JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   2   3   4   5   6   7   8   9   ...   54

8
I BÖLÜM
TV-NİN ÖZƏLLİKLƏRİ / 
KİNO + RADİO = TELEVİZİYA?
Fərqlərdən biri kimi kinoda hərəkətin, televiziyada isə 
sözün, danışığın aparıcı rol oynaması da vurğulanır. 
Bununla yanaşı,televiziyanın özəllikləri sırasında 
sinkretikliyin, hadisənin baş verdiyi andaca auditori-
yaya çatdırılması və bu kommunikasiya vasitəsinin 
daha üstün kütləviliyə malik olması ön plana  çəkilir. 
“Televiziya tamaşaçısı ilə olay arasında ən kəsə yoldur” 
ifadəsi də məhz bu fikirdən doğur. 
Qeyd etdiyimiz kimi, bu iki kəşfin - kino və radionun 
vəhdətindən yaranmalı olan “sehrli qutu”nun araya-
ərsəyə gəlməsi bir nəfər və bir məkanla bağlı olmayıb. 
Həm eyni, həm də ayrı-ayrı zamanlarda müxtəlif 
ölkələrdə paralel şəkildə alimlər bu ideya üzərində çox 
vaxt da kollektiv şəkildə işləyiblər. Az qala, dünyanın 
səmtini dəyişən, bir mövzu ətrafına, bir ünvana 
bircə anın içində yüz milyonlarla insanın diqqətini 
yönəltməyi bacaran, gündəmin hədəfini təyin etmək 
gücündə olan bu “sehrli qutu”nun mahiyyəti, əslində, 
olduqca sadədir.
Qədim yunancadan (tele-uzaq) və latıncadan (visio-
gör) götürülmüş televisio – televiziya - uzaqgörmə 
səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə 
ötürülməsi və qəbulu üçün rabitə sistemidir. İlk 
televiziya sistemləri mexaniki idi və yalnız təsviri 
göstərirdi. 
Təsvirin məsafəyə ötürülməsi ideyası alman mühəndisi 
Paul Nipkova məxsusdur. İlk dəfə Nibkov bu ideyanın 
mümkünlüyünü nəzəri olaraq irəli sürüb və 1866-cı 
ildə ideyasını patentləşdirib. Lakin o vaxt insanların 
düşüncə səviyyəsi belə bir ideyanın qəbuluna hələ tam 
hazır deyildi. 1873-cü ildə Smit tərəfindən icad edilən 
fotoeffekt televiziyanın kəşfi yolunda növbəti uğurlu 
addım oldu. Bu kəşfdən ruhlanan Nipkov ideyasını 
gerçəyə çevirmək üçün daha bir addım atdı. O, 1884-
cü ildə skanlaşdırılan diski ixtira etdi. 1906-cı ildə M. 
Dikman, K.Ferdinanda və Q.Olage təsvirin ötürülməsi 
üçün Braunun kəşf etdiyi enerji mərkəzini – ekranı 
təkmilləşdirdilər.
Əksər mənbələrdə elektron televizor patentinin 
məhz Boris Rozinqə məxsus olduğu qeyd olunur. İlk 
hərəkətsiz təsvir yayımı məhz 1911-ci ildə bu alimin 
adı ilə bağlansa da, əsas ixtiraçı kimi şotland mühəndis 
Con Logi Berd göstərilir. Bu isə təsadüfi deyildi. Lap 
uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən 
generator quraşdıraraq Şotlandiyanın Helesburq 
şəhərində gecə işığı yanan ilk evin sakini məhz Berd 
olmuşdu.
1898-ci ildə anadan olan gələcək ixtiraçı 12 yaşında 
ikən evdə balaca bir “telefon stansiyası” qurmuşdu 
ki, bu da ona evdən kənarda dostlarıyla telefonla 
danışmaq imkanı verirdi. Berdin növbəti fantaziyası, 
axır ki,  ilk televizorun gerçək simasını müəyyən etdi: 
1925-ci ildə o, biskvit qutusu ilə ikinci bir karton qu-
tunu adi tikiş iynəsi ilə birləşdirib, içərisinə avadanlığını 
yerləşdirdi və uzaq məsafəyə ötürülən sifət 
görünüşünü “tutmağı” bacardı. Gənc ixtiraçı, beləliklə,  
1925-ci il iyunun 25-də bu kəşfini patentləşdirdi. 
Qutusuna “televizor” adını qoymaqla, əslində, Berd 
tarixdə öz yerini bir qədər də möhkəmləndirdi. 
1929-cu ildə o, ilk televiziya stansiyasını qurdu. 
Eyni zamanda BBC ilə razılaşma əsasında televiziya 
verilişlərinin hazırlanmasına start verdi. Tezliklə tel-
eviziya bütün dünyaya yayıldı.
Bu qutunun Azərbaycana çatmağına, təbii ki, hələ çox 
vardı. İngiltərədə 1937-ci ildə elektron şüa borulu 
televizorun kəşfi  mexaniki televizoru üstələdi və 
istehsal sürətli inkişafa başladı. BBC 1936-1939-cu 
illərdə  yayımlarını vaxtaşırı davam etdirirdi. ABŞ bu 
texniki nailiyyətə 1939-cu ildən qapı etdirirdi. 50-ci 
illərdə, demək olar ki, əksər amerikalı artıq televiziya 
tamaşaçısı idi. Beləliklə, İkinci Dünya Savaşından 
sonra ABŞ və Qərbi Avropa ölkələrində televiziya 
erası başlandı. Dünyanın ən güclü ikinci ölkəsi sayılan 
SSRİ (keçmiş Sovetlər Birliyi) isə bu texniki nailiyyəti 
1931-ci il aprelin 30-da Moskvada gerçəkləşdirilən ilk 
sınaq verilişində tətbiq etdi. Həmin ilin oktyabrından 
vaxtaşırı verilişlərin yayımına da start verildi.


9
TV-NİN ÖZƏLLİKLƏRİ / 
“GÖSTƏRİR BAKI”
I BÖLÜM
“GÖSTƏRİR BAKI”
Mütəxəssislərin hesablamalarına görə, İkinci Dünya 
Savaşı baş verməsəydi, Azərbaycanda artıq  40-
cı illərin sonlarında televiziya yayımının təşəkkülü 
reallaşa bilərdi. Bir qədər gec olsa da, zaman öz sözünü 
dedi. 1954-cü il sentyabrın 2-də Bakı televiziya 
studiyasının təməl daşı qoyuldu. Studiya ilyarıma 
tikildi və beləliklə, 1956-cı il fevralın 14-ü Azərbaycan 
televiziyasının yaranma tarixinə çevrildi. İlk veriliş 
günü ekranda əvvəlcə sınaq cədvəli göstərildi, 
sonra o vaxt çox gənc olan gözəl aktrisamız Nəcibə 
Məlikova kadrda görünərək: “Diqqət! Göstərir Bakı”, 
- dedi və Azərbaycanda aramsız yayımın başlanması 
münasibətilə tamaşaçıları təbrik etdi.  Bunun necə bir 
şərəfli tarixi an olduğunu Nəcibə xanım illər  sonra 
mətbuata verdiyi müsahibələrində xatırlayacaqdı. 
İnsanların  dünyagörüşündə, təsəvvüründə yeni bir 
mərhələnin ilk siması kimi əbədiləşmək, “televiziya” 
müjdəsini gətirən  qaranquş olmaq hər kəsə nəsib olan 
şans deyil. 
Nəcibə xanımın tarixi təbrikindən sonra kibrit qu-
tusundan bir az böyük olan ekranda “Bəxtiyar” filmi 
yayımlandı. Milli televiziya tariximizin ilk günündə 
kamera arxasında  Sərvər Quliyev, rejissor pultu 
arxasında Kamil Rüstəmbəyov olub. Bu, Güney Qafqaz 
və Orta Asiya Respublikaları arasında ilk televiziya 
studiyası idi. 
Bütövlükdə götürsək,  Azərbaycanda teleyayım bir 
çox ölkələrlə müqayisədə daha tez yaranıb (məsələn, 
Türkiyədən 12 il öncə). Maraqlı faktdır ki, həmin gün 
teleqüllənin inşası hələ tamamlanmamışdı, ona görə də 
14 fevral 1956-cı ildə yayım 44 metrlik neft buruğuna 
bağlanmış studiya ötürücüsü ilə başladı. Məhz bu 
səbəbdən ilk teletamaşaçılar həmin gün “Bəxtiyar” 
filmini, unudulmaz sənətkarımız Rəşid Behbudovu, 
sadəcə, seyr etmiş, dinləyə bilməmişdilər. Film səssiz 
yayımlanmışdı. O gündən milli televiziyamız 2 saat 
olmaqla, həftədə iki dəfə tamaşaçılarla görüşə gəldi.
Bir ildən sonra hündürlüyü 180 
metr olan teleqüllə işə başladı. 
Bununla da yayımın keyfiyyəti 
və həftəlik efir müddəti artdı: 
70-ci illərdən 10, daha sonra 18 
saat, 2005-ci ildənsə fasiləsiz 
yayıma keçildi.
Azərbaycan tamaşaçısının 
ekrandan gördüyü ilk sima – 
aktrisa Nəcibə Məlikova.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə