Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

­  39 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Bununla  yanaşı,  “Azərbaycan  Respublikasında  torpaq  münasibətlərinin  tənzimlənməsi

sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016‐cı il 7 mart tarixli

Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün

kateqoriyalı  torpaqların  elektron  uçotunun  aparılması  və  xəritələşdirilməsi  yolu  ilə  torpaqların

elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib

edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və

hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir.

Həmin  Fərmanın  6.2‐ci  bəndinə  müvafiq  olaraq,  “Azərbaycan  Respublikasında  daşınmaz

əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin

artırılmasına dair 2016‐2020‐ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu

tədbirlərin  həyata  keçirilməsi  daşınmaz  əmlakın  kadastrı  sisteminin  inkişafı,  daşınmaz  əmlak

üzərində  mülkiyyət  və  digər  əşya  hüquqlarının  qeydiyyatı  prosesinin  təkmilləşdirilməsi,  torpaq

münasibətlərinin  tənzimlənməsi,  torpaqların  təyinatına  uyğun  istifadə  edilməsi  sahəsində  işin

təkmilləşdirilməsi məqsədləri daşıyır.

Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan

Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri

üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə”

Azərbaycan  Respublikası  Prezidentinin  2015‐ci  il  13  yanvar  tarixli  Fərmanının  2‐ci  hissəsində

müəyyən  edilmişdir  ki,  bu  Fərmanın  1‐ci  hissəsi  ilə  təsdiq  olunan  Siyahıda  nəzərdə  tutulmuş

sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin,

yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə

zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan

torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması

üçün əsas hesab edilir.

Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda

həmin  əmlakın  magistral  boru  kəmərlərinin  zonalarında  və  sair  torpaq  sahələrində  yerləşməsi

hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər.

Yuxarıda qeyd olunan normativ hüquqi aktların qəbul edilməsi torpaq münasibətlərində, o

cümlədən  torpaq  sahəsinin  kateqoriyasının  müəyyən  edilməsi  sahəsində  müəyyən  boşluqların

aradan qaldırılmasına, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, torpaqlardan istifadə

və onların mühafizəsinə dövlət nəzarətinin artırılmasına və bu məqsədlə mövcud qanunvericiliyin

təkmilləşdirilməsinə xidmət edir.

Mövcud  qanunvericilik  normalarının  tələblərinə  görə,  torpaq  sahəsi  üzərində  hüquqların

dövlət  qeydiyyatına  alınması  üçün  təqdim  edilən  sənədlərdə  torpağın  kateqoriyası  (məqsədli

təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən

müvafiq  icra  hakimiyyəti  orqanı  belə  sənədlərin  olmadığı  təqdirdə  “İnzibati  icraat  haqqında”

Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya  işin həlli üçün zəruri olan

əlavə  sənədlərin  təqdim  olunmasını  tələb  etməlidir.  Belə  yardımın  göstərilməsi,  həmçinin

Azərbaycan  Respublikası  Prezidentinin  2015‐ci  il  4  may  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş

“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23‐cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya

əsasən,  daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və

ölçüsünün  tərtib  edilməsini  və  verilməsini  təmin  etmək  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri

Xidmətinin vəzifəsidir.

  Azərbaycan  Respublikası  Prezidentinin  2015‐ci  il  4  may  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamənin 3.0.105‐ci

bəndinə əsasən isə  torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə

keçirilməsi  barədə  vəsatətlərə  baxmaq  və  aidiyyəti  orqanlarla  razılaşdırılmış  təklifləri

əsaslandırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Əmlak Məsələləri

Dövlət Komitəsinin vəzifələrinə aid edilmişdir.



­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

Əgər  torpaq  sahəsi  üzərində  hüquqların  dövlət  qeydiyyatına  alınması  üçün  zəruri  olan

sənədlər  təqdim  olunmazsa,  “İnzibati  icraat  haqqında”  Qanunun  34‐cü  maddəsinə  uyğun  olaraq

ərizə baxılmamış saxlanıla bilər. Bu, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Qanunun

14.1‐ci maddəsinin mənasından da irəli gəlir. Belə ki, Qanunun 14.1‐ci maddəsinə müvafiq olaraq,

qeydiyyat  orqanının  sənədlərin  həqiqiliyinə  ciddi  şübhəsi  varsa,  qeydiyyat  bir  ay  müddətinə

dayandırıla  bilər.  Həmçinin,  Qanunun  14.3‐cü  maddəsinə  görə,  hüquqların  dövlət  qeydiyyatına

alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir

aydan  artıq  olmayan  müddətə  dayandırıla  bilər.  Ərizədə  hüquqların  dövlət  qeydiyyatının

dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı

üçün  nəzərdə  tutulmuş  müddətin  axınını  dayandırır.  Torpaq  sahəsi  üzərində  hüquqların  dövlət

qeydiyyatına  alınması  üçün  ərizənin  baxılmamış  saxlanılmasına  və  ya  hüquqların  dövlət

qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq

qərar qəbul etməkdə haqlıdır.

Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim

edilən  sənədlərdə  torpağın  kateqoriyası  (məqsədli  təyinatı)  müvafiq  icra  hakimiyyəti  orqanı

tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində

hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

Lakin  “Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  15‐ci  maddəsində  yuxarıda

göstərilən  əsasa  görə  hüquqların  dövlət  qeydiyyatına  alınmasından  imtina  halı  nəzərdə

tutulmamışdır.

Mövcud vəziyyəti nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29‐cu

maddəsinin VI hissəsindən çıxış edərək qanunverici tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri

haqqında”  Qanunun  15‐ci  maddəsində  nəzərdə  tutulan  hüquqların  dövlət  qeydiyyatına

alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədə müvafiq hesab edir.

Müvafiq  dəyişikliklər  edilənədək  torpaq  sahəsi  üzərində  hüquqların  dövlət  qeydiyyatına

alınması  üçün  təqdim  edilən  sənədlərdə  torpağın  kateqoriyası  (məqsədli  təyinatı)  müvafiq  icra

hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə, həmin

torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

Belə olan halda torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina

edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə

bilər.


Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq

ehtiyatlarından  səmərəli  istifadə  və  onların  mühafizəsi  məsələləri  üzrə  yerli  icra  hakimiyyəti

orqanlarının  və  bələdiyyələrin  qanunvericiliyin  tələblərinə  uyğun  gəlməyən  torpaq  sahəsinin

ayrılması  (satılması)  barədə  qərarlarının  icrasının  dayandırılması  və  ya  ləğv  edilməsi  barədə

aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

‐ Konstitusiyanın 29‐cu maddəsinin VI hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri

haqqında”  Qanunun  15‐ci  maddəsində  nəzərdə  tutulan  hüquqların  dövlət  qeydiyyatına

alınmasından  imtina  hallarının  bu  Qərarın  təsviri‐əsaslandırıcı  hissəsində  əks  olunan  hüquqi

mövqeyə uyğun təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilməlidir.

‐ Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət

qeydiyyatına  alınması  üçün  təqdim  edilən  sənədlərdə  torpağın  kateqoriyası  (məqsədli  təyinatı)

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  kateqoriyaya  uyğun  gəlmədikdə,

həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində

hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında”

Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər.

Torpaq  sahəsi  üzərində  hüquqlar  dövlət  qeydiyyatına  alınarkən  torpağın  kateqoriyasının

(məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri

haqqında” Qanunun 14.1‐ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla  bilər.   Torpaq   sahəsi



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə