K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

60
da nikahın dövlət qeydiyyatı hansı şərtlərlə mümkündür? Əvvəlki 
nikahın ləğv edilmiş olduğunu hansı sənədlər təsdiq edir? Azər-
baycan Respublikasının Ailə Məcəlləsinin 23.1-ci maddəsinin ni-
kah məhkəmə qaydasında pozulduqda məhkəmənin qətnaməsinin 
qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilməsi haqqında 
müddəası Azərbaycan Respublikasında nə vaxtdan tətbiq edilir?
Məsələ 6.
K.Y.Quliyev  və  L.Ç.Əmirova  nikaha  daxil  olmaq  haqqında 
və təndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına ərizə 
verdikdən  sonra  yerli  poliklinikaya  onların  gələcək  uşaqlarının 
cin sinin müəyyən edilməsi barədə mümkün tibbi müayinə aparıl-
ması və rəy verilməsi xahişi ilə müraciət etmişlər. Poliklinikanın 
baş həkimi bu məsələ üzrə poliklinikada müayinə aparılmadığını və 
məs ləhət verilmədiyini bildirərək, onların xahişini qəbul etməmişdir. 
Baş həkimin qərarını qiymətləndirin. Nikaha daxil olan şəxs-
lərin  tibbi  m üayi nədən  keçirilməsinin  mümkünlüyü Azərbay can 
Respublikasının Ailə Məcəlləsində hansı hallarda nəzərdə tutu-
lur? Bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və 
digər qanunvericiliklərin hansı normaları ilə tənzimlənir?
Məsələ 7.
Vaqif Cəfərov rəsmi sənədlə atadan bacısı olan Aynur Qası-
mova ilə nikaha daxil olmağı qərara almışdır. Aynurun anası Va-
qifin atası ilə nikahda olmamışdır, ancaq Aynur anadan olduqda 
onun anasının və Vaqifin atasının birgə ərizəsi ilə Aynurun atası 
olaraq Vaqifin atası müəyyən edilmişdir, yəni Vaqifin atası Aynu-
ru özünün doğma qızı kimi qəbul etmişdir. Bununla bağlı doğum 
haqqında  qeydiyyat  kitabında  müvafiq  qeydiyyat  aparılmış  və 
doğum haqqında şəhadətnamə verilmişdir. 
Hüquqi normalara istinad edərək Vaqif Cəfərov və Aynur Qa-
sımova arasında nikahın bağlanması mümkündürmü? 


61
Məsələ 8.
Nərgiz Vəliyeva qızlıq dövründə ağır əməliyyat keçirməsi ilə 
bağlı həkimlərin rəyinə görə ana ola bilməzdi. O, Rasim Seyi-
dovla nikaha daxil olarkən bu faktı ondan gizlətmişdir. Seyidov 
və  Vəliyeva  nikahın  qeydiyyata  alınmasından  qabaq  tibbi 
müayinədən keçmək haqqında razılaşmamışdılar. 
Uşağının olmasını həddindən artıq arzulayan Rasim Seyidov 
arvadının bu qüsurunu nikah bağlandıqdan bir neçə ay sonra bil-
mişdir.  Seyidov  onunla  Vəliyevanın  nikahını  qeydiyyata  almış 
vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  şöbəsindən 
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının yuxarı or-
qanlarına şikayət etməyi qərara almışdır. Belə ki, onun fikrincə, 
nikahı  qeydiyyata  almış  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 
qeydiyyatı şöbəsi öz vəzifəsini yerinə yetirməmiş, Nərgizin sağ-
lamlıq vəziyyətini aydınlaşdırmamışdır. 
Seyidovun ərizəsi təmin edilməlidirmi? Seyidov və Vəliyeva 
nikahının etibarsız sayılması üçün əsas vardırmı? Ər-arvaddan 
birinin hansı xəstəlikləri ilə bağlı və hansı hallarda nikah etibar-
sız sayıla bilər?
Məsələ 9.
İ.Y.İsmayılov və H.P.Səfərova evlənməyi qərara almış, Səfə-
rovanın  ali  məktəbi  bitirməsindən  sonra  vətəndaşlıq  vəziyyəti 
aktlarının dövlət qeydiyyatı şöbəsinə nikaha daxil olmaq haqqın-
da ərizə vermək barədə razılığa gəlmişlər. Ancaq üç ay sonra İs-
mayılov oğurluq etmiş və dörd il müddətinə azadlıqdan məhrum 
etmə cəzasına məhkum edilmişdir. Buna baxmayaraq, Səfərova 
öz niyyətini dəyişməmiş və yazışma nəticəsində nişanlısı ilə ni-
kahlarının cəzaçəkmə müəssisəsində qeydiyyata alınması barədə 
razılığa gəlmişlər. Bu məqsədlə və universitetdə məşğələlərə da-
vam etməsinin zəruriliyi ilə bağlı o İsmayılova nikaha daxil ol-
maq haqqında ərizə doldurmuşdur. Onun ərizədəki imzası təhsil 


62
aldığı universitet tərəfindən təsdiq edilmişdir. Sonra Səfərova bu 
ərizəni  poçtla  İsmayılovun  cəza  çəkdiyi  yerin  vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinə göndərmişdir. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsindən 
alınmış  sənədləri  nəzərdən  keçirən  cəzaçəkmə  müəssisə sinin 
rəisi nikaha daxil olmaq haqqında ərizə blankını müvafiq şəkildə 
doldur ması  və  imzalaması  üçün  İsmayılova  verməkdən  imtina 
etmişdir. Öz qərarını əsaslandırarkən o, yerli vətəndaşlıq vəziy-
yəti aktlarının dövlət qeydiyyatı şöbəsinə ərizənin verilməsi vax-
tı  Səfərovanın  şəxsən  iştirak  etməsini  və  ya  Səfərovanın  barə-
sindəki  məlumatların  düzgünlüyünün  onun  daimi  yaşayış  yeri 
üzrə  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  şöbəsi 
müdirinin təsdiq etməsini tələb etmişdir. Bu barədə məlumat alan 
Səfərova cəzaçəkmə müəssisə sinin rəhbərliyinin hərəkətlərindən 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etmişdir. 
Sizin fikrinizcə, Səfərovanın şikayətinə baxılmasının nəticəsi 
necə  olacaqdır?  Cəzaçəkmə  müəssisələrində  cəza  çəkən 
məhkumlarla nikah bağlanmasının dövlət qeydiyyatı qaydası və 
şərtləri barədə danışın. 
Məsələ 10.
Vətəndaş Abbasova yaşayış yeri üzrə məhkəməyə, nikaha daxil 
olana qədər Samux rayonunda yaşamış vətəndaş Tahirovla nikahı-
nın etibarsız hesab edilməsi haqqında iddia ilə müraciət etmişdir. 
Abbasova iddia ərizəsində göstərmişdir ki, cavabdeh ailə qur-
maq niyyəti olmadan nikaha daxil olmuş, Bakı şəhərində onun 
yaşayış yerinə qeydiyyata düşmək və onun yaşayış sahəsinə hü-
quq əldə etmək məqsədi güdmüşdür. Bu səbəbdən ər-arvad ara-
sında məhəbbət hisləri yoxdur, onların arasında ədavətli münasi-
bətlər  yaranmışdır;  cavabdeh  yaxın  vaxtlarda  yaşayış  sahəsini 
məhkəmə qaydasında bölməyə hazırlaşır. 
Tahirov  ona  qarşı  irəli  sürülən  iddialara  etiraz  etmişdir.  O, 
məhkəməyə izah etmişdir ki, sevgi əsasında nikaha daxil olmuş-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə