99
sına icazə verir? Uşaq alındıq da qəyyumluq və himayə orqanının
üzərinə hansı vəzifələr qoyulur?
83. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə
baxılarkən qa nun qəyyumluq və himayə orqanlarının iştirakını
onların üzərinə bir vəzifə kimi han sı məqsədlə qoyur?
84. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə
baxılarkən qəy yumluq və himayə orqanlarının iştirakının forma-
larını açıqlayın.
85. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
lə rinin icra edilməsi qaydasını göstərin.
86. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
sinin icra edil məsinə mane olan valideynə (onu əvəz edən şəxsə)
hansı tədbirlər tətbiq oluna bilər?
87. Uşağın alınıb başqa şəxsə verilməsi ilə əlaqədar məhkəmə
qətnaməsinin məcburi icrası necə həyata keçirilir? Uşağın veril-
məsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan
vurmadan icra olunmasının mümkün olmamasının hüquqi nəticə-
ləri nədir?
Məsələlər
Məsələ 1.
Qızı anadan olduqdan sonra D.V.Dəmirova sağlamlığının
pisləşdiyini hiss etmiş və stasionar müalicə almaq üçün xəstə-
xanaya yerləşdirilmişdir. Buna görə o, nikah bağlanmasının
dövlət qeydiyyatı orqanına uşağın doğulması haqqında ərizə verə
bilməmişdir. Məlum olmuşdur ki, onun təxmini müalicə müddəti
iki aya yaxın çəkəcəkdir. Dəmirovanın əri uzun müddətli ezamiy-
yətdə olmuş, uşağın anadan olduğu və onun özünün müalicə
aldığı yerdə başqa yaxın qohumları olmamışdır. Müalicənin baş-
lamasından iki həftə sonra Dəmirovanın xahişi ilə tanışı onun
adından nikah bağlanmasının dövlət qeydiyyatı orqanına uşağın
doğulmasının qeydiyyatı haqqında ərizə vermiş, bu zaman tibb
100
müəssisəsinin uşağın doğulması haqqında arayışını və uşağın
valideynlərinin şəxsiyyətini təsdiq edən sənədləri təqdim etmiş-
dir. Ancaq nikah bağlanmasının dövlət qeydiyyatı orqanının
işçiləri bu ərizəni qəbul etməkdən imtina etmiş və müalicənin nə
qədər çəkməsindən asılı olmayaraq müalicədən sonra Dəmiro-
vanın özünün şəxsən gəlməsini tələb etmişlər.
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı işçilərinin
hərəkətlərinə hüquqi qiymət verin. Belə vəziyyətdə onlar necə
hərəkət etməli idilər? Uşağın anadan olmasının dövlət qeydiyya-
tı müddəti qanunla müəyyən edilmişdirmi?
Məsələ 2.
On altı yaşlı R.A.Vəzirovanın nikahdankənar oğlu olmuş və
o, üç ay sonra nikah bağlanmasının dövlət qeydiyyatı orqanına
uşağın doğulmasının qeydiyyatı haqqında ərizə vermişdir. Nikah
bağlanmasının dövlət qeydiyyatı orqanının işçisi Vəzirovanın on
səkkiz yaşa çatmamasına istinad edə rək, ondan valideynlərinin
uşağın doğulmasının dövlət qeydiyyatına alınmasına razılıq
verməsi və uşağı böyütməyə maddi yardım göstərmə öhdəliyi
götürmə ba rə də yazılı məlumat tələb etmişdir. Valideynlər maddi
vəziyyətlərinin pis olma sına və onların arzularının əleyhinə nikah-
dankənar uşaq doğmuş qızlarının sonrakı ağla gəlməz hərəkətlə-
rinə istinad edərək belə öhdəlik götürməkdən imtina etmişlər.
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı işçisinin tələbi
qanunidirmi? Uşa ğın valideynləri (onlardan biri) yetkinlik yaşı-
na çatmamış olduqda uşağın mən şə yinin müəyyən edilməsinin
xüsusiyyətləri qanunda müəyyən edilmişdirmi? Vəzi rovanın uşa-
ğının atalığı necə müəyyən ediləcəkdir?
Məsələ 3.
Bakı şəhərində yaşayan ər-arvad Məmmədovlar yeni doğulan
oğullarına «kompüter» və «İnternet» sözlərinin ilk hecalarının
101
birləşməsindən alınan Komin adı nı verməyi qərara almışlar. On-
lar bununla uşağın gələcəkdə dərin zəkaya və hərtərəfli biliyə
malik olacağını düşünmüşlər. Ancaq Məmmədovların uşaqlarına
seçdiyi adı nikah bağlanmasının dövlət qeydiyyatı orqanının işçi-
si qəbul etmə miş dir. O, bunu göstərilən adın adam adları siyahı-
sında olma ması, sonradan həmin ada görə uşağın bağçada və
məktəbdə masqaraya qoyul masına səbəb ola bilə cəyi ilə əsas-
landırmışdır. Valideynlər bununla razılaşmış və nikah bağlan ma-
sının dövlət qeydiyyatı orqanına yazdıqları ərizədə uşağa Kamil
adını verdik lərini göstərmişlər.
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı işçisinin tələbi
əsaslıdırmı? Belə hallarda valideynlər necə hərəkət etməlidir?
Məsələ 4.
Qeydiyyata alınmamış nikahda yaşayan ər-arvad Həsənova
və Cəfərov ni kah bağlanmasının dövlət qeydiyyatı orqanına yaz-
dıqları birgə ərizədə onların oğlu Vaqifin anadan olması faktını
qeydiyyata almağı və Cəfərovu uşağın atası olduğunu gös tərməyi
xahiş etmişlər. Nikah bağlanmasının dövlət qeydiyyatı orqanının
mü diri belə bir məqama görə çətin vəziyyətə düşmüşdür ki,
valideynlərin hər biri uşağa öz soyadının verilməsini istəmiş və
mübahisəli məsələ üzrə onların razılı ğının əldə edilməsinə gös-
tərilən cəhdlər nəticə verməmişdir.
Yuxarıda göstərilən vəziyyətdə Həsənova və Cəfərovun oğul-
ları hansı soyadı daşımalıdır? Bu məsələ ilə bağlı valideynlər
arasında olan mübahisəni hansı orqan həll edə bilər?
Məsələ 5.
Ər-arvad Məcidovlar arasında altı yaşlı qızları Vüsalənin
təhsili ilə bağlı mü bahisə yaranmışdır. Ata qızlarının ingilisdilli
gimnaziyada oxumasına təkid etmiş, ana isə buna qəti şəkildə
etiraz edərək göstərmişdir ki, Vüsalənin sağlam lığı zəifdir, gim-
Dostları ilə paylaş: |