Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
1   2   3   4   5   6   7   8

16

O özü-özünü əmin etdi ki, Abilin mütləq gəlib 

onu tapacaq. Sadəcə, səbrlə gözləməlidir.

Abilinin məktəbdən gəlməyini necə gözləyir-

di, bax elə. Özümü elə göstərməliyəm ki, Misir 

küçlərindən birindəki evdə, pəncərənin önündə 

oturub gözlərimi saata zilləmişəm – kiçik əqrəb 

üçə yaxınlaşır, böyük isə on ikiyə. Heyif ki, mənim 

saatım yoxdur və vaxtın necə ötdüyünə nəzarət edə 

bilmirəm. Əslində, bu o qədər də vacib deyil. Əsas 

odur ki, Abilin gələcək, özü də çox yaxın günlərin 

birində.


Saatlar, günlər, həftələr, aylar ötürdü. 

Abilin isə gəlmirdi ki, gəlmirdi.

      Və işsiz-gücsüz Edvard da düşünürdü. O, 

ulduzlar haqqında düşünür və elə fərz edirdi ki, ul-

duzları öz yataq otağının pəncərəsindən seyr edir. 

Maraqlıdır, onlar necə də parlaq işıq saçır. Görəsən, 

Dovøan 

Edvardın 



qeyri-adi 

sÿyahÿti


Keyt Di Kamillo

Yeddinci hisssə


17

onlar kimin üçün belə parıldayırlar. Heç vaxt 

ulduzlardan belə uzaq olmamışdı. 

Onun düşündükləri sırasında cadugər 

qadının donuza çevirdiyi şahzadə də vardı. 

Bax elə buradaca Edvard Peleqrinanı xatırla-

dı. Hətta ona elə gəldi ki, başına gələnlərdə 

Peleqrinanın da günahı böyükdür. Elə bil 

onu okeanın dibinə oğlanlar deyil, Peleqrina 

tullamışdı. Peleqrina öz danışdığı nağıldakı 

cadugərə bənzəyirdi. Bənzəmək nədir, o elə 

əməlli-başlı cadugərdir ki, durub. Edvardı 

donuza çevirə bilmədisə də, amma necə 

lazımdır cəzalandırdı. 

Tufan Edvardın okean dibində olduğu iki 

yüz doxsan yeddinci gündə başladı. Tufa-

nın qaldırdığı vəhşi dalğalar onu yerindən 

tərpətdi, saman çöpü 

kimi çalxaladı, yellədi, 

suyun altına-üstünə 

çırpdı.

– Kömək ediiiiiin!



O bir dəfə suyun 

lap üst qatına sıçradı. 

Bu çox ani oldu, amma 

buna baxmayaraq, Ed-

vardın boynuna-boğa-

zına hava dəydi, qulaq-

larına küləyin uğultusu 

gəldi. Və Edvard macal 

tapıb onu düşündü ki, 

qədər tufan, qasırğa 

olsa belə, hava sudan 

qat-qat yaxşıdır. Qəfildən hava sakitləşdi. 

Küləyin səsi kəsildi. Və Edvard hiss etdi ki, 

yavaş-yavaş suyun dibinə gedir. 

– Kömək ediiiiiin! Kömək ediiiiiin! Mən 

yenidən suyun dibinə düşmək istəmirəm. Nə 

olar, kimsə mənə kömək etsin!

Amma o get-gedə daha dərinə düşürdü. 

Qəfildən çox böyük balıqçı toru dovşanı 

caynağına keçirdi və onu çəkib suyun üzünə 

çıxartmağa başladı. Tor qalxdıqca qalxdı 

və qəflətən Edvardın gözləri gün işığından 

qamaşdı. O havaya qalxdı və torun içindəki 

balıqlarla birlikdə göyərtəyə endi. 

– Aaaa... Bu nədir belə? Baxın... – hansısa 

bir səs dedi.

– Hmm... Maraqlıdır. Balıq deyil, – deyə 

başqa biri dilləndi. 

Edvard günəşə elə yadırğamışdı ki, ətraf-

da heç nəyi görmürdü. Təsvirlər tədricən 

aydınlaşdı. Gözünə əvvəlcə insanların bə-

dənləri göründü, xeyli sonra sifətləri ayırd 

edə bildi. Və başa düşdü ki, göyərtədə iki 

nəfər var – cavan və qoca.

– Deyəsən oyuncaqdır, – ağsaçlı qoca dedi. 

O Edvardın qabaq pəncələrindən tutub qal-

dırdı. Diqqətlə baxdı. – Düz tapmışıq, dovşan-

dır. Bax, bığları da var, bu da qulaqları. Əsil 

dovşan qulağı...  Dimdik... Daha doğrusu, bir 

vaxtlar yəqin ki, dik dayanıb. 

– Hə, qulaqları uzundur.

– Aparım bunu evə. Verim Nelliyə. Qoy əl 

gəzdirsin, yusun təmiz-

ləsin, qaydaya salsın 

əynini-başını. Sonra 

bağışlayarıq hansısa bir 

uşağa. 

Qoca Edvardı üzü 



dənizə oturtdu ki, o 

mavi sulara baxa bilsin. 

Edvard isə dənizdən 

elə bezmişdi ki, heç ona 

gözünün ucuyla belə 

baxmaq istəmirdi. 

Hə sən hələlik bur-

da otur, – qoca dedi. 

Onlar yavaş-yavaş 

sahilə yaxınlaşırdılar. 

Edvar hiss edirdi ki, günəş artıq onu quru-

dur, xəfif külək qulaqlarında qalan  tükləri 

titrədir və qəfildən hansısa bir hiss qəlbini 

doldurdu, çox qəribə, əsrarəngiz bir sevinc..

O xoşbəxt idi. Yaşadığı üçün…

Bunu qoca balıqçı hiss etdi. 

– Sən bu şələqulağa bax... görünür ki, çox 

xoşbəxtdir, düzdür?

– Düz tapmısız, – oğlan dilləndi.

Edvard Tüleyn o qədər xoşbəxt idi ki, 

yanındakıların onun qulaqları haqda dedik-

lərini heç vecinə də almadı.



Ardı var...

Rus dilindən çevirdi: Sevinc Nuruqızı


Göy qurşağı

18

200


 

ildən artıq bir müd-

dətdir ki alpaka insan 

övladı ilə çiyin-çiyinə ya-

şayır. Qədim inklər bizim eradan təxminən 

500 il əvvəldən alpakanı əhliləşdirmişlər. 

Məqsəd onun ətindən, südündən və yunundan 

istifadə etmək olmuşdur. Hətta alpakanın peyini 

də inklərin yurd yerlərini qızdırmaq məqsədilə istifadə 

edilmişdir. Alpaka “inklərin qızılı” adını təsadüfən almamışdır. Qədim hind-

lilər də alpakaları eyni məhəbbətlə sevmişlər. 

Alpaka yunu yunlar şahıdır, desəm, yəqin ki, etiraz edən 

olmaz. Qoyun yunundan yüngül, dəvə yunundan isti və 

rəngarəng... Təsadüfən demədim rəngarəng sözünü. 

Alpaka yununun 24 rəng çaları var. Qədim inklərdə 

Alpaka yunundan hazırlanmış geyimi yalnız hökm-

darlar geyinərdi. Alpaka yunu bədəni qaşındırmır, 

ona rahatlıq verir. Bu yundan hazırlanmış geyimdə 

olan insan ətirdən istifadə etməsə də olar. Çünki 

yunun ən bahalı fransız ətirlərindən də gözəl ətri 

var.

Ay yazıq alpaka... İşə bir bax. Sən demə, onun 



qabaq dişləri heç olmayıb. Anadangəlmə. Qidanı 

dodaqları ilə götürüb, ovurdlarına ötürür. Və çeynə-

Alpaka



Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə