Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
1   2   3   4   5   6   7   8

10

O

nun uşaqlar üçün yazdığı şeirləri oxuyanda gülüm-



səməmək mümkün deyil. Nəinki gülümsəməmək, hətta 

qəhqəhə çəkməmək belə. Nə qədər duzlu-məzəli, nə 

qədər səmimi, nə qədər maraqlı, nə qədər bol məlu-

matlı... yazmaq olar?! Bu sualın cavabını yalnız uşaqların sevimli 

şairi Ələmdar Quluzadə verə bilər. Heç özü danışmasa belə. Bircə 

dənə şeirini oxusan, bütün bunlara cavab taparsan. “Dilotu” yeyən, 

“Navalça”da yağışın nəğməsini dinləyən, “Bulaq suyu” içən, “Boğ-

ça”-boğça şeir oxuyan, “Qadan mənə Qarabağ” deyən “Məhləmizin 

uşaqları” Ələmdar Quluzadənin şeirləri ilə böyüyüblər. Onun tərtə-

miz dilinin, axarlı-baxarlı təxəyyülünün, incə zövqünün məhsulu 

olan şeirləri ilə... 65 yaşın mübarək, əziz  Ələmdar Quluzadə! 

Bakının 


yeddi kəndi

Yığdı tutun dibinə

Yayda bütün uşağı – 

Pirşağı.


Bizi sıraya düzüb

Qaldırdı bir daş-dağa – 

Maştağa.

Gördük elə gözəldir

Bu qəsəbə, bu zona –

Buzovna.


Çay qonaqlığı verdi

Gündə beş-on stəkan –

Mərdəkan.

Torpaqları oxşayır

Qızıla da, zərə də -

Zirədə.


Dənizdə çimmək üçün

Yollandıq bir məkana –

Türkana.

Baxdıq dərədə gölə,

Çıxdıq yaşıl yola da –

Qalada.


Yeddi kənddə olmuşam,

O biri kəndlərə də

Gələn il gedəcəyəm.

Yay başa çatan kimi

Sizi başıma yığıb

Mən söhbət edəcəyəm.

Zəhmətkeş oğlan

Zəhmətlə öyrədibdir,

Ana gündə Hikməti.

Gündən-günə artıbdır,

Hikmətin də hörməti.

Onun xətri-hörməti,

Başından aşıb-daşdı.

Hikmət lovğalanaraq

Anasına yanaşdı:

-”İndən belə bir dəfə

Evi töküb-dağıtsam,

Onda töhmət ver mənə,

Mən zəhməti sevirəm,

Ana, zəhmət olmasa

Gündə zəhmət ver mənə.”

Kitabın dostu

Sınağa, imtahana

Kitablar sinə gərir,

Görmədiyin dünyanı

Kitab sənə göstərir.

Kitab kimini şair,

Kimini alim edib.

Sənin müəllimini

Kitab müəllim edib.

Kitabın min sirri var

Sənə deyim birini,

Kitab oxumayana

Kitab vermir sirrini.

Kitabla dostluq edən

Dostunu düz tanıyır,

Kitab öz dostlarını

Hamıdan tez tanıyır.

Ələmdar Quluzadə

65



11

Keçmiş zamanlarda  qədim məmləkətlər-

dən birində bir gənc vardı. Bu kəndin bərəkətli 

torpaqlarında min cür naz-nemət yetişirdi. Aclıq 

bir neçə dəfə sınağa çəkdiyi üçün kənd camaatı 

ən çox taxıl əkərdi. Amma bu kəndin dəyirmanı 

yox idi. Döyülən taxılın çoxu uzaq-ucqar yerlər-

dəki dəyirmanlara aparılır, xərci-xəsarəti çox 

olurdu.

Elə ki, zəmilər biçildi, xırman döyüldü, cüt-



çünün qara günü başlayırdı. Kimisinin taxılını 

xırmandan oğurlayıb aparırdılar, kimisini də at, 

öküz arabası ilə birgə yox edirdilər. Bu, dəyir-

man dərdindən də betər idi.

Kənddə ansının gözünün ağı-qarası Baxış adlı 

bir oğlan vardı. Atadan yetim qalan uşaq evdə 

kişi işini görürdü.

Yenə də il yaxşı gəlmişdi. Cütçülər oraqlarını 

itiləyib düşmüşdülər zəmilərin canına. Hər xır-

manda üç illik azuqə vardı. Baxışın da zəhməti 

hədər getməmişdi.

Bir axşam iki çuvalı ağzına qədər doldurdu. 

Qonşular köməkləşib öküzü yüklədilər. Baxış 

“ho” deyib öküzü qabağına qatdı. Xırmandan 

xeyli aralanmışdı ki, gördü çuvalın birindən dən 

tökülür. Əlini çuvalın söküyünə qoyub öküzü ho-

haladı. Birdən qarşıda iki qara kölgə gördü. Uşaq 

qorxusundan qaçıb böyürtkən şəlinin içində 

gizləndi. Kölgələrdən biri bağırdı, nərə çəkdi:

- Kimdir bu öküzün sahibi!

Baxış cınqırını çıxartmadı.Yekə, qara  kölgələr 

ora-bura baxandan sonar öküzü qabaqlarına 

qatıb apardılar. Baxış gecə yarısı şəlin içindən 

çıxdı. Kor-peşiman evlərinə yollandı.

Səhəri xəbər bütün kəndə yayıldı. Anası nəzir 

dedi, qapı-qapı düşüb qurbanlıq payladı ki, oğlu-

na xətər toxunmayıb.

Həmin hadisədən sona Baxışın gecəsi-gündü-

zü yox idi.

Bir gün  Baxış qara quldurlarla  qarşılaşdığı 

yerə gəldi. Fikirli-fikirli bir daşın üstə çökdü. 

Birdən gözünə yaşıl cücərtilər dəydi. Bir buğum 

boy göstərən buğdalar sap kimi uzanıb gedirdi. 

Baxış yolu biləyinə doladı. Yarım gündən sonra 

gəlib çatdı bir təpənin başına. Gördü ki, anasının 

toxuduğu çuval bir daşın dibindədir. Uşaq bar-

mağını dişlədi. Başa düşdü ki, bu göyərən taxıl 

çuvalın söküyündən tökülən dəndir.

Baxış bir az da qabağa gedəndə gördü ki, 

bura sıldırım qayadır, uçurumdur. Qulaqlarına 

su şırıltısı dəydi. Çayın üstündə bir ev vardı.  Da-

ğın bu tərəfindən çıxan çay dağın o biri tərəfin-

də yox olurdu. Baxış sirli bir aləmə düşmüşdü.

Elə bu vaxt iki dağ boyda bəd bədheybət 

qapıdan çölə çıxıb gərnəşdi. Kimisə səslədilər. 

İçəridən üst-başı unlu  saqqallı bir kişi çıxdı. 

Qara quldurlardan biri soruşdu:

- Qoca, dən neçə günə çatar!?

Qoca qorxa-qorxa cavab verdi:

- Üç günə…

- Onda ova çıxmaq lazımdır! - deyib qocanı 

itələyib qapıdan işəri saldı. Baxış qocanı tanıdı. 

Cütçü Cümşüd idi. Üç il qabaq yoxa çıxmışdı.

Qara quldurlar taxtın üstündə oturdular. Bir 

neçə adam onların qarşısında süfrə açdı.

Baxışa hər şey aydın oldu. Xırmanları oğurla-

yanlar, atları, öküzləri, adamları ilim-ilim itirən-

lər bu qara quldurlar imiş.

O, sinəsini bir himə bənd olan qaya parçasına 

gərdi. Gücü gəldikcə daşı itələdi. Sal daş yerin-

dən qopub ağac körpünü paraladı. Qara quldur-

lar bircə dəfə bağırıb o dünyalıq oldular.

Səs-küyə, gurultuya birincı cütçü Cümşüd 

çıxdı. Onun dalınca da qulluqçular. Əllərini göyə 

açıb Allaha şükür eləməyə başladılar.

Bütün obaya car çəkildi ki, bəs möcüzə olub. 

Sirli dəyirman tapılıb. İtənlər  sağ-salamatdır-

lar. Camaat tökülüb təpənin başına gəldi. Cütçü 

Cümşüd anbarın qapısını açdı. O il heç kəs çörək 

korluğu çəkmədi.

Balaca Baxışı hamı barmaqla göstərirdi:

- Qara quldurları məhv edən, sirli dəyirmanı 

tapan bu oğlandır. Beləliklə, eldə-obada oğur-

luğun kökü kəsildi, dəyirman camaatın əlindən 

tutdu.

Sirli dəyirman




Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə