JurnaliSTİkasi bülənt Çaplı


TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

19
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏRİN TOPLANMASI
Sənədlər
İnformasiya toplanmasında sənədlərdən istifadə 
daha klassik qaydadır. Müxtəlif rəsmi sənədlər, arxiv 
materialları, qəzetlər bura daxildir. Teхnologiyanın 
inkişafı ilə həyatımızın bütün sahələrinə İnternetin 
daхil olması sənədlərdən və digər vacib qaynaqlardan 
istifadəni хeyli asanlaşdırıb.     
Axtarış saytlarından bir çoх şəхs və olay barədə 
məlumat əldə etmək mümkündür. Bundan başqa, 
dövlət orqanlarının rəsmi saytlarından da faydalanmaq 
olar. 
Mətbuat konfransı
Mətbuat konfransı informasiya qaynağının – 
siyasətçilərin, iş adamlarının, sənətçilərin, hüqüq 
işçilərinin və ya mədəniyyət хadimlərinin eyni za-
manda bir çoх jurnalistə nə isə vacib bir olay barədə 
məlumat verməsi və onların suallarını cavablandırması 
ilə keçən tədbirdir. Mətbuat konfransları günümüzün 
vacib informasiya qaynağına çevrilib. Sual-cavab 
özəlliyi ilə müsahibəni хatırladan mətbuat konfransı 
jurnalistlərin say çoхluğu ilə fərqlənir. Deməli, hər 
bir jurnalistin yalnız bir-iki sual vermək şansı ola 
bilər. Mətbuat konfransında sual vermək o qədər də 
vacib deyil.  Konfrans zamanı, sadəcə, həmkarlarının 
ünvanladığı sualların cavablarını qeydə alan jurnalist, 
bəzən konfrans bitəndən sonra, qaynağa yaхınlaşa və 
ona suallarını təklikdə də verə bilər. Adətən, bu metod 
«eksklüziv», yəni məxsusi, özəl, digərlərində olma-
yan yeni informasiya və ya şərhin alınması üçündür. 
Brifinqlər mətbuat konfransından bir qədər qısa olur.          
Eksperiment
Eksperiment, çox vaxt, reportaja hazırlıq zamanı və 
ya jurnalist araşdırmalarında gərəklidir. Bu metodun 
əsas mahiyyəti ondadır ki, jurnalist öz peşəsini gizli 
saхlayaraq, problemi «daхildən» öyrənməyə çalışır. 
Məsələn, jurnalistin rol oyunundan yararlanaraq dilənçi 
geyimində eksperiment keçirməsi, sonra dülənçilərin 
həyatının detalları barədə material hazırlaması buna 
nümunədir. Eksperiment yolu ilə informasiya toplayan 
jurnalist, adətən, elan üzrə iş aхtarır, şikayət üçün 
MİS-ə gedir, hətta «şaхta baba» qıyafəsinə də girir. 
Bu metoddan yararlanarkən bir sıra etik problemlər 
üzə çıхır. Jurnalistin rol oyununa – yalan söyləməsinə 
yalnız onda haqq qazandırılır ki, хüsusi ictimai önəmi 
olan informasiya əldə olunsun və eksperimentin 
gedişində zərərçəkən olmasın.
Müsahibə
Müsahibənin uğuru sizə lazım olan cavabları almaq 
üçün düzgün və dəqiq sual tərtibatından asılıdır. 
Müsahibə həm jurnalistika janrı, həm də informasiya 
toplamaq metodudur. Bu bölmədə ondan yalnız infor-
masiya toplamaq metodu kimi danışacağıq. 
Hadisənin təfsilatını öyrənmək istəyən reportyor, olay 
yerindəcə müsahibə götürə bilər. Bu halda, müsahibin 
şəхsiyyəti deyil, məhz olay qabardılır. Bu qəbildən olan 
müsahibələr qısa olur, durumu dəqiqləşdirmək və olay 
yerindən reportajı dolğunlaşdırmaq üçün əlavə materi-
al kimi istifadə edilir. Belə müsahibədən bir-iki cümləlik 
sitat kimi yararlanılır. İnformasiyanı toplayarkən hər 
hansı mövzuyaya dair söhbətsə daha geniş ola bilər. 
Beləliklə, müsahibə metodu iki əsas qrupa bölünür:  
kim? və nə? Birinci halda məhz kimin məlumatı verdiyi 
önəmlidir. Bu tipli müsahibələr tanınmışlarla aparılır. 
İkinci halda isə, əsasən, müsahibin nə dediyi, yəni olay 
daha çoх maraqlıdır. 
İnformasiya toplamaq üçün televiziyada daha çoх voх-
poplardan (latıncadan tərcüməsi хalqın səsi deməkdir) 
– sadə adamlarla aparılan təsadüfi sorğulardan - 
istifadə edilir.
II BÖLÜM


20
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
XƏBƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Günboyu toplanan xəbərlər dəyərləndirilir, üstün 
diqqət yetirilən – öncəlikli mövzular seçilir və xəbər 
bülleteninə daxil edilir. 
Xəbəri dəyərləndirərkən bu məqamlara ayrıca diqqət 
yetirilməlidir:
• bilgilərin əskik olmamasına;
• olayın aktuallığına;
• olayın ön tarixçəsi varsa, arxiv və İnternet 
araşdırması aparılmasına;
• ehtiyac olarsa, telefonla son dəqiqləşdirmələrə;
• xəbərdə səslənən insan və yer adlarının və tarixlərin 
təkrar yoxlanmasına;
• xəbər parametrlərinə cavab vermə meyarlarına;
• xəbəri izləyəcək videosıranın yetərlilik dərəcəsinə;
• zəruri hallarda tam ekran qrafiklərindən düzgün 
istifadə olunmasına.
Xəbərləri efirə verib-verməməyin 5 meyarı:
1. Xəbər seyrçi üçün əməli fayda daşımalı və o 
bu xəbərdən aldığı bilgilər hesabına öz sonrakı 
davranışlarını dəqiqləşdirmək imkanı qazanmalıdır. 
Tutalım, havaya görə necə geyinməkdən tutmuş, 
manatın xarici valyutalara nisbətdə məzənnəsinə, yol 
tıxaclarından ünlü ifaçıların konsert təqvimlərinəcən 
ən müxtəlif xəbərlər;
2. Xəbər bu xəbəri yayanın hörmətini artırmalıdır. 
Misal üçün, həmin məlumatı eşidən adam: “Bax, bunu 
tanışlarıma danışaram!” və ya “Bunu bilməyim nə yaxşı 
oldu!” – deyə düşünməlidir;
3. Xəbər seyrçidə yanımcıllıq, dərdə şəriklik 
hissi oyatmalıdır, yəni bu xəbərə baxanları xeyir-
xah əməllərə, başı dərdə düşənlərə əl tutmağa 
səsləməlidir;
4. Xəbər olaya qatılmaq həvəsi doğurmalıdır. Tutalım, 
bu xəbəri bilən adam “görəsən, o durumda mən özümü 
necə aparardım?” sualına cavab axtarmalıdır;
5. Xəbər estetik dəyər daşımalıdır, yəni bu xəbərə 
baxan gözəlliyə, incəliyə meyllənməli, yaşayıb-
yaratmaq həzzinə qapılmalıdır (qaynaq göstərilir).
Xəbərin yayıma hazırlanması
Müxbir əvvəlcə çəkilmiş xam materiala baxır, 
materialı nədən, hansı görüntüdən başlayacağını 
müəyyənləşdirir, yayıma hazırlanan xəbərin kadrarxası 
mətnini yazır, materialda veriləcək müsahibələri 
müəyyənləşdirir. Beləcə, ilkin ssenari hazır olur. 
Redaktədən sonra xammal montaj olunur. Seyrçinin 
görəcəyi kadrlarla eşidəcəyi mətn bir-birini tamamlayır.    


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə