JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   2   3   4   5   6   7   8   9   ...   54

11
TV-NİN ÖZƏLLİKLƏRİ / 
“QUTU”YA DİL VERƏNLƏR – TELEJURNALİSTLƏR
I BÖLÜM
“QUTU”YA DİL VERƏNLƏR – TELEJURNALİSTLƏR
Teletamaşaçının televiziyaya bağlılığı nə qədər azalsa 
da, ingilis yazıçısı, alim, futuroloq və ixtiraçı Artur Çarlz 
Klarkın vaxtilə  dediyi sözlər hələ də aktuallığını qoru-
yub: “Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə 
yazacaqlar: “Allahlar məhv etmək istədiklərinə əvvəlcə 
televizor bağışlayacaqlar. Biz qurub-yaradan deyil, 
seyrçi nəslə çevrilirik”. Televizyanın yarandığı ilk illərdə 
onun səmərəli, eyni zamanda zərərli olması haqqında 
paradoksal fikirlər tənqidçi və nəzəriyyəçilərin diqqət 
mərkəzində idi. Tənqidçilərin televiziyanın ünvanına 
söylədiyi ən böyük ittihamlardan biri, təxminən, belə 
idi: insanları asanlıqla, heç bir əngəlsiz ən müxtəlif və 
ən kütləvi olayların şahidinə çevirən televiziya onları 
fəal iştirakçıdan tənbəl seyrçiyə döndərir. Axşamlar 
küçələr canlandığı halda, televiziya yaranandan sonra, 
əksinə, boşalır. Hamı evə, sehrli ekranın qarşısına 
tələsir. Əvvəllər maraq üçün pəncərə qarşısına qaçan-
lar indi televiziya önünə keçir. Və bu yeni «pəncərə» 
köhnəsindən kiçik olsa da, sadəcə, küçəyə deyil, geniş 
dünyaya açılır. Bununla belə, pəncərədən baxan insan 
hadisələrdə iştirak etmək üçün bayıra can atırsa, 
televizor qarşısında oturan, əksinə, oturduğu yerdən 
qalxa bilmir. Fransız sosioloqu Mayonun fikrincə, 
Bastiliya qalası alınan zaman televiziya olsaydı, bu 
tarixi hadisə, yəqin ki, baş verməzdi, çünki insanlar 
olaylara qatılmaqdansa, evdə oturub bütün bunları 
izləməyi üstün tutardılar. Bu sözlərlə razılaşanlar da 
vardı, kinayəli yanaşanlar da. Deyilənlərin haqlı və ya 
haqsız olduğunu zaman özü sərgilədi. Bu yöndə təzadlı 
mülahizələri, qızğın müzakirələri bir tərəfə qoyaq 
və həmin yanaşmanın bu günün mənzərəsində nə 
dərəcədə özünü doğrultduğuna nəzər salaq. Durum, 
təxminən, belədir: sosioloqlar, psixoloqlar bu fikri 
bir az da və daha əhatəli şəkildə inkişaf etdirərək bir 
ağızdan deyirlər ki, televiziya getdikcə  insanlarda bir 
çox mənəvi məqamların aşınmasına gətirib çıxarır. 
Bu fikrin iddiaçıları onları haqlı çıxaracaq dəlilləri 
cəmiyyətin özündə axtarırlar. Onlar sosiumda baş 
verən neqativ halları, insanların məişətində müşahidə 
edilən və təəccüblü deyil ki, ümumilikdə, eyniyyət 
təşkil edən  qeyri-ənənəvi hadisələri sübut kimi 
göstərirlər. Yəni buyurun, televiziyanın formalaşdırdığı, 
bizə təklif etdiyi, bəzən də zorla sırıdığı  yaşam tərzi, 
münasibətlər toplusu, yanaşma modelləri budur. 
“Qutunun içindəkilər”in həyatımıza bu dərəcədə nüfuz 
etməsini, yaxşı halda, onların sırf peşəyə və tamaşaçıya 
münasibəti ilə izah etmək olar. Lakin ən pisi  budur ki
hərdən elə təsəvvür yaranır ki, sanki bunlar bilərəkdən 
və planlı şəkildə edilir.  
Bəli, televizyanın yalnız texniki nailiyyət olmadığını, 
onun siyasət, mədəniyyət, mənəviyyat, təhsil, 
tərbiyə, qısası, insan həyatı və fəaliyyəti ilə bağlı 
bütün sferalarda yetərincə ciddi və güclü bir statusa 
layiq olduğunu sübut etmək üçün “telejurnalistlər” 
adlanan bütöv bir ordu iş başında idi.  “Qutunun 
içindəkilər” – bu gün bizim tanıdığımız telejurnalistika 
indiki səviyyəsini əldə etmək, hər birimizin can atdığı 
peşəkar standartları müəyyənləşdirmək üçün xeyli yol 
gəlib.
Bu işin peşəkar və ya qeyri-peşəkar, nə dərəcədə 
etik və zövqlə yerinə yetirilməsi bir ayrı söhbətin 
mövzusudr. Bu məqamların üstündən keçsək, belə 
bir qənaət yaranar ki, jurnalistika həmişə taxtındadır, 
işinin öhdəsindən gəlir və  ictimai institut kimi 
cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə 
yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, toplumun rəy 
və qərarlarına təsir gücünə malik bir mövqedədir. Bu 
mənada mətbuat, radio və televiziya ictimai maraqların 
keşikçisi kimi xarakterizə olunur.
Televiziya, daha təsirli bir media olaraq, cəmiyyəti 
daha kəskin problemlər, ortaq maraqlar ətrafında 
birləşdirir, məişətimizin, asudə vaxtımızın, işgüzar 
həyatımızın fonunu yaradır. Ekran bizi mövcud sosial 
problemlərin müzakirəsinə cəlb edir, çoxmilyonlu au-
ditoriya ilə operativ əks-əlaqə yaradır, bu əlaqələr isə 
ictimai düşüncəni formalaşdırır, cəmiyyətin hərtərəfli 
və ahəngdar inkişafına kömək edir, yaşadığımız dövrlə, 
zəmanə ilə mənəvi əlaqə duyğusu oyadır.
Təbii ki, bu sadaladıqlarımızın hamısı ekrana çıxan 
müxtəlif səpkili verilişlərdə təzahür edir. 
Şübhəsiz ki, televiziyanın uzun illər “sehrli” qalmasında 
onun məhz audiovizuallığının və ən başlıcası, opera-
tivliyinin böyük payı var. Yeni əsr, yeni era və onlarla 
birgə gələn yeni texnologiya jurnalistikanın daha 
çevik, daha sürətli və  daha ilgiçəkər növlərini ortaya 
çıxarsa da, audiovizual dil TV–nin rəqabət gücünü 
qorumaqdadır.


12
I BÖLÜM
TV-NİN ÖZƏLLİKLƏRİ / 
TV: ÖYRƏDİR, YOXSA?..
Mütəxəssislər bu fikirdədirlər ki, televiziyanın audi-
toriyaya mənfi təsiri daha çoх televiziyanın zəngin 
imkanlarından düzgün faydalanmamaqdan irəli 
gəlir. Bütün suç televiziyanın spesifikasında deyil, 
proqramların məzmun və хarakterindədir. Bildiyimiz 
kimi, televiziyanın ən çəkici özəlliyi, ən böyük cazibəsi 
onun əsl həyatı göstərə bilmək imkanındadır.  Jurnalis-
tin şərhi deyil, tamaşaçının gözü qarşısında baş verən 
olay, hadisənin özü maraqlıdır. Və bu, televiziyanın ən 
birinci, eyni zamanda ən dəyərli keyfiyyətidir. 
Televiziyanın vizuallığı, onun ekranlılığı, hər 
şeydən əvvəl, qavrayış şəraitinin və xarakterinin 
müəyyənləşməsinə öz təsirini göstərdi. Məsələn, 
qəzet oxucu ilə qarşılıqlı münasibətdə ona daha çox 
müstəqillik verir. Bu, ilk növbədə, özünü qavrayış 
sürətində və informasiya seçmək sərbəstliyində 
göstərir. Yəni oxucu, lazım gələrsə, eyni mətnin üzərinə 
bir neçə dəfə qayıda bilər. Televiziya isə qavrayış 
qaydasını və sürətini tamaşaçıya özü diqtə edir. Bu 
da faktdır ki, televiziya tamaşaçı diqqətinin həmişə 
bütünlüklə ona yönəldilməsini tələb etmir. Bir sırа 
hallarda tamaşaçılar ekrana əsas məşğuliyyətləri və ya 
söhbətləri fonunda baxırlar. 
Gerçəkliyi əks etdirmək üsuluna və ifadə vasitələrinə 
görə başqa media kanallarından fərqlənən televiziya 
ətraf aləmi görüntü, nitq, təbii səs və yapma-qurama 
səslərin - musiqi səs effektlərinin köməyi ilə ekran-
da canlandırır. Bu vasitələrin hər birinin konkret 
funksiyası var. Söylənən sözlə görüntünün uyarlığına 
əsaslanan televiziya dilində kadr, plan, rakurs, montaj 
kimi elementlər ayrıca yer tutur. Deməli, televiziyanın 
dili, ilk növbədə, görüntünün dilidir. 
Bеləliklə, biz tеlеviziyаnın mаhiyyəti, оnun həm 
müstəqil sənət, həm də jurnаlist yаrаdıcılığının spеsifik 
sаhəsi оlmаsı fikrini аydınlаşdırmаğа çаlışdıq. TV-yə 
xas özəllikləri belə qruplaşdırmaq оlаr:
Hüdudsuzluq – hər yerə yayılmaq və geniş əhatə 
dairəsinə malik olmaq.
Ekranlılıq – yəni məlumatı (gerçəkliyi) hərəkətdə, həm 
də səsli görüntülər şəklində vermək.
Simultanlıq – hadisəni baş verdiyi andа müşahidə 
etmək və göstərmək (və ya həmin anda yazıb sonra 
göstərmək).
Audiovizuallıq – tamaşaçının eyni vaxtda həm görmə, 
həm də eşitmə üzvlərinə təsir göstərmək.
Birtərəflilik - qavrama şəraitinin intimliyi, tamaşaçı ilə 
əlaqənin birtərəfliliyi.
Əlbəttə, televiziyanın spesifikasını şərtləndirən 
başqa özəlliklərdən də danışmaq olar. Amma TV-
nin təbiətinə, onun ifadə vasitələrinə, gerçəkliyi əks 
etdirmə üsullarına və audiovizual dilinə bələd olmaq 
bir jurnalist üçün yetərlidir. 
Deməli, kütləvi informasiya vasitəsi olan televiziyanın 
spesifik cəhətləri dedikdə: 
а) real hərəkətin və bu hərəkətin ekranda “canlı” 
göstərilməsinin simultanlığı (zaman eyniliyi); 
b) ekranın olması, yəni gerçəkliyin hərəkətli eşitmə-görmə 
obrazları formasında əks olunması; 
c) məkan hüdudsuzluğu, yəni televiziya verilişinin eyni 
zamanda qeyri-məhdud sayda teleekranda və konkret 
televiziya stansiya proqramlarının qəbuletmə zonasında 
olan görünmə qabiliyyəti nəzərdə tutulur.
Elə buradaca qeyd etməliyik ki, proqramların 
qavranılmasının televiziyanın məkan hüdudsuzluğu 
ilə müəyyənləşdirilən xüsusi şəraiti və auditoriyanın 
kütləvi xarakteri həm bütövlükdə verilişlərin struktu-
runa (rubrikalar, silsilələr, çoxseriyalılıq və i. а.), həm 
də ayrıca proqramın strukturuna (söylənən sözün, 
iri planın, kadrdaxili montajın spesifik rolu) təsir 
göstərən əsas amillərdir. Kiçik ekranın spesifikliyindən 
danışarkən televiziyalılıq fenomenini də vurğulamaq 
lazım gəlir. Ekranda verilən informasiyanın özlənməsi 
(personifikasiyası) jurnalistikanın digər boylarından 
televiziyanın mahiyyətcə fərqidir. Televiziyanın spesi-
fik xüsusiyyəti kimi özünü göstərən simultanlıq isə 
televiziya məlumatının tam dürüstlüyünün psixoloji 
əsasıdır.
TV: ÖYRƏDİR, YOXSA?..


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə