JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

30
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
GÖRÜNTÜ PLANLARININ MƏZMUN ÇEŞİDLƏRİ
III BÖLÜM
GÖRÜNTÜ PLANLARININ MƏZMUN ÇEŞİDLƏRİ
Birinci plan, köklənti planı. Bu plandan məqsəd ilk 
növbədə tamaşaçının diqqətini çəkmək, adından 
göründüyü kimi, onu hadisəyə kökləməkdir. 
Tamaşaçıların əksəriyyəti televiziyaya (özəlliklə 
telexəbər  proqramlarına) adi otaq işığında, səs-
küylü qonaq otağında və ya mətbəxdə baxır. Onların 
diqqətini çəkmək üçün süjetiniz canlı, maraqlı və 
rəngarəng görüntüylə başlanmalıdır. Özəlliklə isti 
xəbərin ilk görüntüsü köklənti planından başlanır.
Köklənti planı deyərkən olay yerində çəkilmiş dəqiq və 
statik görüntü planı nəzərdə tutulur. Bu plan hadisənin 
harada baş verməsini anladır, hadisə yerindəki fərqli 
obyektlər arasında qarşılıqlı əlaqəni aydınlaşdırmaqda 
və hadisənin miqyası barədə təsəvvür yaratmaqda 
tamaşaçıya yardım edir. Həmin plan reportyorun vaxt 
itirmədən birbaşa hadisədən söz açmasına da imkan 
yaradır. Adətən köklənti planı ümumi planda çəkilir. 
Məsələn, süjet aviaqəzadan bəhs edirsə, onda belə 
plana qəzaya uğramış təyyarənin özü, eləcə də hadisə 
yerinin görüntüsü daxil olmalıdır. Köklənti planı olay 
yerindən hazırlanan hər reportajda əksini tapmaya da 
bilər, amma o, bir qayda olaraq, montajı asanlaşdırır. 
Köklənti plan üçün kameraman azı 10 saniyə sürən 
bir kadr çəkməlidir. Süjet olay yerində stəndapdan 
başlayırsa, stəndapın birinci planı da köklənti planı 
sayıldığından o, eyni funksiyanı yerinə yetirməlidir. 
Önəmli açar planlar. Söhbət, sadəcə, diqqət çəkmək 
üçün reportajın başlanğıcında istifadə edilən plan-
dan deyil, olay barədə təsəvvür yaradan görüntü 
planından gedir. Bu plan televiziya tamaşaçılarında 
dərin təəssürat oyatmalı, onlar verilişə baxandan 
sonra da həmin planı yadda saxlamalıdırlar. Açar 
kadrlar, qaydaya görə, iri planda çəkilir. Tutalım, çayın 
quruyub-dayazlaşması haqqında reportaj hazırlanırsa, 
çayda çimənlərin ayaqları suda iri planda – topuğadək 
göstərilir. Reportaj bir yanğın haqqındadırsa, o zaman 
yanan binanın pəncərəsindən çıxan və iri planda 
göstərilən alov dilimləri açar plan sayılacaq. Baş verən 
olayı izləyən şahidlərin həyəcan dolu üzlərinin iri 
planda verilməsi insanlarda həmişə dərin təsir buraxır. 
Yanğın şahidlərinin gərgin simalarının iri planda 
diqqətə yetirilməsi montajın gedişində olayın ciddili-
yini ayrıca vurğulamağa imkan yaradır. 
Jurnalist hadisə yerində əsas məqamları dəqiq 
müəyyənləşdirməli, tamaşaçının diqqətini çəkmək 
üçün hansı görüntünü seçib-götürəcəyini bilməli və 
kameramandan o görüntüləri iri planda çəkməsini 
xahiş etməlidir.      
Ara plan. Bu plandan vaxta qənaət məqsədilə 
istifadə olunur. Aramsız və ya uzun-uzadı görüntülər 
tamaşaçını çox yorur. Montaj üçün görüntüləri 
qısaltmaq, fərqli plan və rakursda çəkilən kadr-
lar lazımdır. Bir misal: tutalım, küçəni keçən insanı 
göstərmək gərəkdir. Bu prosesin fasiləsiz çəkilişi 
və göstərilməsi 30 saniyə vaxt apara bilər. Ancaq 
ara planlardan istifadə olunarsa, bu 10 saniyəyə 
çəkilə bilər. Birinci kadrda insanın küçə keçməyə 
başladığı anı veririk -4 san. İkinci kadrda işıqforun iri 
planından faydalanırıq -3 san. Nəhayət, 3-cü kadrda 
insanın küçəni keçib qurtardığını, ayağını qarşı səkiyə 
qoymasını göstəmək olar - 3 san. Beləcə, fasiləsiz 
çəkiliş zamanı yarım dəqiqəyə başa gələn küçəkeçmə 
prosesini 10 saniyədə göstərə biləcəyik. Bu prosesi 
sanki kəsən, iri planda verilən işıqfor görüntüsü ara 
plandır. Küçəni keçən insanın iri planda göstərilən 
ayaqları da ara plandır. Düzdür, bu zaman hərəkəti 
eyni ardıcıllıqda vermək – sinxronlaşdırmaq elə də 
asan deyil. Məsələn,  birinci kadrın sonunda insanın 
sağ ayağını səkiyə necə qoyduğunu görürüksə, onda 
ikinci kadrda onun sol ayağının da eyni vəziyyətini 
görməliyik ki, hərəkətin aramsızlığı qorunsun. Deməli, 
hərəkətin fasiləsizliyini təmin etmək üçün çəkiliş 
zamanı reportyor diqqət yetirməlidir ki, kameraman bir 
neçə ara plan çəksin. 
Hadisə yeri barədə təsəvvür yaradan detallar 
(ayrıntılar). Hadisə yerindən iri və orta planda çəkilən 
bəzi görüntülər olayın baş verdiyi məkan barədə 
təsəvvür yarada və hətta hər hansı dəyərli məlumatı 
çatdıra bilər. Divara vurulmuş lövhələrdə küçə və 
təşkilatların adı özü-özlüyündə şərhə ehtiyac qoymur. 
Önəmli görüntü kimi, olay yerini açıqlayan pano-
ramdan – gəzişmə planından da yararlanmaq olar. 
Məsələn, qasırğanın törətdiyi fəlakəti göstərmək 
gərəkirsə, gəzişmə plan bunun öhdəsindən uğurla 
gəlir. Düzdür, bu zaman xəbərin ritminə və zamanına 
ayrıca diqqət yetirmək, gəzişmə planın uzunluğunu 
nəzarətdə saxlamaq lazım gələcək. Belə planın 


31
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ / 
VİDEOMODUL
VİDEOMODUL
Çəkilişə başlamazdan öncə jurnalistin ona hansı 
videogörüntülərin gərək olduğu barədə, heç ol-
masa, təxmini təsəvvürü olmalıdır. O, bundan ötrü 
çəkilişədək süjetin videocərgəsini beynində bir 
neçə açar elementə ayırmalı, yəni göstərilməsi vacib 
olan başlıca faktları müəyyənləşdirməli və ya bütün 
materialı müxtəlif obyektlərə bölməlidir. 
Bənna kərpici kərpicin üstünə qoyaraq ev tikdiyi kimi 
jurnalist də beynində müxtəlif görüntüləri birləşdirir. 
Jurnalistin bənnaya bənzədilməsinin üstün cəhəti 
odur ki, videogörüntülər qrupu kərpic kimi yığılır. Hər 
kadr (və ya kadrlar qrupu) ayrı-ayrı kərpicə bənzər 
videomoduldur. Bu videomodullar müəyyənləşdirilən 
süjetə uyğun məntiqi ardıcıllıqla toplanır və nəticədə 
videosıra alınır. Videomodulun hər kərpicini uyğun 
şərh elementi tamamlayır. 
Bu, hər hansı epizod üçün gərəkli görüntü seçməyə və 
həmin görüntüləri kərpicdən hörülmüş vahid ikilaylı 
divarda birləşdirməyə kömək edir. Həmin “divar”ın 
təməli videomodulun “kərpicləridir”. Jurnalsit mətninin 
kərpicləri məhz həmin təmələ söykənir. Belə yanaşma 
yetərincə çevik yanaşma sayıla bilər, çünki  hər dəfə 
hər şeyi yenidən başlamadan, səs və videogörüntü 
sıralarını ardıcıl dəyişmə imkanı yaradır. Yəni bir 
“kərpici” digəri ilə dəyişmək imkanı yaranır, yaxud 
bütün videosıraya xələl yetirmədən onların məntiqi 
ardıcıllığını əvəzləmək olur. Belə yanaşma ilkin montajı 
da asanlaşdırır, çünki jurnalist konkret videomodullarla 
– görüntü “kərpicləri” və konkret mətn  parçaları ilə 
işləyir. Sonrakı montaj da (lazım gələrsə) asanlaşır. Axı 
bir neçə kərpicin yerini dəyişmək və ya sayını artırmaq 
divarı hər dəfə yenidən tikməkdən daha asandır.
seçilib-seçilməməsinə kameramanla reportyorun birgə 
məsləhətləşməsi əsasında qərar verilir. Yadda sax-
lamaq lazımdır ki, panoramın məntiqi başlanğıcı olmalı, 
hərəkətsiz görüntüdən başlamalı və hərəkətə son 
verən görüntüylə də bitməlidir. 
Qıfıl plan (və ya yekun kadr) Əgər birinci kadr 
tamaşaçını nə görəcəyinə hazırlayır, kökləyirsə, sonun-
cu kadr onu süjetin məna və əhəmiyyətinə varmağa 
daha bir imkan yaradır. Buna görə də yekun kadr və ya 
qıfıl plan tamaşaçının yaddaşında qalmalıdır. Jurna-
list bu kadrı çəkiliş zamanı tapmalı və kameramana 
bildirməlidir ki, bu yeri ən azı 15-20 saniyə çəksin. Bu 
ondan ötrüdür ki, reportyor süjetin yekun sözünü deyə 
və müəllifin adını çəkə bilsin. Əks təqdirdə o, montaj 
zamanı çəkilmiş materialların içərisində əlverişli yekun 
kadr axtarışına çoxlu vaxt itirəcək. 
Süjet mükəmməl çəkiliş və məntiqli montaja 
söykənmiş kadrlardan qurulmalıdır. Çəkilişin ənənəvi 
ardıcıllığına – uzaq (ümumi), orta, yaxın (iri) planlara 
diqqət süjetin quruluşunu asanlaşdırır. 
Çəkiliş tamamlanınca reportyor və kameraman 
daha bir suala cavab tapmalıdırlar: görüntülər süjeti 
bütövlükdə təsəvvür edilən kimi qurmağa imkan 
verirmi? 
Bu zaman CBS kanalının sabiq prezidenti Pol Uaytın 
bir tövsiyəsi sizə yardımçı ola bilər. O deyirdi: 
“Öncə nə söyləyəcəksinizsə, onu deyin, ardından 
nə söyləmək istəyirsinizsə onu, sonda da məhz nəyi 
söylədinizsə, onu deyin”.
Özünüzə sual verin: “Deyə bildikmi?”


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə