Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
1   2   3   4   5   6   7   8

12

Bala qartal yuvadan boylanıb ətrafa 

baxdı. Meşə, çöl-çəmən, çaylar ayağının 

altında idi. Axı yuvası hündür dağın 

zirvəsində yerləşirdi. Ana qartal ətrafı 

təəccüblə seyr edən balasının başına 

qanadı ilə sığal çəkib təbəssümlə dedi:

- Qartallar zirvədə yaşayar, ən yük-

səkdə uçarlar.

- Ana, axı mən uçmağı bacarmıram.

- Öyrənəcəksən, balacan. Çünki sə-

nin qanadların var. Nəinki uçmağı, ov 

ovlamağı, dost qazanmağı da bacara-

caqsan!


- Ay ana, mənim dostlarım olacaq?! 

Nə yaxşı! Özümə çoxlu dost tapaca-

ğam...

Ana qartal günlərlə balasına qanad 



çalıb uçmağı, ov ovlamağı öyrətdi. Son-

ra isə balasını qanadının altına çəkib 

ona tapşırdı:

- Dostlarını isə özün seçəcəksən.

Unutma, özün kimi qanadlı dostlar 

tapmalısan!

Bala qartal bir gün zirvədəki yuva-

sından uçub dost axtarışına çıxdı. Xeyli 

yol qət etdi, nəhayət, meyvə bağındakı 

alma ağacına qondu. O, ağacdakı qoşa 

yarpaqlı, qıpqırmızı almanı görüb se-

vincək söylədi:

- Axır ki, səni tapdım qanadlı dos-

tum! Nə gözəl qanadların var?

Alma nazla qartala baxıb dedi:

- Bunlar, qanad deyil, yarpaqlarım-

dır. Düzdür, qanadlara bənzəyir, amma 

mən uça bilmirəm. Bütün yarpaqlar, 

budaqlar ağacların qol-qanadıdır. Bu 

yarpaqlar ətraf mühiti təmiz oksigen-

lə təmin etməyə, insanlara dincəlmək 

üçün kölgə salmağa, yaşıllığımızdan 

zövq almağa xidmət edir.

Almadan qanadlara bənzər yarpaq-

lar haqda faydalı məlumatlar eşidən 

bala qartal, qanadını sinəsinə qoyub 

almanın qarşısında baş əydi:

- Gəl, səninlə dost olaq. Mən bala 

qartalam.

Alma gülümsədi və  elə saplağındaca 

fırlana-fırlana dedi:

- Mən şirin almayam. Meyvə bağın-

dakı bütün meyvələrlə dostam. Amma 

qartal dostum yox idi.

Bala qartal almaya lap həsəd apar-

dı: 


- Şirin alma, sənin nə çox dostların 

var? Amma sən mənim ilk dostumsan.

Dostlar bir xeyli söhbət etdilər. Onlar 

yeni dostluğa çox şad idilər. 

Bala qartalı qarşıda növbəti dostluq-

Elvira Məmmədova

Qanadlı dostlar



13

lar gözləyirdi. O, alma ilə sağollaşıb sevinə-se-

vinə uçub getdi. Alma ağacının yarpaqları və 

budaqları bala qartala əl elədi. 

Dost tapmaq üçün bala qartal çox uzaqlara 

uçdu və gəlib, böyük, ucsuz-bucaqsız, qoynu  

səma kimi mavi, dalğaları bulud kimi ağappaq 

okeanın sahilinə çatdı. Okeanın sahili bir tərəf-

dən meşə, digər tərəfdən sıldırım qayalarla 

əhatələnmişdi. Bala qartal sıldırım qayaya qo-

nub həyatında ilk dəfə gördüyü mavi gözəlliyi 

iti gözləri ilə seyr etməyə başladı. Okeandan 

əsən meh bala qartalın ipək kimi tüklərinə 

anası tək nəvazişlə sığal çəkirdi. Bala qartal 

qanadlarını açıb səmada, okeanın üzərində qıy 

vuraraq doyunca süzdü. Sonra yenə qayaya 

qonub məğrur duruşu ilə gözlərini sanki oke-

anın bitdiyi üfüqə zillədi. Birdən üfüqdə qara 

bir nöqtənin sahilə doğru, ona tərəf gəldiyini 

gördü. Qara nöqtə getdikcə böyüyür, böyüdük-

cə ağappaq yelkənlər aydın görünürdü.

Böyük, ağ yelkənli gəmi küləyin nəfəsi ilə 

okean sularını yara-yara sahilə çatdı. Bala 

qartal gəminin ətrafına dolandı. Ən hündür 

yelkən dirəklərindən birinə qonub gəmini sa-

lamladı. Gəmi bala qartalı gülərüzlə qarşıladı. 

Bala qartal ağ yelkənli gəmiyə öz dostluğunu 

təklif etdi:

- Mən ilk dəfədir ki, belə iri qanadlar gö-

rürəm. İstərdim ki, mənim dostum olasan.

Gəmi gülümsəyərək cavab verdi:

- Qanad dediyin yelkənlərimdir. Bala qartal, 

mən bu iri yelkənlərimin köməyi ilə səyahət 

edərkən saysız-hesabsız dostlar qazanmışam. 

Dünyanın hər yerində dostlarım var. Adalar, 

yarımadalar, kitlər, balinalar...



Ardı var...


B

u faciənin tarixi çox qədimlərə getmir. 25 ildir ki, törə-

dilib. Amma özündə 25 əsrin acısını-ağrısını yaşadır. 25

əsrin görmədiyi faciədir Xocalı faciəsi. Bir şəhərin yer-

lə-yeksan edilib, bir xalqın soyunu-kökünü yer üzündən silmək

məqsədilə həyata keçirilən qanlı qətliamdır Xocalı qətliamı. Fevra-

lın 26-da biz dərin hüznlə onu anacağıq. Xocalını... Yer üzünün ən

bədbəxt şəhərini, yer üzünün ən talesiz xocalılılarını...

QAN DAMIR

«XOCALI» SÖZÜNDƏN

…Yenə Xocalı faciəsinin 

növbəti ildönümü.

müsibətimizin 

şəkilləri sərgilənir,

dərdimiz təzələnir,

könlümüz güllələnir…

«Xocalı» sözündən qan damır

içimizə…

Əsəblərimiz gərilir,

yumruqlarımız düyünlənir,

itirdiklərimiz,

atamızın şəhid olması

belə bizə adi gəlir

Xocalı yarasının ağrısını

hiss edincə…

Torpağımıza yağan qarı

qanımıza boyadılar…

«Torpaqlarımız geri qayıdacaq», ‒

deməyin,


«Qanımızı düşməndən alacağıq, 

mütləq almalıyıq», ‒

söyləyin…

Heydərov Heydər

Salmanova Şölə

Məmmədov Eldar

Həsənəliyeva Gülər



QARĞIŞ

…Novruz tonqalından

atlana bilmədi

Xocalı uşaqları,

qaldı yağı əlində…

Ay zalım düşmən,

səni odda yanasan, 

suda batasan,

çörəyimiz tutsun səni ‒

boğulasan!

Daşın daş üstə qalmasın heç!

Bu əziz, kövrək günümdə,

Qarğışım tutsun səni!

Mina RƏŞİD

XOCALI

Xocalı qan ağlayır,

Ürəyimi dağlayır.

Gözlərim dolur yaşla,

Qəm könlümü oxlayır.

Amma biz ağlamaqla, 

Bu dərd sağalan deyil.

Xocalını almasaq, 

Bir də doğulan deyil.

XOCALI

Ağappaq qar üstünə,

Qanı çilənmiş balam.

Gün görməmiş gözləri,

Aman… tökülmüş balam.

Anası  saçlarından,

Göydən asılı qalmış.

Atası «VƏTƏN», - deyə,

Düz ağzından vurulmuş.

Babası  buz heykəli,

Torpaq üstə yıxılmış.

Nənəsi  havalanıb,

Dili-ağzı tutulmuş.

Bacısı, qardaşları,

Qıyma-qıyma doğranmış.

Utansın belə dünya,

Zülmü artıq ağ olmuş.

Bir oba – bir məzarlıq,

Bütün nəsil qırılmış.

«UNUTQANIQ», - deməkdən

Daha dilim yorulmuş…

Biz unutqan olsaq da,

Tarix bunu unutmaz.

Türkün əzəl düşməni,

Türkə heç vaxt dost olmaz 

Türkə heç vaxt dost olmaz…



Rəhimli Nuriyə

Mirzəliyev Cavid

Əliyev Pərviz

Əliyeva Mələkxanım

Atakişiyev Qurban


Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə