K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   ...   30

19
VI MÖVZU
ƏR VƏ ARVADIN ƏMLAK HÜQUQ 
VƏ VƏZİFƏLƏRİ
 1. Ər və arvadın əmlak hüquq və vəzifələrinə onlara məxsus 
əmlakla bağlı olan hüquq və vəzifələr aiddir (Azərbaycan Res-
publikası Ailə Məcəlləsinin 31-40-cı maddələri). Əgər şəxsi hü-
quq və vəzifələr onların birgə ailə həyatının daxili əsasını təşkil 
edirsə, ərin və arvadın əmlak hüquqları tamamilə başqa əhəmiy-
yət  kəsb  edir.  Belə  hüquqların  mövcudluğu  nikah  pozulanda 
meydana çıxır və əmlak hüquqlarının müdafiəsi zərurətə çevrilir. 
Lakin əmlak hüquqları heç də ailə həyatının digər sahələrini üstə-
ləyə bilməz.
2.  Hansı  əmlak  obyektindən  söhbət  gedirsə  getsin,  həmişə 
mahiyyət öz spesifikasına malik olan hüququn təbiətindən doğur. 
Bu hüquqlar:
– qanuna əsaslanan müxtəlif əqdlərin predmeti ola bilər;
– pulla qiymətləndirilir (maddi ekvivalentə malikdir).
3. Ər-arvadın mülkiyyətinə aşağıdakı əmlak aid edilir:
– nikaha qədər onlara məxsus olan əmlak;
– aldığı hədiyyələr, mükafatlar və dövlət təltifləri;
– vərəsəlik hüququ ilə aldığı əmlak;
– əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, habelə nikahda ol-
duqları zaman ümumi vəsait hesabına alınan fərdi istifadə şeyləri.
Qloballaşan iqtisadi böhran şəraitində ailə həmrəyliyi dövlət 
həmrəyliyindən üstündür. Dövlət ailəyə hər cür kömək göstərir, 
bununla belə, «çörək gətirənin gətirdiyi çörəyi çörək paylayanın 
düzgün  bölməsi»  qaydasına  əməl  olunmasa,  ailədə  heç  bir 
müsbət nəticə əldə etmək olmaz.
4. Tədris prosesində diqqəti ona yönəltmək lazımdır ki, iqti-
sadi sahədə son zamanlar baş verən dəyişikliklər ər-arvadın ümu-


20
mi birgə əmlakı siyahısını zənginləşdirmişdir. Bu siyahıya aşağı-
dakılar daxildir:
–  ər  və  arvadın  əmək  və  sahibkarlıq  fəaliyyətindən  əldə 
etdikləri gəlirlər;
– intellektual fəaliyyət nəticəsində əldə olunan gəlirlər;
– ər və arvadın aldığı müavinətlər, pensiyalar, xüsusi təyinatı 
olmayan digər ödəmələr;
– ər və arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar 
və daşınmaz əmlak;
– qiymətli kağızlar, kredit idarələrinə və ya digər kommersiya 
təşkilatlarına  qoyulan  paylar,  əmanətlər,  kapitaldan  olan  paylar 
və əmlak (kimin adına qoyulmasının əhəmiyyəti yoxdur);
– nikah dövründə ər və arvadın qazandığı hər hansı bir əmlak.
5.  Əmlak  bölgüsü  nikah  pozulanda  mübahisə  obyek tinə 
çevrilən problemlərdəndir. Ər və arvadın əmlak mübahisə lərini 
həll edərkən məhkəmələr çox hallarda yalnız tərəflərin izahatı ilə 
kifayətlənir,  şahidlər  dindirilmir,  mübahisəli  əmlakın  cehiz, 
hədiyyə və ya birgə nikah müddətində qazanılmış əmlak olduğu-
nu  aydınlaşdırmır. Azərbaycan  Respublikası Ailə  Məcəlləsində 
ilk dəfə olaraq nikah müqaviləsi təsbit edilmişdir. Ailə Məcəllə-
sinin VIII fəsli bütövlükdə nikah müqaviləsinə həsr olunmuşdur. 
On iki illik bir tarixi olan nikah müqavilələrinin Azərbaycan Res-
publikasının  notariat  orqanlarının  təcrübəsində  sayı,  təəssüf  ki, 
çox azdır. Məhkəmə təcrübəsində isə belə müqavilələrin müba-
hisə predmeti olması hallarına, demək olar ki, rast gəlinmir. 
Nikahın  pozulması  ər-arvadın  əmlak  mübahisələrinə  dair 
mülkü  işlərə  baxılmasında  məhkəmələrin  nöqsanlarının  aradan 
qaldırılması və qanunla düzgün tətbiq edilməsi məqsədilə tələbə-
lərin diqqətini Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenu-
munun 1988-ci il 26 aprel tarixli, 2 №-li qərarına yönəltmək la-
zımdır.


21
VII MÖVZU
NİKAHIN POZULMASI HAQQINDA İŞLƏRƏ 
BAXILMASININ PROSESSUAL XÜSUSİYYƏTLƏRİ
Nikahın xitamı ər-arvadın birinin ölümü və ya məhkəmə qay-
dasında ölmüş elan edilməsi ilə, habelə tərəflərdən birinin və ya 
hər ikisinin ərizəsi ilə boşanma yolu ilə həyata keçirilir. Bu za-
man ər-arvaddan hər hansı birinin üstün səlahiyyətləri olmur. La-
kin qadın hamilə olarkən, körpə bir yaşına çatana kimi nikahın 
xitamına  yol  verilmir.  Məqsəd  ana  və  uşaqların  hüquqlarının 
müdafiə olunmasından ibarətdir. Burada diqqət ailə hüququ baxı-
mından nikahın xitamına xüsusi hal kimi yanaşılmasının izahına 
yönəldilməlidir.  Digər  tərəfdən  boşanmanın  sosial  hal  kimi 
dəyərləndirilməsi vacibdir.
Kursun materiallarının öyrənilməsində boşanmanın sosial hal 
kimi  stimullarına  xüsusi  diqqət  yetirmək  zəruridir. Azərbaycan 
Respublikasının məhkəmələrində mülki işlərin sayı son vaxtlar 
həddən artıq çoxalıb, onların arasında ailə-hüquq münasibətlərin-
dən  irəli  gələn  işlər  xüsusi  yer  tutur,  ən  çox  boşanmalara,  ər-
arvadın ümumi birgə mülkiyyətinin bölgüsünə, uşağın bir vali-
deyn dən  alınıb  o  biri  valideynə  verilməsi  hallarına  rast  gəlinir. 
Çox  təəssüf  ki,  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 
Məcəlləsində boşanmanın daha mürəkkəb bir formada müəyyən 
edilməsi  əvəzinə  qətnamənin  çox  sadələşdirilmiş  bir  forması 
təsbit olunmuşdur. Yəni artıq təzə MPM-də boşanma haqqında 
qətnamənin əsaslandırıcı hissəsi tərtib edilməyə də bilər.
Nikaha xitam verilməsinin əsasları Azərbaycan Respublikası 
Ailə Məcəlləsinin 14-cü maddəsində göstərilmişdir. Həmin mad-
dədə  qeyd  edilir  ki,  ər-arvaddan  biri  öldükdə  və  ya  məhkəmə 
qaydasında  ölmüş  elan  edildikdə,  tərəflərin  ərizəsi  əsasında, 
eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan he-


22
sab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xi-
tam verilə bilər.
Məhkəmə  nikahın  pozulması  haqqında  qətnamə  çıxararkən 
yetkinlik yaşına çatmayan uşaqların və əmək qabiliyyəti olmayan 
ərin  (arvadın)  mənafeyini  müdafiə  etmək  üçün  zəruri  hal larda 
tədbirlər görür. Digər motiv ər-arvadın bir-birinə qarşılıqlı qayğı 
və diqqət göstərməməsi ilə bağlıdır. Ailə münasibətlərində boşan-
maya  rəvac  verən  amillərdən  biri  də  ər-arvad  arasında  fizioloji 
təsəvvürlərin arzuolunmaz şəkildə qabardılması ilə izah olu nur. 
Nikahın xitamı səbəbləri olduqca müxtəlif və mürək kəbdir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, nikgaha da-
xil  olan  şəxslər  pulsuz  olaraq  tibbi  müayinədən  keçə  bilərlər. 
Təəssüf ki, təcrübədə belə hallara rast gəlinmir. Yaxşı olardı ki, 
tibbi müayinə vaxtı gənclərin bioloji yaxınlıqları haqqında onlara 
əlavə məlumat verilsin. 
Nikahın xitamı həm məhkəmə, həm də icra hakimiyyəti or-
qanları vasitəsi ilə reallaşdırılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17-ci maddəsinə 
əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-
arvadın qarşılıqlı razılığına görə (ər-arvaddan hər hansınınsa uşa-
ğı olmasa, əgər digər ər (arvad) bu uşağın valideyni deyildirsə və 
uşağı övladlığa götürməmişdirsə, onda bu hal onların nikahları-
nın  icra  hakimiyyəti  orqanlarında  pozulmalarına  maneçilik 
törətmir. Bu da ailənin dövlət tərəfindən müdafiəsinin konstitusi-
on müddəalarından irəli gəlir. 
Kursun tədrisi prosesində diqqət ona yönəldilməlidir ki, yet-
kinlik yaşına çatmayan uşaqları olan ailələrdə bütün hallarda ər 
və arvaddan biri boşanmanın əleyhinə çıxarsa, bu problem məh-
kəmə  vasitəsilə  həll  olunur.  Bu  da  təsadüf  deyildir.  Məhz  belə 
qayda bütün hallarda yaranmış ailə münasibətlərinə ciddi qiymət 
verməyə  real  zəmin  yaradır,  ər-arvaddan  hər  birinin,  onların 
uşaqlarının və dövlətin mövqelərinin müdafiəsinə imkan verir.
Nikahın  pozulması  ilə  əlaqədar  ər-arvadın  ümumi  birgə 
mülkiyyəti  olan  əmlakın  bölünməsi  məsələsini  həll  edərkən, 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə