K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   ...   30

23
məhkəmə, hər şeydən əvvəl, hansı əmlakın bölünməli olmasını 
müəyyən etməlidir. Bu zaman üçüncü şəxslərin mənafeyinə to-
xunularsa, məhkəmə əmlak bölgüsünü nikahın pozulması ilə bir 
icraatda həll etməlidir. Üçüncü şəxslərin mənafeyinə toxunulma-
sı ilə əlaqədar, əmlak mübahisəsinin nikahın pozulması ilə bir ic-
raatda  baxılmasına  dair  qayda  kredit  idarələrindəki  əmanətin 
bölünməsinə aid oluna bilməz. Belə ki, Azərbaycan Respublikası 
Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən, kredit idarələrin-
dəki  əmanətlər  yalnız  ər-arvadın  birgə  mülkiyyəti  hesab  edilir. 
Bu,  əslində,  nikah  ittifaqına  xitam  verilməsi  ilə  bağlı  olan 
münasibətlərin dövlət tərəfindən hüquqi nizamlanması deməkdir.
Nikahın xitamı ər-arvad münasibətlərinin pozulmasına gətirib 
çıxarır. Əgər ailədə yetkinlik yaşına çatmayan uşaq varsa, uşağın 
kimlə qalacağı, onlara hansı həcmdə maddi yardım göstəriləcəyi 
ciddi  məsələlərdir  və  onların  hüquqi  cəhətdən  düzgün  həlli 
diqqətdən yayınmamalıdır. «Nikahın pozulmasına dair işə məh-
kə mələr  tərəfindən  baxılması  təcrübəsində  meydana  çıxan  bəzi 
məsələlər  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məh kəməsi 
Plenumunun  1979-cu  il  19  aprel  tarixli,  3  №-li  qərarına  görə, 
məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Ailə 
Məcəlləsinin  87-ci  maddəsinə  məhkəmə  aşağıdakı  hallarda  əri 
(arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yar-
dıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) sax-
lamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə 
məhdudlaşdıra bilər: 1) maddi yardıma ehtiyacı olan ər (arvad) 
əmək  qabiliyyətini  spirtli  içkilərin,  narkotik  vasitələrin,  psixo-
trop  maddələrin  qəbulu  və  qəsdən  törətdiyi  cinayət  əməli 
nəticəsində itirdikdə; 2) aliment ödənilməsini tələb edən ər (ar-
vad) ailədə ləyaqətsiz davrandıqda; 3) nikah çox çəkmədikdə.
Bir çox hallarda nikaha xitam verilməsi zamanı boşanmanın 
özü ön plana çıxır, onun nəticələri bir növ ikinci plana keçir. Baş-
qa  sözlə,  tərəflər  arasında  nikahın  xitamının  hüquqi  nəticələri 
prinsipial  münaqişəyə  səbəb  olmur.  Yetkinlik  yaşına  çatmayan 
uşaqları olmayan ailələrdə boşanmanın hüquqi nəticələri, prakti-


24
kada göstərildiyi kimi, daha asan nizamlanır. Məhkəmənin qət-
naməsindən  çıxarış  nikahın  dövlət  qeydiyyatı  yeri  üzrə  icra 
hakimiyyəti  orqanlarına  göndərilir.  Nikahın  xitamı  da  dövlət 
qeydiyyatından keçirilməlidir. Boşanma ilə əlaqədar keçmiş ər-
arvad arasında, eyni zamanda onların yaxın qohumları arasında 
düşmənçilik  yox,  normal  münasibətlərin  saxlanılması  lazımdır. 
Boşanma  aktı  düşmənçiliyə  gətirib  çıxartmamalıdır.  Çünki  bu, 
uşaqların  normal  inkişafına  mənfi  təsir  göstərir.  Uşaqların  nor-
mal inkişafına hər iki tərəf və onların yaxın qohumları köməklik 
etməlidirlər.
Tələbələrin  nəzərinə  çatdırmaq  lazımdır  ki,  xalqın  gələcəyi 
uşaq  tərbiyəsindən  xeyli  asılı  olduğundan  valideynlər  boşanma 
vaxtı iki «düşmən» tərəfə çevrilməməli, öz isti münasibətləri ilə 
uşaqlarını daxili intriqalarından uzaq tutmalıdırlar.
Heç bir uşaq dünyaya gəlmək üçün öz valideynlərinə «ərizə» 
vermir. Məhz bu baxımdan heç bir günahsız olan xoşbəxt uşaqlıq 
dünyasını  məhv  etmək,  fikrimizcə,  ən  ağır  cinayətdir.  Çünki 
məhkəmə təcrübələri göstərir ki, bu cür ailələr faktiki olaraq ailə 
münasibətləri  yaratmır.  Lakin  «müsəlmançılıqdan»  və  ya  adət-
ənənələrdən asılılıq kimi bu ailə münasibətləri mövcud olur. Bu 
isə bu günün tələb lərinə cavab verməyən uşaq tərbiyəsinə gətirib 
çıxarır.
Nəzərə almaq lazımdır ki, ər-arvad nikahın pozulmasına dair 
məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra da barışa 
bilərlər. Belə halda əgər nikahın pozulması icra hakimiyyəti or-
qanlarında  qeyd  edilmişsə,  məhkəmə Azərbaycan  Respublikası 
Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinin ikinci bəndinə 
müvafiq olaraq, icra işinin icraatının xitam edilməsi barədə qərar 
çıxara bilər.
Müasir dövrdə nikaha xitam verilməsinə dair qanunvericilik 
ailəyə  dövlət  təsiri  üsulu  kimi  əksər  dövlətlərdə  mövcuddur. 
Amma bütün ölkələr üçün ailə hüququnun əsrlər ərzində forma-
laşan beynəlxalq etalonu, əsasən, eynidir. Amma ümumi cəhətlərə 


25
baxmayaraq,  nikaha  xitam  verilməsi  müxtəlif  ölkələrdə  özünə-
məxsus xüsusiyyətlərdən də xali deyildir.
Nikahın etibarsız sayılması ilə onun məhkəmə yolu ilə xitamı 
arasında köklü fərqə xüsusi diqqət yetirilməlidir. 
Qeyd  etmək  lazımdır  ki,  nikahın  etibarsız  sayılmasının 
əsaslarından biri onun bağlanması şərtlərinin pozulmasıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddə-
lərində  və  13.3-cü  maddəsində  nəzərdə  tutulmuş  şərtlər  pozul-
duqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq 
niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
 Belə hallarda nikahın etibarsız hesab olunması nisbətən asan 
yolla həllini tapır. Lakin saxta nikahların etibarsız hesab edilməsi 
müəyyən problemlər doğurur.
Əgər nikahın bağlanmasına mane olan hallar işə baxılan vaxt 
aradan qaldırılmışsa, nikah etibarsız hesab edilə bilməz. Azərbay-
can  Respublikası  Ailə  Məcəlləsinin  27.1-ci  maddəsinə  əsasən, 
nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qal-
dırıldığı vaxtdan məhkəmə nikahı etibarlı hesab etməyə haqlıdır.


26
VIII MÖVZU
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ŞƏXSİ HÜQUQ  
VƏ VƏZİFƏLƏRİ
1. Yeni insanın formalaşması demokratiyanın və müstəqilliyin 
ən  əsas  və  birinci  vəzifəsidir.  Həmin  vəzifənin  yerinə 
yetirilməsində ailə mühüm rol oynayır. Ailədə uşaqların tərbiyəsi 
üçün  bütün  forma  və  metodlardan  düzgün  istifadə  edilməlidir. 
İndiki  şəraitdə,  hər  şeyin  dəyişildiyi  və  yenidən  qurulduğu  bir 
vaxtda  dövlətin,  ailənin  və  xalqın  bütün  səyi  yeni  nəslin 
mütərəqqi formada tərbiyəsinə yönəldilməlidir.
Uşaqların tərbiyəsi üzrə valideynlərin vəzifələrinə qanun hü-
quqi  məna  verir.  Qeyd  etdiyimiz  kimi,  ailə  qanunvericiliyində 
valideynlərin bərabərliyi təsbit olunmuşdur və bu zaman diqqət 
ona  cəlb  edilmişdir  ki,  tərbiyəvi  xarakterli  bütün  məsələlərin 
həllində onların qarşılıqlı razılığı zəruridir. Tələbələrin nəzərinə 
çatdırmaq  lazımdır  ki,  bütün  hüquq  sahələrindən  fərqli  olaraq, 
ailə hüququna (xüsusilə valideynlərin və uşaqların şəxsi hüquq 
və vəzifələrinə) istər dövlət, istər qanunvericilik, istərsə də hüqu-
qi  ədəbiyyatda  çox  incə  və  ehtiyatla  yanaşılmalıdır.  Hüquqi 
ədəbiyyatda  çox  yazılsa  da,  lazımi  qədər  tədqiq  edilməmiş 
sahələrdən  biri  də  valideynlərin  və  uşaqların  şəxsi  hüquq  və 
vəzifələri  institutudur.  Tədris  prosesində  onu  da  tələbələrin 
diqqətinə  çatdırmaq  lazımdır  ki,  Azərbaycan  Respublikasının 
tarixində  ilk  dəfə  1998-ci  il  mayın  19-da  45  maddədən  ibarət 
«Uşaq hüquqları haqqında» Qanun qəbul edilmişdir. Bu Qanu-
nun  19-cu  maddəsində  valideynlərin  hüquq  və  vəzifələrindən 
bəhs edilir. Tədris prosesində tələbələrə izah etmək lazımdır ki, 
bu  sahədə  tədqiq  edilən  problemlər  içərisində  əsas  istiqamət 
valideynlərin hüquq və vəzifələrinə, o cümlədən onların uşaqları 
şəxsən tərbiyə etmək hüququna yönəlmişdir.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə