K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə1/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
  1   2   3   4   5   6   7   8   9   ...   61


 
 
 
K.Bünyadzadə 
 
 
 
Gəncliyin  
fəlsəfəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2009 


 
-2 -  
 
 
 
 
 
 
 
 
 
Könül Yusif qızı Bünyadzadə  
Gəncliyin fəlsəfəsi  
Bakı, “Nurlar”, Nəşruyyat Poliqrafiya Mərkəzi,  2009, 256 səh. 
 
İki hissədən ibarət olan bu kitabın birinci hissəsində gəncliyə xas 
bir  sıra  keyfiyyətlərin  fəlsəfi  təhlili  verilir,  hər  bir  hissin,  duyğunun 
primitiv  səviyyədən  ən  ali  dərəcəyə  qədər  yüksəlməsi,  bu  yolda  hansı 
mərhələlərdən  keçməsi  izlənir,  cəmiyyətin  gənclərin  həyatında  oynadığı 
rol  araşdırılır.  Gəncliyin  öz  hikmətinin,  öz  harmoniyasının,  öz 
qanunlarının olması fikrini əsaslandırmaq üçün həm klassik, həm də mü-
asir dövrün Şərq və Qərb filosflarına, şairlərinə müraciət edilmişdir. 
Kitabın  ikinci  hissəsi  isə  ictimai  həyatın  və  onun    ayrı-ayrı 
hadisələrinin  elmi  məqalələr,  fəlsəfi  esse  və  hekayətlər  vasitəsilə 
özünəməxsus təhlilindən ibarətdir.  
Kitab  geniş  oxucu  kütləsi,  xüsusilə  gənclər  üçün  nəzərdə 
tutulmuşdur.  
 
 
 
 İSBN: 978-9952-450-28-6 
 

”K.Bünyadzadə”, 2009 


 
- 3 -  
 
 
 
 
 
Müəllifdən 
 
Hər  kitab,  həcmindən  asılı  olmayaraq,  müəllifin  öz 
oxucusuna demək istədiyi bir sözdür. Zamanından, məkanın-
dan, şəraitdən asılı olaraq bu söz müxtəlif formalarda deyilə 
bildiyi kimi, müxtəlif də qəbul edilir. Yəni hər sözün bir neçə 
baxış  bucağı  var.  Bu  bucağı  təyin  edən  isə  ruhun  və  tə-
fəkkürün səviyyəsidir. 
 «Gənc»  sözü  fars  dilindən  tərcümədə  (
ﺞﻨﮔ
  )  «xəzinə, 
özündən  sonra  zəngin  irs  qoymaq»,  –  deməkdir.  Görünür, 
ömrün  ən  parlaq  illəri,  həyat  enerjisinin  aşıb-daşdığı  vaxt-
lar,  istedadın,  potensialın  kəşf  olunduğu  dövr  təsadüfən 
gənclik adlandırılmır. Kitabın da məqsədi oxucuları məhz bu 
xəzinə ilə tanış etməkdir. 
Xəzinəni, qiymətli daş-qaşları tapmaq, əldə etmək özü 
də  asan  iş  deyil,  amma  onu  cilalayıb  içindəki,  mahiyyətin-
dəki  nuru,  gözəlliyi  aşkarlamaq  daha  böyük  səy,  ustalıq, 
məharət  tələb  edir.  Yəni  hissin,  emosiyanın  bolluğu  genetik 
istedadın  özündə  saxladığı  zənginliyi,  bu  zənginliyin  bərq 
vuran  parıltısını  ətrafa  saçmaq  üçün  yetərli  bir  potensiala 
malik olsa da, hər halda onun cilalanmağa ehtiyacı vardır. 
Təsadüfi  deyildir  ki,  gənclər  öz  qəlbinin  potensialını 
adətən sənət vasitələri ilə ifadə edirlər və bunların arasında 
poeziya  yüksək  ülvi  duyğuların  tərənnümü  üçün  ən  uyğun 
vasitədir. Lakin bu zəngin duyğu potensialının sadəcə duyğu 


 
-4 -  
şəklində  deyil,  cilalanmış  halda,  yəni  fikir,  düşüncə,  fəlsəfə 
səviyyəsində  ifadə  oluna  bilməsi  üçün,  bir  tərəfdən  uzun 
illərin  təcrübəsinə,  digər  tərəfdən  də  “zər  qədrini  bilən 
zərgərlərə”,  ustadlara  və  nəhayət,  zəmanənin,  mühitin 
yetkinliyinə ehtiyac vardır. 
Gənc-i  «cilalayanlar»  onu  sıradan  birinə  də,  bütün 
varlığının  nuru  ilə  göz  qamaşdıran  mükəmməl  bir  sənət 
əsərinə və ya kamil bir İnsana da döndərə bilərlər. 
Eyni  zamanda,  hər  bir  gənci  ən  qiymətli  daşdan  daha 
dəyərli edən bir amil də var ki, bu – ruhdur. Məhz ruhunun 
saldığı işıqla gənc öz ağlının gücünü hiss edər, iradəsi möh-
kəmlənər,  naqis  bir  varlıq,  yoxsa  kamil  bir  İnsan  olmaq 
arasında düzgün seçim edə bilər.  
İki  hissəli  «Gəncliyin  fəlsəfəsi»ni  iki  ayrı-ayrı  hissin 
ifadəsi  də  adlandırmaq  olar.  Birinci  –  gəncliyə  kənardan, 
obyektiv  bir  baxışdır.  Burada  söhbət  çox  az  yaşamış,  lakin 
elə  gənc  yaşlarından  parlamağa  başlamış,  dünyadan  tez 
köçsələr  də  böyük  estetik-mənəvi  xəzinə  qoyub  getmiş 
gənclərdən  gedir.  İkinci  isə  –  gəncliyin  subyektiv  təqdi-
matıdır. Birinci – keçilmiş təcrübələrin, yaşanmış ömürlərin 
təhlili,  ikinci  –  çıxarılmış  nəticələrin  təzahürüdür.  Birinci  – 
həyatın hər üzünə dik baxan gözlərə və həqiqəti görən göz-
lərdir,  ikinci  –  onların  gördüklərini  görmək,  yaşamaq  və 
yaşatmaq cəhdidir.  


 
- 5 -  
 
 
 
I  hissə 
 
 
 
  
 
GƏNCLĠYĠN 
 
     FƏLSƏFƏSI 
 
 
 
 
 
 
 


 
-6 -  
 
 
 
 
Ön söz
 
 
 
Qurani Kərimdə deyildiyinə görə, Allah yalnız özünün 
bildiyi  bütün  adları  insana  da  öyrətdi  (Quran  2/31)  və  bu-
nunla onu bütün  yaratdıqları arasında ən qüdrətli etdi.  İnsan 
elmlər  öyrənir,  kəşflər  edir,  göyün  ənginliklərinə  uçur, 
suların  dərinliklərinə  enir  və  ruhuna  öyrədilən  həmin  adları 
(elmləri,  həqiqətləri,  bilikləri)  «yadına  salır».  Bununla 
yanaşı,  insan  Allahdan  öyrəndiyi  həmin  adlardan  daha  bir 
yerdə  də  istifadə  edir:  övladına  ad  qoyanda.  Peyğəmbər  öz 
hədislərindən  birində  müsəlmanlara  belə  bir  məsləhət  verir: 
«Övladlarınıza  gözəl  adlar  qoyun».  Hələ  Kitabi  Dədə  Qor-
qudda da xüsusilə vurğulandığı kimi, qədimdə adqoydu mə-
rasimini  məhz  ağsaqqallar,  dünyagörmüş  şəxslər  keçirirmiş. 
Hər kəs öz ruhuna, öz təbiətinə uyğun ad daşıyır, adı və özü 
bir-birini tamamlayır. Bunu dərk edən valideyn ad qoymaqla 
bir növ öz  övladının  taleyini  yazmış olur və  bu  səbəbdən  o, 
doğulan  körpəsi  qarşısında  öz  məsuliyyətini  dərk  etməlidir. 
Yaxud  bəlkə  də  hər  ad  artıq  yazılmış  bir  taleyin  valideynə 
mistik bir təlqininin nəticəsidir? Bilən Allahdır.  
Maraqlıdır  ki,  bu  gün  heç  bir  dərin  məna  daşımayan, 
sadəcə  səslənməsi  gözəl  olan  adlar  çoxalır  və  müvafiq  ola-
raq…  cəmiyyətdə  də  bir  mənasızlaşma,  səthiləşmə  prosesi 
gedir. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə