Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
1   2   3   4   5   6   7   8

19

yir. Özü də ən çox sevdiyi qida tikanlı ot, qupqu-

ru samandır. O qurmandır. Ən nadir ağacların 

yaşıl zoğları onun sevimli yeməyidir.

Alpaka hər şeyi öyrənməyə can atır, ağıllı, 

xeyirxah və olduqca mədənidir. 

Avropada alpaka böyük hörmətə malikdir. 

Alpakasevərlər klublarında bu heyvanın pərəs-

tişkarları toplanıb. Onlar bir-biri ilə mühüm 

məlumatları bölüşür, bu ekzotik heyvanın 

qidalanması, müalicəsi, bəslənməsi haqqında 

seminarlar keçirir, veterinar tövsiyələrini din-

ləyirlər. 

Yüksək cəmiyyət üzvləri onu saxlamağı 

özlərinə şöhrət hesab edir. Alpakanın nəinki 

əti, südü, yunu qiymətlidir. Bu alicənab canlı ilə 

ünsiyyət çoxlarının çata bilmədiyi müalicə üsu-

ludur. Mehriban və insansevər, həlim xasiyyətli 

alpakalarla dostluq autizmli uşaqların müalicə-

si üçün əvəzedilməzdir. 

Alpakaların iki növü var. Onların hər ikisi-

nin çox şən adı var: Uakaya_və_Suri.'>Uakaya və Suri. Bu alpaka 

qardaşlar və yaxud bacılar, bir-birlərindən 

yununun uzunluğu ilə fərqlənir. Alpakalar əvə-

zedilməz müsiqiçilərdir. O qədər mükəmməl, 

təsvirəgəlməz səs çıxardırlar ki, bu gözəlliyi 

yalnız dinləmək lazımdır. 

Alpaka olduqca zərif canlıdır. Soyuqdan və 

küləkdən qorxur. Elə bu xüsusiyyət onları əla 

sinoptik edə bilmişdir. Onlar yağış və külək 

haqqında hətta sinoptiklərdən də dəqiqliklə 

xəbərdar edə bilirlər.

Onların əcdadı və yaxud ən yaxın qohumu 

dəvədir. Üzdən bir-birinə çox bənzəyirlər. 

Amma boy və xasiyyət çox fərqlidir. Hətta uşaq 

belə alpakanı sevib oxşamaq üçün mütləq diz 

üstə oturmalıdır. Bir də onlarda heç də dəvə 

kini yoxdur. Onların qəlbində böyük bir sevgi 

var...  

Uakaya

Suri



20

Yağış haqqında şeir yazdım... Sonra istədim 

ki, onun haqqında sənə bir az daha ətraflı danı-

şım. Deyim, sən də biləsən ki, yağış təkcə bizim 

planetdə yağmır. Başqa planetlərdə də yağır. 

Təbii ki, hər planetin yağışı eyni olmur. Məsələn, 

Venerada yağış şəklində yağan sulfat turşusudur, 

Saturn planetinin nəhəng peyki Titanda  metan 

yağışları, Saturn planetinin özündə isə almaz 

yağışları yağır. Bəli, bəli, düz eşitdin... Parça-par-

ça almazlar ələnir. Parlaq-parlaq... Bərq vura-vu-

ra... Hər il ərzində 1000 ton almaz yağır. Marsda 

quru buz, Yupiterdə helium, Günəşdə isə qaynar 

plazma... Deyirəm ki, nə yaxşı ki, Yerdə yaşayırıq. 

Rahat, sevimli, gülümsəyən Yer planetində. Biz 

insanlar bir-birimizin başına güllə yağışları yağ-

dırmasaq, Yerin ilıq, nəğməli, səmimi yağışları 

canımızı ağrıtmaz... Mehriban Yerimizə nə yağır, 

necə yağır, nə vaxt yağır, hansı rəngdə yağır, nə 

ətri verir?! Gəl, bütün bunlar haqqında danışaq...

  Bizdə su yağır. Tərkibi içdiyimiz sudan bir 

qədər fərqli olsa da, hər halda yağan sudur. Bu 

suyun nə cür yağmasından asılı olaraq adı dəyi-

şir. Toz kimi yağan yağış – çiskin, asta-asta yağan 

– narın, bərk yağan –  leysan. Bəs çobanaldadan? 

Hə... Günəşli gündə iri damcılar şəklində qəfil 

yağıb kəsən yağış “çobanaldadan”dır. Yəni ki, 

yağışdan qorxan çoban sürünü yığıb aparır evə 

və elə o saat da yağış kəsir... 

Və hər yağan yağışdan sonra da sinədolusu 

yağış ətri.

Ay can, ay can, yağır yağış

Ça, ça, ça, çıp, çıp, çıp, ğış, ğış, ğış...

Paltarım yaş, saçlarım yaş

Yanaqlarım naxış-naxış.

Nəğmə deyir çiçəklərə

Gah həzin, gah gur tökülür.

Hər çiçəyin ləçəyinə

Damcı-damcı nur bükülür...



Ətirli yağışlar, əsasən, quraq vaxtlarda yağan 

yağışlardır. Onlar torpaq ətri, çiçək ətri verir. 

Bəzən deyirlər ki, uzun müddət yağış yağmayan-

da çiçəklərin ətri torpağa hopur. Sonra yağışdan 

islanmış torpaq ətir saçır. Yağışdan sonra havada 

olan ətir Petriçor (yunan dilindən tərcümədə 

petra – daş, ichor – yunan mifologiyasında tan-

rıların damarlarında axan qan) adlanır. Bu ətirə 

görə biz geosmin adlı birləşməyə minnətdar 

olmalıyıq. Geosmin streptomitsin və göy-yaşıl 

yosunların fəaliyyətindən yaranan birləşmədir... 

Yağış haqqında o qədər maraqlı və qeyri-adi 

faktlar var ki... Göydən balıq, qurbağa, soxulcan 

ələyən yağışlar, qırmızı, yaşıl, süd rəngli yağış-

lar və s. Bütün bunlar yağışı xarakterizə edən 

məqamlar deyil. Tufan, qasırğa ilə gələn yağışlar 

yeri-göyü alt-üst edə, dənizin, çayın, torpağın 

içində olanları sovurub göyə qaldıra və yerə 

ələyə bilər. Və yaxud atmosferdə olan müxtəlif 

maddələrin təsirindən qırmızı, yaşıl, süd rəngli 

yağışlar yağa bilər. Hətta kimsə quru yağışa düş-

düyünü desə, başqa biri təəccüblənər. Quru da 

yağış olar? Olar, dost, olar. Səhrada quru yağışlar 

yağır. İstinin təsirindən yağış damçıları yerə düş-

məmiş buxarlanır və yağış quru yağır.  

   Hər gün radio və televiziya kanallarında 

eşitdiyimiz hava haqqında məlumatın yaranma-

sına səbəb də məhz yağışdır. Bir radiostansiya 

sahibi leysana düşüb və bundan sonra qərara 

gəlib ki, hər gün insanlara hava haqqında məlu-

mat vermək üçün radio proqramı olmalıdır.

    Sən yəqin ki, hər gün hava haqqında məlu-

matı dinləyirsən. Hidrodrometeroloq dilini bi-

lirsənmi? Bilmirsənsə, bir-neçə sirri açım. Əgər 

sinoptiklər “qısamüddətli yağış” deyirsə, deməli, 

yağış 3 saatdan artıq yağmayacaq, əgər “yağmur-

lu olacaq” deyirsə, deməli, yağış ən azı yarım gün 

yağacaq. Əgər “hava yağmursuz olacaq” deyirsə, 

bu o demək deyil ki, yağış yağmayacaq. Yağa 

bilər, amma hər kvadrat metrə 0,3 litrdən artıq 

olmamaq şərtilə. 

Bəs yağış-təqvim barədə sənə bir söz deyən 

olmayıb ki?! Olmayıbsa, mən deyim. Oqayo ştatı-

nın Uaynsberq şəhərciyində yağış artıq təqvimə 

çevrilib. Çünki 100 illər boyu hər il iyulun 29-u 

bu şəhərə yağış yağır. Və artıq insanlar ya-

ğış-təqvimə əsasən bilirlər ki, iyulun 29-udur. 

Yer üzünün ən yağışlı şəhəri – Çarapundjadır. 

Para şəhərinin yağışları isə yağışa yağış-saat 

titulunu qazandırıb. Bu şəhərin sakinləri saatla-

rını yağışa görə qururlar. Çünki leysan yağışlar 

hər gün eyni vaxtda yağır. Uqanda sakinlərini isə 

heç bir gurultu ilə qorxutmaq olmaz. Çünki ilin 

250 günü bura şimşəklə müşayiət olunan yağış-

lar yağır.

Sonda yağış haqqında bütün zamanların ən 

gözəl şeirini yadımıza salaq. Mikayıl Müşviq 

“Yağış”:


Yağış yağır, rəqs еyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Göydə iкi qara bulud çatılaraq,

İldırımlar şaqqıldayır şaraq-şaraq.

Quşlar uçur yuvasına pırıl-pırıl,

Şırıldayır navalçalar şırıl-şırıl...



21


Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə