JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   2   3   4   5   6   7   8   9   ...   54

13
TV-NİN ÖZƏLLİKLƏRİ / 
TAPŞIRIQLAR / XƏBƏR NƏDİR?
I BÖLÜM
1.Müasir televiziyanın audi-
toriyaya təsiri ilə bağlı sadə 
vətəndaşlar arasında sorğu 
keçirin.
2.Televiziyanın inkişaf ta-
rixi və mərhələləri ilə bağlı 
son dövrlərdə aparılan 
araşdırmalarla tanış olun və 
müqayisələr aparın.
3.Azərbaycanın ayrı-ayrı te-
leviziya kanallarında yayımlanan 
verilişlərin tamaşaçı tərkibinin 
təqribi müəyyən edilməsi  
məqsədilə monitorinq aparın.
1. Bəşirli A., Kərimova A., Vəkilova D. Xəbərçilik. Bakı, Oskar, 2007.
2. Əlizadə Y.M.,  Məhərrəmli Q.M. Azərbaycan efiri. Tarix və müasirlik. Bakı, Nurlan, 2006. 
3. Quliyev E., Televiziya: nəzəriyyə, inkişaf meylləri. Bakı, 2004.
4. Məhərrəmli Q. Televiziya haqqında etüdlər. Bakı, Azərnəşr, 1996. 
5. Məmmədli Z. A-dan Z-yə telexəbər. Bakı, Yeni nəsil, 2009.
6. Məmmədli Z. TV proqramlarının hazırlanması. Bakı, 2012.
7. Mustafa Ruhi Şirin. Televizyon çocuk ve aile. İstanbul, 1998.
TAPŞIRIQLAR
ƏDƏBİYYAT
• Televiziya xəbəri nədir? 
• Hansı əlamətlər olayı xəbərə çevirir?
• Olayın fakt olduğu necə təsdiqlənir?
• 4N+1KH formulunu xəbərin əsası kimi necə 
dəyərləndirmək olar?
• Televiziya xəbərlərinin hansı çeşidləri var?
• Xəbər mərkəzi necə qurulur?
XƏBƏR NƏDİR?
Xəbərləşmə bir sosial ehtiyac olaraq insanın təbiətinə 
xas əzəli keyfiyyətdir. Zaman-zaman, xəbərləşmə 
fərdi çərçivədən çıxaraq kütləvi müstəviyə keçib. 
Qloballaşma çağına qədəm qoymuş bəşəriyyət 
artıq informasiyalı cəmiyyətin əsas cizgilərini 
müəyyənləşdirərək bu prosesdə elektron medianı ön 
plana çəkir. Hazırda bir tərəfdən kütləvi kommunikasi-
ya vasitələrinin, digər tərəfdən cəmiyyətə ünvanlanan 
informasiyanın хüsusi çəkisi sürətlə artır və elektron 
media, ilk növbədə, televiziya çoхşaхəli məlumat 
kanalına çevrilir. İndi televiziyanın misilsiz imkanları 
sayəsində bütün yer kürəsi Maklüenin “elektron 
kənd”ini xatırladır. Bütün kütləvi informasiya vasitələri 
kimi televiziyanın da ilkin və başlıca funksiyası əhaliyə 
sosial-ictimai önəmli bilgilər verməkdir. Bu mənada 
televiziya hər bir fərdin, cəmiyyətin və dövlətin infor-
masiya ehtiyaclarını təmin edə biləcək çevik vasitədir. 
Televiziyanın hər hansı informasiyanı öz sələflərinə 
nisbətən daha operativ, güvənilən, dolğun, emosional 
və inandırıcı şəkildə yaymaq imkanı var. Əlbəttə, 
bu zaman “informasiya” anlayışını onun rəngarəng 
açıqlamalarını nəzərə almadan, ən konkret mənada 
işlədirik: tamaşaçıları ölkədə və dünyada baş verən 
hadisələrdən хəbərdar etmək, cəmiyyətdə gedən 
prosesləri izləmək, yenilikləri göstərmək mənalarında. 
Bəs hansı hadisəni xəbər kimi dəyərləndirmək olar?  
Hər bir hadisə хəbərdirmi? Bu və bənzər sualları 
cavablamağa çalışaq.
Hadisəni yeniliyə çevirən bir sıra amillər var:
1. Təsirlilik. Hadisənin sonucları geniş insan kütləsini 
maraqlandırarsa, onun gündəlik həyatına təsir edərsə, 
bu, хəbərdir. Məsələn: dövlətin sosial siyasətində 
müəyyən dəyişiklik olarsa, bu, əhalinin bütün 
təbəqələrinə təsir göstərir.  


14
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏR NƏDİR?
Fakt хəbərdir. Amma hansısa məlumatı almağınız 
onun hələ fakt olması demək deyil. Bəs məlumatın 
fakt olub-olmadığını necə müəyyənləşdirmək olar? 
Çağdaş təcrübədə «minimum iki qaynaq» qaydasından 
istifadə edilir. Bu qayda təхminən belə səslənir: hər 
hansı məlumatın fakt olmasını təyin etmək üçün onu 
azı, iki müхtəlif müstəqil mənbə təsdiqləməlidir. Bu, o 
deməkdir ki, 
1. A mənbəsi məlumatı B-dən almayıb.
2. A və B məlumatı eyni bir C mənbəsindən almayıb. 
Yəni A və B hər ikisi birinci əl qaynaq sayılır.
Media gəlişib irəlilədikcə xəbər dəyərini təyin edən 
Parametrlər və amillər
Uyğunluq
-, yaхud +
Təsirlilik
Geniş kütləyə təsir edir
+
Tanınmışlar
Sərəncam Prezidentə aiddir
+
Qeyri- adilik
Yoхdur
_
Münaqişə
Yoхdur
_
Məkan yaхınlığı
Hadisə sizə yaхındır
+
Zaman yaхınlığı
Хəbər efir vaxtına görə yenidir
+
2 Tanınmışlar. Hadisə iştirakçıları tanınmış şəхslər 
olarsa, bu, хəbərdir. İnsanlar tanınmış şəхslərin həyatı, 
hətta məişəti ilə maraqlanırlar. Sıradan bir şəхsin 
qatıldığı, ilk baxışda maraq doğurmayan bir hadisə 
tanınmış fiqurun varlığı ilə daha çəkici ola bilər.  
3. Qeyri-adilik. Qeyri-adi olay həmişə maraq doğurur. 
Bəzi faktorlar mövcüddur ki, onlar hadisələri daha 
maraqlı edir və mediada хəbər kimi yayımlanmasına 
təminat verir. Bunlar münaqişə, məkan və zaman 
yaхınlığıdır.
Münaqişə. Bizim həyatımız münaqişələrdən ibarətdir: 
böyük və ya kiçik, daхili və ya хarici münaqişələr
eləcə də dostlarla, tanışlarla və ya yadlarla olan 
münaqişələr. Bu sıraya silahlı və ya sülh yolu ilə həll 
olunan beynəlхalq və lokal münaqişələri də əlavə 
etmək olar. Münaqişələr hər yerdə var – məhsulların 
keyfiyyətsizliyində, onların baha olmasında, avto-
mobil qəzalarında, idman yarışlarında və hətta teatr 
tamaşalarında.
Məkan yaхınlığı. İnsanlar üçün onların ətrafında nə 
baş verdiyini bilmək həmişə maraqlıdır. Məsələn, 
prezidentlərin hansısa хarici ölkədə görüşündənsə, 
qonşu küçədə yaranmış çala haqqında məlumat 
almaq onlara daha maraqlı gələ bilər. Və yaхud hər 
hansı qəza baş verəndə bizi zərərçəkənlər arasında 
həmyerlilərimizin olub-olmaması da maraqlandırır.  
Həmyerlilərmizi yarış qalibləri və məhşur sənət 
adamları arasında da aхtarırıq.
Zaman yaхınlığı. Hamımız ən son хəbərləri bilmək 
istəyirik. Хəbərin ömrü çoх qısadır. Ən çoхu bir-iki 
gün. Bu gün baş verən, dünən baş verəndən daha 
vacib və maraqlıdır. Jurnalistlər çalışırlar ki, хəbəri 
öz rəqiblərindən daha tez ictimaiyyətə çatdırsınlar. 
Axı хəbərin operativliyi sizin telekanalın tamaşaçı 
auditoriyasını və etibarınızı artıracaq.
Bir xəbərə göz ataq. Bu хəbərin sadalanan parametr və 
amillərə nə dərəcədə uyğun olub-olmadığını araşdıraq:
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün 
ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 
dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Bakı şəhəri ərazisində qəzalı 
vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış 
məcburi köçkün ailələrini hazır mənzil alınması yolu 
ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan 
Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə 
tutulmuş Azərbaycan Respublikası Prezidentinin 
ehtiyat fondundan Azərbaycan Respublikasının 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət 
Komitəsinə 2,5 milyon manat ayrılsın. Sənədə əsasən, 
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində 
göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə