K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   ...   30

15
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarını 
da öyrənməlidirlər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun rəhbər 
qərarlarına və konkret işlər üzrə məhkəmə təcrübəsinə dair karto-
teka  yaradılmalıdır.  Bu,  ailə  hüququnun  öyrənilməsinə  böyük 
kömək göstərə bilər.
Dövlət  tərəfindən  nikah  ittifaqının  öz  təyinatına  müvafiq 
fəaliyyəti üçün aşağıdakı hüquqi vasitələrə əl atılır:
– nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı;
– qadın və kişinin nikah yaşına çatması;
– Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə nəzərdə tutulan 
qadağaların olmaması.
Nikah  yaşı  müxtəlif  ölkələrdə  müxtəlif  olsa  da,  prinsipial 
köklü fərqlərə malik deyildir.
Nikah  yaşının  müəyyən  edilməsində  belə  bir  tendensiyanın 
olduğu əsas götürülməlidir ki, dövlət milli adət-ənənələrə tərəfdar 
çıxır. Onu da xüsusi vurğulamaq lazımdır ki, bəşəriyyət mono-
qam ailənin təkamül yolunu minilliklər ərzində meydana gətir-
mişdir. Təcrübə göstərir ki, poliqamiyanın mövcud olduğu ölkə-
lərdə o artıq öz nüfuzunu itirməkdədir.
Artıq dünyanın əksər inkişaf etmiş ölkələrində yaxın qohum-
lar arasında nikah rəsmi surətdə qadağan olunur, qalan ölkələr isə 
bunu dəstəkləyir.
Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, yaxın qohumların 
nikah bağlaması nəticəsində şikəst övladlar dünyaya gəlir. Ona 
görə də bu cür nikahların aradan qaldırılması vaxtı gəlib çatmış-
dır. Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycan 
Respublikasında  düzünə  xətlə  qohumların  arasında  nikahların 
sayı sürətlə artır. Bu, çox fəlakətli nəticələrə səbəb olur. Fiziki və 
əqli qüsurlarla doğulan uşaqların sayı əvvəlki illərdən qat-qat ço-
xalıb. Bu cür halların qarşısını almaq üçün yaxın qohumlar ara-
sındakı nikahlara artıq «dayan» deməyin vaxtıdır.
Düzünə  xətlə  qohumlar  arasında  nikah  qanunla  qadağan 
edilməlidir.


16
Nikaha daxil olanların fiziki və psixi sağlamlığı, daha doğru-
su,  hüquq  qabiliyyətliliyi  zəruridir.  Belə  ki,  nikah  bağlanarkən 
nikaha daxil olanların iştirakı zəruridir və etimadnamələrlə nika-
hın qeydiyyatının yolverilməzliyi qanunvericiliklə tənzimlənmə-
lidir.  Lakin  dünya  təcrübəsində  nikahın  təmsilçilər  tərəfindən 
bağlanması hallarına İspaniya, Peru və s. ölkələrdə rast gəlinir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ikinci bölməsi 
(9-28-ci maddələr) nikahın bağlanması və nikaha xitam verilməsi 
qaydası və şərtlərinə həsr edilmişdir.
Azərbaycan Respublikasında nikah vətəndaşlıq vəziy yəti akt-
larının dövlət qeydiyyatı (VVADQ) orqanlarına ərizə veriləndən 
bir ay sonra qeydiyyata alınır ki, bu da təcrübədə özünü doğrul-
dur.  Bunun  da  əsas  məqsədi  özünəməxsus  sınaq  müddətinin 
tətbiqindən ibarətdir.
Nikah  sahəsində  qanunvericiliyin  əsas  məqsədinin  qa dağa-
lardan ibarət olması barədə təsəvvürlərin yolverilməzliyi onunla 
əsaslandırılmalıdır ki, bu, ailənin möhkəmliyinə, onun cəmiyyət 
həyatında oynadığı roluna və yerinə, son nəticədə dövlətin özü-
nün möhkəmliyinə, ailə hüququ ilə çoxəsrlik mənəvi dəyərlərin 
üzvi vəhdətinin sıx əlaqəsinə xid mət edir. Məhz bunları nəzərə 
alaraq, Azərbaycan Res pub likası Konstitusiyasının 34-cü maddə-
sində vətəndaşın nikah hüququ müəyyən edilmişdir.


17
V MÖVZU
ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1. Qeyd etmək lazımdır ki, nikah qadın və kişinin Azərbaycan 
Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən ittifaqıdır. Məhz 
nikah bağlanandan sonra onların hər ikisi ər-arvad statusu almış 
olurlar. Ər və arvad ailə hüquq norması ilə nəzərdə tutulan hüquq 
və vəzifələrin daşıyıcısına çevrilirlər (Azərbaycan Respublikası 
Ailə Məcəlləsinin 29-42-ci maddələri). Həmin hüquq və vəzifələr 
iki qrupa bölünür: şəxsi və əmlak hüquq vəzifələri.
2. Ər-arvadın şəxsi hüquq və vəzifələri:
– daşıyıcılarından ayrılmazdır;
– sahiblərinin iradəsi ilə özgəninkiləşdirilə bilməz;
– hər hansı bir əqdin predmeti ola bilməz;
– pul ekvivalentinə malik deyildir.
3. Ona da diqqət yetirilməlidir ki, ər-arvadın şəxsi hüquqları 
bərabərdir. Bu hüquqlar Azərbaycan Respublikası Ailə Məcəllə-
sinə müvafiq olaraq prioritet əsaslarla həyata keçirilməlidir. Ana-
lıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, ailənin digər məsələləri 
ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll 
edilir.
4. Ər-arvadın qeyri-maddi vəzifələri də az əhəmiyyət kəsb et-
mir.  Ər  və  arvad  bir-birinə  məşğuliyyət,  sənət  və  yaşayış  yeri 
seçməkdə  mane  olmamalıdırlar.  Ailədə  münasibətlər  qarşılıqlı 
hörmət və yardıma, uşaqların firavanlığına və sağlam inkişafına 
əsaslanmalıdır. Bu, mənəvi dayağa söykənən bəyannamə səciy-
yəsi daşıdığından hüquqi təminata malikdir. Ər və arvad öz arzu-
ları ilə onlardan birinin soyadını seçmək, nikaha qədərki soyadı 
saxlamaq və ya soyadları birləşdirmək hüququna malikdirlər.
5. Ərlə arvadın şəxsi hüquq və vəzifələri zəminində uşaqların 
tərbiyəsi mühüm və prioritet səciyyə daşıyır. Valideynlər uşaqları 


18
sağlam böyütmək, təhsil almaq və peşə secmələrinə imkan yarat-
maq,  yeni  nəslin  iqtisadi  müstəqilliyinin  təməlini  qoymaq 
istiqamətində yalnız şəxsi hüquqlarını konkret vəzifələri ilə üzvi 
vəhdətdə reallaşdırmalıdırlar.
6. Nikaha daxil olan ər-arvadın hər biri:
– ərin və ya arvadın soyadını ümumi soyad kimi qəbul edir;
– nikaha qədərki soyadı saxlayır;
– öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirir.
Əlavə  etmək  lazımdır  ki,  nikah  pozulanda  soyadların 
dəyişdirilməsi zəruri deyildir. Bu halda ər-arvad öz istəyinə uy-
ğun qərar qəbul edir. Əgər nikah məhkəmə qaydasında pozulur-
sa, problemin həlli məhkəmənin qərarında öz əksini tapmalıdır.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə