K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

33
yetkinlik yaşına çatanlar əmək qabiliyyətini itirən, köməyə ehti-
yacı  olan  valideynlərini  saxlamağa  borcludurlar  (Azərbaycan 
Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsi).
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqı-
nın  bəzi  üzdəniraq  övladları  öz  valideynlərini  qocalar  evlərinə 
atırlar. Halbuki xalqımız üçün çox qədim tarixi kökləri olan övla-
dın valideynlərə və böyüklərə ülvi məhəbbəti, ata-ananı müqəd-
dəs hesab etməsi kimi xüsusiyyətlər səciyyəvidir. Acı həqi qətdir 
ki, qocalar evində on beş il bundan qabaq hər otaqda 2-3 nəfər 
atılmış valideyn var idisə, indi hər otaqda 4-5, hətta bəzən 6-7 
nəfər yerləşdirilmişdir. Biz hesab edirik ki, öz keçmişinə hörmət 
etməyən bir insan gələcəyini sevə bilməz, onun vətəndaşlıq ruhu 
ola  bilməz.  Çox  gözəl  bir  deyim  var,  bizim  qəlbimizi  ən  çox 
sevdiklərimiz qıra bilərlər.
8. Uşaqların saxlanması üçün aliment ödənilməsinə aşağıdakı 
hallarda xitam verilir:
– aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
– aliment ödənilən uşaq övladlığa götürüldükdə
– uşaq yetkinlik yaşına çatdıqda;
–  nikah  yaşı  azaldıldıqdan  sonra  yetkinlik  yaşına  çatmayan 
şəxslərə nikaha girməyə icazə verildikdə;
– yetkinlik yaşına çatan uşaqların əmək qabiliyyətinin bərpa 
olunduğu və onların maddi yardıma ehtiyacının aradan qalxdığı 
məhkəmə tərəfindən müəyyən olunduqda.
Ümumiyyətlə, tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, ali-
mentin  ödənilməsindən  boyun  qaçırma  həmişə  problem  olaraq 
qalır. Bu gün isə bu problem daha kəskin bir forma almışdır. Ali-
mentin  ödənilməməsi  və  yaxud  çox  cüzi  miqdarda  olması  vali-
deyni  olan  uşaqların  internat  məktəblərinə  axınını  güclən dir-
mişdir.


34
X MÖVZU
ƏR-ARVADIN VƏ AİLƏNİN DİGƏR ÜZVLƏRİNİN 
ALİMENT HÜQUQU VƏ VƏZİFƏLƏRİ
1. Ər-arvadın əmlak hüquq və vəzifələrinin növlərindən biri 
də  qarşılıqlı  surətdə  bir-birinə  maddi  yardım  göstərilməsindən 
ibarətdir.  Vahid  ailə  kimi  yaşayarkən,  ümumi  ailə  qayğıları  ilə 
birləşən sağlam ailə, bir qayda olaraq, ailə qanunvericiliyinə eh-
tiyac duymur. Yox, əgər münaqişələr meydana çıxarsa, problem 
məhkəmə yolu ilə nizamlanır.
2. Əmək qanunvericiliyinə müvafiq olaraq heç də bütün ər-
arvadlar  aliment  hüququna  malik  deyildirlər.  Bu  qəbildən  olan 
ər-arvadlar aşağıdakılardır:
a) əmək qabiliyyətini itirənlər və maddi yardıma ehtiyacı olan 
pensiya yaşlı şəxslər, I qrup və II qrup əlillər, daimi xəstəliyinə 
görə dərman alınması ilə bağlı xərc çəkməli olanlar və s.;
b) hamiləlik dövründə və uşaq anadan olandan sonrakı üç il 
ərzində. Bu zaman qadının nə dərəcədə maddi təminata malik ol-
ması vacib deyildir. Çünki uşağın tərbiyəsi və maddi tələbləri ər 
və arvadın hər ikisinin ümumi qayğısıdır;
c) öhdəsində 18 yaşına qədər əlil uşaq və yaşından asılı olma-
yaraq öhdəsində I qrup əlil olan valideyn digər valideyndən ali-
ment almaq hüququna malikdir. Lakin bu halda aliment verənin 
maddi vəziyyəti də nəzərə alınmalıdır.
3. Ər-arvadın aliment təminatı ilə bağlı münaqişələri gec-tez 
nikahın pozulması ilə nəticələnir. Lakin bu halda da boşanmadan 
sonra ər və ya arvadın müəyyən kateqoriyası aliment almaq hü-
ququnu saxlayır:
a)  hamiləlik  dövründə  və  ümumi  övlad  dünyaya  gəldikdən 
sonrakı üç il ərzində;


35
b)  öhdəsində  18  yaşına  çatmayan  əlil  uşaq  və  uşaqlıqdan  I 
qrup əlil olan ər və ya arvad. Burada söhbət qulluğa ehtiyacı olan 
uşaqlara maddi yardım labüdlüyündən gedir;
c) nikahın pozulmasına qədər və yaxud nikahın pozulmasın-
dan sonrakı bir il ərzində əmək qabiliyyətini itirən ər və arvad.
4. Qeyd etmək lazımdır ki, ər-arvadın birinin digərini saxla-
maq vəzifəsindən azad edilməsi, aşağıdakı hallarda yol veriləndir:
– ər-arvadın nikahda olması qısa müddət təşkil etdikdə;
– maddi yardım tələb edən ər (arvad) ailədə ləyaqətsiz dav-
randıqda;
– maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini 
spirtli içkilərin, narkotik maddələrin qəbulu və ya cinayət əməli 
nəticəsində itirdikdə.
Bu qaydalar ayrılmış ər-arvadın bir-birini qarşılıqlı saxlaması 
haqqındakı mübahisələrin həlli zamanı da tətbiq edilir.
5. Aliment ödənilməsi yalnız valideynlərin, yetkinlik yaşına 
çatan övladların, ər-arvadın (sabiq ər-arvadın) deyil, eyni zaman-
da ailənin digər üzvlərinin üzərinə qoyulur. Aliment ödənilməsinə 
cəlb olunan digər ailə üzvləri:
– qardaşlar və bacılar;
babalar və nənələr; nəvələr;
– ögey qız və ögey oğlan;
– faktiki tərbiyəçilər.
Ailənin digər üzvlərinin aliment öhdəlikləri Azərbaycan Res-
publikası Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə kifayət qədər 
müfəssəl və dəqiq nizamlanır.
Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayan uşaqları 
saxlamaq  vəzifəsi  digər  yaxın  qohumların  –  babanın,  nənənin, 
qardaşın, bacının üzərinə də qoyula bilər. 


36
XI MÖVZU
ALİMENT TUTULMASI HAQQINDA İŞLƏRƏ  
BAXILMASININ PROSESSUAL XÜSUSİYYƏTLƏRİ
1. Aliment verilməsi barədə saziş bu sahədə problemlərə son 
qoyur. Lakin məhkəməyə müraciət ediləndə aliment almaq hüqu-
quna  malik  olanların  mənafelərini  müdafiə  etmək  üçün  daha 
dəqiq mexanizm yaradılmasına ehtiyac duyulur. Belə mexanizm-
lərin  bir  qismi  əmək  qabiliyyəti  olmayanların  vəziyyətini 
yüngülləşdirməyə  xidmət  edir.  İkinci  qisim  tədbir  alimentlərin 
vaxtlı-vaxtında ödənilməsi işlədiyi müəssisə, idarə və təşkilatdan 
xeyli dərəcədə asılıdır.
2. İlkin mexanizm eyni zamanda idarə, müəssisə və təşkilat-
ların müdiriyyətinin aybaay alimentin tutulmasını təmin etməsi 
ilə bağlıdır. Belə ki, əmək haqqı, pensiya, müavinət, təqaüd və 
sairdən aliment tutulması təmin edilməlidir.
Aliment müxtəlif gəlirlərdən (məsələn, borclunun əmək haq-
qından  və  aldığı  pensiyadan),  əsas  iş  yerində  və  əvəzçiliklə 
işlədiyi yerdə aldığı əmək haqqıdan, yardımçı təsərrüfatdakı hər 
bir gəlir növündən tutulur, ayrı-ayrı icra vərəqinə əsasən həyata 
keçirilir. Bundan ötrü zəruri hallarda eyni işə görə bir neçə icra 
vərəqi verilir.
Alimentin düzgün və vaxtında tutulmasına idarə, müəssisə və 
təşkilatın  yerləşdiyi  yerdə  məhkəmə  icraçısı  tərəfindən  Azər-
baycan Respublikası Ailə Məcəlləsinin 105-112-ci maddələrində 
nəzərdə tutulmuş qaydada nəzarət edilir.
Aliment  onu  ödəyən  şəxsə  vergi  tutulduqdan  sonra  çatası 
əmək haqqı məbləğindən (gəlirdən) alınır. Əgər aliment ödəyən 
iş yerinı dəyişirsə, bu barədə işlədiyi yerini rəhbərliyi üç gündən 
gec olmayaraq məhkəmə icraçısına və aliment alan şəxsə məlu-
mat verməlidir.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə