamışdır. Bakı şəhərinin Xəzər rayonunun inziba-

ti ərazi vahidliyinə daxil olan Binənin ərazisi 3150 

kv. km-dir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, 

əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, 

pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. 

Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr 

mövcuddur. Bunlardan 1814-1815 və 1878 - 1879-

cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə 

tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən 

Mövsüm Səlimov məscidini qeyd etmək olar.



B

ÜL BÜLƏ

Abşeronun qədim yaşayış 

məntəqələrindəndir. Bülbülədə orta əsrlərə 

dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə 

tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə 

kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunla-

rın arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə 

"İmamzadə"sində beşinci İmam Mühəmməd 

Baqirin övladı Mühəmməd Sadiq, onun xanı-

mı, həmçinin nökəri də dəfn olunmuşdur. Onla-

rın Bülbülə torpağında dəfn olunması bu torpa-

ğın müqəddəsliyini bir daha təsdiq etmiş, onların 

dəfn olunduğu yer bu günə qədər ziyarətgaha 

çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov 

Azərbaycanın böyük mütəfəkkir şairi və alimi 

Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. 

Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı 

Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmiş-

dir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində 

Lahıclar məhəlləsində yerləşir. Məscid 1915-ci ildə 

Seyid Baxış Seyid Nurbaxış oğlunun rəhbərliyi ilə 

suraxanılı usta Məşədi Dadaş tərəfindən tikilmiş-




35

MART 2013

dir. Salam təpəsi Bülbülə ilə Bakı-

xanov qəsəbəsi sərhədində yerləşən 

həmşəhərli qəbiristanlığı adı ilə ta-

nınan ərazinin ən hündür sahəsində 

yerləşir. İrandan Bakıya işləməyə 

gələnlər dünyalarını dəyişdikləri za-

man bu ərazidə dəfn olunurdular, 

buna görə də bu yer xalq arasında 

həmşəhərli qəbiristanlığı kimi tanı-

nırdı


Deyilənlərə görə, Bülbülə 

kəndinin günçıxan tərəfindən 

olan kəndlərdən zəvvarlar Məkkə, 

Kərbala və Məşhəd şəhərlərinə 

ziyarətə gedərkən bu təpədə 

ayaq saxlayar, Bülbülədə olan 

"İmamzadə"yə salam verərdilər. Ço-

vuş ziyarətnamə oxuyub qurtardıq-

dan sonra isə xudahafizləşərdilər. 

Ziyarətdən qayıdan zaman da on-

lar bu təpədə ayaq saxlayar, Bülbülə 

"İmamzadə"si ilə salamlaşardılar. Ziyarətə gedən 

zəvvarları yola salanlar onları bu təpədən ötü-

rüb evlərinə dönərdilər. Beləliklə, xalq arasında 

bu təpənin adı Salam təpəsi adlanırdı. Bülbülədə 

4 hamam var idi: 1. Əlican və Vəlican hamamı 2. 

Hacı İsgəndər hamamı 3. Razaq hamamı 4. Al-

mas hamamı. Əlican və Vəlican hamamı 1902-ci 

ildə Məşədi Vəlican tərəfindən tikilmiş, hama-

mın dörd günbəzindən hal-hazırda ikisi qalmış-

dır. Bülbülə yaşayış mərkəzi özü də qədim oğuz 

məskənidir. "Bülbülə" sözünün mənşəyi haqqında 

aşağıdakı rəvayətlər mövcuddur: 1. Bülbülə şoru-

nun ətrafında şirin sulu bulaqlardan birini "pül-

pül" adlandırmışlar. 2. Başqa bir rəvayətdə isə de-

yilir ki, eramızdan əvvəl təxminən 335-325 illər 

arasında Makedoniyalı İsgəndər Zülqərneyn öz 

qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman 

palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu 

yerlərə "buli-buli" demişlər. 3. Başqa bir rəvayətə 

görə isə "Bülbülə" sözü burada olan bülbüllərin 



36

MART 2013

Finansist 

    


Azərbaycan haqqında

çox olması ilə əlaqələndirilir. Bütün bu yazılardan 

Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək ol-

masa da, məlum olur ki, bu kənd qədim tarixə ma-

lik olmuş və müqəddəs yer kimi tanınmışdır. Bu 

fikir hal-hazırda kənddə yaşayan əhalinin müxtəlif 

yerlərdən gəlməsini də təsdiq edir. Kənd əhalisinin 

əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan, 

dabbaqlıq, maldarlıq, əkinçilik, bağbanlıq, qalayçı-

lıq və s. olmuşdur



Z

İRƏ

“Zirə" toponimi fars mənşəlidir, "çökəklikdə 

olan yer" deməkdir. Xəzər Dənizindəki ada-

lardan biri narın qumla örtülmüş Qum adasıdır. 

Keçmişdə ona "Qum zirə" deyirdilər. "Zirə" ada 

deməkdir. Bakı ətrafındakı Zirə kəndinin adı da 

bu sözdən götürülmüşdür. Bu gün bir çoxlarının 

"Nargin" və "Vulf " adlandırdıqları adalara əvvəllər 

"Daş zirə" və "Böyük zirə" deyirdilər. Mənası ay-

dındır: daşlı ada və böyük ada. Daş zirə qayaaltı 

adadır, Böyük zirə isə Bakı arxipelaqında ən bö-

yük adalardan biri hesab olunur. Bəs bu adalar nə 

üçün "Vulf " və "Nargin" adlanır? Rus dənizçiləri 

Abşeron yarımadasına yaxınlaşanda digər adalar 

arasında Daş zirəni və Böyük zirəni də görürlər. La-

kin bu adalar xəritələrdə göstərilməmişdi. Onların 

Baltik dənizindəki Vulf və Nargin adalarına oxşar-

lığını görən dənizçilər xəritədə yeni qeydlər edirlər. 

O vaxtdan bəri Baltik və Xəzər dənizlərində eyni 

adlı adalar mövcuddur. Zirənin Tunc dövrünə aid-

liyi sübut edilmişdir. Qəsəbədə müxtəlif əsrlərə 

aid qəbiristanlıq, məscid və s. abidələr var. Ma-

raqlıdır ki, Zirə təkcə Abşeronda deyil, bütün 

Azərbaycanda qarpızı ilə məşhurdur. Tarixi çox 

qədimdir. Daş kitabələr, qədim qəbirlər buna əyani 

sübutdur. 1859-1864-cü ilə olan məlumata əsasən 

Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində 

166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar 

olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayır-

dı. Azərbaycan Respublikasının Dövlət Statistika 

Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi 

məlumatına əsasən Zirə qəsəbəsinin 11.5 min 

nəfər əhalisi vardır. Bir çox tanınmış şəxsiyyətlər, o 

cümlədən Mirzə Bala Məmmədzadə bu qəsəbənin 

sakini olub.

Ə

MİRCAN

Əmircan Bakının qədim kəndlərindən 

sayılır. A.Bakıxanov "Gülüstani-İrəm" 

əsərində öz doğma kəndinin adını "Əmir Hacan" 

yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək 

Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin 

edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil 

ediblər. "Əmir Hac" ərəb sözü olub, tərcüməsi 

"Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti 

mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, 

yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb 

xilafəti zamanı sahibi, böyük mülkədar Əmir 

Nizaməddin XIV əsrdə Bakı mahalında çox 

məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan 

xalçaları dünyada məşhur olubdur. Üləmaların, 

ruhanilərin, məşhur söz-sənət ustalarının ana 

yurdu sayılan Əmircan öz abidələri, məscid və 

minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə 

olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. 

Rəvayətlərə görə, çox qədim zamanlarda burada 

Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə 

tayfaları deyilir), kəndin əvvəlki adı da buradan 

götürülərək Xilə adlandırılıb. Ehtimal ki, Abşeron-

dakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırı-

lıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və 

sonradan türklərlə qaynayıb qarışmış ərəblər 

məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri 

deyildilər. Abşerondakı Xilənin qədim əhalisi 

haqqında burada skifl ərin yaşadıqlarını təsdiq edən 

arxeoloji tapıntılar xəbər verir. Kənddə qədim 

məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. 

Nizaməddin məscidi (Moltan piri) XIV əsrə 

aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa 

edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: 

"Bu məscidi Əmir Nizaməddin – "Əmir həc" 

böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu 

tikdirib". XVII-XVIII əsrlərdə kənddə bir neçə 

məscid tikilib. Bunlardan Binyətdilər məscidini 

göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin 

özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və 




37

MART 2013

məscid onların nəslinin adı ilə adlandırılıb. Bu 

məscidlər mədəniyyət abidəsi kimi qorunur. 

1908-ci ildə milyonçu Murtuza Muxtarovun 

vəsaiti hesabına kənddə başqa bir məscid inşa 

olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi 

Əsədullayev də məscid tikdirib, amma həmin 

məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid 

"Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi 

abidə kimi mühafizə olunur. Əmircanın qədim 

tikililərindən danışarkən ovdanlardan da söz 

açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz 

sularını toplamaq üçün qədimlərdə tikilən su 

təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə 

ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda 

dörd su ovdanı var. Əmircanın şərq hissəsində 

qədimdə içində kəhrizlər olan ovdanlar olub.

Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin 

yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu 

ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə, 

qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının 

xatirəsini əbədiləşdirmək üçün birinci dəfə 

görüşdükləri və ona su verdiyi yerdə ovdan 

tikdirib. Kənddə bir neçə bulaq var. Bu bulaqların 

bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. 

Bulaqların müalicəvi əhəmiyyəti də var. 

Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil 

hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə 

indiki Bakıxanov küçəsində kükürdlü isti su 

çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də 

hamamın xarabalıqları qalmaqdadır. Su isə 




38

MART 2013

tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət 

göstərir. Əmircanın Suraxanı küçəsindəki 

həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX-XX 

əsrin əvvəllərində salınmış neft  mədənlərinə və 

sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanı-

ya Əmircandan arabalarla şirin su daşınırmış. 

Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə 

karvan və araba yolu qədim tarixin izi olaraq bu 

gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu 

Abşeron yarımadasının ortasından salıblar. Bu yol 

Pirallahıdan Bakıya qədər XIX əsrə kimi yeganə 

yol olub. Əmircan kəndinin hər məhəlləsində 

bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında 

kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 

1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb. 

Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının 

altında bir mağara var. Buraya 200-dən çox adam 

sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə 

Bakıya soxulanda öz quldurları ilə bir müddət 

həmin mağarada gizlənib. Sonradan bu yer uzun 

illər onun adı ilə bağlı olub. 1932-ci ildə kəndin 

mərkəzində qədim bir qəbristanlıq sökülüb. 

Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən 

ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst 

mərtəbəsində islamaqədər dövrdə basdırılan 

insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə 

atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan 

insanların qalıqları olub. Lap alt qatlarda bir 

qəbirdə iki skelet aşkarlanıb. Qədim Əmircanda 

atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli 

sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı 

İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan 

ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş 

atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il 

sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdı-

lıb. Sonralar yenə də atəşpərəst hind tacirləri 

Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. 

Əmircanda neft  quyuları qazılarkən çox dərin 

qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. 

Burada mağara şiri, mağara ayısı, kərgədan, 

canavar, tülkü, at, öküz, dəvə və maral 

sümüklərindən ibarət bütöv bir qəbiristanlıq aşkar 

edilib. Bu qədər böyük sümük yığını qədimdə 

burada ehtimal ki, göl olduğunu və müxtəlif 

heyvanların su içmək üçün buraya gəldiyini 

göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu 

göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ 

dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və 

göy gilabi çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər 

əhalisi ağ və göy gilabidan sabun yerinə paltar, 

palaz, xalça yumaq üçün istifadə edirmiş. 1935-ci 

ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura 

böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu 

göldən məişətdə istifadə edilən duz yığırmışlar. 

Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşero-

nun bir çox kəndlərindən duzu toplamaq üçün 

buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə 

yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və 

başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci 

illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan 

daha istifadə etməyiblər. Əmircanda əhali həmişə 

təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat 

işləri görülərkən, quyular qazılan zaman çoxlu 

qədim məişət əşyaları, sümüklər, küplər, zinət 

əşyaları, pullar, silahlar hətt a heykəllər də tapılıb. 

Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud 

olub. Kəndin varlı nəsillərindən olan Hacı 

Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin 

yerləri olub. Kənddə suvarma sistemi olmadığı 

üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm 

də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin 

Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. 

Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. 

meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş 

və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən 

qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. 

Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri 

tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq 

Əmircanın əkin yerlərində neft  mədənləri salmağa 

başlayıblar. Ancaq hazırda qismən də olsa, kənddə 

təsərrüfatla məşğul olanlar var. Deyilənə görə, 

kəndin varlı adamları Hacı Hacıbaba və Hacı 

Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların 

böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə 

bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. 

Əmircanda bir neçə xalça karxanası və dabbaqxa-

Finansist 

    


Azərbaycan haqqında


39

MART 2013

Təqdimat

     


Finansist


40

MART 2013

Finansist 

    


Təqdimat

nalar var. Burada toxucular, papaqçılar, dulusçular, 

dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə 

Buta" və "Xilə əfşan" dünyanın hər yerində 

məşhurdur və dünyanın bir çox muzeylərində 

saxlanılır (Məsələn, Moskva Dövlət Tarix 

Muzeyində). Əmircan öz qutablari ilə də çox 

məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin 

əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri 

Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, 

gündəlik bazar idi. Bu bazarda ərzaq malları, 

göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların 

hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş. 

İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı 

küçəsində yerləşən "Həft ə bazar" idi. Bu bazarda 

həft ədə bir gün böyük alver olurmuş. İndi də bu 

bazar Bakının yeddi kəndini birləşdirən bazar 

olaraq qalır. XIX əsrin sonları XX əsrin 

əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" 

kəndi kimi məşhur olub. Neft çıxarmada 

işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi 

daim ağ neft i ilə tanınıb. O dövrdə yerli sahibkar 

Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft  

zavodu tikdirib. Beləliklə, kənd əhalisinin 

həyatında dəyişikliklər əmələ gəlib. Neft  quyuları 

qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar 

emalatxanaları meydana gəlir, buxarxanalar, 

yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, 

həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, 

Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza 

Muxtarov kimi varlı adamlar meydana gəlmişdi. 

Neft çıxarma sahəsində dərinlik nasoslarının 

tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən 

məlumdur. Həmin dövrdə Abşeronun bütün 

kəndlərində Əmircanın qocaman neft  ustaları 

böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, 

Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, 

Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar 

Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft  zavodu 



41

MART 2013

tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu 

olan qazanlar quraşdırılıb. Neft  sənayesinin inkişafı 

ilə əlaqədar kəndin kənarında Hümbət adlı 

sahibkarın mədən avadanlığı, alətlər və onları təmir 

edən emalatxanası olub. Həmin emalatxana 

1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-

zavod məktəbinə çevrilib. Hazırda orada geofizika 

zavodu fəaliyyət göstərir.



Ə

HMƏDLİ

Əhmədli qəsəbəsi (Kənd Əhmədli, 

Əhmədli kəndi də adlandırılır) qədim 

Bakıətrafı 40 kənddən biridir. Qədim Əhmədli 

kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci 

mərhələ, 11-ci yüzilliyin ortalarında Şirvanşahlar 

dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdü-

yü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin 

(1040-1063) hakimiyyəti zamanı Azərbaycan 

ərazisində məskunlaşmağa başlayan səlcuq tayfa-

larından bəziləri məhsuldar torpaqlar axtararaq 

Abşeron yarımadasına, eləcə də indiki Əhmədli 

kəndi ərazisinə gəlib çıxırlar. Onlar burada yaşa-

yış məskənləri salmış, mədrəsə, məscid, hamam və 

bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin 

məscid və hamam 20-ci əsrə qədər müxtəlif da-

ğıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa 

edilmiş və günümüzdə də fəaliyyətlərini davam 

etdirirlər. Bu dövrdə kəndin necə adlanması bəlli 

deyil. Kəndin tarixinin ikinci mərhələsi, 16-cı əsrin 

əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin 

yayılması dövründən başlayır. Məşhur səfəvi tayfa-

larından olan şahsevənlərdən Mahmud və Əhməd 

adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış 

otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və 

həmişəlik burada məskunlaşmışlar. Tezliklə kənd 

əhalisi arasında böyük hörmət və üstünlük qaza-

nan Şahsevənlər kəndi tayfa başçısı böyük qardaş 

Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bunun-

la razılaşmayan Mahmud böyük qardaşına qarşı 

çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə 

köçürür. Mahmudun tayfasının yaşamağa başladı-

ğı ərazi isə "Mahmudlu" adlanmağa başlayır. Lakin 

çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd 

ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını 

daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə 

qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaq-

dadır. Əhmədli tarixindəki üçüncü mərhələ isə 

Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf 

edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli 

qəsəbə statusunu alır.

K

ÜRDƏXANI

Kürdəxanıda yaşayışın iki min ildən bəri 

mövcud olduğu ehtimal edilir. Bunu yer 

üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı 

qab nümunələri, mis, tunc, dəmir materialların-

dan istehsal olunan təsərrüfat alətləri aşınma-

ya məruz qalmasına baxmayaraq, bu və ya digər 

Azərbaycan haqqında

     

Finansist




42

MART 2013

dərəcədə formasını qoruyub saxlayan soyuq silah 

nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən 

və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə ta-

rixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, 

inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olu-

nan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən 

məscid binası, bəzi ehtimallara görə XVII əsrin ya-

digarı olan hamam və sair də təsdiq etməkdədir. 

"Kürdəxanı" sözünün bir neçə izah variantı da 

mövcuddur. Bir ehtimala görə, coğrafi məfh um 

"kord//korda//kordə" sözündən və "xanı" topo-

morfantından yaranmışdır və "bıçaq düzəldilən 

yer" mənasını verir. İkinci gümana görə, guya 

vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş 

və cəzirə, yarımada şəklində imiş. Məhz coğra-

fi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır. 

Kürdəxanıda bir çox tarixi abidələr buranın qədim 

yaşayış məskəni olmasını sübut edir. Qəsəbənin 

mərkəzi küçələrinin birində Hacı Zeynal hamamı 

vardır. Hamam XVII əsrin əvvəllərində tikilmiş-

dir və o zamandan fəaliyyət göstərmişdir. Daha bir 

hamam isə Cəfərqulu hamamıdır. Onun əsası XII 

əsrdə Bakı şahlarının biri tərəfindən qoyulmuş-

dur. Kürdəxanının təzə qəbiristanlığında yerləşən 

məscidin tikintisinin isə Qız Qalasının tikintisi ilə 

eyni dövrə təsadüf etdiyi bildirilir. Kürdəxanıda 

mövcud qalalardan tikintisi nisbətən yaxın 

dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə 

görə, Yamin adlı bir gənc şəxs günlərin bir günü 

ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdi-

yi sədəqəyə gedib daş alır və qala tikməyə başla-

yır. Məqsədi o idi ki, öldükdən sonra bu dünyada 

ondan bir iz qalsın. Tikilən qalaya onun adı qo-

yulur. Kəndin Dadaş Vasif küçəsində Bakı xanı-

nın mülkü olub. Lakin həmin mülk indi baxımsız 

vəziyyətdədir. Qəsəbədə müasir tipli poliklinika, 

internet kafe, H.Ağaverdiyev adına 113 saylı orta 

məktəb, 366 saylı uşaq bağçası, 33 saylı polikli-

nika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə 

şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi, 

işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir. 

Kürdəxanının bir çox tarixi adət-ənənələri var-

dır ki, onlar indi də qorunub saxlanılmaqdadır. 

Məsələn, qəsəbənin əsas məhəllələrində bir ağ-

saqqal oturardı. Hörmət əlaməti olaraq buradan 

uşaqlar keçməzdi. Bu adət indi də var. Qəsəbədə 

xınayaxdı mərasimindən sonra paltarkəsdi adlı bir 

qonaqlıq olardı. Burada kişilər, heç kiçik yaşlı oğ-

lan uşaqları da iştirak etməzdi. Mərasimdə gəlinin 

geyiminin uc hissəsi kəsilərdi və toy olana qədər 

qayınanada qalardı. Təəssüfl ər olsun ki, bu adət 

indi yoxdur və ya az hallarda gerçəkləşir. Toyun sa-

bahısı bəy evində ziyafət olardı. Kişilərə həyətdə, 

qadınlara və uşaqlara evdə yemək verərdilər. Bəzi 

bölgələrdə buna üçgünlük, toysabahı və s. deyərlər. 

Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonu-

na daxildir. Bakının şimal hissəsində yerləşir. 

Ərazisi 27.3 kv.km-dir.Pirşağı, Maştağa, Nardaran, 

Bilgəh,Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə 

sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri 

xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd 

dənizin sahilində olduğu üçün, əsasən, ən çox so-

yuq hava kütlələri burada fəaliyyət göstərir. Normal 

temperatur 10-20 dərəcədir. Bakının, Abşeron yarı-

madasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda 

yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur. 

Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir. 

Kürdəxanı ətrafında tülkü, canavar, çaqqal, ayı, bay-

quş və s. heyvan və quş növlərinə rast gəlinir.

G

ORADİL

Goradil kəndi Novxanı və Fatmayı bağları-

nın yaxınlığında yerləşir. Bakı şəhərindən 

25 kilometr aralıda yerləşən Göradil kəndi 

Azərbaycanın ən qədim yaşayış məntəqələrindən 

biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III 

əsrə aid olduğu bildirilir. Göradil kəndi Abşeron 

yarımadasının ən dilbər güşələrindəndir. Əsl adı 

Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat 

dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) 

sözlərindən olub, "qala təpəsi" mənasındadır. 

Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və 

Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq 

yeri üçün salındığı bildirilir. Bir müşahidəyə görə, 

Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. 

Digər müşahidəyə görə, "goran" sözü monqol-türk 

Finansist 

    


Azərbaycan haqqında


43

MART 2013

dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" 

edən tərəf deməkdir. Qədimdə bu kənd yuxa-

rı və aşağı məhəllədən ibarət olub. Yuxarı məhəllə 

Əhmədlilər, aşağı məhəllə Səhərbəylilər, kəndin 

orta hissəsi isə Şanazarlı adlanırdı. Bu kəndin 

əhalisi əkinçilik, xalçaçılıq, maldarlıq, balıqçılıq-

la məşğul olub. Görədil kəndi özünün qədim tari-

xi-memarlıq abidələri ilə də zəngindir. Ərazidəki 

ən qədim qəbiristanlıq, Əbdülrəhman Məscidi 

(1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə 

qədər qorunub saxlanılmışdır. Amma Qədim ob-

dan (su quyusu), "Ağa Murad" hamamı, "Can-

nat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi 

Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdı-

lıb. Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən 

gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli 

olur. Sahil zonasında şahə qalxan dəniz dalğaları-

nın dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri 

ekoloji gərginlik yaradan hallardandır. Xüsusilə 

Xəzər dənizinin səviyyəsinin bəzi vaxtlarda qalx-

ması Abşeron yarımadasında ciddi ekoloji prob-

lem yaranmasına səbəb olur. Yəni 1977- ci ilin 

ortalarından 1996- cı ilin sonuna qədər Xəzər 

dənizinin səviyyəsi iki metr yarımdan artıq qalxa-

raq çimərlikəri basıb, həmçinin dik yamaclarda isə 

abraziya prosesi baş verib. Bununla yanaşı hərdən 

Xəzər dənizi səviyyəsinin aşağı düşməsi nəticəsində 

neçə kilometrlərlə akkumulyativ düzənlikər dəniz 

suyundan azad olub. Amma onun yerində şor-

laşmış qumlar, qum təpəcikəri, düyünlər yaranıb. 

İstər sahil zonasında və istərsə də onun mərkəzində 

olan balıqqulaqlarının və qumların daşınma-

sı, sahilə yaxın evlərin salınması onun təbiətini 

şikəst edib. Bir sözlə, yarmadanın gözəlliyinin 

itirməsinə və relyefinin təbii mənzərəsinin pozul-

masına gətirib çıxarıb. Samur-Dəvəçi kanalının 

Abşeron yarımadasına qədər çəkilməsi buranın 

şirin su ilə təmin olunmasına və kanal boyu tor-

paqların suvarılmasına əlverişli şərait yaratmışdır. 

1954- cü ildə Göradildə kanal suyu istifadəyə ve-

rilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir. 

Bəzən bu suya bağlardan çirkab suları da axıdılır. 

Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə 

çevrilir. Özünəməxsus adət-ənənələrə, mənəvi və 

əxlaqi dəyərlərə malik olan Goradil kəndində so-

sial-iqtisadi problemlərdə mövcuddur. 420 hektar 

ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun 

da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil 

edirlər. Lakin 2000-ci illərin əvvəlindən başlaya-

raq Goradil kəndinə məxsus torpaqlarda sürətlə 

yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da 

öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti 

dəyişmişdir.Belə ki,xüsusən yay aylarında böyük 

əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü ola-

raq insanların gəlişi müşahidə olunur.Bir çox hal-

larda isə ərazidə daimi yaşayış məqsədilə evlərin 

tikintisi ərazidə olan daimi əhalinin artmasına 

səbəb olur.Başqa sözlə desək, Goradil ərazisinin 

Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun 

nisbətən yaxşı olması və digər səbəblərdən ərazi 

sürətlə suburbanizasiya(insanların şəhərlərdən 

şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. Go-

radil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaq-

qabı fabriki fəaliyyət göstərir. Kənddə Dəmir yolu 

xətt i, poçt, telefon rabitə xətt i istifadəyə verilib. Bu-

nunla yanaşı məktəb, mədəniyyət evi də əhalinin 

istifadəsindədir. Regional ərazidə "Sərhədçi" sana-

toriyası yerləşir. Yollara asfalt çəkilmişdir. Kənddə 

müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, ap-

tek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafı-

nı yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün 

Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən 

başlıcası son zamanlar regionların sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri 

və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlan-

mışdır. Bu proqrama Goradil kəndi də daxil ol-

maqla Bakı kəndləri və qəsəbələrinin yeni inki-

şafı mərhələsinin başlanğıcı olacağına əminlik 

yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin 

sosial vəziyyətinin yaxşılaşdırılması və kənd 

təsərrüfatının inkişafı proqramı Goradil kəndinin 

əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində 

mühüm rol oynayacaq.

Ardı var…

Ramil Bağırov

Azərbaycan haqqında



     

Finansist



Yüklə 109,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə