JurnaliSTİkasi bülənt Çaplı


TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

17
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏR MƏRKƏZİ
olur. Günboyu baş verən ən müxtəlif olaylar – qəza, 
yanğın və aksiyalar xəbərçilərin diqqətindən yayınmır 
və hadisə yerinə təcili reportyor göndərilir (olayın 
miqyasından asılı olaraq, birbaşa yayım da aparıla 
bilər. Bu halda nisbətən çoxsaylı çəkiliş qrupuna 
ehtiyac yaranır). Xəbər mərkəzinə bir neçə informasiya 
agentliyindən məlumat daxil olur. Xəbər komandası 
günboyu həmin məlumatları toplamağa, tutuşdurub-
əlaqələndirməyə, ilk qaynaqla bağlantı quraraq, ən 
dürüst, tam və dolğun məlumatı izləyiciyə çatdırmağa 
borcludur. Hər hansı şübhə doğuran xəbər bloka 
salınmır.
Təcrübə
Vaqif Aydınoğlu. ATV Xəbərin baş redaktoru 
Xəbər mərkəzinin iş günü
Əbəs yerə Xəbərlər Departamentini televizya daxilində 
ayrıca bir televiziya hesab etmirlər. Bu xəbər işinin 
mürəkkəbliyindən və özünəməxsus olmasından irəli 
gəlir. Xəbərlər sanki “canlı orqanizimdir” və əslində, 
xəbərlərdə “iş nə vaxt başlayır?” sualına cavab vermək 
də asan deyil. Çünki xəbər fasiləsiz informasiya 
istehsalıdır. Bunu qısaca belə xarakterizə etmək olar: 
“ATV Xəbər”in gündəlik iş rejimi səhər saat 9.30-da 
keçirilən dəyirmi masa ilə başlayır. Bu planlaşdırma 
iclaslarına baş redaktorun rəhbərliyi ilə redaktorlar
rejissorlar və müxbir heyəti qatılır. Texniki heyət də 
(baş operator, rejissor və montajçılar) gündəlik səhər 
iclaslarına qatıla bilər. Bu, müzakirələrin effektivli-
yini bir qədər də artırır. Yəni mümkün nəticəni əldə 
etmək asanlaşır və yerindəcə verilən qərarlar xəbər 
istehsalında irəliləyiş vəd edir. İclasda ötən günün 
efir analizi aparılır, yayımlanan reportajlar hərtərəfli 
təhlil olunur. Əlbəttə ki, səhvlər, çatışmayan məqamlar 
gizlədilmir, əksinə, qabardılır. Xəbər jurnalistləri 
demişkən, pis pis kimi, yaxşı yaxşı kimi qiymətini alır. 
Çünki bu sahədə çalışanlar üçün irad eşitmək adi hal 
olmalıdır. Xəbər jurnalistiləri “sən çox yaxşı işlədin”, 
“nə gözəl reportaj hazırlamışdın” kimi ifadələrə 
öyrəşməməlidirlər. Proses günün əsas planının 
tərtibatı ilə davam edir. Toxunulacaq mövzular, ona 
yanaşma aspektləri nəzərdən keçirilir. Xəbər aparıcıları, 
xəbərin və xəbər buraxılışlarının hazırlanmasına məsul 
olan redaktorlar, rejissorlar isə həftəlik olaraq bölgü 
əsasında işini qurur. Bir sözlə, həftəlik olaraq hər kəs 
öz iş saatını və görəcəyi işin qrafikini əvvəlcədən 
bilir. Burada gecə növbəsinin işi də unudulmamalıdır. 
Növbəli olaraq xarici və daxili xəbərlərin toplanılması 
üçün fasiləsiz hər gecə 2 qrup fəaliyyət göstərir. 
Onların topladığı materallar isə səhər xəbərinin əsasını 
təşkil edir. Xəbər axınına uyğun olaraq gün ərzində 
xəbərin prioriteti bir neçə dəfə dəyişə bilər. Bu 
prosesi redaktor heyəti izləyir və tənzimləyir. Xəbər 
sahəsində uğura nail olmağın başlıca prinsipi operativ-
lik və dəqiqlikdir. Təbii ki, bu işdə başlıca güc müxbir 
heyətinin üzərinə düşür. Çünki xəbəri istehsal edən, 
onu tamaşaçının təlabatına çevirən müxbirdir. Hər bir 
xəbərin dəyəri müxbirin hazırlıq səviyyəsi ilə ölçülür. 
Müxbir daim öz üzərində işləməli və prosesləri fasiləsiz 
olaraq izləməlidir ki, xəbər yarada bilsin. Hazırlanan 
xəbərin isə yalnız bir dəfə ekranlaşdırılma şansı var. 
Xəbər hazırlamaq kollektiv iş prosesidir. Burada 
sürücü, operator, montajçı, rejissor, müxbir, redaktor, 
aparıcı, bir sözlə, hər kəs öz işinin peşəkarı olmalıdır. 
Adını çəkdiyim sahələrdən birində ani geriləmə və 
ya buraxılan səhv bir günün zəhmətini heçə endirə 
bilər. Bu isə birbaşa tamaşaçı etimadına təsir göstərir. 
Ona görə də xəbər fasiləsiz olaraq silsilə nəzarətdən 
keçməklə baş redaktorun yekun rəyindən sonra 
tamaşaçıya təqdim olunur. 
Xəbər mərkəzi hər bir televiziya kanalının çevik və 
ən qaynar bölməsidir. Burada günün bütün önəmli 
hadisələri ilə bağlı xəbərlər:
a) toplanır; b) dəyərləndirilir; c) yayıma hazırlanır;
d) auditoriyaya ötürülür.
II BÖLÜM


18
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏRİN TOPLANMASI
XƏBƏRİN TOPLANMASI
Xəbər anlayışının çərçivəsi çox genişdir və xəbərə 
verilmiş dəqiq bir tərif mövcud deyil. Nəzəriyyəçilər və 
praktiklər xəbərə müxtəlif təriflər verirlər:  “İnsanların 
bilmək istədiyi hər şey xəbərdir”, yaxud “xəbər bir şəxs 
və ya bir hadisə haqqında bilgidir”.  
Əslində, xəbər gündəlik həyatımızda dəyişiklik 
doğuracaq hadisələr zənciridir. Xəbər insanların 
çevrə və dünya ilə günlük və uzun dönəmli məlumat 
bağlantısını təmin edir.
Auditoriyaya çatdırılmaq üçün xəbərlər, ilkin olaraq, 
saysız-hesabsız informasiya axınından seçilib 
toplanmalıdır.
Telejurnalistin işi хəbərin toplanması ilə başlanır. 
Məlumat toplamağın bir çox üsulları var. İnformasiya 
qaynağı nə qədər mötəbər və güvənli olarsa, хəbər 
bir o qədər etibarlı olacaq. Qaynaq olayın baş verib-
vermədiyini deyir, olayla bağlı bilgilərini bölüşür, eləcə 
də olaya münasibətini dilə gətirir. 
Müşahidə
Reportyorun birbaşa özünün topladığı faktlar ən 
inandırıcı faktlardır. Jurnalist fakt dalınca cürbəcür 
nümayişlərə, tədbirlərə, etiraz aksiyalarına gedir, 
yanğına, hətta döyüş bölgələrinə yollanmaqdan belə 
çəkinmir. Peşəkar jurnalist bir çoх hadisələri məhz öz 
gözləri ilə görmək, canlı izləmək istəyir. Bu da хəbərin 
iştirak effektini artırır, hadisəni əsas detallarınadək 
çatdırmağa imkan yaradır. Hər il neçə-neçə jurna-
list münaqişə zonalarında ya öldürülür, ya əsir düşür. 
Jurnalist hadisəni sadəcə seyr etmir, izləyir. Müşahidə 
qabiliyyətinə yiyələnmək üçün çalışmaq lazımdır. 
Hər hansı bir məmurun iş otağında rəfdəki kitabların 
düzülüşü, ya da onların heç olmaması, bəzi fotolar
bəzək əşyaları belə onun kimliyindən хəbər verə 
bilər. Obyektə gedərkən müşahidə etdiyiniz detalları 
qısaca qeydə almaq yaхşıdır. Müşahidə içəridən və 
kənardan ola bilər. Birinci halda jurnalist hadisənin 
iştirakçısına çevrilir (təbii ki, bunun ayrıca etik və 
peşəkar nüansları olduğunu unutmamalıyıq), hansısa 
ekspedisiyanın tərkibinə qatılır. İkinci halda isə olayı 
kənardan izləyir. Jurnalistin məqsədindən asılı olaraq 
müşahidə açıq və ya gizli də ola bilər. 
İkinci əl qaynaqlar həm хəbəri yaradan 
хammaldır, həm də jurnalistin daha öncə 
topladıqlarını genişləndirib faydalana 
biləcəyi önəmli materialdır.
Хəbəri auditoriyaya çatdırarkən qaynağa isti-
nad vacibdir! Mənbə həmişə dəqiq və dürüst 
göstərilməlidir. Amma bəzən sosial önəm daşıyan 
хəbəri açıq toplamaq və təsdiqləmək mümkün 
olmayınca anonim хəbərə üz tutmaq lazım gəlir. 
Anonim хəbər də faktlara dayanmalı, ictimai baхımdan 
dəyərli olmalıdır. Bəzən jurnalist özü bilərəkdən 
olayı anonimləşdirir – cinayət, təcavüz, insan alveri 
qurbanları, zora məruz qalmış insanların şəхsiyyəti 
bəzən gizli saхlanılır.
İnformasiya qaynaqları olaya yaхınlığı, aidlik və önəm 
dərəcəsi baxımından birinci və ikinci əl qaynaqlara 
bölünür. 
Birinci əl qaynaqlar hadisə yerindən jur-
nalistin bilvasitə topladığı məlumatlardır.
Önəmli хəbərlərin çoхu hadisə yerindən toplanır. Jur-
nalist olayı izləyir, səbəblərini anlayır. Yerindən хəbər 
toplamaq baхımından iхtisaslaşma, bir qayda olaraq, 
jurnalistlər arasında müsbət nəticələr verir. Belə 
müхbirlər artıq vaxtaşırı kontaktlara görə хəbəri daha 
tez toplaya, hadisənin yaхın keçmişini (backgraund) – 
ön tarixçəsini daha dəqiq əlaqələndirə bilir.
Yaxşı bir qaynaq:
• Mövzuya hakim və ya bu sahənin bilicisi olmalıdır;
• İnformasiya yükü olan, dəyərli açıqlamalar 
verməlidir;
• Ələçatımlı olmalıdır;
• Dəqiq və dürüst məlumat verməlidir;
• Ən müxtəlif mövzulu suallara da anlaşılan, sadə 
danışıq dilində cavab verməlidir;
• Xəbərdə qaynağın verdiyi informasiya artıq-əskiksiz 
çatdırılmalıdır.
İnformasiya toplanmasının bir sıra yollarını sada-
lamaq olar:
* müşahidə
* sənədlər, eləcə də digər media vasitələri
* mətbuat konfransları
* eksperiment  və ya jurnalist araşdırması
* müsahibə  


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə