1
KAFEDRA : AQRAR MENECMENT VƏ
MARKETİNQ
MÜƏLLİM: QƏHRƏMANOV ƏLİF NİYAZƏLİ
OĞLU
FƏNN: MARKETİNQİN ƏSASLARI
İXTİSAS : MARKETİNQ
downloaded from KitabYurdu.org
2
MÖVZU - 1 : MARKETİNQ FƏNNİNİN PREDMETİ
MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
PLAN :
1.
Marketinq haqqinda anlayış.
2. Marketinq müasir sahibkarlığın fəlsəfəsi və metodologiyası kimi.
3. Bazara marketinq nöqteyi nəzərindən yanaşma.
4. Marketinq konsepsiyasının təkamülü və marketinq konsepsiyasının
müasir izahı .
5. Kursun öyrəndiyi obyeky və tədqiqat metodu.
downloaded from KitabYurdu.org
3
G İ R İ Ş
Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin hərtərəfli tərəqqisi,inqilabi
yeniləşdirilməsi ,demokratikləşdirilməsi və onun irəliyə doğru mütərrəqqi hərəkəti
yalnız ölkənin iqtisadi sosial inkişafının sürətləndirilməsi yolu ilə təmin edilə bilər.
Odur ki,iqtisadiyyatın bütün sahələrində işlərin keyfiyyətcə yaxşılaşdirilmasına
yönəldilən kompleks planın işlənib hazırlanması zəruridir.Bu isə öz növbəsində
elmi texniki tərəqqinin və qabaqcıl dünya ölkələrində qazanılan təcrübələrin tətbiqi
əsasında cəmiyyətin maddi texniki bazasının əsaslı surətdə təzələnməsini ,ictimai
iqtisadi münasibətlərin təkmilləşdirilməsini ,əməyin məzmununda və xarakterində ,
eləcə də insanların maddi və mənəvi həyatında yeni dəyişikliklər baş verməsini
,siyasi və ideoloji təsisatlar isteminin daha da fəallaşmasını özündə tam əks
etdirməlidir .
Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə ,dəyər qanununa
, bazarın roluna , vəzifələrinə və s. məsələlərə olan münasibətlər əsaslı surətdə
dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki, təsərrüfat həyatının ön
planına keçirilir.
Son illər ərzində ölkəmizdə bazar münasibətlərinin , ilk növbədə müxtəlif
istiqamətli sahibkarlıq fəaliyyətinin inkişafı , xarici –iqtisadi fəaliyyət imkanlarının
genişlənməsi və s. bazarın idarə edilməsinin elmi konsepsiyası hesab edilən marke-
tinqə və onun tənqidinə marağı xeyli artırmışdır. İndi hər bir müəssisə rəhbəri
yaxşı başa düşür ki, bazar iqtisadi sistemi şəratində müəsissəni keçmiş
prinsiplərlə ,metod və üsullarla idarə etmək mümkün deyildir .
Odur ki, bazar münasibətləri şəraitində müəssisənin təsərrüfat fəaliyyətinin
təşkili ,planlaşdırılması və idarə edilməsi ,yalnız marketinq konsepsiyasının elmi –
nəzəri ,metodoloji və təcrübi müddəalarının tətbiqi yolu ilə mümkündür.
Göründüyü kimi marketinq çoxsaylı və müxtəlif növlü məhsullar
istehsalçılarının eləcə də onların istehlakçılarının həyatında və işlərində mühüm rol
oynayır . Deməli bazar iqtisadi sisteminin yaranması və inkişafı müəssisələrin
təsərrüfatçılıq fəaliyyətində marketinq konsepsiyasından geniş istifadə etməyi
zəruri etmişdir.Çünki marketinqin tətbiqi həm sahibkarlar ,həm də istehlakçılar
üçün iqtisadi cəhətdən çox faydalıdır.
Onu da qeyd etmək lazımdır ki, dünya miqyasında marketinq ideyalarının
geniş yayılması və təbliği işində bir çox milli və beynəlxalq assosasiyalar ,o,
cümlədən ,ictimai fikirlərin və marketinqin öyrənilməsi üzrə Avropa cəmiyyəti,
Beynəlxalq marketinq federasiyası , Amerika marketinq assosasiyası , Böyük
Britaniyanın marketinq institutu , Hindistan marketinq və idarəetmə institutu ,
Moskva Beynəlxalq marketinq və menecment Akademiyası (1977) və s. mühüm
rol
oynayırlar .
downloaded from KitabYurdu.org
4
Müstəqil dövlətimiz tərəfindən qarşıya qoyulmuş vəzifələr kompleksinin
diqqətlə öyrənilməsi və həlli yollarının tapılmasını , eləcə də marketinqin əsasları
ilə yaxından tanış olma imkanlarını təmin edəcəkdir.
1.
“Marketinq “ termini ingilis sözü olan “market” –dən yaranmış və hərfi tərcüməsi
“bazar”, “bazar fəaliyyəti “ “satış bazarı sferasında fəaliyyət” mənasını verir.
Müasir məktəblərdə marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona
verilən təriflərin bəzilərini qeyd edək :
Marketinq iqtisadi və ictimai fəaliyyətin ən zəruri , ən əsas növlərindən
biridir.
Klassik baxımdan , o ilk növbədə məhsulların istehsalçıdan istehlakçıya
çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir , bazarın tələbatının
öyrənilməsinə və onun aktivi qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili
idarəetmənin altsistemidir , bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin
müəssisələrində idarəetmə üsulu olmaqla , tələbat (bazar,satış) amillərinin
öyrənilməsi və onların aktiv qeydiyyatının həyata keçirilməsidir ,ehtiyacların və
tələbatların tədavül vasitəsi
Ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür, bazarın idarə edilməsi
konsepsiyasıdır . Başqa sözlə , bu istehsal olunan məhsulun satışı üçün əlverişli
zəmin yaratmaq , onun keyfiyətini ,çeşidini və istehsal həcmini bilavasitə
istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və
proqnozlaşdırırlması prosesidir.
Marketinq fonomen deyil , (fonomen nədir –görünməmiş hadisə , müstəsna
hal) o istehsal təsərrüfat vasitəsidir . Marketinqin fəlsəfəsi çox sadədir , “elə
məhsul istehsal etməliyik ki, onun satışı təmin olunmuş olsun” . Yalniz belə
olduqda ,yəni həmin “prinsip “ gözlənildikdə müəsisə bazarında özünə möhkəm
yer tuta bilər və onun gəliri də yüksək olar.
Bazar iqtisadi sistemində müəssisənin gəliri təkcə onun istehsalında mövcud
olan xərclərin azalmasından asılı deyil . Gəlir həm də xeyli dərəcədə bazarın və
rəqiblərin tədqiqinə nə səviyyədə diqqət yetirilməsindən ,onun bazarda
müvəffəqiyyətlə irəlilədilməsi işinin təşkilindən və s. asılıdır.
downloaded from KitabYurdu.org
5
Bizim bazar fəaliyyəti haqqında olan biliklərimizin əsasında müasir
marketinqin əsas müddəaları dayana bilər. O,müəssisənin bazardakı fəaliyyətinin
bütöv bir sistemi olduğu üçün ,sahibkarlıq fəlsəfəsinin və metodologiyasının
inkişafına da çox təsir edir.
2
Sxem 1
ETəfəkk
Şəkildən göründüyü kimi ,marketinq ilk əvvəl ,müəssisənin idarəetmə
sistemində yeni təfəkkür tərzi yaradır .O yeni təfəkkür sistemi formalaşır . Başqa
sözlə , marketinq qarşıya qoyulmuş məqsədə çatmaq üçün əqli (zehni) göstərişlər
kompleksi formalaşdırılır.İkincisi isə marketinq müəssisənin bazardakı yeni
fəaliyyət tərzini yaradır ,yəni müəssisənin bazar fəaliyyətinin bütöv bir
metodologiyasını formalaşdırır . Həmin metodologiya isə onun prinsiplərini
,metodlarını ,vəsaitlərini ,funksiyalarini və təşkili formalarını açıb göstərir .
Bir çox ədəbiyyatda “Marketinq” termini bazar iqtisadi sistemi şəraitində
istehsalın bilavasitə konkret alıcıların tələbatlarının təmin edilməsinə yönəldilən
idarəetmə və təsərrüfatçılıq fəlsəfəsi kimi izah edilir.Marketinq öz tərifinin geniş
mənasinda isə sosial idarəetmə prosesi kimi dərk edilir , onun köməyi ilə ayrı-ayrı
insanlar məhsul yaradılmasında və onların tədavülündə istədiklərinə nail olurlar .
Marketinq konsepsiyası dedikdə - - müəssisənin bazara istiqamətləndirilmiş
aktiv (fəal) fəaliyyətinin inkişafında olan bütün mərhələləri xarakterizə edən ilkin
vəziyyəti başa düşülür . Marketinq konsepsiyasının istehsal, əmtəə ,satış ,istehlak
eləcə də birləşmiş (inteqrasiya edilmiş) ,sosial-ictimai və strateji yönümlü
formaları mövcuddur. Marketinq konsepsiyasının əsaında isə: tələbat, arzu (istək
),tələb tədavül, sövdələşmə və bazar anlayışları durur.
Biznesin
fəlsəfəsi
Marketinq
konsepsiy
ası
Bazar fəaliyyə-
tinin metodolo
Fəaliyyət tərzi
Prinsiplər,funksi
yalar,vasitələr,
təşkilatlar
MARKETİNQ
Təfəkkür
tərzi
downloaded from KitabYurdu.org
6
3
Marketinq konsepsiyası
Şəkil 1.
Şəkildən göründüyü kimi , adları yuxarıda qeyd edilən həmin anlayışlar bir-biri ilə
sıx qarşılıqlı və dialektik əlaqədədir.
İndi həmin anlayışların hər birinə ayrılıqda nəzər salaq :
1
Dostları ilə paylaş: |