K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   10   ...   30

27
2. Qanunun 11-ci maddəsində göstərilir ki, hər bir uşağın hər-
tərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, huma-
nizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.
Valideynlik hüquqları haqqında Q.M.Sverdlov tərəfindən bö-
yük əhəmiyyət kəsb edən nəzəri konstruksiya irəli sürülmüşdür. 
Həmin nəzəriyyənin ən əsas cəhəti ondan ibarət idi ki, burada ilk 
dəfə uşaqların subyektiv hüquqlarından irəli gələn xüsusi hüquqi 
münasibətlərin olması məsələsi göstərilmişdir.
Q.M.Sverdlov yazmışdır ki, istər valideynlər, istərsə də vali-
deynlərlə digər şəxslər arasında uşaq barəsində yaranmış müba-
hisələr ikitərəfli hüquq münasibətləri ilə ifadə olunur (81, 56).
 
N.M.Yerşova  valideynlərlə  uşaqlar  arasındakı  hüquq  və 
vəzifələrin  qanunla  müəyyən  edilmiş  qaydaya  müvafiq  olaraq 
mənşə (qohumluq) əsasında yarandığını qeyd etmişdir (49,12).
Uşağın  anadan  olması  özü  özlüyündə  yalnız  emosional  hal 
deyil, həm də yeni hüquq və vəzifələr doğuran hadisədir. Onun 
hüquqi nəticələri valideynləri ailə hüququnun yeni müstəvisinə 
keçirmiş olur. Qeyd edək ki, valideynlərin hüquq və vəzifələrinin 
meydana çıxması üçün, əvvəla, qan qohumluğu, ikincisi isə onun 
dövlət tərəfindən tanınması vacibdir. Bu da xüsusi tibbi və dövlət 
qeydiyyatı sənədləri ilə təsdiq olunmalıdır.
Uşaqların mənşəyinin müəyyənləşdirilməsi mühüm əhəmiy-
yət kəsb edən amillərdəndir. Bu məsələyə münasibətdə iki yanaş-
ma  tərzini  fərqləndirmək  lazımdır.  Uşağın  mənşəyi  könüllülük 
və məhkəmə qaydasında müəyyən oluna bilər.
3. Nikahdakı valideynlərdən olan uşaqın mənşəyi valideyn-
lərin  nikahı  haqqında  qeydlə  təsdiq  olunur.  Nikahda  olmayan 
valideynlərdən  olan  uşağın  mənşəyi  onun  ata  və  anasının  icra 
hakimiyyəti orqanlarına birgə ərizə vermələri yolu ilə müəyyən 
edilir  (Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  44.3-cü 
maddəsi).
4. Nikahda olmayan valideynlərin birgə ərizəsi və ya uşağın 
atasının ərizəsi olmazsa, atalığın müəyyən edilməsi valideynlər-
dən  birinin  və  ya  qəyyumun  (himayəçinin),  uşağı  saxlayanın, 


28
habelə yetkinlik yaşına çatan uşağın özünün ərizəsi ilə məhkəmə 
qaydası ilə müəyyən edilə bilər.
5.  Valideynlərin  uşaqları  sağlam  böyütmək,  uşa q   ları  öz  ya-
nında qeyri-qanuni və məhkəmənin qərarı olmadan saxlayanlardan 
geri tələb etmək, uşaqla ünsiyyətdə olmaq, onlardan ayrı yaşa yan 
övladların tərbiyəsində iştirak etmək, onun barəsində hər cür məlu-
mat almaq, təhsil müəssisəsi və təlim forması seçməkdə sərbəst 
hərəkət etmək hüququ qanunvericilikdə təsbit olunmuşdur.
6. Valideynlər eyni hüquqlara malikdirlər və uşağa münasi-
bətdə bərabər məsuliyyət daşıyırlar. Bu hüquqlar (yetkinlik yaşı-
na çatma) zaman kəsimi ilə məhdudlaşır. Valideynlər hüquqlarını 
həyata keçirərkən, öz vəzifələrini icra edərkən uşaqların mənafeyi 
prioritet  təşkil  edir.  Məhz  valideynlər  uşağın  tərbiyəsi  məsələ-
sində başqalarına nisbətən üstünlüyə malikdirlər.
7. Uşaqlara soyad verilməsində də valideynlərin qarşılıqlı ra-
zılığı əsas götürülür. Uşağın soyadı valideynlərin nikahının po-
zulmasından  sonra  dəyişmir.  Lakin  bu  məsələdə  uşağın  kimin 
yanında qalmasından asılı olaraq, uşağın valideynin arzusu ilə, 
uşağın mənafeyi əsas götürülərək soyadı dəyişdirilə bilər. Bütün 
bu  məsələlər  öz  həllini  Azərbaycan  Respublikası  Ailə  Məcəl-
ləsinin 10 və 11-ci fəsillərində göstərilən qaydada tapır.
8. Qeyd etmək lazımdır ki, valideynlərin öz uşaqlarını tərbiyə 
etmək vəzifələrini yerinə yetirməkdən boyun qaçırması və ya va-
lideynlik  hüquqlarından  sui-istifadə  etməsi,  uşaqlarla  amansız 
davranması, özünün əxlaqsız, cəmiyyətə zidd hərəkətləri ilə uşaq-
 lara zərərli təsir göstərməsi müəyyən edilərsə, habelə vali deynlər 
xroniki alkoqolik və narkomandırlarsa, onlar və ya onlardan biri 
valideynlik  hüququndan  məhrum  edilə  bilər. Valideynlik  hüqu-
qundan  məhrum  etmənin  əsas  məqsədi  uşağın  sağlamlığını, 
əhvali-ruhiyyəsini  qorumaq  və  onun  həyatı  üçün  normal  şərait 
yaratmaq, valideynləri nalayiq, cəmiyyətə zidd davranışına görə 
cəzalandırmaq və nəhayət, bu tədbirin həmin vali deyn lərə tətbiq 
edilməsi ilə ailədə və məişətdə özlərini nalayiq aparan vətəndaş-
lara tərbiyəvi təsir göstərməkdən ibarətdir.


29
Tələbə bilməlidir ki, ailə qanunvericiliyi valideynlik hüquq-
larından biri kimi uşaqların tərbiyəsi üzrə valideynlərin vəzifələri 
dedikdə valideynlərin bu sahədə davranış və hərəkətlərinin bütün 
kompleksini nəzərdə tutur.
Valideyni,  valideynlik  hüquqlarından  məhrum  etmək  üçün 
onun uşağı tərbiyə etmək vəzifəsini yerinə yetirməməsi kifayət 
deyil. Eyni zamanda müəyyənləşdirmək lazımdır ki, valideynlər 
öz  vəzifələrini  yerinə  yetirməkdən  boyun  qaçırırlarmı?  Bu,  o 
deməkdir ki, onlar həmin vəzifəni bilə-bilə, qəsdən yerinə yetir-
mirlər, bütün xəbərdarlıq tədbirlərinə baxmayaraq, öz valideyn-
lik borclarını yerinə yetirməməyə davam edirlər.
Valideynlik  hüququndan  sui-istifadə  edilməsi,  o  vaxt  vali-
deynlik hüquqlarından məhrum etmənin əsası hesab oluna bilər 
ki, valideynlər onlara aid olan hüquqlardan uşaqların tərbiyəsinin 
əleyhinə olaraq istifadə edirlər.
Valideynin  uşaqlarla  amansız  davranması  dedikdə  fiziki  və 
psixoloji zor tətbiq edilməsi, uşaqların insani ləyaqətinin alçaldıl-
ması və s. başa düşülür (Azərbaycan Respublikası Ali Məhkə məsi 
Plenumunun 3 dekabr 2007-ci il tarixli qərarının 3-cü bəndi).
Özünün  əxlaqsız,  cəmiyyətə  zidd  hərəkətləri  ilə  uşaqlara 
zərərli təsir göstərmək valideynlik hüquqlarından məhrum etmə 
işlərinə  baxılması  zamanı  tez-tez  rast  gəlinən  haldır.  Uşaqların 
gözləri qarşısında nalayiq söyüşlər söymək, qadınla kişi arasın-
dakı münasibətlərin intim tərəfini nümayiş etdirmək kimi hərə-
kətlər valideynlərin əxlaqsız davranışına aid edilir ki, bu da uşaq-
ların tərbiyəsinə mənfi təsir göstərir.
Valideynlik  hüququndan  məhrumetmənin  əsası  olmaqla, 
valideynlərin cəmiyyətə zidd davranışı ailə həyatında ayrıca epi-
zod kimi deyil, günbəgün yeniyetmənin şüurunu zəhərləyən, dai-
mi fəaliyyət göstərən mənbədir.
Valideynlik hüququndan məhrumetmənin əsası kimi xroniki 
alkoqolizm və narkomaniya xüsusi yer tutur. Təcrübə göstərir ki, 
çox vaxt valideynlik hüququndan məhrum edilən şəxslər xroniki 
alkoqol və narkomanlardır. Bu, onunla izah olunur ki, xroniki al-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə