Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II), s.187-193
Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV
187
MÜDRİ
K QOCA ARXET
İ
P
İ
N
İ
N
DƏRVİŞ PARADİ
QMASI
Paradigm of an Image Dervish in an Archetype of the Wise Old Man
Hikmət QULIYEV
*
Özet: Makalede bilge kişi arketipinin izleri araştırılmıştır. Derviş paradigmasının
metinlerde karşılaştığımız örnekleri göz önünde bulunduruluyor.
Anahtar kelimeler: arketip, bilge kişi, paradigma, derviş karakteri
Abstact: In the article is considered archetype of the wise old man and it features.
In this context the paradigm of an dervish image, meeting in texts, is in the research centre.
Key words: archetype, wise old man, paradigm, dervish image
K. Q. Yunq arxetiplər haqqında ilkin təcrübələrini yazarkən arxetipik
keyfiyyətlərin simvollarda meydana çıxdığını vurğulayırdı (2, 30). Eyni zamanda
K. Q. Yunq müdrik qoca ilə bağlı tədqiqatlarında trikster – qəhrəmanın kölgəsinə
də diqqət yetirir. (1, 203)
Müdrik qoca arxetipinin əsasında duran mahiyyət onun yaşlılıq
semantemindən doğan qazanılmış təcrübənin ifadəsi olmasıdır. Yunq bu obrazın
əsas xüsusiyyəti kimi müdrikliyi irəli sürür.
Müdrik qoca arxetipi mifoloji mətnlərdə, eləcə də yuxu ilə bağlı mətnlərdə
nurani, ağsaqqal kimi özünü göstərir. Bu tipli mətnlərdə müdrik qoca yardımçı,
qeyri-adi informasiya verən, yol göstərən kimi funksiyalarında çıxış edir. Müdrik
qoca arxetipinin bu enerjisi digər mətnlərdə də şüurlu və ya qeyri-şüuri şəkildə
özünü qoruyub saxlamaqdadır. Belə ki, folklor mətnlərində bu arxetipin obraz
səviyyəsi kimi, ata, baba, dədə, övliya, dərviş və s. paradiqmaları mövcuddur.
Müdrik qoca arxetipinin mahiyyətini qocanın arxaik şüurda yaşayan
enerjisi təşkil edir. Mədəniyyətdə qoca semantemi iki mənanı özündə birləşdirir:
*
AMEA Folklor İnstitutu
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
188
1.
Təbiətlə harmoniyada;
2.
Cəmiyyətlə harmoniyada.
Təbiətlə harmoniyada qoca bioloji əlamətlərinə əsasən bitkinliyi,
törəməzliyi, bir sözlə xaosu işarə edir. Təsadüfi deyildir ki, “Kitabi Dədə
Qorqud”un birinci boyunda övladı olmayan Dirsə xan qara çadırda oturdulur.
Diqqətlə baxdıqda burada onun övladsızlıq təlaşlarının qocalmağa doğru
getməsindən doğduğunu görmək olar. Bu isə, oğuz cəmiyyətində qəbulolunmaz
faktdır. Bu, Azərbaycan nağıllarında bir gün güzgüyə baxarkən saç-saqqalına dən
düşüdüyünü görən padşahın qəm-qüssəyə qərq olması ilə eyni semantik mənanı
daşıyır. Deməli, burada mahiyyət qocalığın təbiətin ölməsini ifadə etməsindədir.
Qoca obrazının ikinci mahiyyəti cəmiyyətlə harmoniyada müəyyənləşir.
Belə ki, qoca qazanılmış təcrübənin daşıyıcısı olmaqla, həmin cəmiyyətin
mövcudluğunun bütün tərəflərini özündə ehtiva edir. Bu mənada qoca cəmiyyətdə,
öyrədici, təbliğedici, xalq həkimi və s. kimi funksiyaları daşıyır. Qocanın bu
semantikasından onun mədəni qəhrəman statusu da meydana çıxır. O, bu statusda
ilkin əşyalara, qəhrəmanlara ad qoymaqla təcrübələrin ötürülməsinə xidmət edir.
Məsələn, Azərbaycan nağıllarında qəhrəmana buta verən dərviş (müdrik qoca) eyni
zamanda ona ad verir. Yaxud müxtəlif həyat hadisələrini başa düşməyən şəxsə
qoca həyatın mahiyyətini başa salır. Bizim arxivimizdə olan mətnlərin birinin
məzmununda deyilir ki, bir şəxs tanrının niyə həmişə yaşlı adamları öldürməsi
sualına cavab almaq üçün Tanrı ilə görüşməyi qət edir. Tanrı bir qoca cilidində
onun qarşısısına çıxaraq onun bu qəliz sualına müdrikcəsinə cavab verir və bildirir
ki, insanları ağacın ən yaxşı meyvəsini dərib yediyi kimi, Tanrı da ən gözəl
bəndələrini yanına aparır. Bu mənada mətnlərdə Tanrı, övliya kimi çıxış edən yaçlı,
ağ saçlı qəhrəmanlar özündə məhz müdrik qocaya məxsus cizgiləri daşımaqdadır.
Demək, qoca cəmiyyətdə müdrikliyi simvolizə edir.
Dərviş obraz paradiqması öz təbiətində müdrik qoca arxetipinin hər iki
mahiyyətini yaşadır. Belə ki, folklor mətnlərində dərviş ikili mahiyyətdə ortaya
çıxır. O, bir tərəfdən yardımçı, ilahi informasiyanın ötürücüsüdürsə, digər tərəfdən
oyunbazlıq edib insanları bəlaya düçür edir. Yəni onun genezisində həm mədəni
qəhrəman, həm də trikster fazaları vardır.
Dərviş obraz paradiqması Azərbaycan nağıl və dastan mətnlərində mühüm
rola malik olan və böyük bir kompleks əmələ gətirən obrazlardan biridir. Mətnlərdə
bu kompleksə daxil olan obrazlar müxtəlif adlarla gedir: dərviş, Həzrət Əli,
Şəhmərdan, Ağa, göy atlı, Xızır, Nurani qoca, qoca pirani kişi, abid və s.
Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV
189
Göründüyü kimi, dərviş obrazı həm mənfi, həm də müsbət xarakterə malik
olmaqla iki tipli fəaliyyəti özündə birləşdirir. Bu mənada dərviş bütün qalan obraz
paradiqmalarını əhatə edən invariant obrazdır. Müdrik qoca arxetipinə münasibətdə
isə, o qoca arxetipinin obraz paradiqmasını təşkil edir.
Dərviş obrazı müdrik qoca arxetipinə məxsus keyfiyyətləri, əski şamanın
bir sıra xüsusiyyətlərini, müxtəlif təriqətlərə, o cümlədən xalq sufizminə məxsus
cəhətləri, islam dinin müqəddəslərinə aid sifətləri, həmçinin xalq təfəkküründə
yaşlılıq semantikası ilə bağlı müəyyənləşmiş detalları ozündə birləşdirməklə epik
mətnin həm struktur, həm də məzmun laylarının mürəkkəb sxemini
formalaşdırmışdır. Bütün bunların müdrik qoca arxetipi aspektindən öyrənilməsi
vacib və səmərəlidir.
Azərbaycan epik mətnləri üzərində apardığımız araşdırmalara əsasən
dərviş obrazının aşağıdakı funksiyalarını müəyyənləşdirmişik:
1.
Övladvermə funksiyası;
2.
Yolgöstərmə funksiyası;
3.
İnformasiyavermə funksiyası;
4.
Sehrli vasitəvermə funksiyası;
5.
Çevirmə funksiyası;
6.
Yalançı dərvişliketmə funksiyası;
7.
Advermə funksiyası;
8.
Bəxtvermə funksiyası.
Müdrik
qoca
arxetipinin
dərviş
paradiqmasının
ən
mühüm
funksiyalarından biri olan övladvermə funksiyası özündə müdrik qoca arxetipinin
bəxşetmə xarakterini ifadə edir.
Övladvermə funksiyası digər funksiyalar kimi süjeti irəliyə aparan,
həlledici rol oynayan funksiyadır. Nağıl mətnlərində bu detal özünü iki şəkildə
göstərir:
1.
Dərviş obrazının verdiyi övladla dərviş arasında baş verən hadisələr.
2.
Dərviş obrazı və onun verdiyi övladın mənsub olduğu nizamlı dünya
ilə nizamsız dünya və obrazları arasında gedən hadisələr.
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
190
Bu isə dərviş invariantının yuxarıda da qeyd etdiyimiz genezis
mürəkkəbliyindən doğmaqla zaman-zaman cilalanaraq formalaşmasından irəli
gəlir.
Müxtəlif vasitələrlə həyata keçirilməsinə baxmayaraq (alma, tüpürcək,
dərman) bu funksiya bir mahiyyət daşıyır ki, o da övladvermədən ibarətdir. Bu
funksiyada dərviş obrazının iki cəhəti özünü göstərir:
1. Verdiyi övladın müqabilində heç bir şey istəməmək. Bunlar daha
konkret desək, «pay verib, pay almayan dərvişlər»dir.
2. Verdiyi övladın müqabilində müəyyən şərt kəsmək. Bunlar isə «pay
verib pay uman dərvişlər»dir.
Ümumiyyətlə, götürdükdə bu funksiya konkret olaraq nə nağıla, nə də
dastana aiddir. Bu məhz epik təfəkkür üçün xarakterik olmaqla epik janrlar üzrə
təzahür edir.
Azərbaycan epik düşüncəsində müdrik qoca arxetipinin dərviş obraz
paradiqmasının daşıdığı funksiyalardan biri də yolgöstərmədir. Bu funksiya
mətnlərdə məqsədə doğru gedən qəhrəmanın iddia və imkanları arasında kəskin
ziddiyyətin yaranması anında həyta keçirlir. Belə ki, artıq nağıl dinləyicisi üçün
hadisələr son məqama – qəhrəmannın məğlubiyyətinə çatsa da, nağıl söyləyicisi bu
funksiyanı «aktivləşdirməklə» nağılda yeni inkişaf istiqamətini yaradır.
Azərbaycan nağıllarında ən geniş yayılmış olan bu funksiya bir çox
xüsusiyyətləri ilə türk xalqları folklorunda mühüm rola malik olan yol tanrısının
funksiyaları ilə üst-üstə düşür. «Ala atlı yol tanrısının funksiyalarını daha öncəki
dönəmlərdə türklərdə qutsal sayılan boz rəngli qurd yerinə yetirərkən, islamiyyətin
qəbulundan sonra boz atlı Xızır öz üzərinə götürmüşdür» (4).
İnformasiyavermə
funksiyası
qəhrəmanın
yeni
obyekt
barədə
məlumatlandırılması, mətn kontekstində isə süjetin inkişafına təsir edən bir
funksiyadır. Dərviş obraz paradiqmasının yolgöstərmə funksiyasından fərqli olaraq
informasiyavermə funksiyası qəhrəmanın qarşılaşacağı obyekt və hadisələr barədə
informasiyanın verilməsinə xidmət edir.
Azərbaycan nağıl və dastanlarında bu funksiya daha çox digər
funksiyalarla (yolgöstərmə, informasiyavermə) yanaşı təqdim olunur. Belə ki, bu
üç funksiya mətndə əvvəlcə informasiyavermə, sonra yolgöstərmə, daha sonra isə
sehrli vasitəvermə şəklində reallaşır. Digər funksiyalardan fərqli olaraq, bu
Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV
191
funksiya qəhrəmanın gedəcəyi obyektdəki qüvvələrlə mübarizə aparmaq üçün
konkret sehrli vasitənin təqdim olunmasına xidmət edir.
Yeni vasitə ilə təchiz olunmuş qəhrəman statusunu dəyişir, mübarizə
apardığı və aciz olduğu vəziyyətdən daha güclü və hazırlıqlı bir vəziyyətə keçmiş
olur.
Çevirmə funksiyasının əsasında dərviş paradiqmasının fəaliyyəti
nəticəsində müəyyən obyektin, varlığın bir haldan digər bir hala keçirilməsi
dayanır ki, bu da çevirmənin məqsədindən və yaxud da formasından asılı
olmayaraq funksiya kimi özünü göstərir. Bu funksiyanın genezisində xalq
təfəkkürünün cadugər və oyunbaz dərvişlər barədə olan təsəvvürləri dayanır.
Müdrik qoca arxetipinin dərviş obraz paraqdiqmasında özünü göstərən bu
funksiya əslində müdrik qocanın ikili təbiətindən – qəhrəman və trikster
cəhətindən doğur. Trikster isə bəzən ən ağıllı, bəzən isə ən axmaq və kələkbaz
rolunda özünü göstərir.
Əslində bu funksiyanın belə adlandırılması şərti xarakter daşıyır. Biz
yalançıdərvişliketmə dedikdə dərviş olmayıb, sadəcə, öz məqsədinə nail olmaq
üçün dərvişlibas olaraq fəaliyyət göstərən obrazları nəzərdə tuturuq. Belə ki,
nağıllarda qəhrəmanın və yaxud da hər hansı digər bir obrazın öz cildində gedə
bilməyəcəyi məqamda bu funksiya (yəni yalançı dərvişliketmə) «işə düşür». Bu
məsələnin tarixi kökləri də vardır. Professor F. Köprülü yazır: «Bizim qənaətimizə
görə Əhməd Yəsəvi zühur elədiyi zaman türk aləmi uzun bir zamandan bəri, hər
halda IV əsrdən bəri təsəvvüf fikirlərinə alışmış, təsəvvüflərin mənqəbə və
kəramətləri yalnız şəhərlərdə deyil, köçəbə türklər arasında belə az-çox
yayılmışdı. İlahilər, şeirlər oxuyan allah rizası üçün xalqa bir çox yaxşılıqlar edən,
onlara cənnət və səadət yollarını göstərən dərvişləri türklər əskidən dini bir
qüdsiyyət verdikləri ozanlara bənzədərək hərarətlə qəbul edir, dediklərinə
inanırdılar» (5, 19).
Yalançı dərvişliketmə funksyası arxaik semiotikaya malikdir. Əski
inisiasiya ritualları ilə bağlıdır. Bu şamanların cilddəyişməsi ilə eyni semantika
daşıyır. Bu funksiyada maskalanma özünü göstərir ki, qəhrəman da bunun vasitəsi
ilə öz cildini dəyişir.
Qeyd etmək lazımdır ki, dərviş paradiqmasının advermə funksiyası obrazın
ən əski struktur qatları ilə bağlı olub müəyyən qanunauyğunluğa malikdir. Çünki
dərvişin advermə funksiyası təsadüfi fəaliyyət aktı olmayıb özünəməxsus magik
əhəmiyyət daşıyır. Bu da ilk növbədə adın sakral mahiyyəti ilə qırılmaz əlaqədədir:
«Əski mifoloji düşüncədə gerçəkliyin sözlə, adla adlandırma ilə yaradıldığına
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
192
inanılırdı. Çünki bu düşüncə adla əşya və ya şəxsiyyət arasında eyniyyət görürdü.
Adın doğru-düzgün seçilməsi nizamsızlığın qaynağı olub xaosa, qarışıqlığa da yol
aça bilərdi. Ad və varlıq iç-içə idi. Ad varlığın ifadəsi, mahiyyəti olmuşdu, varlıq
özü də onda və onunla yaşayırdı. Adla tale arasında qırılmaz bir bağlılıq olduğuna
da bu üzdən inanılmışdı. Ona görə də bir kimsənin adı vasitəsilə ona xeyirxahlıq və
ya bədxahlıq edilə biləcəyi mümkün sayılırdı» (3, 14). Təsadüfi deyildir ki, sakral
mahiyyət daşıyan ad məhz dərviş paradiqmasının bir üzvü və ya digər magik
qüvvəyə malik olan obrazlar tərəfindən verilir. Bu da hər üç komponentin – ad
verənin, advermə funksiyasının və adın sakral xarakterli olduğunu göstərir. Təbii
olaraq bu sakral mahiyyət süjetin sonrakı mərhələlərində özünü qəhrəmanın (sakral
mahiyyət daşıyanın) fəaliyyətində aydın şəkildə reallaşdırır.
Nağıllarımızda çox da rast gəlinməyən, lakin müstəqil funksiya kimi özünü
göstərən funksiyalardan biri də bəxtvermə funksiyasıdır. Bu funksiyanın digər
funksiyalar kimi konkret təzahür forması yoxdur. Belə ki, əgər övladvermə
funksiyası konkret olaraq övladsızlıq zəminində təzahür edirsə, bundan başqa
yolgöstərmə, məlumatvermə, sehrli vasitəvermə müəyyən bir məqsəd uğrunda
mübarizə aparan qəhrəmana kömək lazım olan anda həyata keçirilirsə, bunlardan
fərqli olaraq bəxtvermə funksiyası situativdir və sabit reallaşma formuluna malik
deyildir.
Azərbaycan nağıllarında dərviş invariantının funksional strukturunun
öyrənilməsi bir sıra qənaətlərə gəlməyə imkan verir.
Mətnlərdən aydın olur ki, genezis baxımından fərqli olan bəzi obrazlar
funksiya cəhətdən eyni fəaliyyət semantikasına malikdir. Belə ki, bu obrazları
(Dərviş – Xızır – Nurani Qoca – Əli – Şahi-mərdan – Abid – Pirani kişi) eyni
semantik sırada birləşdirmək vacibdir. Başqa sözlə, bunlar xalq təfəkküründə
fəaliyyət baxımından eyniləşdirilmişdir. Bu isə təbiidir. Çünki obrazın əsasında
müdrik qoca arxetipi dayanır ki, epik təfəkkürün müxtəlif laylarında da bu özünü
müxtəlif paradiqmatik keyfiyyətlərdə göstərmiş olur.
Müdrik qoca arxetipi özündə müdrikliyi daşıdığı kimi, trikster
keyfiyyətlərini də göstərməkdədir. Dərviş obraz paradiqmasının funksiyalarını
araşdırarkən məlum oldu ki, bu obrazın təbiətində iki qütb birləşib: müsbət və
mənfi. Məlum oldu ki, dərviş obrazı kompleksinin bütün obrazlarının fəaliyyəti
xalq təfəkküründə məhz bu qütblər əsasında müəyyənləşmişdır.
Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV
193
ƏDƏBİYYAT
1.
Azərbaycan dastanları. Beş cilddə. I-V cildlər. Bakı, «Lider nəşriyyat»,
2005.
2.
Azərbaycan nağılları. Beş cilddə. I-V cildlər. Bakı, “Şərq-Qərb”, 2005.
3.
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı, «Elm», 2003, 418 s.
4.
Gökdağ B. A. Türk kültüründe yol tanrısı ile ilgili inanclar. «Ortaq türk
keçmişindən ortaq türk gələcəyinə» III uluslararası folklor konfransının
materialları. Bakı, “Səda” nəşriyyatı, 2005, 521 s.
5.
Köprülü F. Türk edebiyyatında ilk mutasavvıflar. Ankara, 1991, 415 s.
6.
The Trickster: A Study in Native American Mythology. (Commentaries
by Karl Kerenyi and C. G. Jung), New York: Schocken Books, 1956, 214 p.
7.
Критичeский слoваръ аналитичeскoй психoлoгии К. Юнга. 175 стр.
8.
Юнг К. Г. Oб архeтипe Трикстeра http: // majorov. ru/analytical-
psychologhy/ trickster/6/
Dostları ilə paylaş: |