Jurnalist Araşdırmaları üzrə Xədicə İsmayılova Təqaüd Proqramı Jurnalist Araşdırmaları



Yüklə 10,53 Kb.
tarix17.11.2017
ölçüsü10,53 Kb.

Jurnalist Araşdırmaları üzrə Xədicə İsmayılova Təqaüd Proqramı

 

 



Jurnalist Araşdırmaları üzrə Xədicə İsmayılova Təqaüd Proqramı 2014-cü il dekabrın 5-də hakim dairələrin susdurmaq məqsədilə həbs edərək 7,5 il müddətinə azadlıqdan məhrum etdiyi, çoxsaylı mükafatlara layiq görülmüş azərbaycanlı jurnalist Xədicə İsmayılovaya həsr olunub.

 

Proqramın məqsədi Xədicə İsmayılovanın səsinin eşidilməsi, onun qanunun aliliyi əsasında idarə olunan açıq cəmiyyətin qurulmasında jurnalistika alətlərindən istifadə sahəsində gördüyü işlərin davamını təmin etməkdir. Proqram Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) ilə Azad Avropa/Azadlıq Radiosu tərəfindən dəstəklənir.



 

Proqramın təsviri

Təqaüd Proqramı Azad Avropa/Azadlıq Rasiosunun yayımlandığı regionda hakimiyyətdə olan və korrupsiyaya bulaşmış şəxslər barəsində tədqiqat jurnalistikası layihələrini dəstəkləyəcək. 

 

Təqaüd Proqramının davam edəcəyi 7 ay müddətində Təqaüdçü Azad Avropa/Azadlıq Radiosunun müvafiq bürosunda yerləşdiriləcək və müasir qərb jurnalistika praktikası üzrə təlim almaq və tədqiqat aparmaq üçün Radionun Praqadakı baş qərargahına səfər edəcək. Ona Mütəşəkkil Conayətkarlıq və Korrupsiya Jurnalistikası Layihəsi, habelə digər tərəfdaşlar tərəfindən tədqiqat texnikası üzrə xüsusi təlim və əlavə peşəkar dəstək veriləcək.



 

Təqaüd xüsusi bir tədqiqat materialının hazırlanması, yaxud da artıq başlanmış bir tədqiqat layihəsini inkişaf etdirmək üçün istifadə edilə bilər. İşin müəyyən hissəsi Azad Avropa/Azadlıq Radiosu tərəfindən dərc edilmək üçün Təqaüd Proqramını sonuna qədər başa çatdırılmalıdır.

 

Təqaüdçülər Təqaüd proqramında iştirak etmək üçün bütün zəruri sənədlər, proqram müddətində Praqaya ikitərəfli təyyarə bileti, yaşayış yeri, sığorta və təqaüdlə təmin ediləcəklər. Tədqiqat məqsədilə əlavə vəsait də təqdim edilə bilər.



 

Seçim qaydaları

Təqaüd müsabiqə əsasında Azad Avropa/Azadlıq Radiosunun verilişlər yaydığı ölkələrdən birinin vətəndaşı olan və jurnalistika sahəsində çalışan bir namizədə təqdim ediləcək. Bu ölkələr aşağıdakılardır:


Azərbaycan, Belarus, Bosniya-Herseqovina, 
Ermənistan, Əfqanıstan, Gürcüstan
İran, Kosovo, Makedoniya,
Moldova, Monteneqro, Özbəkistan
Pakistan, Qazaxıstan, Qırğızıstan, 
Rusiya Federasiyası, Serbiya, Tacikistan,
 Türkmənistan və Ukrayna.

 

Uğurlu namizəd jurnalist araşdırması sahəsində təcrübəsi olduğunu nümayiş etdirməli, orijinal tədqiqat layihəsini tamamlamaq qabiliyyətinə malik olduğunu sübut etməli, Azad Avropa/Azadlıq Radiosunun verilişlər yaydığı ölkələrdə maraqlı olacaq tədqiqat materialının layihəsini təqdim etməlidir. İngilis dilini peşəkar səviyyədə bilmək zəruridir. Lazm olan sənədləri buradan tapa bilərsiniz.



 

Müddət

Sənədlərin qəbulu üçün son tarix: 2016-cı il, 1 fevral.



Seçilmiş təqaüdçülərin adları elanı: 2016-cı il, 19 fevral.

Proqramın dövrü: 1 may – 30 noyabr 2016


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə