K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

53
Məhkəmə  ailə  hüququnun  hansı  prinsipi  əsasında  məsələni 
həll etməlidir?
Məsələ 4.
V.E.Hüseynova uzun müddət hesab etmişdir ki, onun iki yet-
kinlik yaşına çatmayan uşağına aylıq müavinət düzgün hesablan-
mır. Müavinət Hüseynovanın iş yerindən ödənilirdi. Bu məsələ 
ilə  bağlı  zəruri  izahat  verilməsi  barədə  onun  şifahi  xahişinə 
müəssisənin  mühasibatlığı  diqqət  yetirməmişdir.  Müəssisənin 
müdiriyyətinə  müraciət  də  nəticə  verməmişdir.  Bununla  bağlı 
Hüseynova  özünün  qanuni  hüquqlarının  pozulması  qərarına 
gəlmiş, ancaq bundan sonra nə edəcəyini bilməmişdir. Tanışları 
ilə məsləhətləşdikdən sonra o, əvvəlcə öz hüquqlarının müdafiəsi 
ilə bağlı prokurorluğa müraciət etməyi qərara almış, ancaq sonra 
öz mövqeyinin düzgünlüyündən şübhələnərək, ən yaxşısı əvvəlcə 
hüquq məsləhətxanasından məsləhət almağı qərara almışdır. 
Hüseynova yaranmış vəziyyətdə necə hərəkət etməlidir? Ailə 
hüquqlarının müdafiəsini hansı dövlət orqanları həyata keçirir? 
Göstərilən məsələnin həlli prokurorluq orqanlarının səlahiyyətinə 
daxildirmi?
Məsələ 5.
Hacıyeva  ərinin  ona  və  uşaqlarına  kifayət  qədər  qayğı 
göstərmədiyini  hesab  edərək,  ailəsinə  münasibəti  ilə  bağlı 
dəfələrlə  ona  iradlarını  bildirmişdir.  O,  öz  mövqeyini  əsaslan-
dırarkən ərinin dövlət qulluğundakı vəzifəsindən az maaş alması-
nı və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəməməsini dəlil 
kimi göstərmişdir. Ancaq Hacıyev arvadının bu iradlarını ciddi 
saymamış,  az  gəlir  gətirməyinə  baxmayaraq,  sevdiyi  peşəni 
dəyişmək istəməmişdir. Bu zəmində ər-arvad arasında etik qay-
dalardan kənara çıxmayan mübahisələr meydana çıxmışdır. Ha-
cıyev ailədə özünü ləyaqətlə aparır, uşaqlarının qayğısına qalır, 


54
ev işləri ilə məşğul olur. Buna baxmayaraq, arvadı onun hərəkət-
lərini düzgün saymır, ailənin dağılmasına yönəldiyini hesab edir. 
Hacıyeva ərini yola gətirə bilməyəcəyinə əmin olduqda icra 
hakimiyyətinin ailə, ana və uşaqların müdafiəsi üzrə qurumuna 
müraciət edərək ailənin saxlanması məqsədilə onun ərinə zəruri 
köməklik göstərilməsini xahiş etmişdir. 
Sizcə, Hacıyevanın icra hakimiyyətinin ailə, ana və uşaqların 
müdafiəsi üzrə qurumuna müraciət etməsinin nəticəsi nə olacaq? 
Hacıyeva  ailə  hüququnun  hansı  prinsiplərini  pozmuşdur?  Ailə 
hüquqlarının  müdafiəsi  hansı  orqanlar  tərəfindən  və  hansı 
əsaslar olduqda həyata keçirilir? 
Məsələ 6.
D.İ.Kərimova boşandıqdan sonra dörd ildən artıq müddətdə 
yetkinlik  yaşına  çatmayan  oğlunun  saxlanılması  üçün  keçmiş 
ərindən aliment tutulması məsələsini qaldırmamışdır. Belə ki, o, 
işlədiyi kommersiya bankından yüksək maaş almış və maddi yar-
dıma ehtiyacı olmamışdır. Ancaq 2007-ci ildə bank bağlandıqdan 
sonra o, işsiz qalmış və oğlunun saxlanılması üçün ərindən hər 
ay  yüz  əlli  manat  ödəməyi  xahiş  etmişdir.  Üç  ay  müddətində 
Kərimov müxtəlif bəhanələrlə bu məsələnin həllindən yayınmış, 
sonra isə alimentin könüllü qaydada ödənilməsi haqqında razı-
laşma  bağlamaqdan  birbaşa  imtina  etmişdir. Arvadının  məhkə-
məyə  müraciət  etmək  barədə  hədəsinə  də  Kərimov  əhəmiyyət 
verməyərək bildirmişdir ki, o, aliment tutulması ilə bağlı iddia 
ərizəsini  məhkəməyə  nikaha  xitam  verildikdən  sonra  bir  il 
müddətində verməli idi, indi isə formal səbəb üzündən (qanunla 
müəyyən  edilmiş  müddətin  başa  çatması  ilə  bağlı)  iddia  təmin 
edilməyəcək. 
Yaranmış  vəziyyətdə  Kərimova  necə  hərəkət  etməlidir? 
Azərbaycan Respub likasının Ailə Məcəlləsində aliment tutulması 
üçün iddia müddəti müəyyən edil mişdirmi?


55
II MÖVZU
Nikah anlayışı. Nikahın bağlanma şərtləri və qaydası.
Nikahın etibarsızlığı
Əsas məsələlər
1. Ailə hüququnda nikahın anlayışı. Nikahın bağlanma şərt-
ləri. Nikahın bağlanmasına mane olan hallar. 
2. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi. 
3. Nikahın bağlanma qaydası. Nikahın bağlanmasının dövlət 
qeydiyyatı. 
4. Nikahın etibarsız sayılması:
a) nikahın etibarsız sayılmasının əsasları və qaydası;
b) nikahın etibarsız sayılmasını tələb etmək hüququna ma-
lik şəxs;
c) nikahın etibarsız sayılmasını aradan qaldıran hallar;
ç) nikahın etibarsız sayılmasının hüquqi nəticələri.
Yoxlama sualları
1. Ailə  hüququ  üzrə  nikah  anlayışını  formulə  edin  və  onun 
hüquqi əlamətlərini göstərin.
2. «Nikahın bağlanması» və «nikahın bağlanmasının dövlət 
qeydiyyatı»  anlayışları  fərqləndirilirmi?  Cavab  verərkən  hüquq 
normalarına istinad edin.
3.  Nikahın  dövlət  qeydiyyatının  hüquqi  və  praktiki  mənası 
nədən ibarətdir?
4. Dini adət üzrə bağlanmış nikahın hüquqi qüvvəsi varmı?
5. Nikahın bağlanmasının şərtlərini göstərin. 
6.  Nikahın  qiyabi,  nümayəndə  vasitəsilə  bağlanmasına  yol 
verilirmi?
7. Nikaha daxil olmuş şəxslərin qarşılıqlı razılığının hüquqi 
məzmunu nədən ibarətdir?


56
8. Qanunvericilikdə nikah yaşı hansı yaşdan müəyyən edilmiş-
dir? Onun aşağı salınmasının əsasını və hüquqi nəticələrini göstərin. 
9.  Nikah  yaşının  aşağı  salınmasına  hansı  hallarda  və  hansı 
hüdudlara qədər yol verilir? Nikah yaşının aşağı salınması məsə-
ləsi kim tərəfindən həll edilir?
10. Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunverici-
liyinə görə nikahın bağlanmasına mane olan hallar hansılardır?
11.  Qardaş  və  bacılar,  övladlığa  götürənlər  və  övladlığa 
götürülənlər arasın da nikah bağlanmasına yol verilirmi?
12. Faktiki ər-arvad münasibətləri hüquqi əhəmiyyətə malik-
dirmi?
13. Nikahın bağlanmasının dövlət qeydiyyatı qaydası haqqın-
da danışın. O, hansı normativ aktlarla tənzimlənir?
14. Nikaha daxil olmaq istəyən şəxslər tərəfindən vətəndaşlıq 
vəziy yəti  aktlarının  dövlət  qeydiyyatı  orqanlarına  ərizə  veril-
dikdən  sonra  qanunla  mü əyyən  edilmiş  müddət  artırıla  və  ya 
azaldıla bilərmi?
15. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əsasları və 
qaydası barədə danışın. 
16. Nikahın etibarsız sayılması üçün zəruri olan əsası göstərin.
17. Saxta nikah dedikdə nəyi başa düşmək lazımdır?
18. Nikahın etibarsız sayılması qaydası haqqında danışın. 
19. Nikahın etibarsız sayılması haqqında iddia ilə məhkəməyə 
kim müraciət edə bilər?
20. Məhkəmə tərəfindən nikah etibarsız hesab edildikdə, han-
sı hü quqi nəticələr baş verir? Hansı vaxtdan nikah etibarsız hesab 
edilir?
21. Etibarsız nikahın ər-arvad üçün heç bir hüquq və vəzifələr 
doğurmadığı haqqında qaydada istisna varmı?
22. Nikahın etibarsızlığını istisna edən halları göstərin. 
23.  Nikahın  etibarsız  hesab  edilməsi  haqqında  məhkəmə 
qərar  çıxararkən  vicdanlı  ər  ona  vurulmuş  mənəvi  ziyana  görə 
kompensasiya tələb etmək hüqu quna malikdirmi? Əgər belə hü-
quqa malikdirsə, hansı qaydada?


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə