K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   ...   30

6
– ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan 
şəxslərin  iştirakı  ilə  ailə  münasibətlərinə  tətbiqi  (Azərbaycan 
Respublikası Ailə Məcəlləsinin 146-157-ci maddələri);
– vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı – ümumi 
qaydalar, doğumun qeydə alınması, nikahın qeydə alınması, ata-
lığın müəyyən edilməsinin qeydə alınması, ölümün qeydə alın-
ması  (Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  158-195-ci 
maddələri).


7
II MÖVZU
AİLƏ HÜQUQUNUN TARİXİ. NİKAH VƏ AİLƏ 
HAQQINDA QANUNVERİCİLİK
1. Qədim zamanlarda, eləcə də Roma və yunan hüqu qunda, 
habelə orta əsrlər dövründə qanunvericilik patriarxal münasibət-
lərin qərarlaşmasına, qadınların və uşaqların hüquq və mənafelə-
rinin məhdudlaşdırılmasına xidmət edirdi. Tədricən bir sıra Av-
ropa ölkələrində patriarxal münasibətlərin yumşalması müşahidə 
olunmağa başladı.
2.  XVII  əsrin  axırlarında  İngiltərədə  və  Fransada  uşaq ların 
tərbiyəsinə görə valideynlərin məsuliyyətinin artırılması, ata və 
ananın hüquq və vəzifələrinin tarazlaşdırılması istiqamətində qa-
nunlar  paketi  işlənib  hazırlandı  və  qəbul  olundu.  Sonrakı 
dövrlərdə həmin qanunların təkmilləşdirilməsi və standartlaşdı-
rılması istiqamətində təsirli addımlar atıldı.
3.  1989-cu  ildə  Fransada  qəbul  olunmuş  «Atılmış  uşaqlar 
haqqında  və  valideynlərin  rəhmsizcəsinə  rəftar  etdiyi  uşaqlar 
haqqında» qanun nəzərdə tutulurdu ki, bu qəbildən olan valideyn-
ləri  məhkəmə  valideynlik  hüququndan  məhrum  edə,  hüquq  və 
mənafeləri  pozulmuş  uşaqlar  qəyyumlara  və  uşaq  xeyriyyə 
müəssisələrinə verilə bilərdi. Bu tip qanunvericilik aktları sonra-
lar  Belçika,  Hollandiya,  Macarıstan  və  s.  kimi  ölkələrdə  qəbul 
olundu. Rusiya imperiyasının qanunlar külliyyatında da ailə hü-
ququ  istiqamətində,  xüsusən  uşaqların  hüquqlarının  müdafiəsi 
yönümündə də müəyyən irəliləyiş nəzərə çarpmaqda idi.
4.  Sovet  hakimiyyətinin  qurulmasından  sonra  Rusiyada  və 
Azərbaycanda ailə hüququ sahəsində baş verən irəliləyişi qeyd 
etməmək olmaz. Hələ 31 dekabr 1917-ci ildə «Analığın və uşaq-
ların  mühafizəsinin  təmin  edilməsi»  üzrə  kollegiyaların  təşkili 
haqqında dekret imzalanmışdı.


8
4 yanvar 1918-ci ildə qəbul edilmiş «Nikah, ailə, qəyyumluq 
hüququ  və  vətəndaşlıq  vəziyyəti  aktları  haqqında  Məcəllənin» 
149-cu maddəsi valideynlərin hüquqlarını, o cümlədən uşaqlarını 
tərbiyə etmək hüququnu müəyyən edirdi. Ailə tərbiyəsinin ictimai 
əhəmiyyətini  nəzərə  alan  dövlət  valideynlərin  üzərinə  eyni  za-
manda uşaqları tərbiyə vəzifəsi də qoyurdu. Valideynlərin uşaq-
ları tərbiyə etmək vəzifəsi həmin Məcəllənin 154-cü maddə sində 
konkret göstərilmişdi. Bununla da dövlət valideynlər və uşaqlar 
arasında olan münasibətlərə hüquqi xarakter verdi. Ailədə uşaq-
ların tərbiyəsinə münasibətdə valideynlərin məsuliyyəti artırıldı.
5. Azərbaycan SSR-in 29 may 1928-ci il tarixli «Nikah, ailə 
və qəyyumluq haqqında» qanununda yeni hüquq normaları hesa-
bına xeyli dəyişiklik edildi. Nikah senzi kişilər üçün 18 yaş, qa-
dınlar üçün isə 16 yaş müəyyən olundu. Valideynlərin başlıca hü-
quq  və  vəzifələrinin  məhz  uşaqların  mənafeyi  naminə  həyata 
keçirilməsi bir daha təsbit olundu. Ən başlıca yenilik kimi qeyd 
etmək lazımdır ki, ilk dəfə olaraq yeni Məcəllədə övladlığa gö-
türmə institutu nəzərdə tutulurdu. Ailə Məcəlləsində qəyyumluğa 
və himayəçiliyə daha geniş yer verilirdi.
6. Azərbaycan SSR-in 1928-ci il Ailə Məcəlləsində qəyyum-
ların və himayəçilərin əmlak hüquq və vəzifələri daha da dəqiq-
ləşdirildi. Təsadüfi deyildir ki, 1928-ci ildə qəbul olunmuş Ailə 
və Nikah haqqında Məcəllə 1968-ci ilə qədər qüvvədə oldu.
27 iyun 1968-ci ildə SSRİ İttifaqı və müttəfiq respublikaların 
Nikah və Ailə Qanunvericiliyinin Əsasları, daha sonra ayrı-ayrı 
müttəfiq  respublikaların  yeni  Ailə  və  Nikah  Məcəlləsi  qəbul 
olundu.
7. 1 aprel 1970-ci ildə Azərbaycan Respublikasının yeni Ailə 
və  Nikah  Məcəlləsi  qəbul  edildi.  Yeni  qanunvericilik  yalnız 
vətən daşlıq  vəziy yəti  aktlarının  qeydiyyatı  (VVADQ)  orqanla-
rında qeydiyyatdan keçən nikahı qanuni hesab edirdi. Dini yol-
larla bağlanmış nikahlar etibarsız sayılırdı və hüquqi əhəmiyyətə 
malik  deyildi.  Nikah  müddətində  ər-arvadın  əldə  etdikləri 
əmlakın ümu miliyi təsdiq edilirdi.


9
8.  Əvvəllər  qəbul  olunmuş  boşanma  qaydası  sadələşdirildi. 
Artıq  nikahın  pozulması  haqqında  qətnaməni  rayon  (şəhər) 
məhkəmələri  çıxarırdı.  Bundan  əlavə,  arvadın  hamilə  olduğu 
dövrdə və uşaq doğulduqdan bir ilə qədər müddət ərzində ananın 
razılığı olmadan ər boşanma haqqında məsələ qaldıra bilməzdi.
9. Yeni ailə və nikah qanunvericiliyinin əsasları ana və uşağın 
mənafeyini  nəzərə  alaraq  atalığın  məhkəmə  yolu  ilə  müəyyən 
olunması, eləcə də nikah münasibətlərindən kənar anadan olmuş 
uşağın vətəndaşlıq vəziy yəti aktlarının dövlət qeydiyyatı (VVADQ) 
kitabında qeydə alınması qaydasını təsbit etdi. Alimentin könüllü 
surətdə verilməsi nəzərdə tutulurdu. Lakin lazım gəldikdə, icbari 
qaydada məhkəmə yolu ilə də bu məsələ həll oluna bilərdi. Yeni 
qanunvericilikdə uşaqlar barədə valideynlərin hüquq və vəzifələ-
rinin,  valideynlərə  maddi  yardım  göstərilməsi  barədə  uşaqların 
vəzifələrinin müəyyən edilməsinə geniş yer verilirdi.


10
III MÖVZU
AİLƏ HÜQUQ MÜNASİBƏTLƏRİ
1. Ailə – üzvlərinin bir-birinə müxtəlif düyünlərlə bağlanmış 
olduğu  kollektivdir.  Ailənin  özəyində  hissi,  mənəvi  və  maddi 
amillər üzvü vəhdətdə birləşir. Başqa sözlə, ailə sosioloji mahiy-
yət kəsb edən insan qrupudur.
2. Ailə sosioloji kiçik insan toplumudur ki, onu hissi, mənəvi 
mənafelər birləşdirməklə yanaşı, bu sosial özəyin üzvləri dövlət 
mənafeyini  təmsil  edən  hüquq  normalarında  nəzərdə  tutulmuş 
qarşılıqlı  hüquq  və  vəzifələrə  malikdirlər.  Odur  ki,  ailə 
münasibətləri hüquq münasibətlərinin predmeti kimi çıxış edir.
3. Ailə  hüququnun  mühüm  əlamətlərindən  biri  onun  üzvlə-
rinin birgə yaşamasıdır. Bu da öz əksini ailə qanunvericiliyində 
tapır.  Ailəni  səciyyələndirən  ikinci  əlamət  isə  onun  üzvlərinin 
qarşılıqlı  hüquq  və  vəzifələrinin  olmasıdır.  Dövlət  ailə  hüquq 
normaları çərçivəsində aşağıda göstərilən ailə münasibətlərini ni-
zamlayır:
– nikah bağlamanın şərtləri və qaydası, nikaha xitam veril-
məsi və onun etibarsız sayılması;
– ailə üzvləri: ər və arvad, valideynlər və uşaqlar, habelə öv-
ladlığa götürənlər və övladlığa götürülənlər arasında şəxsi əmlak, 
hüquq və vəzifələri;
– ailə qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda qohumlar 
və digər şəxslər arasında şəxsi əmlak münasibətləri;
–  valideyn  himayəsindən  məhrum  olan  uşaqların  ailələrə 
verilməsinin formaları və qaydası.
4.  Ailə-hüquq  münasibətlərinə  (Azərbaycan  Respublikası 
Ailə Məcəlləsinin 2-6-cı maddələri) daxil olan məsələlərin dairə-
sini genişləndirmək də olar. Başqa sözlə, nizamlanma predmeti 
sadəcə ailə münasibətləri deyil, həm də iştirakçılarının müəyyən 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə