K əlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 24 IL ötür



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü1,21 Mb.
#67718


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

 

(2 aprel 1993-cü il) 


K

əlbəcər rayonunun Ermənistan tərəfindən

işğalından 24 il ötür

Azərbaycan  Respublikasının  cənub-

qərb  bölgəsinin  zirvəsi  hesab  olunan 

Kəlbəcər  rayonu  dəniz  səviyyəsindən 

1500-

3800  m  yüksəklikdə  Tərtər  çayı 



vadisində  Kiçik  Qafqazda  yerləşir. 

Kəlbəcər antik dövrün abidəsi olmaqla, 

çox  zəngin  flora  və  faunası  olan  bir 

təbiət  muzeyidir.  Rayonun  "Qaragöl", 

"Zalxa"  gölləri  sahillərində,  "Ayı-

çınqıl" və "Pəriçınqıl" dağlarında qaya-

lara  həkk  edilmiş  qayaüstü  təsvirləri 

tədqiqatçı  alimlər  tərəfindən  öyrənil-

mişdir.

Məlum olmuşdur ki, dəniz səviy-



yəsindən  3000  m  yüksəklikdə  yerləşən 

bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə 

texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün 

əvvəlləinə  (e.ə.  III  minillik)  aiddir.  Tunc  dövrünün  sonlarında  daha  mürəkkəb 

kompozisiyalı  lövhələr  yaradılmışdır  ki,  bu  da  mədəniyyətin  bu  yerlərdə  başlanması 

demək idi.

1976-

cı  ildə  Kəlbəcərin  qayaüstü  təsvirlərin  yerləşdiyi  ərazidə  qədim  yaşayış 



mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin 

ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların 

yaşayış məskəni olmuşdur.

Kəlbəcərin səthi dağlıqdır. 

Dəlidağ,  Keyti,  Murovdağ, 

Kəpəz,  Sərgi  Göyçəgölü,  Göy-

çənin Mıxtökən, Qarabağ yayla-

sının bir hissəsi Kəlbəcərin təbii 

sərhədlərini təşkil edir.

Ən  yüksək  dağ  zirvəsi 

olan 

"Camışdağ"ın (Murovdağın 



başıdır) hündürlüyü 3724 m-dir.

Kəlbəcər  inzibati  rayon  kimi 

1930-cu  il  avqustun  8-

də  təşkil 

edilmişdi.  Rayonda  1  şəhər 

(Kəlbəcər),  1  şəhər  tipli  qəsəbə 

(İstisu) və 128 kənd vardı.

Kəlbəcər  rayonu işğal  edilərkən 

1936 kvadratkilometr 

ərazisi, 70 minə yaxın əhalisi olmuşdur ki, Kəlbəcərin işğalından  

sonra r

ayon sakinləri Azərbaycanın 59 rayonunda məskunlaşıb.




Kəlbəcər  işğal  olunana  qədər 

rayonda  sənaye  müəssisələri  -

İstisu  mineral  sudoldurma  zavodu, 

Şorbulaq  Civə  zavodu  fəaliyyət 

göstərmişdir.

* * * 


1980-

ci  ildən  sonra  rayon  əsl 

tikinti 

meydançasına  çevrilmiş-

dir.Tikinti işləri aparmaq üçün yeni 

tikinti  ida

rələri  (50,51,  52,  53,54 

saylı),  "Aqrotikinti"  birliyi,  Kənd 

tikinti tresti, yol tresti, 27,61,93,51 

saylı  yol  idarələri  fəaliyyət 

göstərirdi. 

* * * 


R

ayonun  Başlıbel,  Zülfuqarlı,  Qılınclı,  Zar,  Şurtan,  Seyidlər,  Yanşaq,  Şorbulaq 

kəndlərində, İstisu qəsəbəsində və Kəlbəcər şəhərində hər birinin 320, 460, 1186 şagird 

yeri olan məktəb binaları və mədəniyyət evləri tikilib istifadəyə verilmişdi.

* * * 

Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və 



arıçılıq)  təşkil  edirdi.  Rayonda  31  kolxoz,  2  sovxoz  fəaliyyət  göstəmiş,  hər  il  min 

tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu.

Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay 

aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.

* * * 

Kəlbəcər 



rayonunda 

rayonu 


respublikanın  digər  rayonları  ilə 

birləşdirən  60  km  uzunluğunda 

respublika  əhəmiyyətli  avtomobil 

yolu olmuşdur.

Rayon  ərazisində  dəmir  yolu 

olmamışdır.

* * * 

Rayonun  İstisu  qəsəbəsində  SSRİ 



dövründə ümumittifaq əhəmiyyətli 

1 və 2 nömrəli İstisu sanatoriyaları 

fəaliyyət göstərirdi. Hər il orada 50 

min  nəfər  müalicə  olunur  və 

istirahət edirdi.



* * * 

Kəlbəcər  şəhərində  müasir  standartlara  cavab  verən  5000  yerlik  stadion  və  Şahmat 

idman məktəbi fəaliyyət göstərirdi.

Kəlbəcər  rayonunun  Vəng  kəndi  ərazisində  Alban  məbədi,  Çərəkdar  kəndində  Alban 

kilsəsi  (Həsən  Camal  kilsəsi),  Qanlıkənd  ərazisində  Lök  qalası,  Qaraçanlı  kəndinə 

Uluxan qalası, Tərtər çayının Bulanıq 

çayı  ilə  qovşağında  yerləşən  Alban 

kilsəsi, 

Qalaboynu 

kəndində 

Qalaboynu  qalası,  Comərd  kəndində 

Comərd  qalası,  Camışlı  kəndində 

Keşikçi  qalası,  Kəlbəcər  şəhərində 

məscid,  Başlıbel  kədində  məscid, 

Otaqlı kəndində məscid, Soyuqbulaq 

kəndin-də  Tərtər  çayı  üzərindəki 

Tağlıdaş  körpüsü,  Kəlbəcər  Tarix-

diyarşünaslıq  muzeyi,  Aşıq  Şəmşir 

adına mədə-niyyət evi, Söyüdlü yay-

lağında 


Seyid 

Əsədullanın 

ziyarətgahı olmuşdur.

Həmin tarixi abidələr işğal zonasında 

qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Kəlbəcər rayonu 1993- il aprelin 

2-də Ermənistan tərəfindən işğal olunub 

Kəlbəcərin  işğalı  nəticə-sində  511  nəfər  həlak  olub,  321  nəfər  itkin  düşüb  və  girov 

götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənistan  hərbi  birləşmə-lərinin  martın  27-də  başlanan  genişmiqyaslı  hücumu 

Kəlbəcər  rayonunun  işğalı  ilə  başa  çatıb.  Kəlbəcər  Azərbaycanın  işğal  olunmuş 

rayonları  arasında  ərazicə  ən  böyüyüdür.  İşğal  nəticəsində  rayon  mərkəzi,  "İstisu" 

sanatoriyası,

.

  128 



kəndi,  həmçinin  onlarla  tarixi-mədəniyyət  abidəsi,  bir  muzey,  97

məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 

13  min  fərdi  mənzil  dağıdılıb,  38  min  hektar  meşə  sahəsi,  təbii  ehtiyatlar,  o 

cümlədən  zəngin  qızıl  yataqları  talan  edilib..    və  s.  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ 



 

müharibəsində  Azərbaycanın  ən  böyük  hərbi-strateji  məğlubiyyəti  idi.  Dağlıq 

Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

  

 



1993-

cü  ilin  qiymətlərinə  görə  Kəlbəcərin  xalq  təsərrüfatına  703  milyard  528 

milyon  rubl  ziyan  vurulmuşdur.  İşğal  nəticəsində  Kəlbəcərdən  53.340  nəfər  adam 

qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. 

 

Kəlbəcərin  işğalından  sonra  3205  saylı  iclasda  BMT  Təhlükəsizlik  Şurası  822 



saylı  Qətnamə  qəbul  edib.  Qətnamədə  bütün  işğalçı  qüvvələrin  Kəlbəcər  və 

Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin 

indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan 

BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli 

rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi 

ilə  bağlı  884-cü  qətnamələri  qəbul  elib,  lakin  həmin  qətnamələr  kağız  parçası  olaraq 

qalmaqdadır. 

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 

yeddi rayon Ermənistan Silahlı 

Qüvvələrinin  işğalı  altındadır. 

1994-

cü  ildə  tərəflər  atəşkəs 



rej

iminə  dair  razılaşma  əldə 

ediblər  və  o  vaxtdan  bəri 

ATƏT-in  Minsk  qrupunun 

himayəsi  altında,  Rusiya, 

Fransa  və  ABŞ-ın  həmsədrliyi 

ilə  hələ  də  nəticəsiz  sülh 

danışıqları  aparılır.  BMT 

Təhlükəsizlik Şurasının Dağlıq 

Qarabağ  və  ətraf  rayonların 

azad  edilməsinə  dair  qəbul 

etdiyi 


dörd 

qətnaməni 

Ermənistan  bu  günə  qədər 

yerinə yetirməyib. 

Kəlbəcər rayonunun əhalisi isə Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 

yaşayış  məntəqəsində  qaçqınlıq  şəraitində  yaşayır.  Kəlbəcər  rayonu  ərazisində  qalmış 

13.000-d

ək fərdi mənzil, 37.852 ha meşə sahəsi və  digər təbii sərvətləri indi də talan 

olmaqdadır.  BMT-nin  və  ATƏT-in  prinsiplərinə  zidd  olaraq 

1999-cu


 

ildən  Kəlbəcər 

rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 

 

 



 


 

Kəlbəcərli Milli Qəhrəmanlar 

 

 

 



Torpaqla

rımızın azadlığı uğrunda gedən müharibədə şücaət göstərmiş, Milli 

Qərəman adına layiq görülmüş Kəlbəcər övladları: 

 

 



1. 

Şükürov  Şahlar  Əvəz  oğlu

 

17  may  1952-



ci  ildə  Kəlbəcər 

rayonunun  Zülfüqarlı  kəndində  anadan  olmuşdur.  Orta  məktəbi 

bitirdikdən  sonra  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutuna  daxil 

olmuşdur.  1972-ci  ildə  təhsilini  başa  vuraraq,  ordu  sıralarına 

yollanmışdır.  Ordudan  tərxis  olunduqdan  sonra  Bakıda  İslah  Əmək 

müəssisələrinin birində işləmişdir. Daha sonra fəaliyyətini Ucar rayon 

Daxili İşlər Şöbəsində davam etdirmişdir. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını 

bitirmiş, 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə 

təyin edilmişdir. Polis mayoru rütbəsinə qədər yüksələn Ş. Şahlar 1990-cı ildə Tərtər - 

Kəlbəcər  yolu  ilə hərəkət  edən  maşın karvanı  Ağdərə  ərazisindən  keçərkən düşmənin 

qəfil  hücumu  ilə  qarşılaşır.  Qeyri  -  bərabər  döyüşdə  qəhrəmanlıq  nümayiş  etdirərək, 

həlak olur. Ailəli idi. İki övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 8 

oktyabr  1992-

ci  il  tarixli  264  saylı  Fərmanı  ilə  polis  mayoru  Şükürov  Şahlar  Əvəz 

oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli  Qəhrəmanı"  fəxri  adı  verilmişdir. 

Kəlbəcər  rayonunun  Zülfüqarlı  kəndində  dəfn  edilmişdir.Zərdab  rayonunda  küçələrin 

biri onun adını daşıyır. Məktəblərin birinə onun adı verilmişdir. 

  

2.  Səfərov  Sərdar  Mədət  oğlu  1960-cı  ildə  Kəlbəcər  şəhərində 

anadan  olmuşdur.  1977  –  ci  ildə  orta  məktəbi  bitirmiş  ,  bir  müddət 

kalxozda işləmişdir. 1979 – 91 – ci illərdə əsgəri xidmətdə olmuşdur. 

Hərbi xidmətdən sonra Bakı Avtomobillər Zavodunda işləmişdir. Bir 

müddətdən sonra Rusiyanın Tula vilayətindəki Zaoksi şəhərinin DİŞ – 

də  milis  kimi  fəaliyyətə  başlamış  və  bu  sahədə  təhsil  almaq  üçün 

Kaunas  Xüsusi  Orta  Milis  Məktəbinə  göndərilmişdir.  1987  –  ci  ildə  həmin  məktəbi 

bitirmiş və bir müddət köhnə iş yerində sahə müvəkkili işləmişdir. 1991 – ci ildə Sərdar 

Səfərov  Vətənə  qayıtmış  və  Qusar  rayon  DİŞ-  də  sahə  müvəkkili  vəzifəsinə  təyinat 

almışdır. 1991  –  ci  il  sentyabrın  25  –  də  Əsgəran  rayonunun  ərazisində  erməni 

terrorçuları “ QAZ – 53 ” markalı sərnişin avtobusuna hücum etmişdilər. Hadisə yerinə 

gələn istintaq - əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar 

Səfərov da var idi. Xankəndi yaxınlığında həmin qrupa hücum edən erməni quldurlarına 

cavab  verən  Sərdar  Səfərov  həmin  döyüşlərdə  qəhrəmancasına  həlak  olmuşdur.  Polis  

baş leytinantı Sərdar Səfərov ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 

fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 

 

 



 

 

3. 



Nəcəfov  Yunis  İsa  oğlu  1967  –  cı  il   

31  avqust  tarixdə  Kəlbəcər 

rayonunda  anadan  olmuşdur.  1975-ci  ildə  Xanlar  rayonunun  Alabaşlı 

kəndində məktəbə getmiş, 1985-ci ildə Goranboy rayonunun Qarqucaq 

kənd orta məktəbini bitirmişdir. 

Hərbi  işə  olan  marağı  onu  Bakı  Ali  Hərbi  Komandirlər  Məktəbinə 

gətirir.  Yunis  ikinci  kursdan  təhsilini  Çelyabinsk  Tank  Məktəbində 

davam  etdirir.  O,  1989-

cu  ildə  leytenant  rütbəsi  alır  və  oradakı  hərbi 

hissələrin  birində  qulluğa  başlayır.  1990-cı  ildə  20  Yanvar  faciəsi  ilə  bağlı  siyasi 

çıxışlarına  görə  hərbi  sahədən  uzaqlaşdırılır.  O,  Bakıya  qayıdır  və  Biləcəri  Dəmiryol 

İdarəsində çalışmağa başlayır. Burada bir müddət mühəndis işləyir. O, idmana da böyük 

həvəs göstərirdi. Sambo üzrə idman ustalığına namizəd idi. 

 

Vətənimizin  başı  üstünü  qara  buludlar  alanda  gənc  leytenant  rahatlıq  tapmır.  O, 



1991-

ci ildə könüllü olaraq cəbhəyə yollanır və 701 saylı hərbi hissədə bölük komandiri 

kimi xidməti vəzifəsinə başlayır. 

Cəsur  döyüşçü  Kərkicahan,  Malıbəyli  kəndlərinin,  Şuşa  şəhərinin  müdafiəsində  iştirak 

edir.  Bir  müddətdən  sonra  onu,  döyüşə  yeni  əsgərlər  hazırlamaq  məqsədilə  Bakıya 

g

öndərirlər. Şuşa və Laçın rayonları ağır sınaqlarla üz-üzə qalanda Y.Nəcəfov yenidən 



cəbhəyə qayıdır. O, Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edir, bir neçə kəndin geri 

alınmasında igidlik göstərir. Baş leytenant Y.Nəcəfovun son döyüşü 24 avqust 1992-ci 

ildə  olur.  O,  Vəng  kəndinin  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  böyük  rəşadət 

göstərərək, şəhid olur. 

Subay idi. 

 

Azərbaycan  Respublikası  prezidentinin  7  dekabr  1992-ci  il  tarixli  350  saylı 



fərmanı  ilə  baş  leytenant  Nəcəfov  Yunis  İsa  oğluna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilmişdir. 

Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilmiş, Goranboy rayonunda və Biləcəri 

qəsəbəsində büstü qoyulmuşdur.  

 

 

Bu  gün    işğal  altında  olan  Kəlbəcərin  tarixi  keçmişi,  talan  edilən  təbii 

sərvətləri,  tarixi-mədəni  abidələri,  son  24  ildə  baş  verən  acınacaqlı  qaçqın  və 

köçkün  həyatı,  torpaqlarımızın  azadlığı  yolunda  canını  qurban  verən  qəhrəman 

övladları haqda  yazılmış bir neçə kitabı Sizə təqdim edirəm:

 

 



 

 

 



 


 

Kəlbəcər rayonu haqqında  

kitablarda: 

1. 

 

Abdullayev, Əli Kamran oğlu. Qartallı dağlar / Ə. K. Abdullayev ; red.  

A. Uluxanlı. - Bakı : OSKAR NPM, 2015. - 720 s. 

 

Bu  kitab 

Torpaqlarımızın  işğaldan  azad  olunması  uğrunda  işğalçılara  qarşı 

aparılan  döyüşlərdə  canlarını  qurban  verməkdən  çəkinməyən  və  indiki  nəsli 

torpaqlarımızın  azad  olunmasına  çağıran  elimizin  sevimli  övladlarının  bir  qisminin 

keçdikləri  döyüş  yollarından  bəhs  edən  faktlara  istinad  edilərək  yazılan 

bədiiləşdirilmiş kitabdır.Siz kitabdan                                                                                               



2.  Abdullayev,  Əsgər  İbrahim  oğlu. Qarabağ  faciəsi  :  monoqrafiya  /  Ə.  İ.  Abdul-

layev ; elmi red. Ə. Əliyev ; baş red. İ. Səfərov ; red. R. Cəbrayılova ; Azərbaycan 

Dövl

ət İqtisad Universiteti. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2016. - 228 s. 



 

Kitabda  Rusiyanın  ermənilərə  havadarlığının  artması  və  Qarabağ;  Ermənistanın 

sovet hakimiyy

əti illərində Azərbaycana qarşı məkrli siyasəti; Şuşanın işğalı; Laçının 

işğalı; Kəlbəcərin işğalı; Füzulinin işğalı və s. kimi bölmələr verilmişdir. 

 

3. Azərbaycanın iqtisadi və sosial coğrafiyası : dərslik / A. A. Nadirov [et al.] ; red.  

V.  Ə.  Əfəndiyev  ;  Bakı  Dövlət  Universiteti.  –  Bakı  :  Bakı  Universiteti  Nəşriyyatı, 

2010. 


– 496 s., 

 

D

ərslikdə respublikanın təbiətindən səmərəli istifadə, əhali və təsərrüfatının ərazi 



t

əşkili problemləri, onun sahə və regional xüsusiyyətləri əks olunmuşdur. Siz kitabda 

dünya  tarixind

ə,  elm  və  mədəniyyətində  gğrkəmli  yeri  olan  Azərbaycan 

Respublikasının əhalisinin etnik xüsusiyyətləri, adət ənənələri, habelə təsərrüfatının, 

sosial infrastrukturunun inkişafı ilə, onun yerləşmə qanunauyğunluğunu və prinsipləri 

il

ə tanış olacaqsınız.  



 

4. Əhmədov, Elçin İldırım oğlu. Ermənistanın Azərbaycana təcavüzü / E.İ. Əhmədov ; 

elmi  red.  Ə.  M.  Həsənov  ;  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin 

İnkişafı Fondu. 

II  kitab :  Etnik  t

əmizləmə,  soyqırıml,  terror,  işğal.  -  Bakı  :  Azərbaycan 

Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2015. - 408 s. 

 

Kitabda  XX 



əsrin  80-ci  illərinin  ikinci  yarısında  başlayaraq  Ermənistanın 

Az

ərbaycana qarşı  ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən 



m

ərhələsinin təhlili xronikası verilmişdir. Bununla yanaşı, Ermənistanın Azərbaycana 

t

əcavüzü  nəticəsində  işğal  edilmiş  rayonların  statistik  ğöstəriciləri,  dağıdılmış  və 



m

əhv  edilmiş  maddi-mədəniyyət  nümunələrinin  siyahisi  və  bu  təcavüzün  faktlarla 

sübuta yetirilm

əsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilmişdir.  




 

5. Əhmədov, Elçin İldırım oğlu. Ermənistanın Azərbaycana təcavüzü : təhlili xronika: 

1987-


2011: monoqrafiya / E. İ. Əhmədov ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyası,  "Azərbaycan 

Respublikas

ı  Dağlıq  Qarabağ  bölgəsinin  Azərbaycan  İcması"  İctimai  Birliyi.  - 

Ensiklopedik n

əşr. - Bakı : Letterpress, 2012. - 912 s. 



 

Monoqrafiyada XX 

əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın 

Az

ərbaycana qarşı  ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən 



m

ərhələsinin təhlili xronikası verilmişdir. Eyni zamanda dünya birliyinin bu işğalla 

bağlı mövqeyi və beynəlxalq təşkilatların  münaqişəyə dair qəbul etdiyi sənədlər də 

kitabda  t

əhlil  edilir.  Bununla  yanaşı,  münaqişənin  nizama  salınmasına  dair  BMT, 

ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 

q

əbul  edilmiş  sənədlər  də  ardıcıllıqla  və  sistemlı  şəkildə  əlavələr  bölməsində  öz 



əksini tapmışdır.  

 

6. Əliyev, Elçin Behbud oğlu. Nəcəfalılara gedən yol / E. B. Əliyev, A. Həmid.– Bakı : 

“E.L.” NPŞ MMC, 2010. – 424 s. 

 

Kitabda  N

əcəfalılar  kəndinin  tarixindən,  əhalisinin  ulu  keçmişindən,  adət-

ənənələrindən, məişətindən və təbiətindən bəhs edilir. Bu məlumatlar elimizin müdrik 

insanları, uzunömürlüləri, dəyərli ağsaqqalları və başqalarının söylədikləri rəvayətlər 

əsasında yazılmışdır.  

 

7.  Həbiboğlu, Saleh. Yol gedirmi Kəlbəcərə? / S. Həbiboğlu ; red. M. Nərimanoğlu. - 

Bakı : Elm və Təhsil, 2015. - 212 s. 



 

Kitabda  el  şairinin  qələmə  aldığı  vətən,  torpaq,  yurd,  eləcə  də  məhəbbət 

mövzularına həsr edilmiş qoşma, gəraylı və bayatıları toplanmışdır.  

 

8. Kamalov, Akif Haqverdi oğlu. Kəlbəcər batalyonu və əfsanəvi alay  

/ A. H. Kamalov. - 

Bakı : Azərnəşr, 2012. – 330 s. 



 

Kitab  Qarabağ  müharibəsi  tarixinin  kiçik  bir  hissəsini  əhatə  etməklə,  müasir 

Az

ərbaycan  ordusunun  və  onun  bölmələrinin  yaradılmasından  və  keçdiyi  şərəfli 



döyüş yollarından bəhs edir. 

 

9. Kəlbəcər  dünyası :  folklor  nümunələri:  rəvayətlər,  əfsanələr,  hikmətli  deyimlər, 

l

ətifələr,  məzəli  əhvalatlar,  bayatılar  /  tərt.:  K.  Nemət,  M.  Nərimanoğlu,  red.,  ön 



sözün mü

əl. M. Nərimanoğlu. – Bakı : Adiloğlu, 2009. – 448 s.  



 

 

“Kəlbəcər  dünyası:  folklor  nümunələri”  adlı  bu  kitabda  Kəlbəcərdə  yaranan 

t

əkcə  lətifələr  deyil,  məzəli  əhvalatlar,  xalq  deyimləri,  atalar  sözləri  ilə  yanaşı, 



bayatılar,  ağılar,  xalq  oyunları  da  toplanmışdır.  Kitab  Kəlbəcərdə  yaranmış  şifahi 

xalq 


ədəbiyyatı  nümunələri  ilə  maraqlananlar  üçün  tədqiqat  obyekti  kimi  də 

diqq


ətçəkəndir.  


10. K

əlbəcər: sazın-sözün harayı : almanax / tərt. M. Nərimanoğlu, F. Ramazanoğlu,

X. Əsgərov ; red. Y. Hüseyn. – Bakı : Adiloğlu, 2006. – 452 s.



  Kitabda  öt

ən əsrin əvvəllərində və ondan da öncə yaşamış kəlbəcərli aşıq və el

şairlərinin  yaradıcılığından  və  bu  gün  Kəlbəcərsizlik  həsrətindən  yaranan  poetik

deyiml


ərdən nümunələr verilmişdir.

11.

Qarabağ – irsimizin əbədi yaddaşı = Garabakh – the eternal memory of Azerbaijan

heritage  /  Az

ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; ideya müəl.

Ə. M. Qarayev ; layihənin rəh. Ə. Vəliyev ; foto H. Hüseynzadə [et al.]. – Bakı :

R

əqəmli Dövr, 2008. – 379 s.



  Erm

əni  işğalçıları  tərəfindən  zəbt  olunmuş  Azərbaycan  torpaqlarında  milli 

m

ədəni irsimizin çoxsaylı və dəyərli abidələri erməni terroru təhlükəsi ilə üz-üzədir.



İşğal  olunmuş  ərazilərdə  Azərbaycan  xalqının  çoxəsrlik  tarixinin  bütün

m

ərhələlərini özündə əks etdirən dünya əhəmiyyətli 13 (onlardan 6-sı memarlıq, 7-si



arxeoloji),  ölk

ə  əhəmiyyətli  292  (119  memarlıq,  173  arxeoloji),  yerli  əhəmiyyətli

330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ-park və xatirə abidələri, 15 dekorativ xalq

s

ənəti örnəkləri) və başqa tarix və mədəniyyət abidələri qalmışdır.



M

ədəniyyət  və  Turizm  Nazirliyinin  təşəbbüsü  ilə  işıq  üzü  görən  “Qarabağ  –

irsimizin 

əbədi yaddaşı” kitabında 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin

fotoları  yer  alıb.  Kitabda  verilən  abidələrin  hamısı  hal-hazırda  işğal  altında  olan 

ərazilərdə  yerləşir.  Nəşrdə  memarlıq  abidələri  ilə  yanaşı,  həmin  ərazilərdəki

arxeoloji  obyektl

ər  və  daş  plastikası  nümunələri  də  öz  əksini  tapıb.  Bütün

materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunub. Nəşrin sonunda əsərdə

rast  g


əlinən  tarixi  şəxslər  barəsində  izahlı  lüğət  və  işğal  altında  olan  tarix-

m

ədəniyyət  abidələrinin  ətraflı  siyahısı  yerləşdirilib.  Kitab  Azərbaycan  və  ingilis



dill

ərində hazırlanıb.

 

M

ədəniyyət  və  Turizm  Nazirliyi gələcəkdə  bu  mövzuda  daha  bir  neçə  nəşrin 



hazırlanmasını nəzərdə tutur.

12. Qarabaр: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.

M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli



I kitab 

: Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan,Qubadlı, Laçın və Kəlbəcər

 

rayonlarından toplanmış folklor örnəkləri / tərt.: İ. Rüstəmzadə, Z. Fərhadov ; red.



 

L. V. Süleymanova. 

– Bakı : Elm və Təhsil, 2012. – 464 s.

13.

Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.

M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli



III kitab 

: Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və

Şuşa rayonlarından toplanmış folklor  örnəkləri / tərt. İ. Rüstəmzadə ; red.

M. Abbasova. 

– Bakı : Elm və Təhsil, 2012. – 468 s.



14.

Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.

M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli



VI kitab : C

əbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış 11andalis örnəkləri

/  t

ərt.  L.  V.  Süleymanova  ;  red.  İ.  F.  Rüstəmzadə.  –  Bakı  :  Zərdabi  LTD  MMC,



2013. 

– 468 s.


15.

Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.

M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli



VIII  kitab : K

əlbəcər rayonundan toplanmış folklor örnəkləri / tərt. İ. F. Rüstəm-

zad

ə ; red. O. S. Əliyev. – Bakı : Zərdabi LTD MMC, 2014. – 440 s.



16.

Qarabağ : yaddaş / Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Sağlam

İnkişaf və Maarifləndirmə" İctimai Birliyi ; tərt., layihənin rəh. A. Ə. Xəlilov. - Bakı

: MHS-poliqraf, 2010. - 192 s.

Sağlam İnkişaf və  Maarifləndirmə İctimai Birliyi Gənclər  və İdman   Nazir-

liyinin maliyy

ə  dəstəyi  ilə  “İşğal olunmuş torpaqlarımızı unutmayaq”  layihəsi

ç

ərçivəsində 



“Qarabağ: yaddaş” 

kitabını 

nəşr etdirib. 

500 tirajla

çap olunan

kitabda 


Qarabağın ümumi tarixi,  erməni  işğalçıları  tərəfindən

Da

ğlıq   Qarabağ   bölgəsinin  və  ətraf  rayonların  işğalı  haqqında  yığcam



m

əlumat verilir. Kitabı 

dəyərli 

ed

ən 



başlıca amil isə  

burada 


işğal

olunmuş hər bir rayonun tarixi,  coğrafiyası,  əhalisi,  mədəniyyəti, tarixi mədəniyyət

abid

ələri,  görkəmli  şəxsiyyətləri,   milli   qəh-rəmanları  və  işğalı  ilə  bağlı



m

əlumatların yer almasıdır. Kitabda bu gün işğalından 24 il keçən, hər dağı, daşı,

t

əbii sərvətləri və qeyri-adi gözəllikləri ilə yaddaşımıza həkk olunan Azərbaycanın



Q

ərb qapısı Kəlbəcər rayonu haqqında məlumatlar da verilib.



17. M

əmmədli, İlham Müseyib oğlu. XX əsr Kəlbəcər ədəbi mühiti : monoqrafiya

/ İ. M. Məmmədli ; red., ön sözün müəl. Ş. H. Alışanlı. - Bakı : Elm, 2010. - 180 s.

Monoqrafiyada  XX 

əsr  Azərbaycan  ədəbi  prosesinin  orijinal  qollarından  olan 

K

əlbəcər  ədəbi  mühitinin  ədəbi-tarixi  qaynaqları,  onun  bədii  özəllikləri,  ayrı-ayrı 



nümay

əndələrinin yaradıcılığı tədqiq olunur.



18. M

əmmədov, Həbib Rza oğlu. Bir Kəlbəcər vardı : şeirlər / H. R. Məmmədov ; red.

Ə. Keştəkli. – Bakı : Nərgiz, 2008. – 76 s.



19. M

əmmədov,  Zahid  Səttar  oğluRegionların  iqtisadi  inkişaf  problemləri  :  1995-

2001-ci ill

ər: monoqrafiya / Z. S. Məmmədov ; elmi red. Z. Ə. Səmədzadə.

     I kitab

– Bakı : Elm, 2007. – 465 s.

Monoqrafiyada  bazar  iqtisadiyyatı  şəraitində  regionların  sosial  iqtisadi  inkişaf 

istiqam


ətləri müasir tələblər baxımından təhlil edilir. Ayrılıqda iqtisadi rayonların 

t

əbii-iqtisadi qiymətləndirilməsi verilir. Kitabda bu gün işğal altında olan Kəlbəcər



rayonunun iqttisadi imkanları barədə də məlumatlar öz əksini tapıb.


20. N

ərimanoğlu,  Məhəmməd. Ağdaban  faciələri  =  А

н ки  


ии  =

Agdaban tragedy = Tragedie Agdaban / M. N

ərimanoğlu ; red. Y. Hüseyn. – Bakı :

Adiloğlu, 2010. – 104 s. ; [8] s. : foto ; 20 sm. – Azərbaycan, rus, ingilis, fransız və

fars dill

ərində.


  Kitabda K

əlbəcər rayonunun Ağdaban kəndinin iki dəfə (1992-ci il 8 aprel, 1993-

cü  il  26  mart)  erm

əni  vandalları  tərəfindən  vəhşicəsinə  odlara  qalanması  və

ağdabanlıların,  xüsusən  də  Dədə  Şəmşirin  və  atası  şair  Ağdabanlı  Qurbanın 

əlyazmalarının və onların nəsil daşıyıcılarının bir gecənin içərisində diri-diri odlara

qalanmasından, ümumiyyətlə, bu kəndin strateji  əhəmiyyətindən danışılır. Kitabda 

h

əmçinin qəddar erməni quldur dəstələrinin insanlığa qarşı törətdiyi 12andalism aktı 



foto-

şəkillər əsasında da göstərilir.



21.

Rza, Ənvər. Kəlbəcərə gedən yollar / Ə. Rza ; red., ön sözün müəl. Ə. Ağalarov ;

Az

ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı : Azərnəşr, 2010. -



412 s.  

Görk


əmli şair, tərcüməçi, alim Ənvər Rzanın bu kitabı demək olar ki, külliyatıdır. 

Sağlığında  o  qədər  də  səxavətlə  nəşr  edilməyən  bütün  şeir,  poemaları,  həmçinin

ingilis  dilind

ən  birbaşa  tərcümələri  də  bu  kitabda  toplanmışdır.  Canlı  xalq 

ədəbiyyatının  içində  böyüyən,  dünya  ədəbiyyatının  klassik  və  müasir  məzmun  və

mahiyy


ətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.

22. T

əhməzov, Məzahir Oruc oğlu. Kəlbəcər : ensiklopedik məlumatlar – toponimlər

– fotoşəkillər – xəritələr / M. O. Təhməzov ; baş red., ön sözün müəl. Ə. Ağalarov,

red.: Ə. Misiroğlu, İ. M. Məmmədli. – Bakı : Azərnəşr, 2008. – 400 s.

 Bu  kitabda  K

əlbəcərin  qısa  ensiklopedik  fiziki-coğrafi  məlumatları,  faydalı 

qazıntıları, filiz yataqları və filiz mədənləri haqqında məlumatlar, bəzi yer adlarının 

toponiml


əri, Kəlbəcər təbiətini əks etdirən fotoşəkillər, kəndlərin sxematik inzibati-

ərazi xəritələri daxil edilmişdir. Kitabda uzun illər Kəlbəcərin faydalı qazıntılarının 

v

ə filiz yataqlarının kəşf edilməsində əməkləri olan bir sıra geoloqlar haqqında qısa 



m

əlumat verilir.




T

ƏRTIBÇI

:

İ

NFORMASIYA

-

RESURS ŞÖBƏSININ BÖYÜK KITABXANAÇISI

M

ƏMMƏDOVA 

T

AMELLA

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203

Е-mail: ryl.az@m

ail.ru


URL: www.ryl.az 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

     538 54 57  

     538 93 54 



Document Outline

  • Tərtibçi:         İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
  • Məmmədova Tamella

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə